Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ailə institutunun transformasiyası: müsbət məqamlar da var, mənfi hallar da

Image


Dünyanın müxtəlif regionlarında demoqrafik vəziyyətin mürəkkəbliyi və uyğunsuzluğu bu sahədə davranışın tənzimlənməsinin effektiv mexanizmlərinin tapılmasını aktuallaşdırır. Məsələ burasındadır ki, XX əsrin sonlarından etibarən, həm ailə həyat tərzi, həm də insanların ailə və evlilik haqqında ənənəvi təsəvvürləri əhəmiyyətli dərəcədə deformasiyaya uğrayıb.

Dünya boyu evlilik nisbətinin azalması, boşanmaların sayının artması müşahidə edilir. Təəssüf ki, bu hala Azərbaycanda da getdikcə daha çox rast gəlinir.

  • Nikah-ailə münasibətlərinin sabitliyi hər bir cəmiyyət üçün müstəsna əhəmiyyət kəsb edir

Ailə və valideyn münasibətlərinin deqradasiyasının yaratdığı ən kəskin nəticələr Qərb ölkələrində ciddi demoqrafik problemlərə səbəb olmaqdadır. Şərqi Avropanın bütün ölkələri, Almaniya, Yaponiya, İtaliya və digərləri depopulyasiya rejimində yaşayırlar. Dünyanın 30 ölkəsində yerli əhali artıq çoxalmır. Doğuş nisbətinin azalması problemi əslində ötən əsrin əvvəllərindən müşahidə olunur. Həmin dövrdə Qərbi Avropada avropalıların demoqrafik taleyi ilə bağlı qızğın mübahisələr gedirdi. Məhz bu zaman demoqrafik proseslərdə əsas ziddiyyət yarandı: bir tərəfdən Yer kürəsinin əhalisi sürətlə artır, digər tərəfdən isə yerli əhalinin sayının azalması, yox olması təhlükəsi ilə üzləşən ölkələr meydana çıxdı.

Demoqrafik proseslərin ziddiyyətli xarakteri demoqrafları əsas demoqrafik təhlükəni Yer kürəsinin insanlarının həddən artıq çoxalmasında görənlərə və əhalinin azalmasından xilas olmaq üçün yollar axtaranlara ayırdı. Amma bu gün dünyanın demoqrafik cəhətdən çiçəklənən ölkələrində də demoqrafik deformasiyalar müşahidə olunur. Buna misal olaraq Hindistanı, Çini göstərmək olar, bu ölkələrdə selektiv abort əhalinin gender strukturunun tarazlığının pozulmasına səbəb olub. Digər tərəfdən müasir cəmiyyətdə gedən modernləşmə prosesləri nikah-ailə münasibətləri sahəsinə də təsir edir. Elə Azərbaycanda da müasir demoqrafik vəziyyətin xarakterik xüsusiyyəti nikah davranışında əhəmiyyətli dəyişikliklərdir. Bu dəyişikliklər nikah yaşının artırılmasına, bəzən nikaha daxil olmaqdan ümumiyyətlə imtinaya və nikah münasibətlərinin müxtəlif modellərinin qəbul edilməsinə münasibətin dəyişməsinə aiddir. Dəyişikliklərin nə qədər uzunömürlü olduğunu, mövcud informasiya bazasına əsaslanaraq nikahlara münasibətdə nəsillərin dəyişməsini izləmək mümkün olub-olmadığını öyrənmək bu mənada vacibdir. Təəssüf ki, ölkədə nikahlar və boşanmalar nisbəti getdikcə azalır. Azərbaycanda boşanmaların sayı artır. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 4,9-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Bundan başqa, evlilik modeli dəyişir, qeydiyyatsız nikahda olanların nisbəti artır. Araşdırmalar göstərir ki, gənclərin müəyyən bir hissəsi qeydiyyatsız nikahdadır, bəzi gənclər isə ümumiyyətlə ailə qurmaqdan imtina edirlər. Demoqrafik siyasət kontekstində gənclər arasında nikah-ailə münasibətlərinin sabitliyi və ilk qeydə alınmış nikahın dəyəri xüsusi diqqətə layiqdir. Bu baxımdan gənclərin ailə həyatına hazırlıq dərəcəsinin müəyyənləşdirilməsi vacibdir. Məlumdur ki, ailə nikah, valideynlik, qohumluq, müştərək təsərrüfat münasibətləri ilə bağlı olan insanların birliyi kimi cəmiyyətin əsas vahidi olaraq ən mühüm sosial funksiyaları yerinə yetirir. İnsanın həyatında, onun qorunmasında, şəxsiyyətinin formalaşmasında xüsusi rol oynayır,  ilkin sosiallaşmanı təmin edir. Ümumiyyətlə, ailə unikal sosial təsisatdır, fərdlə dövlət arasında vasitəçidir, fundamental dəyərlərin nəsildən-nəslə ötürücüsüdür. O, ictimai inkişaf proseslərinə, işçi qüvvəsinin təkrar istehsalına, mülki münasibətlərin formalaşmasına təsir göstərmək üçün güclü potensiala malikdir.

  • Cəmiyyətin təkamülü sosial institut kimi ailəyə qoyulan tələbləri dəyişir

Müasir Azərbaycan ailəsinin inkişaf meylləri, ilk növbədə, ailənin və ailə dəyərlərinin dəyişməsinin ümumavropa prosesləri, o cümlədən onların böhran və modernləşmə aspektləri ilə müəyyən edilir. Bura sonradan evlilik, nikah qeydiyyatı olmadan birgə yaşayışların nisbətinin artması, nikahdankənar doğulmuş uşaqların yüksək nisbəti kimi məqamları aid etmək olar.

İkincisi, son illərə kimi Azərbaycanın iqtisadi və sosial sahədə apardığı islahatlar keçid iqtisadiyyatlı ölkələr üçün xarakterik olan ailə inkişafının xüsusiyyətlərini müəyyən edib. Buna nümunə olaraq doğum nisbətinin azalması, uşaqların və ailə təsərrüfatlarının sayının azalması kimi məqamları qeyd etmək olar. Üçüncüsü, Azərbaycanda ailə institutu həm patriarxal, həm də müasirlik daxil olmaqla  əhəmiyyətli bir mozaika, müxtəlif modellər ilə xarakterizə olunur. Cəmiyyətin təkamülü sosial institut kimi ailəyə qoyulan tələbləri dəyişir ki, bu da öz növbəsində onun funksiyalarının məzmununda və əhəmiyyətində dəyişikliklərdə özünü göstərir. Azərbaycanda baş verən ailə institutunun transformasiyası dəyərlər sistemində, bu sistemdə ailənin yerinin və ailənin əsas funksiyalarının xarakterinin dəyişməsi ilə müşayiət olunur.  Sosial liberalizm və iqtisadi yenidənqurma insanların həyatında iki əsas dəyişikliyə gətirib çıxarıb. Qadınlara iş imkanları təqdim etməklə gender bərabərliyinə nail olmaq və hər iki cinsdən olan gənclərin əmək bazarında getdikcə artan rəqabəti. Atanın çörəkpulu qazanan şəxs, ananın evdar qadın olduğu ənənəvi ailə modelini başqa ailə modeli əvəz edir. Gender rollarının paylanmasında nəzərəçarpacaq dəyişikliklər var. Getdikcə artan ambisiyaların mövcud olduğu bir şəraitdə öz həmyaşıdları ilə bərabər iqtisadi mövqelərini qorumaq üçün gənclər özlərini bütünlüklə insan kapitalını getdikcə daha çox artırmağa həsr edirlər ki, bu da, yeri gəlmişkən, cəmiyyət tərəfindən müsbət qarşılanır. Amma bu, ailə qurmaq kimi planların həyata keçirilməsində gecikməyə səbəb olur. Ailə institutunun transformasiyası şəxsi təşəbbüsü və uğur əldə etməyi dəstəkləyən cəmiyyətdə risklərdən qorunmaq üçün unikal strategiya kimi çıxış edir. Bir sıra tədqiqatçıların fikrincə, doğumun azalmasının ən dərin səbəblərindən biri həyatın ən yaxşı illərini uşaqlara qayğı göstərmək istəməməkdir. Ustənilən halda hesab edilir ki, ailə bağlı məsələlərin həlli istiqamətində dövlət tərəfindən daha geniş fəaliyyət həyata keçrilməsli, demoqraflar mənfi halların aradan qaldırlması üçün konkret həll yolları təklif etməlidirlər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ