Bazar günü günü, 15 noyabr 2026
     

Müasir Azərbaycanın memarlıq inciləri dünya sərgilərinin şedevrinə çevrilir

Image


Gülnarə Həziyeva: “Hesab edirəm ki, bu sərgilər müntəzəm təşkil edilməlidir”
Sənan Salamzadə: “Memarlıq sərgisinin açılması həm də ona görə müsbətdir ki, xaricdəkilər bizim memarlığın gözəlliklərini görüb hiss edirlər”
Zemfira Budaqova: “Düşünürəm ki, qədim memarlıq üslubumuzu, o nümunələri xaricdə keçirilən sərgilərdə nümayiş etdirsəydilər, daha yaxşı olardı”

 

Müasir Azərbaycan memarlığı tamam yeni bir forma və məzmunda ifadə edilir. Tarixi köklərə, ənənələrə malik olan milli memarlığımız bu gün yeni dəst-xətdə özünü göstərir.

Bu gün Bakıda və respublikamızın müxtəlif bölgələrində yeni memarlıq nümunələri inşa edilir. Son illər inşa edilən binalar Azərbaycan memarlarının əməyi nəticəsində meydana gəlir.

Azərbaycan memarlığı tarixən dünyada böyük maraqla qarşılanıb. Memarlıq nümunələrilə bağlı  xarici ölkələrdə açılan sərgilər böyük əhəmiyyətə malikdir. Dekabrın 20-də İtaliyanın Florensiya şəhərində təşkil edilən Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi də bu tədbirlərin davamıdır. Qeyd edək ki, sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və “Romualdo Del Bianko” Fondunun təşkilatçılığı ilə keçirilib.

Sərgidə ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə qeyd edib ki, Azərbaycanın zəngin mədəniyyəti, tarixi ənənələri, multikulturalizm modeli, sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində böyük uğurlar əldə edilib.

Bu gün Azərbaycanda müasir memarlıq nümunələri olan saysız tikilinin model və maketlərinin, fotolarının dünyanın böyük mədəniyyət mərkəzlərindən biri olan Florensiyada sərgilənməsini yüksək qiymətləndirən ekspertlər bildirirlər ki, bu, müasir Azərbaycan memarlığının tanıdılmasına, mədəniyyətlərarası əlaqələrin daha sıx olmasına səbəb olur. 

Florensiyada keçirilən sərginin müsbət tərəflərini önə çəkən gənc memar Gülnarə Həziyeva bizimlə söhbətində bildirdi ki, xarici ölkələrdə müasir Azərbaycan memarlığı nümunələrindən ibarət sərgilər təşkil edilməsi müsbət haldır. Onun sözlərinə görə, son illər Azərbaycan memarlığı, sözün əsl mənasında, inkişaf edib. O qeyd etdi ki, hazırda Bakı nəinki respublikamızın, eləcə də dünyanın ən gözəl memarlıq şəhərlərindən biridir. “Bu gün Bakıda çox möhtəşəm memarlıq abidələri inşa edilib və edilməkdədir də. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvol Alov Qüllələridir ki, bu da son zamanlar inşa edilən möhtəşəm tikililərdən biridir. Hesab edirəm ki, Beynəlxalq Muğam Mərkəzi, Heydər Əliyev Mərkəzi, Milli Gimnastika Arenası, Milli Olimpiya Stadionu, Xalça Muzeyi, SOCAR-ın yeni binası, Dövlət Neft Fondunun yeni inzibati binası, Bakı Su İdmanı Mərkəzi, Bakı Kristal Zalı, “YARAT” Müasir incəsənət məkanı, eləcə də Azərbaycanın başqa şəhər və rayonlarında tikilən Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları müasir Azərbaycan memarlığının simalarıdır. Düşünürəm ki, Florensiyada açılan sərgidə müasir memarlığımızın adları qeyd edilən incilərinin də modeli, maketi, fotoları təqdim edilib. Azərbaycan memarlığı qədim zamanlardan bəri bütün dünyaya məlumdur və bu incilər hər kəsin diqqətini cəlb edir. Müasir memarlıq üslubunda inşa edilən hər bir bina özlüyündə arxitektura mədəniyyətimizin bir parçasıdır. Mən xaricdə açılan memarlıq sərgisini təqdir edirəm. Hesab edirəm ki, bu sərgilər müntəzəm təşkil edilməlidir. Müasir Azərbaycan memarları bu gün dünyada öz sözünü deməyə çalışır”. 

Müasir Azərbaycan memarlarının uğurlarını vurğulayan G.Həziyeva qeyd etdi ki, Azərbaycan memarlığı artıq xeyli vaxtdır dünya memarlığı sırasında öz layiqli yerini tutub. O bildirdi ki, Azərbaycan Memarıq İttifaqı 1992-ci ildə keçmiş SSRİ məkanında, demək olar ki, birinci olaraq dünya Memarlar İttifaqına daxil olub: “Son illər müasir Azərbaycan memarlığında sürətli inkişaf nəzərə çarpır. Bu dövr memarlıqda modernləşmə, milli çalarlar, demək olar ki, ön plana çəkilib. Memarlıq, istər müasir, istərsə də klassik üslubda olsun, bütün dövrlərdə incəsənət əsəri sayılıb. Yüksək zövqə və bədii təfəkkürə malik olmayan insanlar heç vaxt incəsənətlə məşğul ola bilməz, məşğul olsalar da, onlar incəsənət adamı sayılmayıblar”.

O qeyd etdi ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı nəticəsində memarlıq yüksək səviyyədə inkişaf edir. Müsahibimizin qənaətinə görə, bu inkişaf Azərbaycan memarlarının yaradıcılıq fəaliyyətində ciddi dönüş yaratdı, memarlarımız mövcud layihələndirmə və tikinti normalarının ixtiyarsız icrası düşüncəsindən tədricən azad oldular. Onun bildirdiyinə görə, respublika çərçivəsində memarlara fərdi yaradıcılıq üçün geniş imkanlar və şərait yaradılıb və onun nəticəsi olaraq həmin illərdə Azərbaycanda müasir düşüncəli memarlar ordusu yetişib.

Memar Sənan Salamzadə də bizimlə söhbətində Florensiyada açılan memarlıq sərgisini yüksək dəyərləndirir. S.Salamzadənin sözlərinə görə, bu sərgi müasir memarlığımızın tanıdılması, təbliği baxımından əhəmiyyətlidir: “Azərbaycan memarlığının tanıdılması müsbət bir işdir. Belə sərgilər memarlığımıza fayda verir. Memarlıq sərgisinin açılması həm də ona görə müsbətdir ki, xaricdəkilər bizim memarlığın gözəlliklərini görüb hiss edirlər. Bu həm də Azərbaycana gələn turistlərin sayına yaxşı mənada təsir edəcək. İnsanlar sərgidə gördüklərini əyani olaraq ziyarət etmək istəyəcəklər. Memarlıqla bağlı xaricdə nə qədər çox sərgilər açılsa, bir o qədər yaxşıdır. Florensiyada açılan sərgini bəyənirəm”.

Tanınmış memar Zemfira Budaqova isə həmkarlarından fərqli düşünür. O hesab edir ki, müasir memarlıq nümunələrindənsə qədim memarlığımızı əks etdirən sərgilərin açılması daha yaxşı olardı. Onun sözlərinə görə, Azərbaycanın ənənəvi memarlıq üslubu xariciləri özünə daha çox cəlb edə bilər, nəinki indiki memarlıq nümunələri: “Düşünürəm ki, qədim memarlıq üslubumuz, o nümunələr xaricdə keçirilən sərgilərdə nümayiş etdirsəydi, daha yaxşı olardı. Eyni zamanda da müasir memarlıq tikililəri inşa edilərkən orada qədim elementlərdən istifadə edilsəydi, daha çox xoşa gələrdi. Bu gün müasir nümunələri çıxarıblar sərgiyə, onların arasında qədimi olsaydı, bu müsbət olardı”.

Bununla belə, Z.Budaqova hesab edir ki, müasir Azərbaycan memarlığı ilə bağlı sərginin xarici ölkələrdə təşkil edilməsi müsbət haldır.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ