Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: II Əbdülhəmid xan

Image


Sultan II Əbdülhəmid xan 27 sentyabr 1842-ci ildə anadan olub. Atası Sultan Əbdülməcid xan, anası Tiri Müjgan sultan xanımdır. On yaşında ikən anasını itirən şahzadə Əbdülhəmid atasının əmri ilə Perestu xanımın himayəsinə verilib, tanınan müəllimlərdən mükəmməl təhsil alıb. Şahzadə Əbdülhəmidin zəka və hafizəsinin son dərəcə yüksək olması və onun siyasi qabiliyyəti əmisi Sultan Əbdüləzizin diqqətini cəlb edib.
Belə ki, Sultan Əbdüləziz xan onun daha sərbəst bir şəraitdə yetişməsi məqsədilə Misir və Avropa səyahətlərinə onu öz yanında aparıb. Şahzadə Əbdülhəmid də bu imkanlardan istifadə etməyə çalışıb, xarici medianı davamlı təqib edərək xarici dövlətlərin niyyət və əməllərini, onların üsullarını təhlil edib, öyrənib.
Şahzadə Əbdülhəmid 34 yaşında ikən 1876-cı il avqust ayının 31-də Osmanlı taxtına çıxdıqda dövlət ən böhranlı günlərini yaşayırdı. Milli birliyə ehtiyac vardı. Yeni Osmanlı padşahı aktiv bir milli siyasət yürütməyə başladı. Bir gün o, bütün hökumət əməkdaşlarını saraya dəvət edərək bir yemək ziyafəti təşkil etdirdi. Buradakı çıxışında milli birliyə duyulan ehtiyacı dilə gətirdi. Xəbər vermədən əsgərlərin arasına qatılıb onlarla birlikdə əsgər yeməyi yedi. Zaman-zaman xəbər vermədən müxtəlif camilərə gedib xalqın arasında səf tutaraq namaz qıldı. Sultanın bu davranışları xalqın və əsgərin xoşuna gəlirdi. Beləcə, hər bir vətəndaşda və xüsusilə də orduda mənəvi bir yüksəliş müşahidə olundu.
Digər tərəfdən dövlətin yenidən bərpası üçün zamana ehtiyacı olduğuna inanan Əbdülhəmid xan, xüsusilə müharibələrdən uzaq durmaq siyasəti yürütdü. Səltənəti müddətincə daim iradəli davrandı. Dövlətin bəzi ehtiyaclarını xəzinədən almaq əvəzinə öz kisəsindən ödədi. Padşah dövləti iqtisadi bataqlıqdan qurtarmaq istəyirdi. Osmanlı dövlətinə xəstə adam gözü ilə baxıldığı və paylaşma hesabları qurulduğu bir dövrdə başa keçən Sultan Əbdülhəmid xanın dövlətin idarəsini şəxsən əlinə aldığı 1878-ci ildən sonrakı xarici siyasəti dahiyanə bir mahiyyət daşıyır. Padşahın xarici siyasəti prinsip etibarilə asan, fəqət icrası olduqca çətin idi. O, dünyada baş verən bütün hadisələri istər siyasi, istərsə də iqtisadi baxımdan izləmək üçün sarayda bəzi bilgi mərkəzləri yaratdı. Osmanlı ölkəsi ilə əlaqədar nəşr olunan və xarici səfirliklərdən aldığı bütün yazıları burada tədqiq etdirdi. Beləcə, bütün dünyada baş verən hadisələrdən və xarici ölkələrin siyasətlərindən məlumatlar əldə edirdi. Millətlərarası şərtlər dəyişdikcə onun siyasəti də dəyişirdi. Hədəf Osmanlı dövlətini müharibələrdən uzaq tutmaq, sülh içərisində yaşamaq idi.
Sultan Əbdülhəmid xanın İslam dünyasındakı etibarı çox yüksək idi. Şərqi Türküstan və Orta Afrikadakı sultanlıqlar belə onun adına xütbələr oxudur, pul buraxdırır və ona tabe olurdular. Padşahın Almaniya imperatoru və Prussiya kralı II Vilhelm ilə şəxsi dostluğu vardı. Avstriya və Macarıstanla dostluqlar quruldu. İtaliya ilə münasibətlər yaxşı hala gətirildi. Qaradağ və Bolqarıstan şahzadələri padşaha bağlı idilər. Yanya və Girit vilayətlərinə göz dikən və Osmanlı hüdudlarında təcavüzkarlıq edən Yunanıstana isə 1897-ci il aprel ayının 18-də müharibə elan edildi. Böyük dövlətlər işə qarışmadan Yunanıstanın işini bitirmək istəyən Sultan Əbdülhəmid Baş komandandan Ədhəm paşaya "ildırım müharibəsi" istədiyini bildirdi. Avropalıların altı ayda keçilməz dedikləri Tırhala-Çatalca xəttini bir neçə gündə keçən Osmanlı ordusu yunan ordusunu məğlub etdi. Ancaq Bütün Yunanıstanın osmanlıların əlinə keçəcəyini anlayan, Rusiya başda olmaqla, Avropa dövlətləri Sultan Əbdülhəmiddən müharibənin dayandırılmasını tələb etdilər. Babiali müharibə təzminatı olaraq 10 milyon ədəd qızıl pul qarşılığında müqavilə bağlamağa hazır olduğunu bildirdi. Ancaq işə qarışan Avropa dövlətləri təzminatın 4 milyon ədəd qızıl pula endirilməsini və Türkiyənin kiçik bəzi torpaq parçaları ilə razı olmasını təmin etdilər. Beləcə, Osmanlı dövləti bütün xristian dövlətlərinin bir araya gəlmələri nəticəsində zəfərlə çıxmış olduğu bir müharibənin faydasını istədiyi kimi görə bilmədi. Fəqət yunanlar əhəmiyyətli dərəcədə əzilmiş oldular.
Sultan Əbdülhəmid xanın fövqəladə ağıllı və tədbirli siyasətilə bütün İslam aləmini özünə bağladığını görən ingilislər Osmanlı dövlətinin inkişafını dayandırmaq və imperatorluğu dağıtmaq üçün fəaliyyətlərini gücləndirdilər. Onlar bir tərəfdən padşahın əleyhinə fəaliyyətdə olan "İttihad və Tərəqqi Cəmiyyəti"ni dəstəkləyərkən, digər tərəfdən də Ərəbistan yarımadasındakı bədəvi qəbilələrini və Şərqi Anadoludakı erməniləri Osmanlı dövlətinə qarşı təhrik etdilər. İngilislər "Berlin müqaviləsi"ndə Osmanlı dövlətindən ermənilərin Anadoluda yaşadıqları vilayətlərdə islahat aparılmasını istəyən 61-ci maddənin tətbiq edilməsini istədilər. Bu maddənin ermənilərə muxtariyyət verilməsini ortaya qoyacağını bilən Sultan Əbdülhəmid xan illər boyu ingilislərə bu fürsəti vermədi. Bundan əlavə, ermənilərin Avropa dövlətlərinin diqqətini çəkmək məqsədilə törətdiyi üsyanları yatırtdı. Hətta bu iş üçün polis və jandarmadan ziyadə sivil xalqdan belə istifadə etdi. Bunu anlayan ermənilər bir arabaya yerləşdirdikləri saatlı bomba ilə çümə namazından çıxışda padşaha sui-qəsd edərək onu öldürmək istədilər. Fəqət Əbdülhəmid xan bu sui-qəsddən qurtuldu. Bütün bu fəaliyyətlər Osmanlı padşahını tətbiq etdiyi siyasətdən zərrə qədər də olsun uzaqlaşdırmadı. Anadolunu bir Ermənistan olaraq görmək istəyən fransız yazıçı Albert Vandal bu türk xaqanına iftiralar yağdırdı. Təəssüflər olsun ki, Osmanlı ölkəsində yaşayan islamiyyət və türklük düşmənləri fransız yazıçısının iftiralarını padşaha qarşı istifadə etdilər.
Sultan Əbdülhəmid xanın qəbul etmədiyi və sonuna qədər dözdüyü mühüm mövzulardan biri də Fələstin məsələsi idi. Sionistlər Fələstində bir Yəhudi dövlətinin qurulması üçün Sultan Əbdülhəmidə müraciət etdilər və Osmanlı maliyyəsinin ən böyük problemi olan xarici borcların bir qələmlə silinəcəyini bildirdilər. Padşah bu təklifi şiddətlə rədd etdiyi kimi, yəhudilərin müxtəlif yollarla Fələstinə gəlib yerləşmələrinə mane olan tədbirləri də gördü.
İngilislərin Ərəbistanda Cəmaləddin Əfqani və məşhur casus Lavrens yolu ilə xilafət məsələsini qurdalamağa başlamalarına qarşı Sultan Əbdülhəmid xan o bölgəyə böyük bir dərviş qafiləsi göndərdi. Eyni bir qafiləni də Hindistana göndərən padşah ingilislərin təbliğatını təsirsiz hala gətirməyə çalışdı. Padşahın bu fəaliyyətlərini görən ingilislər onu səltənətdən uzaqlaşdırmadıqca əməllərinə qovuşa bilməyəcəklərini anladılar. Buna görə "İttihad və Tərəqqi Cəmiyyəti"nin fəaliyyətlərinə yardımı gücləndirdilər. Onlar, başda Adana olmaqla, Türkiyənin müxtəlif bölgələrində üsyanlar çıxardılar. Nəticədə, "İttihad və Tərəqqi Cəmiyyəti"nə mənsub bəzi türk zabitləri padşahı "Qanuni Esasi"ni elan etməyə məcbur etdilər. Sultan II Əbdülhəmid xan da 1908-ci il iyul ayının 23-də konstitusiyanı təkrar icraya qoyduğunu elan etdi. "İkinci məşrutiyyət" adı verilən bu hadisə, gözlənilənin əksinə, Osmanlı dövlətinin dağılmasını çox sürətləndirdi. Avstriya-Macarıstan imperatorluğu 1908-ci ildə Bosniya-Herseki işğal etdiklərini bildirdi. Eyni gün Bolqarıstan müstəqilliyini elan etdi. Bir gün sonra da Girit Yunanıstana qatıldığını açıqladı. Bu hadisələr cərəyan edərkən yeni seçilən məclis 1908-ci il dekabr ayının 17-də toplandı. Bu məclisdə Osmanlı düşmənləri daha təsirli olmuşlar.
O zamanın qanununa görə, sultan ancaq vəzir ilə şeyxülislamı seçə bilərdi. Vəzir də nazirləri təyin edər, yaradılan kabinet səs çoxluğu alarsa çalışardı. Məclis istədiyi zaman hökuməti yıxa bilərdi. Beləcə, dövlətin idarəsi təcrübəsiz əllərə keçmişdi. Nəticədə, müxtəlif din, dil və irqə mənsub deputatların hamısı Osmanlı dövlətindən ayrılaraq müstəqilliklərini elan etmək üçün hər cür qanunsuz vasitələrə müraciət edirdilər. Minlərlə müsəlmanın qanını içən yunan, serb, bolqar və erməni çətələri üçün ümumi bir əfv elan edildi. Osmanlı dövlətindən qaçan nə qədər üsyançı var idisə, yenidən hamısına qapılar açıldı və onlar İstanbula gəldilər. İngilislər, ruslar və digər xristian dövlətlər azlıqlara əl altından bol miqdarda silah göndərdilər.
"İttihad və Tərəqqi Cəmiyyəti"nin təcrübəsiz liderləri ağılsız siyasətləri ilə ortalığı bir-birinə qarışdırırdılar. Özlərinə dəstək olmaq üçün Selanikdən ovçu dəstələrini Daşqışlaya yerləşdirdilər. Qısa bir zamanda məmləkətdə terror havası əsdirməyə başladılar. Yenə bunların təzyiqi ilə hökumət ordu zabitlərinin çoxunu ordudan qovdu. Bu zaman bəzi qəzetlər xalqın dini duyğularını cərəyana gətirən məqalələr yazaraq xalqı və ordunu üsyana təşviq etdilər. 31 mart günü IV Ovçu dəstəsinə bağlı olan əsgərlər gecə yarısı üsyan edərək zabitlərini həbs etdilər. Padşah Əbdülhəmid xan bu üsyanı Hüseyn Hilmi paşanın göndərdiyi bir teleqramdan öyrəndi. Üsyançılar vəzirin vəzifədən azad edilməsini və vəzifədən azad olunan zabitlərin təkrar orduya qayıtmalarını istəyirdilər. Belə olduqda Əbdülhəmid xan Hüseyn Hilmi paşanı vəzirlikdən azad edərək yerinə Tofiq paşanı gətirdi və Muşir Ədhəm paşanı da müdafiə naziri təyin etdi.
Üsyanın Rumelidəki təsiri çox böyük oldu. Bu hadisənin kimin tərəfindən hazırlandığı bəlli olmadığına görə sultan hədəf halına gəldi. Üçüncü Ordu ilə könüllü bolqar ordusu və serb, yunan, erməni, yəhudi, arnavut çətəçilərindən mütəşəkkil bir ordu qurularaq İstanbula sövq edildi. 15 minə yaxın bu hərəkat ordusu 24 aprel günü Topqapı və Ədirnə qapısından şəhərə girərək yol üzərindəki hərbi postları təslim aldı və nəzarəti ələ keçirdi. Taksim kazarması ilə Daş kazarmasından gələn müqavimət şiddətli top atəşilə qırıldı. Bu arada Yıldız sarayının işğalı zamanı Sultan Əbdülhəmid xan özünə sadiq olan birinci ordu ilə hərəkat ordusuna qarşılıq verilməsi təklifini qəbul etməyərək, "müsəlmanların xəlifəsi olduğunu və müsəlmanı müsəlmana qırdıra bilməyəcəyini" söylədi. Əgər ölkənin ən mükəmməl ordusu olan Birinci Orduya qarşılıq vermə əmri verilsəydi, hərəkat ordusu bir anda dağıdıla bilərdi. Padşahın əmrinə boyun əyən əsgərlər silahlarını təslim edincə 25 aprel günü hərəkat ordusu İstanbula hakim oldu. Mahmud şövkət paşa fövqəladə vəziyyət elan edərək günahkar və günahı olmayan bir çox adamı edam etdirdi. Yüzlərcə çətəçi ilə saraya girərək qiymətli əşyaları qarət etdirdi. İttihad və Tərəqqi Cəmiyyəti hakimiyyətini davam etdirmək üçün İstanbulda terror havası əsdirməyə başladı.
1909-cu il aprel ayının 27-də Deputatlar Məclisi tanınmış adamlarla birlikdə toplandı. Tanınmış adamlardan Qazi Əhməd Muxtar paşa kürsüyə gələrək əvvəldən qərarlaşdırdığı kimi padşahın vəzifəsindən uzaqlaşdırılmasını təklif etdi. Fəqət Hacı Nuri bəy Sultan Əbdülhəmid barəsində yazılanların bir iftira olduğunu irəli sürdü və qərarı imzalamadı. Ancaq məclis bu qərarı təsdiq etdi. Alınan qərar padşaha bildirildiyi zaman məclisi təmsil edən bir heyət Ulduz sarayına gəldi. Bu hadisə türk tarixində ən üz qızardıcı hadisələrdən biri oldu. Çünki Osmanlı dövlətinin təmsilçilərindən təşkil olunduğu iddiasıyla gələn bu heyətdə bir türk belə yox idi.
Bunlar yəhudi Emanuel Karasso, arnavut Əsəd Toptani, erməni Aram və uzun illər boyu padşahın yavərliyini edən, qarışıq soydan olan Arif Hikmət paşa idi. Padşah qərarı gətirənlərin kimlər olduğunu baş katib Cövdət bəydən soruşub öyrəndikdən sonra: "Bir türk padşahına, İslam xəlifəsinə vəzifədən uzaqlaşdırma qərarını bildirmək üçün bir yəhudi, bir erməni, bir arnavut və bir nankordan başqasını tapa bilmədilərmi?!" - deməkdən özünü saxlaya bilmədi.
İttihadçılar o gecə (27 aprel 1909-cu il) Sultan Əbdülhəmid xanı İstanbuldan çıxararaq, nəzarət altında tuta biləcəkləri Selanikə apardılar. Yola düşərkən padşaha heç bir şeyini aparmağa izin vermədilər. Padşaha səfərində üç qızı ilə iki oğlu rəfaqətlik etdi. Selanikdə Alatini köşkü padşaha təxsis edildi. Padşah burada möhkəm bir nəzarət altında çox acınacaqlı illər keçirdi. Ona qəzet oxumaq belə qadağan edilmişdi.
Sultan Selanikdə üç ildən artıq qaldı. Yunanıstanın Osmanlı dövlətinə müharibə elan etməsi nəticəsində Nazirlər Kabineti tərəfindən Sultan Əbdülhəmid xanın Selanikdə mühafizəsinin çətinləşəcəyinə görə onun İstanbula köçürülməsi qərarlaşdırıldı. Sultan Rəşad da bu qərarı təsdiq etdi. 1912-ci il noyabr ayının 1-də Loreley gəmisi ilə İstanbula gətirilən keçmiş padşah Bəylərbəyi sarayına yerləşdirildi.
Sultan Əbdülhəmid xan Bəylərbəyi sarayında beş il yarım yaşadı. Bu müddət ərzində 33 il boyunca dahiyanə müvazinətli bir siyasəti ilə müharibə risqinə salmadan saxladığı dövlətin yadellilər tərəfindən bir fəlakət halına sürükləndiyinə şahid oldu.
İngilislərlə fransızların Çanaqqala boğazını təhdid etdikləri günlər idi. Dardanel boğazının müdafiəsi çətinləşdiyi və düşmən donanmasının Mərmərə dənizinə girə biləcəyi qorxusu ilə bir tədbir olaraq padşahın və hökumətin Əskişəhərə köçürülməsi qərarlaşdırıldı. Yaranan vəziyyət Əbdülhəmid xana bildirildiyində padşah: "Mən Fatehin nəvəsiyəm. Heç bir zaman Bizans imperatoru Konstantindən aşağı düşə bilmərəm. Babam İstanbulu alarkən Konstantin əsgərinin başında vuruşa-vuruşa ölmüşdür. Qardaşım haraya gedirsə, getsin. Fəqət o və hökumət İstanbuldan ayrılarsa, bir daha geri dönə bilməzlər. Mən isə ayağımı Bəylərbəyi sarayından çölə atmaram!" - deyə cavab verdi. Onun bu ciddi qərarlılığı qarşısında hökumət İstanbulda qaldı. Beləcə, padşah dövlətin hələ o gün yıxılmasının qarşısını almış oldu.
Əbdülhəmid xan 1918-ci ilin fevral ayında xəstləndi. O, 77 yaşında idi. Şiddətli bir qrip xəstəliyinə tutulmuş, yaşlılığına görə yatağa düşmüşdü. 1918-ci il fevral ayının 10-da vəfat etdi və Cənbərlidaşdakı Sultan Mahmud türbəsində dəfn edildi.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ