çərşənbə günü, 30 sentyabr 2026
     

Döyüş sınaqları qarşısında mətin dayandı... - FOTO

Image


Qarabağ müharibəsində hərbi qulluqçularımızın mətinlik və fədakarlıq göstərərək son nəfəslərinədək torpaqlarımızı müdafiə etmələri Vətənə sarsılmaz sədaqət nümunəsidir. Onlar Vətən yaşasın deyə həyatlarını qurban verdilər. Vətəni qorumaq və yaşatmaq tarixən xalqımızın qeyrətli övladlarının üzərinə düşən missiya olub. Əcdadlarımızın ən müqəddəs mirası olan torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusunu ehtiramla anaraq, həm bu gün xidmət edən şəxsi heyətə, həm də ictimaiyyətə tanıtmalıyıq.

Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının döyüş yolu maraqlı faktlarla zəngindir. Barıt qoxulu səngərlərdə müharibənin hər üzünü görmüş və od-alovdan keçmiş bu hərbi qulluqçularımız əsl fədai idilər.

Bu yazım ön cəbhədə atasının gözü qarşısında şəhid olmuş əsgər Mustafayev Hüseyn Məhəmmədəli oğluna həsr olunub. Hüseyn döyüşçü yoldaşım olduğundan, onun haqqında xatirələrim ilk dəfə “Əsgər” qəzetinin 11 iyul 1993-cü il tarixli sayında öz əksini tapıb. “Ana balasından xəbər gözləyirdi...” adlanan həmin məqalə sonradan 1999-cu ildə işıq üzü görmüş, Əməkdar jurnalist, hazırda ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədovanın müəllifi olduğu “Oğullar verir ki can, yaşasın Azərbaycan” kitabına da daxil edilib. Qeyd etdiyim məqalədə şəhidin tərcümeyi-halı barədə ətraflı məlumat yoxdur, şəkli də verilməyib. Çünki o məqalə ön cəbhədə, döyüşlər vaxtı yazılmışdı. Sonradan kitabda təkrar dərc edildikdə bioqrafik məlumatları toplamaq və şəklini tapmaq mümkün olmamışdı. Onu da nəzərə almaq lazımdır ki, həmin kitab Daxili Qoşunların şəhid hərbi qulluqçuları haqqında ilk nəşrdir və onun hazırlanmasında “Əsgər” qəzetinin materiallarına və fotoarxivinə istinad olunmuşdu. İllər sonra Hüseynin döyüş yolu haqqında yeni məqalə yazmağımın səbəbi həm tərcümeyi-halı, ailəsinə dair geniş məlumat toplamağımdan, sağlığında çəkilmiş, eləcə də məzarı və xatirə lövhəsi şəkillərinin redaksiyamıza göndərilməsindən irəli gəlir, həm də onun necə həlak olması faktı üzrə bəzi təfərrüatları bu günlərdə öyrənə bildim. Ona görə də bu döyüşçünün ön cəbhədə keçdiyi yolu bir daha işıqlandırmağa ehtiyac yarandı.

Əsgər Hüseyn Mustafayev 14 fevral 1974-cü ildə Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olub. Doğma yurda, elin adət-ənənələrinə, halal zəhmətə möhkəm bağlılığı olan Mustafayevlər ailəsində 9 övlad dünyaya gəlib. Doğmalarının dediyinə görə, Hüseyn xasiyyətcə istiqanlı olması, xeyirxahlığı, ədəb-ərkanı ilə seçilib, valideynlərinə həmişə ehtiram göstərib. (Hüseyn haqqında ata və anasının xatirələrini dinləmək və yazmaq istəyirdim, qismət deyilmiş, onlar illər öncə vəfat ediblər-Y.Q.). Çoxuşaqlı ailənin gün-güzəranına Hüseyn laqeyd yanaşmayıb, zəhmətkeş olub, atasına, qardaşlarına ev təsərrüfatında köməyini əsirgəməyib.

O, Aşağı Ləkidəki orta məktəbdə oxuyub. Müsbət şəxsi keyfiyyətlərinə görə müəllimlərinin və məktəb yoldaşlarının hörmətini qazanıb. Qeyd edim ki, valideynləri və müəllimləri onu vətənpərvər ruhda yetişdiriblər.

1992-ci ildə Hüseynin 18 yaşı tamam olduqda Ağdaş Rayon Hərbi Komissarlığı (Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Bu hərbi hissədə əsgər üçün zəruri olan döyüş hazırlığına yiyələnib, hərbi andı da burada qəbul edib.

Həmin vaxt Dağlıq Qarabağ və ətraf rayonlarda respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlər gedirdi. Digər hərbi hissələrdən olduğu kimi, “N” saylı hərbi hissədən də ön cəbhəyə şəxsi heyət göndərilirdi. Hüseyn xidmət etdiyi hərbi hissəyə təyinatı üzrə necə mühüm vəzifələrin həvalə olunduğunu düzgün dərk edir, komandirlərin tapşırıqlarını məsuliyyətlə yerinə yetirirdi. Ancaq o, Vətənin dar günündə vətənpərvər bir əsgər kimi ön cəbhədə olmağı daha vacib bilir, bununla bağlı komandirlərinə müraciət edirdi. Bir neçə ay sonra hərbi hissədən ön cəbhəyə göndərilən böyük bir qrup şəxsi heyətin arasında Hüseyn də vardı. Onun döyüş yolu Ağdam rayonu ərazisindən başlayıb. “N” saylı hərbi hissənin tərkibində Ağdamın Əsgəran istiqamətindəki kəndlərinin və Fərrux yüksəkliyi ətrafındakı mövqelərimizin müdafiəsində dayanıb. Sonra Ağdərə bölgəsində Drımbon (Heyvalı), Kaçaqot (Yayıcı), Mehmanə, Canyataq və Gülyataq kəndləri uğrunda döyüşlərdə iştirak edib. Həmçinin Ağdamın Qalayçılar və Papravənd kəndləri, habelə ətraf yüksəkliklərin müdafiəsi üzrə döyüşlərə cəlb olunub. Onun döyüşçü yoldaşı kimi qeyd etmək istəyirəm ki, Hüseyn qorxmaz, iradəli və əzmkar bir əsgər idi. Müharibənin bütün əzab-əziyyətinə dözümlə yanaşırdı. Döyüşlərdə qətiyyət göstərərək düşməni tələfata uğradırdı. Şiddətli atəş altında olsa da, özünü itirmirdi. Yaralanmış döyüşçü yoldaşlarını heç vaxt köməksiz qoymazdı. Ən təhlükəli mövqe olsa belə, şəhidlərin meyitlərinin çıxarılmasına tərəddüd etmədən can atırdı, “bunu etməsək, sonradan vicdan əzabı çəkərik”- deyirdi. “Şəhid olmaq şərəfdir, təki torpaqlarımızı geri qaytaraq” - söyləyirdi.

Hüseyn 5 aprel 1993-cü il tarixində şəhid olub. Həmin gün Ağdamın Papravənd kəndi yaxınlığındakı yüksəklikdə ayrı-ayrı postlarda idik. Düşmən bizim mövqeləri və ətrafdakı yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan atəşə tutdu. Cavab atəşi ilə düşmənə zərbə vurulduqdan sonra nisbi sakitlik yaransa da, ermənilər gün ərzində bir neçə dəfə minaatanlardan bizim postları və arxa ərazini atəşə tutdular. Məhz həmin gün Hüseynin yanına atasının gəldiyi, onlar görüşüb ayrıldıqdan bir neçə dəqiqə sonra düşmənin atdığı minaatan mərmisinin partlayışı nəticəsində posta qayıdan Hüseynin ağır yaralanaraq həlak olduğu və ərazidən uzaqlaşmamış Məhəmmədəli kişinin partlayış səsinə geri dönüb oğlunun meyitini gördüyü xəbəri yayıldı. Əvvəlki məqaləmdə bu ağrı-acılı məqamın təfsilatı belə yazılıb. Ancaq hazırkı məqaləni yazarkən Ağdaş rayonu Aşağı Ləki kəndinin orta məktəb direktoru olmuş, şəhidlik mövzusuna çox həssas yanaşan ziyalı Qubad Kərimovla telefonla danışdım. Məlum oldu ki, 5 aprel 1993-cü il tarixində ön cəbhəyə Hüseynin atası tək getməyib. Belə ki, M.Mustafayevlə Ağdam rayonuna böyük oğlu Həmzə Mustafayev, Qubad Kərimov, daha iki nəfər həmkəndlisi də gediblər. O iki nəfərdən biri – Bahadur Hacıyev itkin düşmüş oğlunu axtarırmış, digəri – Baxşalı Baxşəliyev isə onları öz avtomobilində aparıb. Hüseynin yerləşdiyi mövqeyə Məhəmmədəli kişi və B.Baxşəliyev qalxıblar. Qubad müəllim, B.Hacıyev və H.Mustafayev arxa ərazidə qalıblar. Atası Hüseyn ilə görüşə bilib. Sonra atasını yola salmaq, habelə qardaşı və həmkəndliləri ilə görüşmək üçün Hüseyn yüksəklikdəki mövqedən onlarla birgə aşağı enib. Bu zaman qəfil yaxınlıqlarında düşmən minaatanının mərmisi partlayıb. Hüseyn daldalanmağa, özünü qorumağa macal tapmayıb. Çoxsaylı qəlpələrdən ağır yaralanaraq atasının və həmkəndlisinin gözü qarşısında həlak olub.

Məhəmmədəli kişi ön cəbhəyə yola düşərkən nigaran ailəyə Hüseyndən bir xoş xəbər gətirəcəyini demişdi. O, kəndə, doğmalarının yanına qəddi əyilmiş, gözü yaşlı qayıtdı...

Hüseyn doğma yurdunda dəfn olunub. Oxuduğu orta məktəb onun adını daşıyır. Bu məsələdə Q.Kərimovun təqdirəlayiq əməyi olub. Kənd camaatı da bu təşəbbüsü dəstəkləyib. Orta məktəbdə şəhidin xatirə lövhəsi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2007-ci il tarixli, 2019 nömrəli Sərəncamı ilə əsgər Mustafayev Hüseyn Məhəmmədəli oğlu ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Yalçın QAYA
P.S. Məqalənin hazırlanması üçün sənədli materialların və fotoların çəkilib toplanmasında göstərdiyi köməkliyə görə Ağdaş rayonu Aşağı Ləki kəndinin sakini, Qarabağ müharibəsi əlili, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü, “Fədai” medalı ilə təltif olunmuş, kənd orta məktəbi direktorunun təsərrüfat işləri üzrə müavini Əvəz Mütəllimova dərin minnətdarlığımı bildirirəm.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ