Bazar ertəsi günü, 09 noyabr 2026
     

İstedadlı ədəbiyyatçı, alim, Şeyxülislam - İrəvanda doğulmuş məşhur Qərbi azərbaycanlı...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında 1846-cı ildə Qafqaz Müsəlmanlarının II Şeyxülislamı seçilən Fazil İrəvanidən danışmaq istəyirik. Qafqazın şeyxi olmuş bu böyük şəxsiyyətin həyat hekayəsi çox zəngindir və ibrətamizdir.  

İrəvanın yetişdirdiyi şəxsiyyətlər sırasında Şeyxülislam Fazil İrəvani Məhəmmədbağır oğlunun xüsusi yeri var, o mənəviyyat və din tariximizdə önəmli mərtəbəyə malikdir.

  • İrəvandakı Göy məscidin axundu, Şeyxülislamlığa gedən yolda...

Tədqiqatçıların yazdığına görə, Şeyxülislam Fazil İrəvani 1782-ci ildə İrəvan şəhərində göz açıb. İlk təhsilini elə doğulduğu şəhərdə mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin "Əl-Əzhər" Unversitetinə göndərilmişdir. 45 yaşında İrana qayıdıb, uzun müddət İsfahan və Təbriz şəhərlərində axundluq etmişdir. Sonralar İrəvan şəhərinə qayıtmiş və Göy Məsciddə baş axund kimi fəaliyyətə başlamışdır.

Qeyd olunana görə, 1843-cü ildə Fazil İrəvani Qafqaz Müsəlmanları Şeyxülislamının müavini vəzifəsinə dəvət olunur. Dəvəti qəbul edən Fazil İrəvani idarənin fəaliyyətini xeyli genişləndirir və işini təkmilləşdirir. Diyarın müsəlman əhalisi ruhani dairələrinə bölünməklə diyarda şəriət məhkəmələri yaradılır. Bütün müsəlmanlara ruhani zümrəsinə daxil olmaq hüququ verilir. İrəvanin təşəbbüsü ilə ruhanilərə vəzifə maaşları kəsilməklə onlara dövlət məmurları ilə eyni səlahiyyətlər verilir. Beləliklə, əvvəllər müctəhidin səlahiyyətində olan qayda-qanunların həyata keçirilməsi şeyxülislama həvalə edilir.

Onun Şeyxülislam kimi fəaliyyəti çox geniş və əhatəlidir. Məlumatlara görə, 1846-cı ildə Fazil İrəvani Qafqazın Şeyxülislamı seçilir. Qurumun öz mövqeyini qoruyub saxlaması və genişləndirilməsi məhz İrəvaninin şeyxülislamlığı dövründə mümkün oldu. Şeyxülislam İrəvani bir çox qanunları sistemləşdirdi:

İdarənin fəaliyyətinə prokuror nəzarəti ləğv edildi.

Yüksək ruhani şəxslərin təyin edilməsini ruhani idarəsi özü həyata keçirdi.

Nikah bağlanması və boşanmaların həyata keçirilməsi səlahiyyətləri məscid ruhanilərindən alınaraq daha yüksək savada malik olan axundlara həvalə edildi.

Qazıların səlahiyyətlərinə aid məsələlərə geniş yer ayrıldı.

Mahal qazısı tabeliyində olan ruhanilərə başçılıq etməli, kəbin işlərini, boşananları, ailə münaqişələrini şəriət əsasında yoluna qoymalı idi. Münaqişələrdə cinayət xarakteri aşkar olunardısa, yalnız o zaman həmin işlər ümumi məhkəmələrə verilə bilərdi.

Dini məktəblərin açılması və idarə olunması, ruhani adlara yiyələnmək üçün sınaqların həyata keçirilməsi, azyaşlılar üzərində qəyyumluğun təyin olunması, seyid adına iddia edənlərin hüquqlarının müəyyən olunması və bir çox başqa məsələlər dairə qazılarına həvalə edildi. Dairə qazıları isə əsas hesabatlarını şeyxülislama verməklə ona tabe idilər.

  • Matenadaranda saxlanılan 222 nömrəli Azərbaycan əlyazması...

Fazil İrəvani 1843-cü ilə qədər, xüsusilə də İsfahanda və Təbriz şəhərlərində axundluq etdiyi dövrlərdə bədii yaradıcılıqda məşğul olub. 1812-ci ildə Sankt-Peterburqda eyni vaxtda 2 kitabı çap olunmuşdur. "Qızılgül və bülbül haqqında əxlaqi roman" kitabı daha sonralar rus, fransız dilində çap olunmuş və geniş oxucu kütləsinə malik olmuşdur. Bu əsər 1826-cı ildə Vajja Defloribalinin tərcüməsi əsasında Parisdə fransız dilində, 1832–1833-cü illərdə isə Yozef Fon Hammer bu əsəri alman dilinə tərcümə edərək geniş tirajla nəşr etdirir. "Paklıq kitabı" adlı əsəri Cənubi Azərbaycanın məşhur din xadimi Molla Əhməd Güzəkünaninin tapşırığı ilə 1883-cü ildə Təbrizdə fars dilində Xəttat Məhəmməd Təbrizi tərəfindən çap olunmuşdur. "Beyzavi təfsirinə haşiyə", "İctihad və təqlid", "Üsulu'l-fiqh", Şeyx Mürtəza Ənsarinin "Məkasib" və "Rəsail" kitablarına haşiyə, "İstishab" və s. kimi əsərləri də məlumdur.

Fazil İrəvani 1885-ci ildə 103 yaşında İrəvanda dünyasını dəyişmişdir. Şeyxülislmın ailəsi barədə yazan tədqiqatçılar qeyd edirlər ki, ailə üzvləri Şeyx Cavad, Şeyx Mahmud və Şeyx Mürtəza olub.

Qeyd edilənə görə, Şeyxülislam Fazil İrəvani ölümündən sonra İrəvandakı "Şeyxülislam məhəlləsi" və Karvansara onun adını uzun illər daşıdı. Fazil İrəvaninin (1782-1888) türk dilindəki "Qızılgül və bülbül" əsəri 1826-cı ildə Parisdə çap edilib. Onun digər bir xidməti Matedaranda saxlanılan 222 nömrəli Azərbaycan əlyazmasının üzünün köçürülməsidir. Burada Azərbaycan şairlərinin deyişmələri və şeirləri qeyd edilib.

  • Görkəmli alim, filosof, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvani...

Tədqiqatçı Lütfiyyə Əsgərzadə yazır: “VIII əsrdə İrəvan xanlığının, XIX əsrdə İrəvan quberniyasının mərkəzi olmuş İrəvan şəhəri, dövrünün mədəniyyət mərkəzi olmuş, Azərbaycana, bütövlükdə Şərqə böyük şəxsiyyətlər bəxş etmişdir... Bu məşhur şəxsiyyətlərdən biri də görkəmli alim, filosof, ictimai və siyasi xadim Şeyxülislam Fazil İrəvanidir.

Fazil İrəvani Bütöv adı Ayətullahu'l-uzma Molla Məhəmməd ibn Məhəmməd Baqir olan, Fazil İrəvani olaraq məşhurlaşan alim qədim Azərbaycan şəhəri İrəvanda 1782-ci ildə, bəzi mənbələrə görə, 1817-ci ildə anadan olmuşdur. İlk təhsilini İrəvanda, mədrəsədə almışdı. 20 yaşında ikən ali dini təhsil almaq üçün Misirə gedərək buradakı yalnız müsəlman Şərqində deyil, dünyada məşhir olan "Əl-Əzhər" Unversitetində təhsil almışdır. Bəzi mənbələrə görə, "o, əvvəlcə Kərbəla şəhərinə yola düşərək, təhsilinin birinci mərhələsini burada keçirmiş, Kərbəlada Ayətullah Seyid İbrahim Qəzvininin dərslərində iştirak etmişdir. Çox keçmədən yüksək istedada malik olduğundan üsul və fəlsəfədə böyük müvəffəqiyyətlər qazanmışdır. Başqa tələbələrin uzun müddətdə oxuduğu dərsləri Fazil İrəvani qısa müddətdə və layiqincə başa vurmuşdur. Bu şəhərdə yaşadığı 4 il ərzində fiqh və üsuli-fiqh elmlərinin incəliklərinə yiyələnən Fazil İrəvani, öz dövründə cəfəri məhzəbinin elm paytaxtı sayılan Nəcəfi-əşrəfə köçür," burada böyük müctəhidlərin dərslərində iştirak edir. Ayətullah Şeyx Ənsari dünyasını dəyişdikdən sonra Fazil İrəvani zəmanəsinin müctehidi olan Seyid Hüseyn Kuhkəməri Təbrizinin dərslərində iştirak edir və ictihad, şəri hökmləri Quran, hədis və digər mənbələrdən əldə edib bəyan edən ali rütbəli ruhani" məqamına çatır. "Şeyx Həsən Kaşifu'l-Qita "Cəvahiru'l-kəlam" kitabının müəllifi Şeyx Məhəmməd Həsən İsfahani Nəcəfi və müctəhidlərin şeyxi Mürtəza Ənsari kimi elm nəhəngləri Fazil İrəvaninin səylərini lazımi istiqamətə yönəldərək, onun bacarıqlı müctəhid kimi yetişməsinə köməklik göstərməsi haqqında məlumatlar tarixçi, siyasətçi və şair Yəhya Dövlətabadinin "Məfaxer-e Azərbaycan" əsərinin. I cildində, s.243, 357, 408-də, Doktor Əqiqi Bəxşayişinin, Böyük Hacağanın fikirlərində də öz əksini tapır: Yəhya Dövlətabadi Ayətullah molla Məhəmməd İrəvani haqqında yazır: "Hicri-qəməri tarixi ilə 1281-ci ildə şeyx (Mürtəza) Ənsari dünyadan köçür və onun ölümündən sonra görkəmli şəxslərin hamısı ortaya öz iddiasını qoyaraq, onun yerinə keçmək istəyir. Əlbəttə, bu elmi dairənin tələbələrinin də rəis seçkisinə müdaxilə etmək hüququ var idi. Onlar əsasən türklərdən ibarət idilər. Hər qrup hövzə rəisinin onlardan olmasına çalışırdı. Göstərilən vəzifəyə isə iki namizəd vardı - bunlardan biri Ağa Seyid Hüseyn Kuhkəməri, digəri Molla Məhəmməd İrəvani idi. Belə olan halda Hacı Seyid Hüseyn birinci, İrəvani ikinci rəis olur... “

L.Əsgərzadə yazır ki, Məhəmməd Əli Müdərris Təbrizinin, "Reyhanətul-ədəb" kitabında Fazil İrəvaninin 30 tələbəsinin adı çəkilir. Onun yazdığına görə, dərin dini biliyi ilə yanaşı, iman, əxlaq, mənəviyyat və təqva (ruh və nəfsin hifz edilməsi) baxımından da çox yüksək səviyyədə olan Fazil İrəvaniyə "Hindistan, Türkiyə, Qafqaz, İran və Rusiyadan şəriət vergiləri (xüms, zəkat) göndərilirdi" . Dünya malından çox elmə, əxlaqa, mənəviyyata önəm verən, zahidanə həyat tərzi yaşayan bu imanlı ziyalı ona göndərilən xüms-zəkat pullarını da son qəpiyinə kimi dini elmləri öyrənən tələbələrə və digər lazımlı işlərə sərf etmişdir. Fazil İrəvanini öz müasirləri, xüsusilə, müctəhidlər arasında böyük nüfuza malik olmuşdur.

Beləliklə, təhsil və tədqiqatlardan, həmçinin Şeyx Mürtəza Ənsari, Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfidən ictihad icazəsi adıqdan sonra Fazil İrəvani Nəcəf elm mərkəzində çalışmış, dərs deməyə başlamışdı...”

  • “Qızılgül və bülbül”ə qarşı erməni oğurluğu...

L.Əsgərzadənin yazdığına görə, görkəmli alim, mütəfəkkir, bir çox dini, tarixi və ədəbi əsərlərin və dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-ənənələrinə aid yazdığı qiymətli məqalələrin müəllifi olan Fazil İrəvaninin zəngin elmi və bədii irsi var. “Elmi əsərləri əsasən, ərəb dilində olan əsərləri, xüsusən "Gül və Bülbül"ü bir çox dillərə tərcümə olunmuş, Təbriz, Peterburq, Berlin, Paris və İrəvanda çap olunmuşdur. Fazil İrəvaninin Azərbaycan dilində yazılan "Qızılgül və bülbül" adlı povestinin yayılma arealı genişdir. Əsər müxtəlif illərdə bir neçə dəfə Avropa dillərinə tərcümə edilib. Təəssüf ki, müxtəlif müəlliflərin əsəri kimi. Eyni ildə (1812), eyni vaxtda və eyni şəhərdə - Sank-Peterburqda 2 kitab çap olunub; "Qızılgül və bülbül haqqlnda əxlaqi roman" (erməni dilində). Sankt-Peterburqda nəşr edilən "Qızılgül və bülbül" povestinin müəllifi saray müşaviri Xocens Marker Geğamyan göstərilsə də, əsərin müəllifi Fazil İrəvanidir. F.İrəvaninin gənc yaşlarında yazdığı "Qızılgül və bülbül" adlı povestinin taleyi "Tarixi-İrəvan" əsərinə nisbətən uğurlu sayıla bilər, çünki ən azından məhv edilməyib, lakin bir o qədər də başıbəlalıdır. Oğurluğa adətkərdə olmuş ermənilər Fazil İrəvaninin əsərinə də göz dikmiş, əsərin üzünü erməni əlifbası ilə köçürən Xocens Markar Geqamyan özünü əsərin müəllifi kimi təqdim etmişdir. Çox keçmədən "Qızılgül və bülbül"ü Le Vayya de Floribal fransız dilinə çevirib Parisdə (1826), sonra isə Jözef Fon Hammer alman dilinə çevirərək 1832-1833-cü ildə iki dəfə yüksək trajla çap etdirir. Dırnaqarası "erməni ədibi" X. M. Geğamyan əsəri öz adına çıxsa da Avropa və Qafqazda aparılan tədqiqatlar əsərin Fazil İrəvaniyə məxsus olduğunu təsdiqləyir. "Sonradan ermənilər özləri də təsdiq etmək məcburiyyətində qalırlar ki, adıçəkilən əsər Fazil İrəvani tərəfindən yazılmış, Geğamyan isə onu oğurlayıb öz adına çap etdirmişdir. Digər tərəfdən fransız tədqiqatçısı Le Vayya de Floribal "Qızılgül və bülbül"ün türk müəllifi Fazil İrəvaninin əsəri olduğunu bildirərək məsələyə aydınlıq gətirmişdir. Sadəcə, Xocens Markar, Fazil İrəvaninin "Qızılgül və bülbül" əsərini erməni və rus dillərinə tərcümə edərək öz əsəri kimi çap etdirmişdir. "Qızılgül və bülbül" əsərinin orijinalı Matenadaranda - Mesrop Maştos adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır." "Qızılgül və bülbül"ün əsl müəllifinin Fazil İrəvani olduğu bəlli  olduqdan sonra da, ermənilər utanmadan, 1950-ci ildə yenə də əsəri erməni müəllifin əsəri kimi Freznada (ABŞ) çap etdirmişlər. Ancaq həqiqəti gizlədə bilmirlər. "Qızılgül və bülbül" povestinin müəllifinin X.M.Geqamyan yox, Fazil İrəvani olduğunu sonradan ermənilərin özləri etiraf ediblər." Əsəri xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib hissə-hissə "Anahit" jurnalında çap etdirən erməni Arşad Çobanyan "Qızılgül və bülbül" povestinin Fazil İrəvaninin olduğunu təsdiqləyib ("Qızılgül və bülbül" əsəri ayrıca bir məqalənin mövzusudur)” müəllif qeyd edib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ