Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycandilli “Vikipediya” Açıq Ensiklopediyası 57-ci pillədən 50-ci pilləyə yüksəlib

Image


AMEA-nın Mərkəzi Kitabxanası: “Vikipediyada yeni məqalələrin yaradılması və mövcud məqalələrin redaktəsi etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayının artırılmasına imkan verir”
Tərxan Paşazadə: “Azər­bay­can di­lin­də “Vi­ki­pe­di­ya” 2004-cü ilin yan­va­rın­dan az.wi­ki­pe­dia.org ün­va­nın­da fəa­liy­yət gös­tə­rir”

 

“Vikipediya” Açıq Ensiklopediyası dünyada ən çox istinad edilən internet resursudur. Hər kəs üçün sərbəst girişi olan “Vikipediya” dolğun, zəngin, vacib informasiyanın toplandığı bir bilgi, məlumat obyektidir. Azərbaycanda da müxtəlif könüllülər tərəfindən “Vikipediya” yaradılıb. Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyası da “Vikipediya”ya çox maraqlı məlumatlar yerləşdirənlər sırasına daxil olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya Azərbaycan”ın məlumatlarla zənginləşdirilməsi istiqamətində mühüm nəticələr əldə edilib. Sərbəst elektron resurslara aid edilən Azərbaycan dilində “Vikipediya”da ölkəmizin mövqeyi 57-ci pillədən 52-ci pilləyə irəliləyib.

MEK-dən “Bakı-Xəbər”ə verilən məlumata görə, “AzVikipediya”nın zənginləşməsi üçün kitabxana tərəfindən işlək model hazırlanıb və tətbiqinə başlanıb: “MEK-in sərbəst elektron resurslar şöbəsi tərəfindən AMEA-nın və kənar təşkilatların əməkdaşları üçün sistemli şəkildə 42 təlim keçirilib. Nəticədə ümumi məqalələrlə yanaşı, elmi şəkildə əsaslandırılmış etibarlı məqalələrin sayı 129462-dək artıb. “Mövzulu ay” layihəsi çərçivəsində yaradılan 4746 məqalə redaktə olunub. Xarici dillərdə “Vikipediya”da AMEA-nın 15 təsisçisi, milli qəhrəmanlarımız, görkəmli ədiblər haqqında 70 məqalə yaradılıb. Azər­bay­can haq­qın­da bü­tün dün­ya­ya an­caq hə­qi­qət­lər çat­dı­rıl­ma­lı­dır. Ta­ri­xi­miz, döv­lət­çi­li­yi­miz, mə­də­niy­yə­ti­miz, in­cə­sə­nə­ti­miz, di­ni­miz, bu­ra­da ya­şa­yan xalq­lar, on­la­rın məi­şə­ti, di­li, cə­miy­yə­ti­mi­zin əh­va­lı ilə bağ­lı mə­lu­mat­lar ol­duq­ca həs­sas­lıq­la ya­yıl­ma­lı­dır. Müa­sir Azər­bay­can döv­lə­ti Cə­nu­bi Qaf­qaz­da öz gü­cü, qüd­rə­ti, iq­ti­sa­di in­ki­şa­fı ilə li­der­dir. Döv­lə­ti­miz bu sə­viy­yə­yə çat­maq üçün bö­yük və şə­rəf­li, ey­ni za­man­da da çə­tin yol ke­çib. Bu gün Er­mə­nis­tan­la mü­ha­ri­bə şə­rai­tin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də qa­lan, tor­paq­la­rı iş­ğal olu­nan Azər­bay­can həm də bəd­nam qon­şu­la­rı­mız­la in­for­ma­si­ya mü­ba­ri­zə­sin­də­dir.

Əl­bət­tə, er­mə­ni­lə­rin Azər­bay­ca­na, azər­bay­can­lı­la­ra qar­şı möv­qe­yi, təx­ri­bat­la­rı bü­tün dün­ya­ya mə­lum­dur. Am­ma bu­nun­la be­lə, on­la­rın bi­zim­lə bağ­lı yay­dı­ğı səhv in­for­ma­si­ya­la­ra "da­yan" de­yən yox­dur. Bəl­kə də bu on­dan irə­li gə­lir ki, dün­ya er­mə­ni­lə­rin yay­dı­ğı in­for­ma­si­ya­ya cid­di ya­naş­mır, am­ma bu­nun­la be­lə, o in­for­ma­si­ya­la­rın qar­şı­sı bir­mə­na­lı şə­kil­də alın­ma­lı­dır. Tə­bii, bu mə­sə­lə­də Azər­bay­can tə­rə­fi ak­tiv­dir. İn­ter­net re­surs­la­rın­dan is­ti­fa­də edə­rək er­mə­ni təx­ri­ba­tı­na ən müx­tə­lif for­ma­lar­da və ay­rı-ay­rı xa­ri­ci dil­lər­də ca­vab ve­rir. Söz­süz ki, bu­ra­da Azər­bay­can vi­ki­pe­di­ya­çı­la­rı­nın ro­lu

da­nıl­maz­dır”.

AMEA-dan verilən məlumata görə, AMEA və kənar təşkilatlara sistemli şəkildə keçirilən vikitəlimlərin nəticəsində azərbaycandilli “Vikipediya” 57-ci pillədən 50-ci pilləyə yüksəlib. Ümumi məqalələrin sayı artmaqla yanaşı, elmi əsaslandırılmış məqalələrin sayı 2016-cı ilin iyun ayında 106.000-dən 2017-ci ilin dekabr ayında 130.499 məqaləyə qədər artıb: “Milli Rəqəmsal Yaddaşa daxil edilməsi üçün Azərbaycan Respublikasının milli qəhrəmanlarının, aprel şəhidlərinin, Əfqanıstan müharibəsində iştirak etmiş azərbaycanlıların universal siyahılarının tərtib olunması işi aparılır. AMEA MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları, bu şöbənin keçirdiyi “Vikipediya” təlimlərinin iştirakçıları, “Vikipediya” üzrə idarəçilər və könüllülər müxtəlif beynəlxalq və ictimai tədbirlərdə iştirak ediblər, eyni zamanda əlaqələr qurmuşlar. Qeyd edək ki, bu tədbirlərdə “Vikipediya” ilə bağlı bir sıra problemlər həllini tapıb, “Vikipediya”da görülən işlərdə birgə əməyə, həmrəyliyə dair çağırışlar edilib, keçirilən təlimlərin uğurları çoxdur. “Vikipediya”nın “Mövzulu ay” layihəsində təlim iştirakçıları iştirak edərək qazandıqları nailiyyətlər az deyil”. Məlumatlara görə, indiyə qədər “Vikipediya” işi ilə bağlı Qax rayonunun İlisu kəndində “Vikimedia” Fondunun dəstəklədiyi təcrübəli və yeni vikipediyaçıların yay düşərgəsi, Kanadanın Monreal şəhərində keçirilən Beynəlxalq Vikimaniya tədbiri, Coğrafiya İnstitututunun “Azərbaycan Vikimediya Könüllüləri” İctimai Birliyi ilə birlikdə keçirdiyi “Coğrafiya elminin Vikipediyada yeri” mövzusunda tədbir, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutunun “Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı “Vikipediya”da mövzulu ay və mükafatlandırma” adlı birgə tədbiri bu qəbildəndir.

Qeyd edilənə görə, Mərkəzi Elmi Kitabxananın SER şöbəsinin əməkdaşları və təlim iştirakçıları 20 Yanvar şəhidləri, AMEA Tarix İnstitutunun fəxri doktorları, Naxçıvanın görkəmli şəxsləri, müəssisələri, məhəllələri, küçələri, Azərbaycan jurnalları, qəzetləri, xanən­dələri, diaspor nümayəndələri, jurnalistləri, kəşfiyyatçıları, Azərbaycanın xaricdə yaşayan professorları, xüsusi tarixi günləri, “Vikipediya”da seçilmiş və yaxşı statusu almış məqalələr, “Mövzulu ay” layihəsi ətrafinda 4746 yeni məqalə yaradılıb, “Vikipediya”da mövcud olan 1000 məqalə redaktə edilərək genişləndirilib. Eyni zamanda xarici dil “Vikipediya”sında AMEA-nın 15 təsisçisi, milli qəhrəmanlarımız, görkəmli ədiblər haqqında bütövlükdə 70 məqalə yaradılıb. Milli qəhrəmanlarımız Albert Aqarunov, Əliyar Əliyev, Vəzir Orucov, Əlif Hacıyevlə bağlı 6 dildə məqalə yaradılıb: “XIX--XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı 4 əcnəbi dilli “Vikipediya”da  məqalə yaradılıb. Bu şəxsiyyətlər içərisində Abbasqulu ağa Bakıxanov, Süleyman Sani Axundov, Abbas Səhhət, Qasım bəy Zakir, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mizə Şəfi Vazehin adlarını qeyd edə bilərik. Yaradılan məqalələr də, öz növbəsində, KİV-də işıqlandırılıb. Görülən işlər müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərin, Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin daha geniş şəkildə təbliğinə öz töhfəsini verib. Digər tərəfdən də SER şöbəsinin əməkdaşları və təlim iştirakçılarının fəaliyyəti nəticəsində “Vikipediya”da yeni məqalələrin yaradılması və mövcud məqalələrin redaktəsi etibarlılıq səviyyəsi yüksək olan məqalə və məlumatların sayının artırılmasına imkan verir”.

Qeyd edək ki, təlim iştirakçılarını xüsusu günlərlə bağlı məqalələr yaratmağa təşviq etmək də daim diqqətdə saxlanır. Hazırlanan bu cür viki məqalələrin mətbuatda geniş şəkildə təbliği təşkil olunur. Bu yolla təlim iştirakçıları bu istiqamətdə daha fəal iş görməyə həvəsləndirilir. Hazırda bu üç xüsusi mövzuda - 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 9 noyabr – Dövlət Bayrağı Günü, 17 noyabr - Milli Dirçəliş Günü, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı məqalələr yaradılıb.

Qəzetimizə verilən məlumatda həmçinin bildirilir ki, 2014-cü ildən “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Vikipediya” istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay  təşkil edilir. 2017-ci ildən Mərkəzi Elmi Kitabxana mövzulu aylar üzrə 6 tədbirdə daha fəal iştirak edib. Mərkəzi Elmi Kitabxana tərəfindən mövzulu aylar çərçivəsində azərbaycandilli “Vikipediya”da 1848 məqalə və 14 kateqoriya yaradılıb, 658 məqalə isə redaktə olunub. Xarici dil “Vikipediya”sından 9 viki qayda tərcümə edilərək Azərbaycan dilində “Vikipediya”nın qaydalarına əlavə edilib. Bu da, öz növbəsində, məqalələrin daha düzgün keyfiyyətli yerləşdirilməsinə xidmət edir.

Məlumatlara görə, “Vikipediya”da istifadəçilərin fəaliyyətinə yardım məqsədilə 9 qayda tərtib olunub. Bura “Vikipediya” ensiklopedik əhəmiyyətlilik-coğrafi xüsusiyyətlər, “Vikipediya” ensiklopedik əhəmiyyətlilik-təşkilatlar və şirkətlər, “Vikipediya” ensiklopedik əhəmiyyətlilik-rəqəmlər, “Vikipediya” ensiklopedik əhəmiyyətlilik-internet məzmunu, “Vikipediya” ensiklopedik əhəmiyyətlilik-astronomik obyektlər (yarısı), “Vikipediya” ensiklopedik əhəmiyyətlilik (elm xadimləri), “Vikipediya” ensiklopedik əhəmiyyətlilik (kitablar), “Vikipediya” ensiklopedik əhəmiyyətlilik (idman və idmançılar), “Vikipediya” ensiklopedik əhəmiyyətlilik (hadisələr) daxildir.

Bu günə qədər SER şöbəsi tərəfindən 43 təlim keçirilib. Təlimlərdə AMEA institut və təşkilatlarının, o cümlədən də digər dövlət təşkilatlarının əməkdaşları və tələbələr  olmaqla, 240 nəfər iştirak edib. Müxtəlif elm sahələri ilə bağlı  3.058-dən çox elmi məqalə və 14 kateqoriya yaradılıb. 755-dən çox məqalə redaktə edilərək genişləndirilib: “Mərkəzi Elmi Kitabxana “Vikipediya” ilə bağlı keçirdiyi təlimlərində daha bir yenilik etdi. İndiyə qədər çoxlu sayda təlimlər keçirmişik. Bu təlimlərin nə qədər faydalı olması hazırda təlim iştirakçılarımızın fəallıq səviyyəsi ilə ölçülə bilər. Lakin bu işdə daha təsirli və faydalı işə nail olunması üçün “YouTube” dərslərinin hazırlanması çox mühümdür. Təlimlərdə iştirak etmək istəyən, lakin vaxt məhdudiyyətinə görə iştirak edə bilməyən şəxsləri nəzərə alan Mərkəzi Elmi Kitabxana rəhbərliyinin təşəbbüsü ilə  “YouTube” videopaylaşma sistemi üçün “Vikipediya” dərslikləri hazırlanıb və yüklənməyib. Video-dərslərin hazırlanmasında məqsəd “Azərbaycan Vikipediyası”na könüllü şəkildə töhfələr vermək istəyən şəxslərin işini daha da rahatlaşdırmaqdır. Məqsədimiz vətəndaşlarımızın həm maariflənməsinə, həm də maariflənmə işinə öz töhfəsini verməsinə nail olmaqdır. “Facebook” sosial şəbəkəsində isə təlim iştirakçılarına dəstək məqsədilə “Qorqud Viki Klub” yaradılıb. Azərbaycanın gələcəyi olan gənclərini dövlətin səmərəli (faydalı) işinə yönləndirmək və düzgün istiqamətləndirməkdə təlimlərin əhəmiyyətli olduğunu düşünürəm. Hər bir vətəndaş vaxtını “Vikipediya”da səmərəli keçirə bilər. Bu ona həm maariflənməyə, həm də maarifləndirməyə şərait yaradar. Bu da, öz növbəsində, intellektual gələcək deməkdir. Mədəni irsimizi dünyaya çatdırmaqda təlim iştirakçıları bizə könüllü şəkildə dəstək olurlar. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin keçirdiyi “Vikipediya” təlimləri öz müsbət nəticələrini göstərməkdə davam edir. Keçirilən viki təlimlərin iştirakçıları artıq bir komanda kimi nəinki AMEA-nın institutlarında, hətta orta məktəblərdə, o cümlədən də rayon məktəblərində təlimlər keçirlər. Mərkəzi Elmi Kitabxana artıq viki təlimlər üçün bir məktəb formalaşdırmağa nail olub. Görülən işlər milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin daha geniş və düzgün istiqamətdə təbliğinə xidmət edir. Ümid edirik ki, bu istiqamətdə gördüyümüz işlərin nəticələri hər zaman müsbət məcrada davam edər”.

AMEA-dan bildirdilər ki, “Vikipediya”da Azərbaycan dilində məqalələrin kəmiyyət və keyfiyyət baxımından artması təqdirəlayiq haldır.

Qeyd edək ki, “Vi­ki­pe­di­ya” Açıq En­sik­lo­pe­di­ya­sı bü­tün dün­ya­nı əha­tə edir və müx­tə­lif dil­lər­də xid­mət gös­tə­rir. “Vi­ki­pe­di­ya” Açıq En­sik­lo­pe­di­ya­sı­nın Azər­bay­can di­lin­də va­ri­an­tı da uzun il­lər­dir fəa­liy­yət gös­tə­rir. Azər­bay­can vi­ki­pe­di­ya­çı­la­rı­nın əmə­yi sa­yə­sin­də bu sa­hə in­ki­şaf edir, zən­gin, sə­hih in­for­ma­si­ya xid­mə­ti gös­tə­rir. Bu ol­duq­ca müs­bət bir iş­dir. Onu da qeyd edək ki, “Vi­ki­pe­di­ya”da Azər­bay­can haq­qın­da, onun ta­ri­xi, iş­ğal al­tın­da olan tor­paq­la­rı­mız, Qa­ra­bağ hə­qi­qət­lə­ri, mə­də­niy­yət və in­cə­sə­nə­ti­miz, iq­ti­sa­diy­ya­tı­mız, so­si­al hə­ya­tı­mız, id­ma­nı­mız və s. sa­hə­lər­də ma­raq­lı, doğ­ru, fakt­lar əsa­sın­da ha­zır­la­nan mə­lu­mat­lar­la ya­na­şı, hə­qi­qə­tə uy­ğun ol­ma­yan mətn­lər də yer­ləş­di­ri­lir. Tə­əs­süf ki, bə­zən bu mə­lu­mat­lar ana di­li­miz­də olur və bu da biz­də na­ra­hat­lıq ya­ra­dır. Azər­bay­can vi­ki­pe­di­ya­çı­la­rı, tə­bii ki, bu ki­mi hal­la­rın qar­şı­sı­nı al­maq­da ak­tiv­lik gös­tə­rirlər. An­caq bu­nun­la be­lə, düş­mən də­yir­ma­nı­na su tö­kən ya­zı­lar­dan xi­las ola bil­mi­rik.

Mə­lu­mat üçün bil­di­rək ki, Azər­bay­can di­lin­də olan “Vi­ki­pe­di­ya”da 123.203 mə­qa­lə var. Qeyd edi­lə­nə gö­rə, 2014-cü il mart ayı­nın 25-də Azər­bay­can di­lin­də “Vi­ki­pe­di­ya”da mə­qa­lə­lə­rin sa­yı 100 000-i keç­miş və be­lə­lik­lə, bu la­yi­hə “Vi­ki­pe­di­ya”nın 10 000+ böl­mə­sin­dən 100 000+ böl­mə­si­nə ad­la­yıb.

Onu da vur­ğu­la­yaq ki, 2004-cü ilin yan­va­rın­dan az.wi­ki­pe­dia.org ün­va­nın­da Azər­bay­can di­lin­də “Vi­ki­pe­di­ya” fəa­liy­yə­tə baş­la­yıb. Bu­na Azər­bay­ca­nın açıq on­li­ne en­sik­lo­pe­di­ya­sı ki­mi də bax­maq olar. Azər­bay­can “Vi­ki­pe­di­ya”sın­da­kı mə­qa­lə­lə­rin sa­yı da­yan­ma­dan art­maq­da­dır. Bu­nun­la be­lə, qeyd et­mək la­zım­dır ki, ha­zır­da sayt­da çox­lu qram­ma­tik və sin­tak­tik səhv­lə­rə, qa­ra­la­ma ha­lın­da olan mə­qa­lə­lə­rə rast gəl­mək müm­kün­dür. Bu prob­le­mi də vi­ki­pe­di­ya­çı­lar ara­dan qal­dır­maq­da­dır.

“Vi­ki­pe­di­ya”nın Azər­bay­can di­li böl­mə­si­nin ak­tiv fəa­liy­yət gös­tər­mə­sin­də əmə­yi olan in­san­lar çox ol­ma­sa da, yox da de­yil. On­lar­la bu sa­hə­də gös­tər­dik­lə­ri fəa­liy­yət haq­qın­da da­nı­şıb mə­lu­mat­lar əl­də et­dik.

Azər­bay­can vi­ki­pe­di­ya­çı­la­rı­nın kö­nül­lü hə­ya­ta ke­çir­di­yi bu iş ol­duq­ca fay­da­lı­dır.

Vi­ki­pe­di­ya­çı Tər­xan Pa­şa­za­də bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, Azər­bay­can di­lin­də “Vi­ki­pe­di­ya” 2004-cü ilin yan­va­rın­dan az.wi­ki­pe­dia.org ün­va­nın­da fəa­liy­yə­tə baş­la­yıb: “Vi­ki­pe­di­ya Açıq En­sik­lo­pe­di­ya­sı” 2001-ci ilin 15 yan­var ta­ri­xin­dən in­ter­net­də fəa­liy­yət gös­tər­mə­yə baş­la­yıb. Azər­bay­can di­lin­də “Vi­ki­pe­di­ya” 2004-cü ilin yan­va­rın­dan az.wi­ki­pe­dia.org ün­va­nın­da fəa­liy­yət gös­tə­rir. İlk də­fə öz adım­la 2006-cı il­də qey­diy­yat­dan keç­mi­şəm. Am­ma hə­min dövr­də in­ter­ne­tə çı­xış im­kan­la­rım məh­dud ol­du­ğu üçün, o qə­dər də ak­tiv fəa­liy­yət gös­tə­rə bil­mə­dim. 2009-cu il­də "Cek­li829" adı ilə ye­ni­dən qey­diy­yat­dan keç­dim. Hə­min il­dən, mü­tə­ma­di ola­raq, bir kö­nül­lü ki­mi fəa­liy­yət gös­tə­ri­rəm”.

T.Pa­şa­za­də­dən "in­di­yə qə­dər təx­mi­nən nə qə­dər in­for­ma­si­ya yer­ləş­dir­mi­si­niz" - de­yə so­ruş­duq­da, ca­va­bı be­lə ol­du: “Ba­car­dı­ğım qə­dər. Tək Azər­bay­can di­lin­də olan “Vi­ki­pe­di­ya”da 9 min­dən çox mə­qa­lə ya­rat­mı­şam. “Wi­ki­me­dia Com­mons” la­yi­hə­si­nə isə 13 min­dən çox şə­kil yük­lə­mi­şəm və s.”

T.Pa­şa­za­də­nin han­sı mən­bə­lə­rə is­ti­nad et­mə­si­nə gə­lin­cə, o bil­dir­di ki, eti­bar­lı mən­bə­lər­dən is­ti­fa­də edə­rək mə­qa­lə­lər ya­ra­dır: “Eti­bar­lı mən­bə­lə­rə is­ti­nad edi­rəm. İşin çə­tin­li­yi­nə gə­lin­cə, hə­və­sim olan ma­raq­lı bir iş­lə məş­ğul ol­maq, tə­bii ki, çə­tin de­yil”.

“Vi­ki­pe­di­ya”da yer­ləş­di­ri­lən mə­lu­mat­lar bə­zən zid­diy­yət­li olur, bu­nun­la bağ­lı Tər­xan bəy bil­dir­di ki, ək­sər hal­lar­da bu zid­diy­yət özü­nü gös­tə­rir: “Bə­zən yox, hət­ta de­yər­dim ki, çox vaxt zid­diy­yət­li olur. Bu çox nor­mal­dır. Çün­ki “Vi­ki­pe­di­ya” da­vam­lı in­ki­şaf edən bir la­yi­hə­dir. İn­ter­ne­tə çı­xış im­ka­nı olan hər kə­sin də bu la­yi­hə­də fəa­liy­yət gös­tər­mək im­kan­la­rı ol­du­ğu üçün, müx­tə­lif in­san­lar müx­tə­lif cür töh­fə­lər ve­rirlər ki, bu­nun da bir his­sə­si­ni dır­na­qa­ra­sı töh­fə­lər təş­kil edir. Ona gö­rə də əsl kö­nül­lü­lə­rin hədəfi ilk növ­bə­də be­lə prob­lem­lə­ri ara­dan qal­dır­maq­dır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ