şənbə günü, 07 noyabr 2026
     

Adambaşına tələbə maliyyəsi nədir və onun artması tələbəyə nə verə bilər?

Image


Kamran Əsədov: “Maliyyələşdirmə bu məqsədlərə uyğun şəkildə yönləndirilməlidir ki, tələbə yalnız rəqəmlərdə deyil, real həyatında da bu dəyişikliyi hiss edə bilsin”

“Biz bir tələbəyə düşən maliyyələşməni artırmağa çalışırıq. Son onillik ərzində ali təhsillə bağlı statistik göstəricilər 2-3 dəfə artıbdır”. Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.

Nazir qeyd edib ki, peşə və ali təhsildə rəqəmlərdə artım var. “Burada müəyyən çətinliklər həm də onunla bağlıdır”-deyə nazir vurğulayıb.

Burda maraqlı olan məqam nazirin tələbələrin adambaşına düşən maliyyələşməsini artırmaq fikrində olduqlarını bildirməsidir.

Tələbələrin adambaşına maliyyələşdirməsi deyəndə nədən söhbət gedir? Adambaşına düşən maliyyənin içində nələr var? Nələr ora daxildir? Onu necə hesablayırlar? Adambaşına düşən tələbə maliyyəsinin artırılmasının o tələbə üçün praktik şəkildə bir əhəmiyyəti, xeyri varmı?

Məsələn, ən müasir məktəb, universitet tikintilərinin təmir xərcini də bu maliyyənin içinə salacaqlarsa bu necə ola bilər? Yaxud burda universitet binasının təmir olunmağından söhbət gedirsə bunun birbaşa tələbəyə nə dəxli var? Ümumiyyətlə, tələbə başına düşən maliyyənin məzmununa nələr daxildir? Burda təqaüdün artırılmasından da söhbət gedir?

“Maliyyələşdirmənin artırılmasının tələbələrə real fayda verməsi üçün şəffaflıq və hesabatlılıq mexanizmləri yaradılmalıdır”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində “Tələbə başına maliyyələşdirmə ali təhsil sistemində hər bir tələbəyə düşən büdcə xərclərinin ümumi həcmini əks etdirir və bu maliyyə vəsaitinin hansı istiqamətlərə yönəldilməsi məsələsi təhsilin keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır. Bu vəsaitin necə bölüşdürülməsi, onun hansı məqsədlər üçün istifadə edilməsi tələbənin akademik və sosial rifahına birbaşa təsir göstərir. Əgər bu maliyyə düzgün idarə olunarsa, təhsilin keyfiyyətinin artırılmasına, infrastrukturun təkmilləşdirilməsinə, tələbələrin maddi durumunun yaxşılaşdırılmasına və elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinə xidmət edə bilər. Lakin vəsaitlərin qeyri-effektiv bölüşdürülməsi və ya əsasən infrastruktur və administrativ sahələrə yönəldilməsi tələbənin birbaşa faydalanmasına mane ola bilər”-deyə bildirdi.

K.Əsədovun sözlərinə görə, tələbə başına maliyyələşdirmənin əsas istiqamətləri bir neçə kateqoriyaya bölünür. “Birinci kateqoriya akademik tədrislə bağlı xərcləri əhatə edir. Buraya müəllimlərin maaşları, tədris materialları, laboratoriya və kitabxana avadanlıqları, elmi-tədqiqat layihələri və akademik mühitin inkişafına yönəldilən digər resurslar daxildir. Əgər bu maliyyə düzgün istifadə olunarsa, müəllimlərin peşəkar inkişafı üçün şərait yaradılar, laboratoriyaların yenilənməsi tələbələrin praktik bacarıqlarının artırılmasına xidmət edər və elmi fəaliyyətlər üçün əlavə imkanlar açılar. Lakin bu vəsaitlərin yalnız inzibati xərclərə yönəldilməsi və ya qeyri-effektiv layihələrə sərf olunması, tələbənin təhsil keyfiyyətinə birbaşa təsir etməz.

İkinci kateqoriya infrastruktur xərcləridir. Universitetlərin bina və sinif otaqlarının təmiri, yeni təhsil komplekslərinin tikintisi, yataqxanaların modernləşdirilməsi və texnoloji avadanlıqların alınması bu xərclərə daxildir. İnfrastrukturun yaxşılaşdırılması tələbələr üçün əlverişli mühit yaratsa da, bu prosesin tələbələrin maddi və akademik rifahına birbaşa təsiri çox məhdud ola bilər. Universitet binalarının yenidən qurulması və ya yeni binaların inşası mühüm əhəmiyyət daşısa da, bu maliyyələşmənin tələbə təqaüdlərinin artırılması, onların akademik fəaliyyətinin dəstəklənməsi və elmi-tədqiqat imkanlarının genişləndirilməsi ilə paralel aparılması daha vacibdir. Əks halda, tələbə başına maliyyələşdirmənin artırılması yalnız struktur yenilənməsinə xidmət edən bir tədbir olaraq qalacaq. Üçüncü kateqoriya tələbələrin sosial və maddi rifahı ilə bağlı xərcləri əhatə edir. Tələbələr üçün təqaüdlərin artırılması, sosial yardım proqramları, idman və mədəni fəaliyyətlərə dəstək, beynəlxalq akademik mübadilə proqramlarına maliyyə ayırmaq bu kateqoriyaya daxildir. Təhsil sistemində tələbələrin akademik uğurunu artırmaq üçün onların sosial təminatı önəmli faktorlardan biridir. Təqaüdlərin artırılması, iqtisadi çətinliklər yaşayan tələbələrin təhsilini davam etdirməsinə kömək edə və onların akademik göstəricilərinə müsbət təsir göstərə bilər. Lakin tələbə başına maliyyələşdirmənin artımı təqaüd sisteminə təsir etməzsə və ya yalnız az sayda tələbəyə yönəldilərsə, bu qərarın tələbələrin maddi vəziyyətinə real təsiri məhdud olacaq.

Dördüncü kateqoriya elmi-tədqiqat və innovasiya sahəsinə yönəldilən xərcləri əhatə edir. Universitetlərin beynəlxalq akademik bazara inteqrasiyası, elmi araşdırmaların dəstəklənməsi, tədqiqatçı tələbələr üçün qrant proqramlarının yaradılması bu sahəyə daxildir. İnkişaf etmiş ölkələrdə tələbələrin tədqiqat işlərində aktiv iştirakı üçün dövlət və özəl sektor tərəfindən əlavə maliyyə dəstəyi ayrılır. Tələbələrin elmi fəaliyyətinin artırılması onların praktiki bacarıqlarını inkişaf etdirməklə yanaşı, universitetlərin dünya reytinqlərində irəliləməsinə də şərait yaradır”.

K.Əsədov qeyd etdi ki, dünya təcrübəsində tələbə başına düşən maliyyələşdirmə müxtəlif modellər əsasında tənzimlənir. K.Əsədovun sözlərinə görə, ABŞ-da ali təhsil müəssisələrinin maliyyələşdirilməsi əsasən dövlət büdcəsi, özəl fondlar və təhsil haqları hesabına həyata keçirilir. “Avropa ölkələrində isə dövlət tərəfindən tələbələrə ayrılan vəsait əsasən onların sosial təminatını artırmaq və akademik fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyır. Almaniyada dövlət universitetlərində təhsil haqqı olmadığı üçün tələbə başına düşən maliyyələşdirmə birbaşa tədris və sosial xərclərə yönəldilir. Finlandiya və İsveç kimi ölkələrdə isə tələbələrin rifahı üçün ayrılan vəsaitlər daha çox sosial dəstək proqramlarına sərf edilir və təhsil haqları tətbiq edilmir.

Azərbaycan kontekstində tələbə başına maliyyələşdirmənin artırılması yalnız rəqəmlərin yüksəldilməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ bu vəsaitin necə və hansı istiqamətlərə yönəldiləcəyidir. Əgər bu artım əsasən administrativ və infrastruktur layihələrinə yönəldiləcəksə, tələbələrin təhsil keyfiyyətinə və sosial rifahına birbaşa təsir göstərməyəcək. Universitetlərdə elmi fəaliyyətin genişləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılması və innovativ təhsil modellərinin tətbiqi üçün ayrılan vəsaitlərin artırılması daha səmərəli ola bilər.

Maliyyələşdirmənin artırılmasının tələbələrə real fayda verməsi üçün şəffaflıq və hesabatlılıq mexanizmləri yaradılmalıdır. Tələbə başına düşən maliyyənin hansı sahələrə xərcləndiyi, bu vəsaitin konkret hansı dəyişikliklərə səbəb olduğu açıq şəkildə elan edilməlidir. Əgər bu sistem effektiv işləyərsə, universitetlər arasında rəqabət güclənəcək və tələbələrə daha yüksək keyfiyyətli təhsil təqdim etmək üçün stimullar yaranacaq.

Ümumiyyətlə, tələbə başına maliyyələşdirmənin artırılması vacib bir addım olsa da, onun necə bölüşdürüləcəyi əsas məsələdir. Əgər bu, tələbələrin akademik və sosial inkişafını birbaşa dəstəkləyən layihələrə yönəldilərsə, bu islahat ali təhsilin keyfiyyətini yüksəldəcək. Əks halda, vəsaitlərin yalnız infrastruktur və administrativ xərclərə sərf edilməsi tələbələr üçün real dəyişiklik yaratmayacaq. Təhsilin əsas məqsədi yalnız universitet binalarının və infrastrukturunun modernləşdirilməsi deyil, tələbələrin akademik biliklərini, praktiki bacarıqlarını və gələcək karyera imkanlarını genişləndirməkdir. Maliyyələşdirmə bu məqsədlərə uyğun şəkildə yönləndirilməlidir ki, tələbə yalnız rəqəmlərdə deyil, real həyatında da bu dəyişikliyi hiss edə bilsin” - deyə K.Əsədov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ