Bazar günü günü, 15 noyabr 2026
     

Bu dünyadan Nahid Hacızadə köçdü…

Image


Günlər elə keçir ki, arxasınca qaçsaq da, ona çatmaq olmur. Arxada qalan günlər zamanın işıq yaddaşına hopub yaşayır. Sən də yaşanan günlər haqqında xatirələrə boylanırsan. Zaman aynasının o üzündə qalan günlərin içində yaşayan adamların, o günlərə çökən addım səslərinin həsrətini çəkirsən. Elə adamlar var ki, onların ayaq səslərini, səsinin ahəngini, işığını, baxışlarını unuda bilmirsən. Bu adamlar sənin qohumların, doğmaların da ola bilər, heç tanımadıqların da. İmzasını kitablarda, qəzet-jurnal səhifələrində gördüyün, əsərlərini, yazılarını içinə çəkdiyin insanlar da yaddaş aynamızdan bizə boylanır.

Nahid Hacızadə - bu imza hər kəsə tanışdır, hər kəsə doğmadır, munisdir, dostdur. Zamanın yaddaşlarımıza yazdığı şəxsiyyətlərdən, vicdanlı, sədaqətli qələm sahiblərindən biri kimi Nahid Hacızadəni ədəbiyyat, sənət, mətbuat adamları çox yaxşı tanıyırlar.

Son bir ilə qədər Nahid müəllimi tez-tez “Azərbaycan” nəşriyyatının dəhlizlərində görürdük. Son dərəcə mədəni, diqqətli insan olan Nahid müəllim onu görən, tanıyan hər bir insanda özünə rəğbət hissi oyadırdı. Nahid müəllimin insana diqqətlə baxması, asta səslə salamlaşması, hal-əhval tutması burada işləyən hər bir adam üçün çox xoş idi. Biləndə ki, qarşındakı sadə insan deyil, Azərbaycan jurnalistikasının, ədəbiyyatının, ictimai həyatının parlaq simalarından biri Nahid Hacızadədir, ona heyranlıqla baxırdıq.

Çoxlarımız illər əvvəl Akademik Milli Dram Teatrının səhnəsində “Qisas qiyamətə qalmaz” tamaşasına baxıb. Biz özümüz də bu tamaşanı izləmişik. N.Hacızadənin qələminin qüdrətindən yaranan bu əsər Qarabağ müharibəsi mövzusunda yazılan ən dəyərli pyes kimi bu gün də öz əhəmiyyəti, bədii siqlətini, gücünü qoruyub saxlayır. Bu tamaşada rol almış xalq artistləri Zemfira Əliyeva və Həsənağa Turabov həyatda yoxdurlar. Artıq onların sırasına Nahid müəllim də qoşuldu. N.Hacızadə “qisas qiyamətə qalmaz” ümidilə yaşayırdı. Onu həyata bu ümid bağlayırdı... Ancaq təəssüf ki, həyat onu qoruya bilmədi. Əlbəttə, “yazıya pozu yoxdur” deyimi bir həqiqətdir. Qarabağ dərdi Nahid müəllimin qəlbində, sözün həqiqi mənasında, böyük yara açmışdı. O yaranı isə ancaq və ancaq zəfər müjdəsi sağalda bilərdi. Xalqın dərdinin yanında olmaq, hər gün şəhid atalarının əyilmiş qəddini, solan bənizini görmək, şəhid analarının yaşlı gözlərinə tamaşa etmək, nalə ilə dolu ürəyini duymaq asan iş deyil. Bunu bir insan asanlıqla çəkə bilməz əlbəttə. N.Hacızadə Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru vəzifəsində işləyərkən bu mənzərənin hər gün şahidi olurdu.

N.Hacızadənin 82 yaşı martın 14-də tamam olacaqdı. Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən, əli qələmdən iraq düşən, könlü söz ilə dolub-daşan Nahid müəllimin vəfatı xəbəri, sözün əsl mənasında, onun yaradıcılığını sevən, fəaliyyətini izləyənlər üçün ağır xəbər oldu. Söz adamının yaşı olmur ki... O, 100 yaşında da ruhən, daxilən cavandır, gəncdir, sözü-söhbəti yenidir.

Qeyd edək ki, Nahid Rəhim oğlu Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərin məktəbini keçib. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, son iş yeri Respublika “Xatirə kitabı” redaksiyası olub. Qeyd etdiyimiz kimi, N.Hacızadə bu redaksiyanın baş redaktoru vəzifəsində çalışıb.

N,Hacızadəni yaxından tanıyanlar bildirirlər ki, o, ömrünü, qələmini təmənnasız olaraq xalqa həsr edib. Yazıçı, jurnalist, ictimai xadim kimi ömrünü ləyaqətlə, heç kəsə əyilmədən yaşayıb. Hədsiz dərəcədə qürurlu insan olan N.Hacızadə ən ağır günlərində belə, heç kəsin qapısını nə döyüb, nə də kiməsə imkan verib ki, onun adı ilə qapılar döysün. Çox təəssüflə qeyd edək ki, ömrünün sonlarını xəstəliklə baş-başa keçirən N.Hacızadənin qapısını çox az adam döyüb. Qələm adamları, yazıçı-şair, jurnalist dostlarının bir çoxu o, ağır vəziyyətdə yatanda qapısını döyüb əhvalını soruşmayıblar. Bu, ömrünü fədakarlıqla sözə, sənətə, ədəbiyyata, ictimai həyata həsr edən bir şəxsiyyətin, yazıçının layiq olduğu qiymət deyildi. Yaxın qohumu, görkəmli yazıçı və dramaturq Firuz Mustafanın həmişə onun yanında olduğu məlumdur. “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın Nahid müəllimə vaxtaşırı baş çəkməsilə bağlı xəbərimiz var.

N.Hacızadə 82 illik ömrünün çox böyük hissəsini ədəbiyyata, dramaturgiyaya, jurnalistikaya, xüsusən də televiziya jurnalistikasına həsr etmişdi. Bu gün maraqla baxdığımız televiziya tamaşalarının, dinlədiyimiz radio pyeslərin bir çoxu Nahid müəllimin AzTV-də rəhbər vəzifələrdən birində işlədiyi dövrdə lentə alınıb. Televiziya tarixinə həkk olunan proqramların xeyli hissəsinin ideya müəllifinin Nahid müəllim olduğunu çoxları bilir.

Bundan başqa, N.Hacızadə özü çox maraqlı dramaturq idi. Onun “Ömrün sorağında”, “Ömür gözləyir bizi”, “Məhəbbət yaşadır”, “Köçündən ayrılan durna” pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. “Qisas qiyamətə qalmaz” pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub. Xalq şairi mərhum Bəxtiyar Vahabzadə 1995-ci ildə bu əsərə tamaşa etdikdən sonra bir məqaləsində yazırdı: “Qisas qiyamətə qalmaz” tamaşası bu günün səsi kimi milli teatrımızdakı böyük boşluğu doldurur. Bu tamaşa əli qələm tutan bütün dramaturqlarımızı silkələməli, milli teatrımızın böyük ənənəsini yeni əsərlərlə özünə qaytarmalıdır”.

N.Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin “Son qəmin olsun, Vətən!”, “Qayalarda qalan səs” və “Yaşa, ey haqq” filmləri Qızıl Fonda daxil edilib. Maraqlıdır ki, N.Hacızadə lap gənclik çağlarından poeziyaya maraq göstərib. Onun şeirlərinə çoxlu sayda mahnılar bəstələnib. Tanınmış bəstəkarlardan Hacı Xanməmmədov, Adil Bəbirov, Cavanşir Quliyev, Tahir Əkbər, Səyavuş Kərimi onun sözlərinə musiqi libası biçiblər. Bəstəkar Eldar Mansurovun N.Hacızadənin sözlərinə bəstələdiyi “Qalx, qalx, ulu torpaq!” mahnısı xalq artisti Mübariz Tağıyevin ifasında neçə illərdir əzəmətlə səslənməkdədir. Bu mahnı Qarabağ müharibəsinin, müqəddəs torpaqlarımızın hünər və rəşadət himni kimi sevilir.

Təbiətindəki səmimiyyət qələminin vasitəsilə sözünə keçən və bunun da nəticəsində dəyərli əsərlər yaradan N.Hacızadə bildirirdi: “Tanrıma, taleyimə minnətdaram ki, ömrün bu çağına məni yetirdi”.

Mənəvi zənginliyi, qələminə sədaqəti və məsuliyyəti ilə fərqlənən N.Hacızadə illər əvvəl “Azərbaycanın əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü. N.Hacızadə ömrünün az qala 40 ilə yaxınını radio və televiziyaya həsr etmişdi və böyük N.Hacızadə məktəbi yaratmışdı.

Məlumatlara görə, o, ədəbiyyata 1969-cu ildə “Ulduz” jurnalında çap edilən “Lirik miniatürlər”lə gəlib. İlk kitabı da 1972-ci ildə “Gənclik” nəşriyyatında çap edilib. “Bir ana tanıyırdım” adlanan bu əsəri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb və qədəmləri yüngül olub. Bunun ardınca, yazıçının dalbadal kitabları çap edilməyə başlayıb. Bu elə bir zaman idi ki, N.Hacızadənin işıq üzü görən kitabları 20, 30, 40, 45 min tirajla çap edilirdi. Bəzən kitab mağazalarında onu əldə etmək müşkülə dönürdü. Yazıçının müxtəlif illərdə yazdığı hekayə və povestləri təkcə Azərbaycanda deyil, o vaxt Sovet İttifaqının mərkəzi mətbuat orqanı sayılan “Moskovskiy komsomolets” qəzetində, “Nedelya” həftəliyində, “Oqonyok” jurnalında dərc olunurdu. N.Hacızadəni milyonlarla insan oxuyurdu. Ötən əsrin 70-80-ci illərində yazıçının kitabları Moskvadakı “Sovetskiy pisatel” nəşriyyatında rus dilində nəşr olunurdu. Azərbaycanlı müəllifin əsərləri vətənin sərhədlərini aşaraq dünya xalqlarının dillərinə tərcümə edilirdi.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev yazıçı haqqında qələmə aldığı məqalələrinin birində “Deyirlər insan öz zamanının övladı olur. Burada bir həqiqət var. İnsan bəzən zamanın burulğanlarında, gündəlik qayğıların məngənəsində mütiləşir, sınır, zamanın hökmünə boyun əyərək dövrünün övladına çevrilir... Nahid müəllim “zamanın övladı” olmaqdan üstün çıxdı” - deyə yazırdı.

Artıq haqq dünyasına qovuşan N.Hacızadə köçündən ayrılan durnaya bənzəyir. Görəsən hansı səmtə, hansı yana üz tutur görkəmli qələm sahibi? Ömür onsuz da bir durna köçüdür. İnsan qara buludların bağrını yara-yara günəşi axtarır ömrü boyu. Taleyinin günəşinə isə ömrünün qürub çağında qovuşa bilir, Nahid Hacızadə kimi.

Ruhunuz şad olsun, ustad!

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ