Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanda ilk dəfə hazırlanan uzunömürlülük xəritəsi – nələrə gərək olacaq...

Image


Sevinc Hüseynova: “Xəritəyə işğal altında olan rayonlarımızın da əhalisinin uzunömürlülük indeksini daxil etmişik”
“Müəyyən etmişik ki, Abşeronda uzunömürlülük indeksi çox aşağıdır”

 

Hər kəs yüz il yaşamasa
Günah onun özündədir.

Unudulmaz xalq şairi Osman Sarıvəllinin bu misraları el dilində, xalq arasında bir zərb məsələ çevrilib. Ancaq görək insanların 100-ə çatmasına ömür vəfa edirmi? Təbii ki, çox zaman ömür də, həyat da vəfasız olur.

Ancaq bununla belə, 90-nı arxada qoyub 100-lə salamlaşan, hal-əhval tutan insanlarımız da tükənməyib. Düzdür, onların sayı bu gün çox deyil, ancaq 1 əsrdən artıq yaşı olan müdrik insanlarımıza az da olsa rast gəlirik. Bütövlükdə götürdükdə dünyanın özündə yaşı 90-nı adlamış insanlara elə də çox rast gəlinmir.

Azərbaycan fizioloqları maraqlı bir xəritə hazırlayıblar. İndiyə qədər dünyanın bir çox ölkəsində belə xəritələr olub, respublikamızda isə ilk dəfədir uzunömürlülük xəritəsi hazırlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova mətbuata bildirib ki, aparılan tədqiqatlar nəticəsində ölkəmizdə ilk dəfə olaraq uzunömürlülük xəritəsi hazırlanıb. Xəritə artıq tam hazırdır və yaxın günlərdə çap olunacaq.

U.Həşımovanın sözlərinə görə, uzunömürlülük xəritəsi rəsmi statistik məlumatlar əsasında tərtib olunub. Bu, beynəlxalq təcrübədə qazanılmış metodikadır. Qəbul olunmuş qaydaya görə, uzunömürlülük indeksi yaşı 90-ı keçənlərin 60 və daha yuxarı yaşda olanların sayına nisbətidir.

Tədqiqatlar ölkəmizin uzunömürlülük indeksinin yüksək olduğu bəzi bölgələrini üzə çıxarıb. Uzunömürlülük tədqiq olunarkən ilkin mərhələdə onların yaş verifikasiyası aparılır. Həmçinin, uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələr tədqiqat qrupuna daxil edilir və onların üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Aparılan müayinələrdə həkimlər, bioloqlar və başqa mütəxəssislər iştirak edirlər.

U.Həşımovanın sözlərinə görə, hesablamalar göstərir ki, ölkəmizdə uzunömürlülərin sayı artıb.

Məlumat diqqətimizi çəkdiyi üçün onu daha ətraflı araşdırmaq istədik.

AMEA-nın Fizilogiya İnstitutunun Uzunömürlülük fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda ilk dəfə hazırlanan bu xəritə olduqca maraqlıdır. Azərbaycanın bir sıra bölgələrində həyata keçirilən tədqiqatlar nəticəsində hazırlanan bu xəritədə respublikamızın uzunömürlülük mənzərəsi canlandırılıb: “Bu həqiqətən də ilk işdir. Uzun illər təşkil etdiyimiz ekspedisiyalar nəticəsində apardığımız araşdırmaların, tədqiqatların nəticələrini xəritələşdirmək niyyətində idik. Məqsədimiz o idi ki, harada daha çox uzunömürlülüyün mövcud olduğunu Azərbaycan xəritəsində qeyd edək. Fəaliyyətimiz nəticəsində çox maraqlı faktlar üzə çıxarıldı. Məsələn, biz demək olar ki, Naxçıvandan başqa, Azərbaycanın hər bölgəsi üzrə tədqiqat aparmışıq. Yaxın vaxtlarda isə bununla bağlı Naxçıvana ekspedisiya təşkil etməyi planlaşdırırıq. Hansı rayonlarda ki, işləmişik, uzunömürlüləri öyrənmişik, onunla bağlı əlimizdə statistik məlumatlar var. Bunun nəticəsində uzunömürlülərin sayını müəyyən etmişik. Uzunömürlülük indeksi deyilən bir anlayış var və biz həmçinin, müəyyən etmişik ki, harada uzunömürlülük indeksi yüksəkdir. Uzunömürlülərin sayı həmin rayonun əhalisinin sayının nisbəti ilə hesablanır. Beləliklə, müəyyən etmişik ki, Abşeronda uzunömürlülük indeksi çox aşağıdır. Yəni Abşeron uzunömürlülük üçün əlverişli deyil. Amma cənub bölgəsi rayonlarında apardığımız tədqiqatlar zamanı müəyyən etdik ki, Lənkəran, Lerik, Cəlilabad, Yardımlı, Astarada və s. uzunömürlülük indeksi daha yüksəkdir. İsmayıllıda uzunömürlülük indeksi bir az da yüksəkdir. Amerika, Rusiya, Ukrayna, Azərbaycan alimlərinin iştirakı ilə beynəlxalq ekspedisiya təşkil edilmişdi. Həmin ekspedisiya Qərbi Azərbaycan-Qazax, Ağstafa,  Tovuz, Gədəbəy, Şəmkiri və s. əhatə etmişdi. O bölgədən də uzunömürlülüklə bağlı materiallar toplamışıq. Bundan başqa, şimal-qərbi Azərbaycanda işləmişik. İsmayıllı, Şəki, Qəbələ, Qax, Zaqataladan uzunömürlülüklə bağlı maraqlı faktlar əldə etmişik. Uzunömürlülük xəritəsində də bölgələr üzrə qeydlər etmişik. Harada ki, tünd yaşıl, tünd qırmızı rənglə işarələnib, bu o deməkdir ki, orada uzunömürlülük indeksi yüksəkdir. Harada qara rəngdə işarələr varsa, həmin bölgədə uzunömürlülük indeksi aşağıdır. Biz bir xəritə yaratmışıq və rayonlarla bağlı o xəritə üzərində işləmişik. Əlimizdə çox maraqlı faktlarımız var”.

S.Hüseynova qeyd etdi ki, xəritədə işğal altında olan rayonlarımız da diqqətdən kənarda qalmayıb. Onun sözlərinə görə, bu torpaqlarımızın uzunömürlülük indeksi öyrənilib. “Qarabağda uzunömürlülük indeksi yüksək olan rayonlar çoxdur. Bu bilirsiniz özünün təsdiqini nədə tapır? Erməni işğalı nəticəsində öz ata-baba yurdlarından didərgin salınan məcburi köçkünlərin içində uzunömürlülərin sayı çoxdur. Yəni onların adaptik xüsusiyyətləri o qədər yüksəkdir ki, onlar uzunömürlülük indeksini qoruyub saxlaya biliblər. Xəritəyə işğal altında olan rayonlarımızın da əhalisinin uzunömürlülük indeksini daxil etmişik. O torpaqlar bizimdir və əvvəl-axır yenə də özümüzə qaytarılacaq. Biz buna inanırıq. Qarabağ ərazisində uzunömürlülük indeksinin daha çox hansı rayonlarda mövcud olduğunu araşdırıb üzə çıxarmışıq. Məsələn, Kəlbəcərdə, Füzulidə, Ağdamda uzunömürlülük indeksi çox yüksək olub. Ağdamın Abdal-Gülablı kəndində isə lap yüksək olub. Orada həddən artıq uzunömürlülər yaşayıb. Bu gün biz onu məcburi köçkünlərdə müşahidə edirik. Uzunömürlülük burada o qədər populativ olub, yəni nəsildən-nəsilə ötürülə bilib ki, onlar qaçqınlıq dövründə də o indeksi qoruyub saxlaya biliblər. Oradakı uzunömürlülük xətti genetik olaraq bu gün də davam etdirilir. Hazırda biz bu məsələni daha çox araşdırırıq, diqqətdə saxlayırıq.  Ekoloji faktor uzunömürlülüyə mənfi təsir edir. Çünki uzunömürlülük indeksinin əsas şərti genetik və ekoloji faktordur. Əgər ekoloji vəziyyət yaxşıdırsa, genetik amil qorunub saxlana bilir” - deyə bildirən S.Hüseynova qeyd etdi ki, yaxın vaxtlarda Naxçıvana ekspedisiya gözlənir. Onun sözlərinə görə, bu gün Naxçıvanın uzunömürlülük indeksinin də tədqiq edilməsinə böyük ehtiyac var.

Tədqiqatlar zamanı ən maraqlı faktlarla İsmayıllı ərazisində rastlaşdıqlarını deyən S.Hüseynova bildirdi ki, bunun diqqətçəkən məqamı həm də orada yaşayan azsaylı etnik qrupların da uzunömürlülük indeksinin öyrənilməsidir: “Orada etnik qruplar da çoxdur. İsmayıllıda yaşayan etnik qrupların da uzunömürlülük indeksini öyrənmişik. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Molekulyar səviyyədə də işlər aparacağıq. Yəni uzunömürlülüklə bağlı DNT analizləri aparılacaq. Naxçıvanda da bu işlər həyata keçiriləcək. Artıq “Naxçıvan uzunömürlüləri” adlı bir kitab da işıq üzü görüb. Bu kitabda da Naxçıvanın hansı rayonlarında uzunömürlülərin sayının çox olduğu müəyyən edilib. Sadəcə olaraq biz həm də o insanların yaşlarını dəqiqləşdiririk. Biri var şəxsiyyət vəsiqəsində qeyd edilən yaş, biri də var o insanların həqiqi yaşı. Bəzən olur ki, sənədlə real yaş arasında ziddiyyət olur. Bizim öz üsullarımız var və o üsullardan istifadə edərək insanların yaşını təyin edə bilirik”. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ