Bazar günü günü, 15 noyabr 2026
     

Yolka - əbədi həyat rəngi kimi qədim türk ənənəsində…

Image


Millət vəkili Hikmət Babaoğlu “qədim şaman fəlsəfəsində və tanrıçılıq inancında şamanlar şam ağacını əbədi həyatın simvolu kimi qəbul edirdilər” deyir
Sevinc Qurbanova: “...şamanlıqla bağlıdır”

 

Artıq neçə onilliklərdir dünya xalqları ilə yanaşı, Azərbaycan xalqı da yeni ilin gəlişini qeyd edir. Bizim ölkədə də küknar, şam ağacı bəzənir. Uzun illərdir hər birimiz yeni il atributu olan yolkanı Milad bayramının simvollarından biri kimi qəbul etmişik. Nədənsə, yolkanın, şam ağacının bizim milli ənənəmiz, türk dünyagörüşü ilə əlaqədar olduğunun fərqinə varmamışıq. Mərasimşünasların apardığı tədqiqatlar nəticəsində məlum olub ki, şam ağacının bəzədilməsi ənənəsi türk xalqına məxsus olub.

Həmişə yaşıl qalan şam ağacının türk ənənəsində əbədi həyat rəmzi olduğu üzə çıxarılıb. Bu da belə nəticəyə gəlməyə imkan verir ki, Milad bayramında yolkanın, şam ağacının bəzədilməsini onlar bizdən götürüblər. Hətta belə fikirlər var ki, əski çağlarda türklər şam ağacını müqəddəs bilib ona sitayiş ediblər, ona qurbanlar kəsiblər. Əslində, bütün bunlar yenidən araşdırılmalı məsələlərdir. Hesab edirik ki, mərasimşünaslarımız bu məsələyə yenidən qayıdıb ortaya maraqlı araşdırmalar qoyacaqlar. Yeni ilin simvolu olan şam ağacının bəzədilməsi məsələsinə alimlər müxtəlif cür yanaşır, ancaq hamısı son anda bir nəticəyə gəlirlər.

Tədqiqatçılar yazırlar ki, Altay türklərinə görə səma tanrılarının ən böyüyü Kayra Xandır (Kayır Xan). İnanclara görə, Kayra Xan göyün 17-ci qatındadır. O, bütün tanrıların atası hesab olunur və kainatın taleyini o təyin edir. Kayra Xan dünyanı yaratdıqdan sonra doqquz budaqlı bir şam ağacı əkib. Şamanlar onun Ülgən, Qızağan və Mergen adlı üç oğlu olduğunu deyirlər.

Folklorşünas Sevinc Qurbanovanın bildirdiyinə görə, milli tariximizlə, mərasimlərimizlə, türkçülük inanc və simvolları ilə bağlı ətraflı araşdırmaların aparılması gərəkdir: “Qədim türklər şam ağacına əbədi həyat simvoli kimi baxırdılar. Qədim türk xalqlarında şam ağacına inanc hələ də yaşayır. Məsələn, yakutlarda sonsuz qadınlar yuvalı qara şam ağacına gələr, ağ at dərisini ağacın altına sərib ağacın qarşısında dua edərlər. Altay mifologiyasına görə, göy üzünə doğru çox böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən oturur. Məlumatlara görə, dağ və göllə yanaşı, ağac da türk mifologiyasının ən qədim obrazlarından hesab olunur. Hunlar ağaca at qurbanı kəsir, kəlləsini və dərisini də budaqlarına asırdılar. Şam ağacı da, şaxta baba da qədim inanclarımızla, şamançılıqla bağlıdır. Bu gün araşdırıb görürük ki, Avropa bizim bir sıra dəyərlərimizə sahib çıxıb, özününküləşdirib. Yolka və şaxta babanı da həmçinin. Onlar bunu bizdən götürüblər. Şam ağacını ona görə bəzəyirlər ki, şaxtalı-boranlı qışın havasını, gətirdiyi problemləri ruh yüksəkliyi ilə qarşılasınlar. Çünki şam ağacı həmişə yaşıl qalır. İnsanlar qədim zamanlarda ona ümid, inam kimi baxırdılar”.  

“Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun mətbuatda gedən fikirlərinə görə, şaxta baba da, şam ağacı bəzəmək də türk inancından gəlir: “Bildiyimiz kimi, yanvar ayının 1-də yeni ilə keçid kimi qeyd etdiyimiz miladi təqvim İsa peyğəmbərin doğuluşunu simvolizə edir və bu doğuluş şərti olaraq insanlığın, bəşəriyyətin yeni tarixini müəyyənləşdirir. Bu, xristian dini inancından irəli gələn sistemli dini-ideoloji baxışdır. Amma tarixi mənbələrdə hələ İsanın doğuluşuna qədər, yəni milada qədər olan dövrdə biz bu doğuluşu simvolizə edən və doğuluş günü şam ağacının müqəddəs ağac kimi istifadə olunmasını göstərən, eyni zamanda, şaxta baba obrazı ilə identifikasiya oluna biləcək bir obrazın mövcudluğunu qədim türk xalqlarının tarixində və əsasən uyğur xalqının tarixində görürük. Bu tarixin kifayət qədər qədim olduğunu nəzərə alsaq, o zaman milad mədəniyyətini, şam ağacını və şaxta baba obrazını qədim hun-uyğur ənənələri ilə izah edə bilərik. Fransız tarixçisi Jan Pol Ru yazır ki, türklərdə müxtəlif müqəddəs heyvanlar və bitkilər var idi. Müqəddəs bitkilərin arasında o, şam ağacını da göstərir və qeyd edir ki, qədim türk mifologiyasına görə, Qaraqorum dağlarından aşağıya - ovalığa doğru iki çay axırdı. Onlardan biri Tola çayı, digəri isə Selenqa çayı idi. Bu iki çayın arasında Kamançı, yəni Şamançı adlanan bir yer vardı. Burada iki ağac bitmişdi. Bu ağaclardan biri “küsük” adlandırılan şam ağacı idi, digəri isə toz ağacı, yəni qayın ağacı idi. Hun-uyğur mifoloji təsəvvürünə görə, günlərin bir günü bu ağaclar arasında olan təpəciyə göydən bir nur düşdü və bir müddət otuz insanın əhatə edəcəyi yer qədər olan əraziyə hər gecə, hər gün bu nur düşməkdə davam etdi. Uyğur xalqı bunu müşahidə edirdi. Bir gün isə eynilə insanın doğuluşu kimi, bu təpədən 5 qapı açıldı. Bu beş qapının içərisində 5 uşaq var idi. Külək dəyən kimi bu uşaqlar böyüdülər, çox keçmədən danışmağa başladılar. Uyğurların əcdadları bu uşaqların dünyaya gəlməsini bir doğuluş günü kimi qeyd etdilər və onları müqəddəs hesab edərək özlərinə başçı seçdilər. Uşaqlar danışan kimi valideynlərinin kim olduğunu soruşdular. Onlar valideynləri kimi şam ağacı və toz ağacını göstərdilər. Bu uşaqlar valideynlərinə itaət edərkən bu ağaclar da onlara xeyir-dua verdilər və əbədi həyat arzuladılar. Uyğur xalqının öndə gedənləri, ağsaqqallar həmin uşaqlara Sonqur təkin, Kotur təkin, Tükel təkin, Or təkin və Buku təkin adlarını qoydular. Bunların içərisində ən zirək, cəsur və iti zəkalı olduğu üçün Buku təkini özlərinə başçı seçdilər.

Göründüyü kimi, xristian miladından, yəni İsa miladından öncə Buku təkin miladı var və o, şam və toz ağaclarından doğulub. Onun doğulduğu yerə Kamançı, yaxud Şamançı deyilir. Bildiyimiz kimi, qədim şaman fəlsəfəsində və tanrıçılıq inancında şamanlar şam ağacını əbədi həyatın simvolu kimi qəbul edirdilər. Çünki şam ağacı qışda və yazda da yaşıl qalır, ölmür. Şamanlar xüsusi meditasiya vasitəsilə Tanrı ilə əlaqəyə girmə prosesində həm yüksək dağ zirvələrindən, həm də şam ağacından istifadə edirdilər. Nəzərə alaq ki, şam ağacı oxvari şəkildə göyə yüksəlir və onlar bu oxvari formadan meditasiya prosesində informasiya ötürücüsü və qəbuledicisi kimi istifadə edirdilər. Yəni şam ağacının xüsusi oxvari formasından Tanrıya, göyə informasiya ötürmək üçün istifadə edirdilər. Digər tərəfdən, İsanın doğulduğu Yerusəlimin isti iqlimini və oradakı bitki örtüyünü nəzərə alsaq, onun şam ağacının altında dünyaya gəlməsi fikrinin və bugünkü yolkanın da bununla əlaqələndirilməsinin yanlış olduğunu görərik. Üstəlik, şaxta babanın geyimi şimal geyimidir. Başında şişpapaq qıpçaqların şiş papağı, əynində isə xüsusi qolpaqlı kürk var. Bu, tipik şaman geyimidir”.

H.Babaoğlunun qeyd etdiyinə görə, bunları nəzərə alsaq və tarixi hadisələri müqayisə etsək görərik ki, bu dövrü araşdıran tarixçilər əfsanəvi Buku, yaxud Buğu xaqanı, Alp Ər Tunqa, yəni Əfrasiyabla eyniləşdirirlər. Əfrasiyabın tarixi şəxsiyyət olduğunu və eradan əvvəl VIII-VII-ci əsrlərdə yaşadığını da bilirik. Herodot yazır ki, e.ə. VIII əsrdə bütün türklər saqların hökmdarı Alp Ər Tunqanın rəhbərliyi altında bir yerdə yaşayırdılar: “Belə olan halda, artıq mifoloji təsəvvür tarixiləşir və əfsanə olmaqdan çıxır. Deməli, küknar, şaman və milad üçlüyü, yəni şaxta baba, şam ağacı və milad triadası İsa miladından ən azı 800 il əvvələ gedir. Ona görə də hesab edirik ki, yeni ili, yəni bu doğuluşu müşayiət edən şam ağacı və şaxta baba, əslində, şaman və şam ağacıdır ki, burada şam əbədiyaşarlıq simvoludur. Hətta son dövrlərə qədər Azərbaycanın bəzi kəndlərində, məsələn, bizim yaşadığımız qərb bölgəsindəki bəzi kəndlərdə dünyasını dəyişən insanın nəşinin qolunun altına kiçik şam ağacı qoyardılar. Görünür, burada mistik bir inanc var idi ki, şam ağacı insanın ölümündən sonrakı həyatını təmin edəcək. Bu, Şamançılıq fəlsəfəsinin, yaxud Tanrıçılıq dininin günümüzə qədər yaşamasının bir sübutudur”.

Qədim türk mifologiyasından yaranan bu milad-doğuş triadası, yəni şaman, şam ağacı və milad fəlsəfəsi xristianlığa keçməsi səbəblərindən danışan H.Babaoğlu vurğulayıb ki, qədim hunlar tanrıçılığa sitayiş edirdilər və şamanizmin bütün ənənələrinə riayət edirdilər. “Necə ki, onlar Şərqi Sibirdən Avropaya qədər gəldikləri bütün ərazilərdə monastırlar tikirdilər və bu monastırları Manas dağındakı şamanın ibadət etdiyi zirvəyə bənzədirdilər. Yeri gəlmişkən, “manasdar” sözü də buradan irəli gəlir. Yəni Manasdakı baş şamanın ibadət yerinə bənzər ibadət yerləri tikirdilər, çünki Manas dağına qayıtmaq uzun vaxt apardığı üçün, şamanlar Tanrıya ibadətlərini simvolik olaraq Manas dağını və oradakı zirvəni xatırladan süni yaradılmış dağda həyata keçirirdilər. Manasçı, Manasa gedib-gələn, yəni Manasdar termini də buradan əmələ gəlmişdir. Bura da “dar”, “dər” sözdüzəldici şəkilçidir. Məsələn, ev-evdar, mal-maldar və s. Hunlar, milad ənənələrini də, yəni Buku xaqanın doğuluşu, şam və şaman üçlüyü fəlsəfəsini də özlərilə Avropaya gətirdilər. 451-ci ildə Milanı zəbt edən Atilla qısa müddətdən sonra Romanı mühasirəyə alır. Roma məğlub olacağını başa düşən zaman Roma papası Atillanın bütün şərtlərinə razı olacağını bildirir və ondan xahiş edir ki, Romaya girməsin. Bu zaman Atillanın qoyduğu 6 şərtdən biri də ondan ibarət idi ki, siz bizim kimi ibadət edəcəksiniz. Beləliklə, romalılar o vaxta qədər, əslində, yəhudilərin ibadətlərini imitasiya edən xristian ibadətindən imtina edərək məhz tanrıçılıq ibadətini və bu proses zamanı onların geyindiyi geyimi və tanrıçılığın simvolu olan, habelə müqəddəs Georgi xaçı kimi tanıdığımız və o dövrdə Atillanın bayrağı üzərində olan, odu, suyu, havanı və torpağı simvolizə edən müqəddəs dörd üçbucağı Georgi xaçı kimi mənimsəyirlər. Elə dini öyrənmək üçün tikdikləri məntəqələri də hunların Manas-darına bənzədirlər. Beləliklə, hazırda xristianlıqda tanıdığımız monastrlar meydana gəlir. Əslində, Georgi xaçı kimi tanıdığımız fiqur xaç deyil, tanrıçılığın dörd müqəddəs ünsürünün ən bərk həndəsi fiquru olan dörd üçbucaqda birləşməsidir. Bu prosesdə avropalılar doğuluşu da türk mifoloji tarixinə uyğun olaraq şaman, şam ağacı və milad üçlüyü kimi qəbul edirlər. Sadəcə onlar sonrakı dövrlərdə Hun imperiyasının süqutundan sonra miladı artıq Buku xanın, yəni türklərin əfsanəvi əcdadının doğuluşu kimi deyil, İsa peyğəmbərin miladı kimi qeyd etməyə başladılar. Ona görə də şaxta babanın geyiminə nəzər salsaq görərik ki, şaman geyimidir, şam ağacı da Qərb müəlliflərinin də qəbul etdiyi kimi, türklərin müqəddəs bitkisidir və Buku xaqanın doğuluşu da şam və toz ağaclarından başlayır. Belə olan halda, biz tamamilə əminliklə deyə bilərik ki, şaxta baba da bizimdir, şam ağacı inancı da bizimdir, doğuş isə İsanın deyil, ulu əcdadımız, əfsanəvi liderimiz, tarixi şəxsiyyət Alp Ər Tonqa ilə eyniləşdirilən, tarixi şəxsiyyət kimi qəbul edə biləcəyimiz Buku xaqanın doğuluşudur” - deyə bildirən H,Babaoğlunun fikrincə, bunun hansı tarixdə qeyd olunması isə əhəmiyyətli deyil. O hesab edir ki, bu doğuluşu istər yanvar ayında, istərsə də mart ayında qeyd etmək və şərti olaraq təqvimi dəyişmək olar: “Ona görə də şaxta baba da, şam ağacı da, şaman da bizə doğmadır. Bunlar bizim unudulmuş milli tariximizdir, adət-ənənəmizdir, şərəfli keçmişimizdir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ