Cümə günü, 02 oktyabr 2026
     

Təhsil Nazirliyi sisteminin öz əməkdaşları sertifikasiyadan niyə keçirilmir?..

Image


Elşən Qafarov: “Nazirlik öz əməkdaşlarının sertifikasiyadan və attestasiyadan keçməsində qətiyyən maraqlı deyil”

Bir neçə ildir ki, ölkədə təhsil işçilərinin sertifikasiyasının keçirilməsi prosesi gedir. Musiqi və incəsənət təmayüllü məktəblərdən tutmuş orta ümumtəhsil məktəblərinin müəllimlərinə qədər bütün pedoqoji işçilər sertifikasiyaya cəlb olunurlar.

Sertifikasiyadan keçmənin də məcburi xarakter daşıdığını hər kəs bilir. Məsələ burasındadır ki, müəllimləri sertifikasiyaya cəlb edənlərin, onlardan imtahan götürənlərin özləri bu prosesdən kənarda qalır, yəni onlar özləri sertifikasiyaya cəlb olunmurlar.

Müəllimlər sertifikasiyaya cəlb edilirlərsə, bu halda Elm və Təhsil Nazirliyinin öz əməkdaşları sertifikasiyadan və ya attestasiyadan niyə keçirilmir?

“Ölkə təhsilində elə bir xaotik vəziyyət var ki...”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca maraqlı sualdır. “Elm və Təhsil Nazirliyinin struktur bölmələrində vəzifələrin tam əksəriyyəti dövlət qulluğu statusuna düşən vəzifələrdir. Nazirlik ölkədə yeganə dövlət qurumudur ki, dövlət qulluğuna vakansiya çıxarmır. Deyə bilmərəm Elm və Təhsil Nazirliyi hansı qaydalarla, hansı prinsiplərlə idarə olunur, amma onu deyə bilərəm ki, ölkə qanunvericiliyi bu nazirliyin strukturlarında yerimir. Bir çox hallarda haqlı iradlar gəlir ki, Elm və Təhsil Nazirliyində işləyən əməkdaşlar hansı kreteriyalara görə seçilir. Biz açıq şəkildə görürük ki, ölkənin şərabçılıq zavodlarından, çay fabriklərindən, şəkər zavodundan, ayrı-ayrı şirkətlərdən təhsillə ümumiyyətlə bağlı olmayan şəxslər birbaşa Elm və Təhsil Nazirliyində funksional vəzifələrə gətirilir. Bu da, təbii ki, haqlı narazılıqlar doğurur. Digər bir tərəfdən isə, təhsil sahəsində təhsili, anlayışı, səriştəsi, təcrübəsi olmayan şəxslərin funksional vəzifələrə təyin olunması və onların məlumatlı olmadıqları bir sahə üzrə qərarlar verməsi nəticə etibarı ilə təhsildə xaotik vəziyyət yaradır”.

E.Qafarovun fikrincə, bu gün təhsilin elə bir pilləsi yoxdur ki, orda ciddi problemlərimiz olmasın. İdarəetmədə, nəzarət sistemində, təhsilin təşkilində və sairdə ciddi problemlər olduğunu vurğulayan ekspert qeyd etdi ki, nəticədə biz təhsil sistemini yaxşı vəziyyətdə görmürük. “Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi il boyu imtahanlar keçirir, layihələr və təlimlər reallaşdırır. Əslində ölkə Prezidentinin 24 iyul 2023-cü il tarixli fərmanı ilə təsdiq olunmuş Elm və Təhsil Nazirliyinin əsasnaməsində nazirliyin vəzifələrində imtahan, təlimlər və layihələr həyata keçirmək yoxdur. Elm və Təhsil Nazirliyinin vəzifələri ölkədə bütün təhsil müəssisələrinə elmi-metodiki dəstək göstərməkdir, dövlətin təhsil siyasətini həyata keçirməkdir. Amma biz bunu görmürük, gördüyümüz isə, dediyim kimi, imtahanlar, layihələr və təlimlərdir. Səbəb də məhz nazirliyin idarə edilməsində, funksional idarəetmə orqanlarında vəzifələrdə təhsillə bağlı olmayan insanların olmasıdır. Təbii ki, əksər hallarda özlərinin istədikləri kadrları həmin vəzifələrə təyin etmək üçün Emin Əmirullayevə yaxın olmaq lazımdır. Ya tələbə yoldaşı, ya tanış olmaq, ya da keçmiş QHT dövründən əməkdaş olmaq tələb olunur. Yaxud təlimçilər olmalıdır. Vakansiyaların gizlədilməsi də məlumdur. Əgər bir nazir öz təyin etdiyi işçiləri dövlət qulluğunun tələblərini pozmaqla işə qəbul edirsə, əlbəttə o, heç vaxt işçilərin attestasiyasında maraqlı olmaz. Nazirlik öz əməkdaşlarının sertifikasiyadan və attestasiyadan keçməsində qətiyyən maraqlı deyil. Ölkə təhsilində elə bir xaotik vəziyyət var ki, Emin Əmirullayev və onun yaxın ətrafı Elm və Təhsil Nazirliyindən getməyincə nazirliyin işi ilə bağlı müsbət fikir söyləyə bilmərik. Çünki Emin Əmrullayev ölkə başçısının ona göstərdiyi etimaddan, çox təəssüf ki, sui-istifadə edərək şəxsi əlaqələri zəminində vəzifələrə təyinatlar verir. Eyni zamanda da şəxsi münasibətdə olduğu həmin insanların attestasiyadan keçməyəcəyini özü də yaxşı bilir. Nəticə etibarı ilə attestasiyada maraqlı deyil. Attestasiyada onda maraqlı olardı ki, Emin Əmurullayev işini şəffaf qurmuş olardı. Biz bunu görmürük”-deyə E.Qafarov vurğuladı.

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ