Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanda elm festivallarının əhəmiyyəti nədir?

Image


Qiymət Məhərrəmli: “Elm Festivalının keçirilməsini təqdir edirəm”

 

Festival özlüyündə həmrəylik mahiyyəti daşıyır. Ümumiyyətlə, bayramlar insanları bir-birinə yaxınlaşdırır. Elm festivalı dünyada elmi ictimaiyyəti bir araya gətirib onları həmrəylik ruhuna kökləyən ənənəvi bir bayrama, tədbirə çevrilməkdədir. Dünyada elm festivalının tarixi XIX əsrdən başlayır.

2014-cü ildən başlayaraq Azərbaycanda da elm festivalı keçirilir. Bakı Elm Festivalı adı altında qeyd edilən festivalın keçirilməsinin elmin təbliğatı üçün əhəmiyyətinin böyük olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə keçirilən festivalda ölkəmiz və elmimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə yer verilir. Onu da vurğulayaq ki, həmçinin, bu festival elmi nailiyyətlərin təbliğində önəmli yer tutur.

Ekspertlər bildirirlər ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda Akademiyanın bütün elmi müəssisə və təşkilatları yüksək səviyyədə iştirak edirlər.

Bu il oktyabrın 31-də II Azərbaycan Elm Festivalı keçirilib. Onu da vurğulayaq ki, UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı Səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirilən festival öz əhəmiyyətinə görə böyük bayram əhvalı yaradıb.

II Azərbaycan Elm Festivalının ümumilikdə dövlət, cəmiyyət qarşısında böyük hesabat olduğunu deyən akademik A.Əlizadə qeyd edib ki, elmin populyarlaşdırılmasında bu festivalın rolu danılmazdır. 2014-cü ildə keçirilən I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan AMEA rəhbəri II Elm Festivalında insanların sayının 50 minə çatdığını bəyan edib. Festivalın Bakı ilə yanaşı, Naxçıvanda, Sumqayıtda, Şəkidə və Gəncədə də keçirildiyi qeyd edilir. 

Məlumatlara görə, bütün elmi müəssisə və təşkilatlar festivalda yüksək səviyyədə iştirak edib. Bu festivalın Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğinə böyük tövfə olduğunu qeyd edən mütəxəssislər hesab edirlər ki, festival çərçivəsində bir sıra muzey, texnopark və digər məkanlara elmi ekskursiyaların təşkil edilməsi bu sahənin təbliğ edilməsinə şərait yaradıb.

Bakı Elm Festivalının direktoru, professor Nuridə Hidayət mətbuata bildirib ki, belə bir festival nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqaz regionunda ilk dəfədir keçirilib: “İlk dəfə elm festivalı XIX əsrin əvvəllərində İngiltərədə keçirilib. İngilis alimləri laboratoriyaya qapanıb qalmaq istəməyiblər. Onlar elmi araşdırmaların nə dərəcədə vacib olduğunu nümayiş etdirmək üçün gördükləri işi cəmiyyətə göstərmək qərarına gəliblər. İlk festivalın məqsədi məhz bu olub. Alimlər laboratoriyadan kənara çıxıblar, mərkəzi meydanlarda, küçələrdə sərgilər təşkil edərək əldə etdikləri nailiyyətləri əhaliyə nümayiş etdiriblər. Bu təşəbbüs əhali tərəfindən o qədər maraqla qarşılanmışdı ki, sonradan həmin təcrübə qonşu ölkələrə də yayıldı.

Festivalın əsas devizi həmişə “İnspire, Educate, Entertain” olub. Yəni “Ruhlandır, Öyrət, Əyləndir”. Elm festivalının formatı da məhz bu devizdən irəli gəlir. Artıq 2 əsrə yaxındır ki, bütün dünya üzrə elm festivalları məhz bu formatda - əhaliyə açıq şəkildə keçirilir”.

Bu festivalda elmi müzakirələrin getmədiyini vurğulayan N.Hidayət qeyd edib ki, festivalda bağça uşaqlarından tutmuş, yaşlı insanlara kimi hər kəs iştirak edə bilər: “Axı tədbirin əsas məqsədi hər kəsi, xüsusilə də gəncləri elm sahəsinə cəlb etmək, onları maraqlandırmaqdır. Qoy ictimaiyyətin hər təbəqəsi görsün ki, alimlər nə iş görür, hansı araşdırmaları aparırlar. Hər kəs elmin bütün cəmiyyəti irəli apardığını bilməlidir”.

Bu festivalın gənc alimlər üçün böyük stimul olduğunu deyən direktor qeyd edib ki, gənc alimlər bu il sərgidə nümayiş etdirdikləri ixtiralarını növbəti il keçirilən festivalda nümayiş etdirə bilməzlər, çünki növbəti festivalda yeni ixtiranın sərgilənməsi tələb olunur: “Festival, həmçinin, elmlə istehsalı, elmlə sənayeni görüşdürmək üçün platforma təşkil edir”.

İkinci Azərbaycan Elm Festivalını Birinci Elm Festivalının uğurlu davamı kimi qiymətləndirən N.Hidayət bildirib ki, bu, uğurların nəticəsi kimi cəmiyyətə təqdim edildi: “İnsanlar bu tədbirlərə tam hazır olduğu üçün biz çətin suallarla qarşılaşmadıq. Festivalın təşkilatçılarının sayı artdı. Əgər Bakı Elm Festivalının təşkilatçıları AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti idisə, bu il festivala daha çox qurum qoşulmaq istədi. Lakin biz düşündük ki, təşkilatçı qrupumuzu tədricən böyütsək, daha yaxşı olar. Builki festival AMEA-nın təşəbbüsü, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı Səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirildi. Festivalın uğurlu təşkilində beynəlxalq partnyorlarımızın da rolu böyük oldu. Belə ki, cari ilin yayında biz ABŞ-a səfər edərək Nyu-Yorkda Ümumdünya Elm Festivalının prezidenti ilə görüşdük. Ümumiyyətlə, ABŞ-da keçirdiyimiz görüşlər, apardığımız müzakirələr uğurlu alındı, çünki ortada bizi birləşdirən bir dəyər var, biz bir ali məqsədə – elmin cəmiyyətdə təbliğinə xidmət edirik. Cəmiyyətimiz festivala çox böyük maraq göstərdi, xüsusilə də regionlarımızı qeyd etmək istəyirəm: Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçirilən tədbirlər zamanı bütün zallarımız dolu idi. Elm Festivalında AMEA-nın həqiqi və müxbir üzvləri, Akademiyada və ali məktəblərdə çalışan görkəmli alimlərimiz insanlarla ünsiyyət qurdu, tibb, fizika, kimya, geologiya sahələrində baş verən yeniliklər haqqında məlumatları vətəndaşlara sadə, populyar dildə çatdırdılar. Təbii ki, hər bir vətəndaşı ölkə elminin inkişafının hansı səviyyədə olması maraqlandırır, çünki cəmiyyətin gələcəyi elmin inkişafı ilə birbaşa bağlıdır. Məhz bu səbəbdən İkinci Azərbaycan Elm Festivalında təxminən 50 min insan iştirak edib. Televiziya kanallarının, eləcə də digər KİV-in tədbirlərin gedişatını yüksək səviyyədə işıqlandırdığını nəzərə alsaq, festivalın yenilikləri ilə 100 minlərlə insanın tanış olduğunu deyə bilərik”.

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində Elm Festivalının ümumilikdə Azərbaycan elminin, gənc alimlərin ixtiralarının, yeniliklərinin təbliği baxımından əhəmiyyətli olduğunu düşünür. O bildirdi ki, Azərbaycan hər zaman Cənubi Qafqazda ilklərə imza atan bir dövlətdir və belə bir festivalı keçirməklə də regionda söz sahibi olduğunu bir daha ortaya qoydu: “Elm Festivalının keçirilməsini təqdir edirəm. Artıq ikinci dəfədir ki, Azərbaycanda belə əhəmiyyətli bir festival keçirilir. Hesab edirəm ki, bu festival öz miqyasına, daşıdığı məna və ideyaya görə başqa festivallardan çox fərqlənir. Bu bir elm bayramı olmaqla yanaşı, həm də Azərbaycan alimlərinin yeni ixtiralarının, nailiyyət və uğurlarının təbliğ edilməsinə xidmət edir. Bu həm də gənc alimlərin ictimaiyyət tərəfindən tanınmasına şərait yaradır.  Gənc alimləri cəmiyyət elə də yaxından tanımır. Amma bu festival çərçivəsində gənclik özünü təqdim edə bilir. Bu festivalın əhəmiyyəti həm də ondan ibarətdir ki, burada iştirak edən şirkətlər hansısa gənc alimlərin ixtiraları ilə tanış olur, o ixtiraları ala bilirlər. Bu festival ancaq Bakı ilə məhdudlaşmır, Azərbaycanın bir sıra şəhərlərində də davam etdirilir. İnanıram ki, bu festivalın miqyası genişlənəcək və beynəlxalq aləmi əhatə edəcək”.

Azərbaycanda keçirilən bütün festivalların ölkəmizi təbliğ etdiyini deyən Q.Məhərrəmlinin fikrincə, Bakı Elm Festivalının səsi bütün dünyada eşidilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ