Cümə axşamı günü, 13 avqust 2026
     

Padişahın duası - Yunus Oğuz yazır

Image


Pritça

Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir?

Vəzir cavab verir:

-Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik.

Padişah deyir:

-Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik?

...Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur:

-Nə istəyirsiniz?

Padişah cavab verir:

-Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik.

Ev sahibi istehza ilə bunlara deyir:

-Ayə, siz nə həyasız dərvişlərsiniz.-Onlar yola düşəndə hələ də kişinin səsi gəlirdi. - Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz.

Bir az getdikdən sonra yenə işığı yanan bir ev gördülər. Qapını taqqıldatdılar. Bu dəfə qarşılarına döyüş geyimində, təpədən dırnağa qədər silahlanmış ev sahibi çıxdı:

-Xoş gəlmişsiniz, ağa dərvişlər, - dedi, - mənə bir qulluğunuz.

Padişahın yerinə vəzir dilləndi:

-Ağa, biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik qonaq edərsiniz?

Ev sahibi güldü.

-Nə ağa, məndən ağa çıxar, adi bir dulusçuyam. Allaha da qurban olum, onun qonağına da, keçin içəri.

Otağa keçəndə ev sahibi lampanın işığını bir az da artırıb qonaqlara baxıb soruşdu:

-Aclığınız varsa, deyim bir şey hazırlasınlar.

Bu dəfə padişah cavab verdi:

-Narahat olmayın, əxilərin yeməyi quru çörəklə sudur, onu da yemişik, içmişik.

Birdən şahın gözləri divardan asılmış, dəridən hazırlanmış xəritəyə sataşır. Bu xəritədə düşmənin və öz ordusunun mövqeləri sərgilənmişdi. Düşmən mövqelərinə qara sap, öz mövqelərinə isə qırmızı sap keçirilimiş iynə sancılmışdı.

Padişah əlini xəritəyə uzadıb soruşdu:

-Bu nədir?

Ev sahibi cavab verdi:

-Qurban olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə gizli olsun? Şəhərdə söz-söhbət gəzir ki, müharibə olacaq. Mən də bu xəritəni hazırlatdırdım, evə gətirdim. İynələri sancdım xəritənin üstünə. Düşündüm ki, əgər düşmən hücum edərsə, onun hansı cinahı zəif olarsa oradan hücuma keçək. Sonra isə qurd döyüş üsulu ilə onu mühasirəyə alarıq.

Padişah baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı bilir.

Daha bir söz demədi, yıxılıb yatdılar. Səhər o başdan durub ev sahibinə təşəkkür edib saraya döndülər. Padişah qırmızı paltar geyinib taxta çıxaraq vəzirinə əmr verdi:

-Get,dünən qapılarını döydüyümüz adamları gətir bura.

Bir azdan hər ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim əsirdi.

Padişah ona qəzəbləndi:

-Gəda, eşitdim, dünən gecə qapından iki dərvişi qovmusan, hətta arxalarınca istehza da etmisən.

Kişinin ürəyi qorxudan ayaqlarının altına düşdü.

-Qələt eləmişəm, qurban olduğum.

Padişah əmr verdi:

-Aparın ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun eləyib sürüyə-sürüyə apardılar. Sonra üzünü dulusçuya tutdu. - A kişi, sən dulusçu ola-ola müharibə haqqında düşünürsən. Get dulusçuluğunu et də.

Dulusçu təmkinini pozmadan cavab verdi:

-Qibleyi aləm, axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək, həm də mənim ailəmlə yanaşı hər bir ailəyə zərər dəyəcək. Dövləti qorumalısan ki, ailən də sakit və qorxusuz yaşasın.

Padişah baxdı ki, dulusçu həm də adamı inandıra bilir. Əmr verdi:

-Yaxşı get, səni hələlik tavaçı (əsgər toplayan) təyin edirəm.

Dulusçu baş əyib çıxandan sonra vəzir soruşdu:

-Qibleyi aləm, çox olmadı?

-Yox çox olmadı, - padişah cavab verdi. - Biz birinci evə getdik, adam qabağımıza alt paltarında çıxdı. Deməli, bu adam nəinki dövlətini, heç ailəsini də qorumağa qadir deyil. İkinci ev sahibi isə bizi döyüş geyimində qarşıladı, evində də döyüş xəritəsi, qurd döyüş üsulu. Atalarımız, dədələrimiz buna Turan döyüş üsulu deyirdilər.

Sonra padişah iki əlini də göyə qaldırıb dua elədi:

-Tanrım, dövlətimizi əbədi yaşatmaq üçün bizi həmişə belə ailələrə möhtac eylə!

YUNUS OĞUZ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ