Bazar günü günü, 15 noyabr 2026
     

Yaşı 90-ı keçmiş azərbaycanlıların “vətəni dəyişir” – Cənub bölgəsindən Bakıya…

Image


Əhməd Qəşəmoğlu: “Paytaxtda insanların uzunömürlü olması əsas iki faktorla bağlıdır”
“Bunun birinci səbəbi Bakı sakinlərində sağlamlıq mədəniyyətinin formalaşmasıdır”

 

Tarixən uzunömürlülər diyarı olan Azərbaycan bu gün də yüksək yaş indeksini qorumaqdadır. Respublikamızın ayrı-ayrı bölgələrində zaman-zaman uzunömürlülər yaşayıb. Ekspertlər bildirirlər ki, uzunömürlülüyün sirri genetik və ekoloji faktorla bağlıdır. Dünayada ekoloji tarazlığın pozulduğu çağda hələ də yaşı 90-nı adlamış insanların olması doğrudan da maraq doğurur. Bir məsələ də var ki, bu insanların əksəriyyəti həm psixoloji, həm də biloji, fiziki cəhətdən sağlamdır. Yəni özlərini idarə edir, rabitəli danışır, yaddaşları yerindədir. 

Statistik hesablamalara görə, Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər, başqa sözlə, 39,4 faiz artıb.

“Trend”in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən apardığı təhlillərə görə, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci ildə 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.

Məlumatlara görə, ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür.

2013-cü ildə bu rayonların sakinlərindən 1628-i yaşı 90 və daha yuxarı olduğu halda, 2017-ci ildə bu say 2887 nəfərə çatıb.

Ötən il Bakıda 2051, Aran iqtisadi rayonunda 1663, Gəncə-Qazax iqtisadi rayonunda 1610, Naxçıvan Muxtar Respublikasında 593, Kəlbəcər-Laçın iqtisadi rayonunda 575, Şəki-Zaqatala iqtisadi rayonunda 537, Lənkəran iqtisadi rayonunda 515, Quba-Xaçmaz iqtisadi rayonunda 483, Dağlıq Şirvan iqtisadi rayonunda 472, Abşeron iqtisadi rayonunda 434 nəfər 90 və daha yuxarı yaşda olan insan qeydə alınıb.

Statistik məlumatlara görə, bu gün ən çox uzunömürlü insan paytaxt Bakıda yaşayır. Maraqlıdır ki, Azərbaycanda Abşeron uzunömürlülük indeksinin ən aşağı olduğu yerdir. Ancaq onun bir qarışında yerləşən Bakıda uzunömürlülərin sayı çoxdur.

Paytaxtda uzunömürlülərin sayının çox olmasının psixoloji, sosioloji tərəflərini şərh edən tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Bakıda uzunömürlülərin sayının çoxluq təşkil etməsinin bir neçə səbəbi var: “Mən özüm də bu barədə çox düşünmüşəm. Həmişə mənim üçün paradoks olurdu ki, nə üçün bölgələrimizdə ekoloji şərait Bakıdan qat-qat gözəl olduğu halda, paytaxtla müqayisədə orada insanlar elə də uzunömürlü olmurlar. Doğrudur, Bakıda uzunömürlü insanlar çoxdur. Mən bu məsələni araşdırıb təhlil etdim və belə qənaətə gəldim ki, bunun iki əsas səbəbi var. Bunun birinci səbəbi Bakı sakinlərində sağlamlıq mədəniyyətinin formalaşmasıdır.Yəni şəhərdə yaşayanlar bölgələrdə yaşayanlardan fərqli olaraq öz sağlamlıqlarının qeydinə daha çox qalırlar. Çünki bölgələrdə insanlar səhhətini lazımı səviyyədə qoruya bilmir, onlar vaxtlı-vaxtında gigiyenik amillərə riayət etmirlər. Sağlamlıqlarının qeydinə qalmırlar və deyirlər ki, nə qədər yaşamağımız Allah bilən məsləhətdir. Allah demir ki, kim nə istəyir onu da etsin. Ancaq Bakıda sağlamlıq mədəniyyəti o qədər yüksək olmasa da, bölgələrlə, kəndlərlə müqayisədə bir qədər üstündür. Eyni zamanda şəhərdə səhiyyə xidməti də var və yaşlı insanlar xəstələndikdə həkimə müraciət edirlər. Şəhərdə nisbətən keyfiyyətli həkim xidməti mövcuddur. Ancaq bölgələrdə səhiyyə, həkim xidməti, diaqnozun düzgün təyin edilməsi kimi məsələlər elə də arzuedilən vəziyyətdə deyil. Ona görə də bölgələrdə insanların uzunömürlülüyü təhlükəyə düşür. Dediyim kimi, paytaxtda insanların uzunömürlü olması əsas iki faktorla bağlıdır”. 

Uzunömürlülüyün əsas göstəricilərinin birinin də genetik faktorla bağlı olması məsələsinə izah verən professor Qəşəmoğlu qeyd etdi ki, burada genetik faktorla yanaşı, insanın uşaq vaxtı qəbul etdiyi ekoloji cəhətdən təmiz qidaların da rolu var. “Genetik faktor öz yerində. Ancaq uzunömürlülük xəttinin davam etməsinin əsas səbəblərindən biri də o insanların uşaqlığının formalaşdığı təmiz mühitlə bağlıdır. Çünki o insanlar uşaq vaxtı gözəl hava şəraiti olan yerlərdə formalaşıblar, daha təmiz qidalardan istifadə ediblər, ana südündən, heyvanların südündən və digər məhsullarından qidalanıblar. Qarabağdan və digər rayonlardan qaçqın düşən uzunömürlü insanların övladları da uzunömürlü olsalar, onların uzunömürlülüyü genetik faktorla bağlı ola bilər. Ancaq həmişə uzunömürlülükdən danışanda faktorun birini nəzərə alırıq, o biriləri isə yox. Uzunömürlülük həm də sağlam qidalanma ilə bağlıdır. Bu gün belə bir tədqiqat aparılsa ki, həmin uzunömürlü insanların övladlarının sağlamlıq göstəriciləri hansı səviyyədədir, biz onda uzunömürlülüyü genetik faktorla əlaqələndirə bilərik” - deyə bildirən Ə.Qəşəmoğlunun sözlərinə görə, Azərbaycanda səhiyyə sosiologiyasının inkişaf etdirilməsinə böyük ehtiyac var. Səhiyyə sosiologiyası üzrə mütəxəssislərin yetişdirilməsinin vacib olduğunu deyən professorun bildirdiyinə görə, bizdə bu sahəyə maraq göstərilmir: “Uzun illərdir respublikamızda səhiyyə sosiologiyasının formalaşmasına çalışıram.  Ancaq buna reaksiya verən yoxdur. Hətta bununla bağlı Səhiyyə Nazirliyinə, Azərbaycan Dövlət Tibb Universitetinə də müraciət etmişəm ki, mənə bu sahədə doktorant, aspirant yönəldin, onları səhiyyə sosiologiyası üzrə hazırlayım. Səhiyyənin sosiologiyası ilə bağlı mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac var”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ