Bazar günü günü, 15 noyabr 2026
     

Efir aparıcıları üçün dil kurslarına ehtiyac varmı...

Image


Buludxan Xəlilov: “Düşünürəm ki, dilçi alimlərin, nitq mədəniyyəti bilicilərinin iştirakı ilə aparıcılar üçün bir neçə aylıq təlim kursları təşkil edilsə, bunun ancaq faydası ola bilər”
Cavanşir Muradov: “Lap televiziya və radio şirkətlərinin özləri də təlim kursları təşkil edə bilər”

 

Aparıcılıq, efirdə işləmək aparıcıdan xüsusi keyfiyyətlər tələb edir. Aparıcının zahiri görünüşü ilə yanaşı, səlist nitqi, gözəl danışığı, sözləri işlədərkən vurğuları yerli-yerində işlətməsi tələb olunur. Ancaq təəssüf ki, bəzi istisnaları nəzərə almasaq, yerli televiziya və radiolarda çalışan, efirə çıxan aparıcıların xeyli hissəsində bu keyfiyyətlər yoxdur.

Doğrudur, bəzi televiziya və radiolarda aparıcıların, efirə çıxan jurnalistlərin nitqinə fikir verilir, nitqində qüsur olanlar efirə çıxarılmır. Lakin böyük əksəriyyətində sözügedən problem var. Bu problemin aradan qaldırılması üçün göstərilən cəhdlər fayda vermir. Televiziya və radio ana dilinin işləkliyini təmin etmək, gözəlliklərini bütün çalarları ilə ifadə etmək imkanına malikdir. Aparıcıların böyük əksəriyyəti bunu dərk etmək istəmir. Onlara elə gəlir ki, evdə, çöl-bayırda necə danışırsa, efirdə də o cür danışmalıdır. Halbuki, efirdə dilin bütün qaydaları gözlənilməlidir.

Bəzən bildirirlər ki, efirdə aparıcılıq edənlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Bu ali məktəbin müxtəlif fakültələrini bitirənlər də efirdə danışarkən dil xətalarına yol verirlər. Onlara ali məktəbdə tanınmış səhnə xadimləri səhnə danışığı öyrədir, lakin onlar efirə çıxanda müəllimlərindən öyrəndikləri qaydada deyil, digər həmkarlarının danışdığı qaydada danışırlar. Televizya və radionun özünün spesifik dili var. Aparıcıların bu dili mənimsəyə bilməməsi mövcud vəziyyətə səbəb olur.

Təklif edərdik ki, televizya və radio aparıcıları dilçi alimlərin və nitq mədəniyyəti, səhnə danışığı ustalarının iştirakı ilə mərhələli təlim kurslarına cəlb edilsinlər. Əlbəttə, bu kursların təşəbbüskarı yerli radio və televiziyaların rəhbərliyi, yaxud müvafiq redaksiyaların, departamentlərin baş redaktorları olmalıdırlar. Görünən odur ki, aparıcıların böyük əksəriyyətinin bu kurslarda təlim alması vacib məsələdir. Əks halda, biz çox şey itirəcəyik.

İstisna hallarda müəyyən müstəqil radio və televiziyalar tanınmış, peşəkar aparıcıları, diktorları dəvət edirlər ki, onlar gənc nəslin efir nitqi üzərində işləsinlər. Ancaq bu da qısamüddətli olduğu üçün effekti az olur.

Professor, dilçi-alim Buludxan Xəlilov bizimlə söhbətində radio və televiziyaların bir çoxunda mövcud dil qaydalarının tez-tez pozulduğunu bildirdi. O da hesab edir ki, radio və televiziya aparıcıları üçün təlim kurslarının keçilməsi vacibdir: “Bilirsiniz ki, uzun illərdir bu məsələ ilə bağlı mübarizə aparılır. Bu sahədə ciddi problemlər var. Aparıcıların, demək olar ki, yarıdan çoxu ana dilimizi lazımi şəkildə təqdim edə bilmir. Dəfələrlə bu məsələ gündəmə gətirilib. Hətta ana dilinin qaydalarını efirdə pozan aparıcılarla bağlı “dil müfəttişliyi”nin yaradılmasını təklif edirdik. Bu barədə sizin qəzetdə çıxışlarımız olub. Məqsəd kimlərisə pisləmək deyil. Niyyətimiz odur ki, aparıcılar ana dilinin bütün incəliklərinə sahib olsunlar. Təklifiniz çox gözəldir. Düşünürəm ki, dilçi alimlərin, nitq mədəniyyəti bilicilərinin iştirakı ilə aparıcılar üçün bir neçə aylıq təlim kursları təşkil edilsə, bunun ancaq faydası ola bilər. Bu gün hər bir vətəndaş ana dilinin qayğısına qalmağa borcludur. Aparıcıların isə əsas işi bu qaydaları gözləmək, Azərbaycan dilində səlist danışmaq, dil xətalarına yol verməməkdir”.

Professor qeyd etdi ki, vaxtilə cəmiyyət Azərbaycan dilini, nitq mədəniyyətini radio və televiziya aparıcılarından öyrənirdi. Onun sözlərinə görə, Sovet dövründə radioda, televiziyada dinləyici, tamaşaçı qarşısına çıxan diktorların nitqi səlist, danışığı gözəl idi: “O insanlar efirə birdən-birə çıxmırdılar. Özlərindən əvvəlki diktorların, aparıcıların daxili təlimləri ilə tanış olurdular. Bir diktorun efirə çıxması üçün böyük zəhmət tələb olunurdu. Bu gün isə bir az bu məsələyə ciddi yanaşılmır. Aparıcılar təlim kursları keçsə, hesab edirəm ki, bu kimi hallar yavaş-yavaş aradan qalxacaq. Problemin həllinə kompleks yanaşılırsa, onun həlli də nəticə verir”.

Ali məktəblərdə nitq mədəniyyətindən dərs deyən, filologiya üzrə fəlsəfə doktoru Cavanşir Muradov da hesab edir ki, televiziya və radio aparıcılarının kurslara cəlb edilməsi vacib məsələdir: “Deyərdim ki, bir neçə il əvvələ nisbətən indi bu sahədə vəziyyət bir az düzəlib. Bu da onunla bağlıdır ki, həm Milli Televiziya və Radio Şurası, həm də müvafiq qurumlar televiziya və radio aparıcılarının efirdə özlərini apara bilməməsini, nitq qabiliyyətlərinin zəif olmasını və s. tənqid edirlər. Bəzi aparıcılar könüllü şəkildə ciblərindən pul verib müxtəlif mütəxəssislərdən fərdi dərslər alırlar. Belələrinin sayı az olsa da, var. Ancaq böyük əksəriyyət hələ də təlimlərə cəlb edilməyib. Uzun illər auditoriyalarda nitq mədəniyyətini tədris edən bir müəllim kimi deyə bilərəm ki, yeni nəsildə nitq, səlist danışıq olduqca zəifdir. Sözsüz ki, bu özünü televiziya və radio aparıcılarının da timsalında göstərir. Televiziya aparıcılarının bir qismi deyir ki, geyimim yaxşıdır, verilişimin sponsoru var, beş-üç tamaşaçı toplaya bilmişəmsə, nitq mədəniyyəti, səlist danışıq mənim nəyimə lazımdır? Onların fikrincə, küçə jarqonları ilə danışmaq lazımdır ki, tamaşaçılar verilişə baxsınlar. Bu səhv yanaşmadır. Aparıcının ilk növbədə gözəl nitqi olmalıdır. Televiziyada aparıcı qüsurlarını görüntü ilə ört-basdır edə bilir, ancaq radio aparıcısı bunu edə bilmir. Çünki dinləyici onun səsini eşidir, üzünü görmür. Fikrimcə, televiziya və radiolar öz əməkdaşlarını dilçi alimlərin, səhnə danışığı ustalarının təlimlərinə göndərməkdən çəkinməli deyillər. Lap televizya və radio şirkətlərinin özləri də təlim kursları təşkil edə bilər. Mütəxəssislər bu işə böyük məmnuniyyətlə dəstək olarlar. Söhbət ana dilimizin saflığının, gözəlliyinin, qaydalarının qorunmasından gedirsə, dilçilər, aktyorlar, nitq mədəniyyəti müəllimləri gənc aparıcılarla işləyə bilər. Sadəcə, buna təşəbbüs lazımdır”.

C.Muradov qeyd etdi ki, bir neçə il əvvəl hətta AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda aparıcılar üçün təlim kursları açılacağı məsələsi gündəmə çıxarılsa da, sonra hansısa səbəbdən bu layihə həyata keçirilməyib: “Mən bir az bu məsələnin gedişini izlədim. Sonra nə oldu bilmədim. Deyəsən, heç o layihəni həyata keçirmədilər. Halbuki, bu olduqca vacib məsələdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ