Bazar günü günü, 15 noyabr 2026
     

AMEA-nın Arxeologiya Fondunun qapılara atılmış taleyi…

Image


Nəcəf Müseyibli: “İnstitutumuzun Arxeoloji Fondu AMEA-nın əsas binasının yarımzirzəmisində yerləşir”

 

Arxeoloji materiallar hər bir dövlətin arxeoloji mədəniyyətini əks etdirir. Azərbaycan arxeologiya tarixi o qədər zəngindir ki, burada hər bir dövrün izləri təzahür edir. Qədim insan yaşayış məkanlarından və qədim mədəniyyətin ocaqlarından biri kimi respublikamızın dünya dövlətləri sırasında öz yeri var.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Arxeoloji Fond fəaliyyət göstərir. Yeri gəlmişkən, vurğulayaq ki, Arxeoloji Fond yarandığı gündən indiyə qədər özünün binası olmayıb. Məlumatlara görə, uzun illər müxtəlif binalarda fəaliyyət göstərib. Hətta belə bir məlumat da var ki, vaxtilə Arxeoloji Fondun ləğv edilməsi də gündəmə gətirilib. Lakin Azərbaycan Respublikasının sabiq prezidenti, Azərbaycan elminin əsl hamilərindən biri kimi bu sahənin inkişafına böyük dəstək vermiş Heydər Əliyevin şəxsi iradəsi, səyi sayəsində bu məsələ gündəmdən çıxarılıb. Bu informasiyanın nə qədər dəqiq olduğunu bilmirik. Ancaq fakt budur ki, Arxeoloji Fondun özünün binası yoxdur. 

Qeyd edək ki, illər əvvəl AMEA-nın sabiq prezidenti mərhum Mahmud Kərimov yerli mətbuata açıqlama verərək respublika üzrə ayrıca Arxeoloji Fondun yaradılmasını zəruri hesab edirdi. Hətta o artıq bununla bağlı əsasnamənin və digər sənədlərin hazırlandığını da bildirirdi.

O, qeyd edirdi ki, fondun əhəmiyyəti böyükdür: “Fondun əhəmiyyəti yaxşı başa düşülür. Əminəm ki, bu zəngin fondun saxlanması üçün yer də ayrılacaq. Çünki bu həqiqətən vacib məsələdir. Azərbaycanda müxtəlif tarixi mərhələlərə aid həddən artıq qiymətli arxeoloji eksponatlar aşkar olunub. Onların sistemləşdirilməsi və müvafiq şəraitdə saxlanması üçün fond mütləq yaradılmalıdır”.

Bu açıqlamanın üzərindən illər keçib. AMEA-nın Arxeoloji Fondu yaradılsa da, onun binası yoxdur. Fond hazırda AMEA-nın əsas binasının zirzəmisində yerləşdirilib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun bəzi alimləri bizimlə söhbətində fondda saxlanan materialların rütubətli zirzəmidə təhlükəli vəziyyətdə olduğunu qeyd etdilər. Onların bildirdiyinə görə, Arxeoloji Fond zirzəmidən xilas edilməsə, orada olan materiallar, eksponatlar tədricən korlanacaq. O da vurğulanır ki, bu məsələ ilə bağlı AMEA rəhbərliyinə müraciət edilsə də, hələ ortada müsbət nəticə yoxdur. Alimlər hesab edirlər ki, Arxeoloji Fond üçün ya ayrıca bina inşa edilməli, ya da Akademiya binasında onların yerləşdirilməsi üçün ayrıca otaqlar ayrılmalıdır. 

Alimlər fikrincə, arxeoloji fond zəngindir, burada tariximizin ayrı-ayrı dövrləri ilə bağlı çox qiymətli materiallar var. Qarabağ arxeologiyasının nümunələrinin fondda qorunduğunu qeyd edən alimlər vurğulayırlar ki, bunların qorunması üçün əlavə işlər görülməlidir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bizimlə söhbətində bildirdi ki, Arxeoloji Fondun mühafizəsi yüksək səviyyədə həyata keçirilir: “İnstitutumuzun Arxeoloji Fondu AMEA-nın əsas binasının yarımzirzəmisində yerləşir. Bura həm polislə mühafizə edilir, həm də fonddakı materiallar mütəxəssislərin nəzarətindədir. Burada hansısa bir eksponatın, materialın korlanmasından söhbət gedə bilməz. Çünki nəzarətdədir. Bu fondda Azərbaycan arxeologiyasının bütün dövrlərinə, bütün bölgələrə aid materiallar qorunur, tədqiq edilir. Burada yüz minlərlə eksponat saxlanır. Arxeoloji Fond Azərbaycanda arxeoloji tədqiqatlar, arxeoloji qazıntılar həyata keçirilməyə başlandığı illərdən mövcuddur. Burada keçən əsrin 40-50-ci illərindən toplanmağa başlanan materiallar var. Əvvəllər Arxeoloji Fond Akademiyanın Tarix İnstitutu nəzdində fəaliyyət göstərib. Sonra Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı və fond bizim institutun nəzdinə keçdi”.

N.Museyibli onu da vurğuladı ki, fondun ayrıca binasının olmaması onları narahat edir. Direktor müavini hesab edir ki, Arxeoloji Fondun özünün ayrıca binasının inşa edilməsi zəruridir: “Son on ildə Arxeoloji Fond bir neçə bina dəyişib. Əvvəldən fondun özünün binası olmayıb. Bu səbəbdən də ayrı-ayrı binalarda fəaliyyətini davam etdirib. Dediyim kimi, hazırda fond AMEA-nın əsas binasında yarımzirzəmi şəraitində saxlanır. Hesab edirəm ki, Arxeoloji Fondun özünün ayrıca binası olmalıdır. Bu vacibdir”.

Qarabağ arxeoloji materiallarının gələcək təhlükədən qorunması üçün onların daha geniş və işıqlı otaqlara köçürülməsi məsələsinə gəlincə, N.Müseyibli qeyd etdi ki, onları heç bir təhlükə gözləmir. Qarabağ arxeologiyası nümunələrinin fondda qorunduğunu qeyd edən N.Müseyibli bildirdi ki, Qarabağ materialları günü-gündən zənginləşir: “Bizim fondda Qarabağ arxeologiyasının bütün dövrlərindən materiallar, eksponatlar, vəsaitlər var. Onu da deyim ki, biz Qarabağla bağlı tədqiqatlarımızı davam etdiririk. Son illər Ağdamın, Xocavəndin bizim nəzarətimizdə olan hissələrində, o cümlədən də Aran Qarabağda əməkdaşlarımız tərəfindən arxeoloji qazıntılar aparılır və o materiallar da fonda daxil edilir. Qarabağ arxeologiyası hər zaman bizim diqqətimizdədir”.    

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ