Cümə axşamı günü, 01 oktyabr 2026
     

“Şəhid olmamışdan bir neçə saat əvvəl danışdıq” - İxtiyar Bayramovun bacısı daha nələri xatırladı...

Image


Əfsanə Çobanova: “Bircə onu dedi ki, narahat olmayın, inşallah, hər şey yaxşı olacaq, bir neçə saat sonra isə şəhid oldu”

Bəylik taxtında cəmi iki ay oturdu, qurduğu ailədə körpə səsi eşitmək arzusuna çatmadı, ömrü nakam oldu, özündən sonra çırağını yandıranı da olmadı İxtiyarın. Toyunun səsi Quba dağlarından hələ çəkilməmişdi şəhid olanda. Hələ də dağların qulağında qalıb onun toyunun səsi. Cəmi iki ayın gəlini olan həyat yoldaşını ağrı-acının qucağına atıb getdi əbədiyyətə.

Saçlarını hör ağla,

Şəhid oldum, gör ağla...

Məni uca dağlardan

Pünhan-pünhan sor ağla.

Gözü yolda qalanının ağrısını dindirərmi bu bayatı, ağı deyib ağlayan anasının, qaməti bükülən atasının, saçını yolub yellərə verən bacısının yarasını sarıyarmı bu dörd misra?! Ailənin yeganə oğul övladı idi İxtiyar, Bayramovlar ailəsinin çırağını yandırıb, ocağını şenləndirirdi. İndi o ocaqda şəhidin əziz adı və xatirəsi yaşayır.

Lalələr qan üzlüdür,

Bacım ağlar gözlüdür-

Anamı dindirməyin-

Yanar canı közlüdür.

Gizir Bayramov İxtiyar Bayram oğlu 2023-cü ilin 19 sentiyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan igidlərimizdəndir.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi Zəfər” kitabının II-III cildlərinin Qubada keçirilən təqdimat mərasimini işıqlandırmaq üçün sözügedən rayonda yaradıcılıq ezamiyyətində olarkən bir çox şəhid ailəsi üzvləri ilə həmsöhbət olduq, bəziləri isə sonradan özləri redaksiyamızla əlaqə saxladılar, bəziləri ilə özümüz əlaqə qurduq, nəticədə Quba şəhidləri ilə bağlı silsilə yazılar meydana gəldi. Şəhid İxtiyar haqqında yazımız da bu silsilənin davamıdır.

İxtiyar Bayramov 1998-ci il may ayınının 1-də Quba rayon Qalaxudat kəndində anadan olub. 2007-ci ildə Quba rayon Qalaxudat kənd natamam orta məktəbinə gedib, 2016-ci ildə məktəbi bitirib. 2017-ci ilin yanvar ayının 4-də həqiqi hərbi xidmətə gedən İxtiyar Bayramov 2018-ci ilin iyul ayında hərbi xitməti layiqincə başa vurub evinə-ocağına qayıdıb. Müxtəlif sahələrdə işləyib, ailəsinə maddi kömək edib. İxtiyar tərxis olunsa da fikri-zikri hərbidə qalıb və yenidən qulluğa qayıtmaq arzusunda olduğundan, çox keçmədən Orduda xidmətə qayıdıb. O, 2020-ci ilin avqust ayında Pirəküşküldəki N saylı hərbi hissədə MAXE kimi fəaliyyətə başlayıb və gizir rütbəsi alıb. Həmin ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsinə qatılıb. Döyüş yolu Füzuli, Cəbrayıl, Xocəvənd, Şuşadan keçib, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşüb. İkinci Vətən müharibəsindən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Müharibə başa çatdıqdan sonra da Azərbaycan Ordusunda xidmətini davam etdirib, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib.

2021-ci ilin yanvar ayının 1-də gizir rütbəsində Qubadlı rayonuna DSX-da xidmətə göndərilib. 2021-ci il avqust ayında Beyləqanda N saylı hərbi hissədə xidmətini davam etdirib. 2022-ci ildə isə Ağcəbədi N saylı hərbi hissəyə yola salınıb, 2023-cü ildə Beylaqandakı N saylı hərbi hissəyə təkrar olaraq qaytarılıb. 2023-cü il sentyabr ayının 19-da Ağdam rayonunun Gülablı kəndində şəhid olub. Sentyabr ayınının 22-də Quba rayon Şəhidlər Xiyabanında dəfn olunub.

“Vətən müharibəsində sağ qalsa da, antiterror tədbirləri zamanı şəhid oldu”

Şəhidin bacısı Əfsanə Çobanova “Bakı-Xəbər”ə bildirdi ki, ailədə bir qardaş, bir bacı olublar, yeganə qardaşından sonra o tək qalıb.

“Axırıncı dəfə şəhid olmammışdan bir saat əvvəl danışmışdıq. Sentyabrın 19-da səhər saat 10-un yarısında danışdıq, amma harada olduğunu demədi. Bircə onu dedi ki, narahat olmayın, inşallah, hər şey yaxşı olacaq, bir neçə saat sonra isə şəhid oldu.

Biz ailədə iki uşaq idik, qardaşım və mən. Mən ailənin böyük övladıyam, İxtiyar məndən kiçik idi. Mən ailə həyatı qurmuşam. Qardaşım haqqında danışanda çox kövrəlirəm, çox duyğulanıram. Çox vətənpərvər, qoçaq, mərd, cəsur bir oğlan idi qardaşım. Ürəyində böyük Vətən sevgisi vardı (ağlayır). İxtiyarın arzuları çox idi əlbəttə. Amma həyatı yarıda qırıldı...

2023-cü il iyul ayınının 23-də ailə həyatı qurmuşdu, toyundan iki ay sonra isə Vətən yolunda şəhid oldu.

Çox təəssüflər olsun ki, övladı olmadı. Heç olmasa övladına baxıb təsəlli tapardıq. Onun yoxluğu bizi çox yaraladı, sanki qanadlarımız qırıldı. Təsəllimiz odur ki, İxtiyar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda şəhid olub. 44 günlük Vətən müharibəsində sona qədər döyüşdü, Füzulidən Şuşaya qədər döyüş yolu keçdi. Vətən müharibəsində sağ qalsa da, antiterror tədbirləri zamanı şəhid oldu. Demək, qismətində şəhid olmaq varmış”.

İxtiyar haqqında yazılan yazılardan birində oxuduq ki, o həddən artıq kasıb bir ailənin yeganə oğul övladı olub və heç zaman öz evləri olmayıb, kirayədə yaşayıblar. Bu məsələ ilə bağlı Əfsanə xanım da bildirdi ki, ata-anası əslən Qalaxudat kəndindən olsalar da hazırda rayonun Dağlı kənində kirayə yaşayırlar. Şəhid bacısı onu da dedi ki, məsələdən rayon İcra Hakimiyyətinin və digər əlaqədar qurumların xəbəri var və ailə evsiz kimi qeydiyyata alınıb: “Əlaqədar qurumlar valideynlərimə söz veriblər ki, onlara ev veriləcək. Onlar evlə təmin olunsaydılar kirayədən canları qurtarardı. Ümid edirik ki, valideynlərimin ev problemi öz həllini tapacaq”.

Antiterror şəhidi Bayramov İxtiyar Bayram oğlunun ailəsinin tezliklə kirayədən canının qurtaracağına və onların evlə təmin olunacağına biz də ümid edirik. Onların öz şəxsi evləri olarsa qəhrəman oğullarını xatirəsini daha layiqincə yaşada bilərlər, el-oba o evi ziyarətə gələr. Şəhid evi də müqəddəs ocaqdır...

Əfsanə xanım onu da dedi ki, hələ İxtiyarın adı əbədiləşdirilməyib, adına nə bir küçə, nə də bir müəssisə verilib. Bacının arzusu odur ki, özündən sonra övlad nişanəsi qalmayan qardaşının adı əbədiləşdirilsin. “Arzumuz odur ki, İxtiyarın adı unudulmasın, qəhrəmanlığı yaddaşlarda qalsın. Adı əbədiləşdirilsin ki, bu da bizə bir təsəlli olsun.

Jurnalistlər məqalələr yazırlar, şəhdilərimizi tanıdırlar, bu da bizə başqa bir təsəllidir ki, onların adları kitablarda, məqalələrdə yaşayır”-deyir Əfsanə xanım.

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı...

Könlü qardaşını istəyir Əfsanənin, ürəyindən keçir ki, kaş ki, İxtiyar bir dəfə zəng vurub halını-əhvalını soruşa, “yaxşıyam, məndən narahat olmayın” deyə. Amma qardaşın da nə zəngi var, nə mesajı...Qardaşı ilə yuxularda, xəyallarda, xatirələrdə görüşür, qucaqlaşır, danışıb gülür, dərdləşir...Bu da ayrı bir təsəllidir. Şəhidin anası Tərgül ana oğlunu gözləyir, Bayram ata onun yollarına göz dikir, tək ümidini, bircə oğlunu arayır, sorur, qara torpaq cavab verirmi, vermir əlbəttə...

Vətənə can verdin cananın oldu

Ümidim, niyyətim qonçəykən soldu...

Ananın ürəyi qəm ilə doldu

Gəl, güldür könlümü İxtiyar balam.

Torpaqlar azaddır, bəxtiyar balam.

Bəyliyin təzəydi, bəxtin qaraldı.

Könlümün dağını, balam, qar aldı.

Yoluna baxmaqdan gözüm yoruldu

Gəl dindir könlümü İxtiyar balam,

Torpaqlar azaddı, bəxtiyar balam.

Bu yol şəhidlikdir, Vətən sağ olsun!

Axirət mənzilin çırağban olsun...

O biri dünyada üzün ağ olsun,

Rəhmətlər sənindir İxtiyar balam

Torpaqlar azaddır, bəxtiyar balam!

Bir şəhidin də qısa, amma mənalı ömür yoluna ayna tutduq. Bu dünyada 25 il yaşadı, iki ayın bəyi oldu, gizir kimi Vətənə xidmət etdi, Vətən müharibəsində qəhrəmanlıqlar göstərdi və sağ qaldı, antitterror tədbirlərində Ağdamda şəhid oldu İxtiyar Bayramov...

Ruhu şad olsun!

İradə SARIYEVA
Quba-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ