Cümə günü, 02 oktyabr 2026
     

Qubalı şəhid Əfsan Salıyev - 3 ayın əsgəri idi...

Image


Lyudmila Salıyeva: “Sonuncu sözü “Məndən narahat olmayın, məni Vətən saxlayır” oldu...”

Ağla, ay anam, ağla,
Yaşılbaş sonam, ağla,
Göz yaşın bir yol açsın
Sel ilə dönüm, ağla...

Analar ağlayır, yollar islanır, şəhid balalarına yas tutur göz yaşları ilə. Ağlama şəhid anası, ağlama, yaran nə qədər dərin olsa da göz yaşın o yaranı sağalda bilməz. Şəhidlərin dastanı göz yaşı ilə yazılmaz ana, onlar öz dastanlarını qəhrəmanlıqları ilə yaratdılar. İndi hamı bir ağızdan şəhidlərin dastanını danışır. Şəhid ruhları yaslı deyil ana, toy-büstalıdır, qələbə cilalıdır, qəhrəmanlıq misallıdır. 18 yaşlı Qubalı Əfsan Salıyevin qısa ömür dastanı kimi...

Əfsan İlkin oğlu Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, 2014-cü ildə yüksək bal toplayaraq daha sonralar Quba şəhər Texniki Təmayüllü Liseyə qəbul olub, burdan məzun olandan sonra Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub. Bu kollecin avtomatlaşdırılmış sistemlərin hesablama texnikasının proqram təminatı üzrə subbakalavr dərəcəsi alıb. Ən böyük arzusu ixtisası üzrə ali təhsilini davam etdirmək olub. 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb, ilk xidmətini Goranboy rayonunda, daha sonra Tərtər rayonu istiqamətində N saylı hərbi hissədə Quru Qoşunlarda davam etdirib.

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, üç ayın əsgəri olmasına baxmayaraq, könüllü şəkildə döyüşlərə qatılıb. Suqovuşan və Ağdərə istiqamətlərindəki ağır döyüşlərdə iştirak edib.

Əfsan oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əfsanın o qədər böyük ürəyi olub ki, bu ürəkdə Vətən adlı möhtəşəm bir dünya bərqərar olub.

Vətən sevdalı, bayraq məhəbbətli Əfsan Vətən müharibəsi başlayanda üç ayın əsgəri olub və döyüşlərdə işttirak etməyi özünə borc bilib.

“Oğlumun 18 illik həyat hekayəsi qəhrəmancasına şəhidliyə qovuşmaqla bitdi”

Şəhid Əfsanın anası Lyüdmila xanım “Bakı-Xəbər”ə bildirdi ki, Əfsan 3 ayın əsgəri olmasına baxmayaraq könüllü şəkildə döyüşlərə qatılıb, əsgər yoldaşının qucağında şəhid olub. Ağır döyüşlərə qatıldığını ailəsinə bildirməyib, danışanda “hər şey yaxşıdır”-deyib. “Əfsanın 18 yaşı vardı və əsgərliyə yeni getmişdi. Müharibə başlayanda oğlum 2 ay 20 günün əsgəri olub. Özü də təhsilini yarımçıq qoyub getdi əsgərliyə. Arzusu əsgərlikdən sonra gəlib təhsilini davam etdirmək və universitetə qəbul olub oxumaq idi. Çox nümunəvi, vətənpərvər övlad olub, bizi heç incitməyib, üzü daim gülərdi, gözütox uşaq idi. Dərslərini də yaxşı oxuyurdu. Üç ayın əsgəri olmasına baxmayaraq könüllü şəkildə döyüşlərə qatılıb”.

Əsgərliyə getməmişdən iki-üç gün əvvəl bəyənib aldığı yeni paltarlarına baxıb anasına “ana, mən bu paltarları heç doyunca geyinə bilmədim” deyib. Ana deyir ki, şəhid olacağı elə bil Əfsanın ürəyinə damıbmış. “Ana, uzaqbaşı şəhid olub gələcəyəm” dedi. Oğlum şəhid olmaq arzusunda idi. Hərbi hissədən əsgər yoldaşları ilə sağalloşıb çıxanda “mən şəhid olmağa getdim” deyib. Əfsan ailənin ikinci övladı olub, onun özündən başqa bir bacısı, bir qardaşı var. Böyümüz qızdı, sonra Əfsandı, Fərid isə kiçiyimizdi.

Ailəmiz beş nəfərdən ibarət idi, indi Əfsanın yeri görsənir, hər yerdə gözümüz onu axtarır...

Sentyabrın 20-də Əfsanın yanına getdik, bu bizim onunla birinci və sonuncu görüşümüz oldu. Gedəndə özünə deməmişdik gələcəyik, qəfil getmişdik. Dedik ki, Əfsan, bizi komandirinlə tanış et, atan danışsın. Əfsan da qayıtdı ki, mənim yanıma gəlmisiniz, yoxsa komandirin? Mən Əfsana deməyə söz tapmadım. Dedim oğlum, sənin yanına gəlmişik. Çünki o həmişə istəyərdi ki, özü öz ayaqlarının üstündə dursun. Heç vaxt istəməzdi kimsə onu tapşırsın. Burda Əfsanın bir müəllimi vardı, o müəllimin də qrup yoldaşı Sumqayıtda Əfsanın müəllimi idi, dedi ki, istəyirsən səni tapşırım. Dedi ki, müəllim, nəbadə tapşırasınız, istəmirəm. İstəyirdi ki, nə qazınırdısa özü öz adına qazansın. Mərd övlad idi, heç bir çətinlikdən qorxmurdu. Bilirdim ki, harda olsa qabaqda gedəcək, çünki qorxaq və dala çəkilən uşaq deyildi.

Sonuncu dəfə oktyabrın 2-də zəng etdi, amma müharibədə olduğunu bizə demədi. Sonuncu sözü “Özünüzdən muğayat olun, Allaha əmanət olun. Məndən narahat olmayın, məni Vətən saxlayır” oldu.

Oktyabrın 3-də Əfsanın şəhid xəbəri gəldi. Əfsan Ağdərə istiqamətində, Suqovuşanda əsgər yoldaşı ilə qucaqlaşaraq şəhid olub. Oğlumun 18 illik həyat hekayəsi qəhrəmancasına şəhidliyə qovuşmaqla bitdi.

Bunu bir ana kimi yaşamaq çox çətindir, çox. Əfsan çox mərd, gözütox uşaq idi. 18 illik həyatını mərdliklə yaşadı, qəhrəmanlıqla başa vurdu”.

İllər ayrı salıb ayırsa bizi

Demək ki, quş olub uçub getmisən

Desələr bu oğlan tərk edib səni

Onda bil ki, bu dünyadan köçüb getmişəm...

Ana deyir ki, balasının şəhidliyi ilə fəxr edir, amma içindəki bala itkisi onu çox incidir, ağrıdır. Cəmi 18 il yaşayan və mərdlik, qəhrəmanlıq örnəyi olan Əfsanın dastanı uzun əsrlər boyu söyləniləcək, ana! Şəhidlər əbədi dirilərdir və onlar heç zaman ölmürlər, yaşayırlar, analarının göz giləsinə, atalarının köksünə köçüb həmişəlik diri qalırlar... Bayrağa, torpağa hopanlar unudulmur, Əfsan balamız da heç zaman yaddan çıxmayacaq. Bu xalq öz qəhrəmanlarını bağrı başında yaşatmağı yaxşı bacarır.

İradə SARIYEVA
Quba-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ