çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Erkən nikaha 1 il tez icazə istisnası niyə aradan qaldırıldı... - MÜSAHİBƏ

Image


Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər.

Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyə əsasən, həm oğlanlar, həm də qızlar 18 yaşı tamam olduqda rəsmi nikaha daxil ola bilərlər. İstisna hal olarsa  nikah yaşı 1 yaş güzəşt edilir. Ancaq Milli Məclisin ötən iclasında Azərbaycanda nikah yaşının azaldılmasının ləğv olunması müzakirə olunub. Belə ki, Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifinin verilməsi qeyd edilib. Millət vəkilləri nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştinin ləğvi ilə bağlı təkliflərin hazırlandığını bildiriliblər.

  • “Bəzi valideynlər qızlarını erkən yaşda ərə vermək istəyirlərsə bunu edəcəklər”

Maraqlıdır, nikah yaşının dəyişdirilməsi  erkən nikah probleminin qarşısını ala biləcəkmi? Bu mövzu ilə bağlı “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli ilə həmsöhbət olduq.

- Fatimə xanım, Azərbaycanda nikah yaşının dəyişdirilməsi müzakirə olunur. Sizcə, nikah yaşının dəyişdirilməsi erkən nikah problemini həll edəcəkmi?

- Ölkəmizdə nikah yaşının 18 olması beynəlxalq normalara uyğundur. Bu gün dünyanın əksər ölkələrində nikah yaşı 18-dir. Hesab edirəm ki, bu doğru bir rəqəmdir. Çünki o yaşda insan artıq yetkin şəxs hesab olunur. Məlumdur ki, üzrlü səbəb olduqda ərazi üzrə müvafiq icra hakimiyyəti orqanı nikaha daxil olmaq istəyən şəxslərin xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Bu güzəştin, icazənin ləğvi gündəmdədir. Ancaq hesab etmirəm ki, 1 yaş güzəştin ləğv olunması erkən nikah problemini həll etməyəcək.

- Hesab edirsiz ki, nikah yaşını artırmaqla bu problem həll olunmaz…

- Bəli, həll olunmaz. Çünki bəzi valideynlər qızlarını erkən yaşda ərə vermək istəyirlərsə bunu edəcəklər. Həmin valideynlər qızlarını məktəbdən, təhsildən ayırıb nişanlıyacaqlar. Beləliklə o qızların gələcəyi, təhsil almaq istəyi heç nə olacaq.

- Bəs bu problem necə həll olunmalıdır?

- Qızlar üçün nikah yaşının yuxarı qoyulması problemin həlli deyil, bununla erkən nikahın qarşısını almaq mümkün deyil. Əvvəlcə, azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər araşdırılmalıdır. Bu ilk növbədə sosial problemlərlə əlaqədardır. Ailələrdə işsizlik aradan qaldırılsa, ailə büdcəsinin gəlirləri artsa, erkən nikah problemi olmayacaq. Erkən evliliklərin baş tutmasında  valideyn savadsızlığı da rol oynayır. Statistikaya görə, regionlarda erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malikdir. Nəticədə, yeniyetmə qızların ərə verilməsi halları getdikcə artır. Belə qızlar bizim ölkəmizdə bir deyil, iki deyil, minlərlədir. Savadsız valideynin oduna düşən, həyatı məhv olan qızlar da var, savadlı valideynin öyüdlərinə, nəsihətlərinə qulaq asmayıb həyatını puç edənlər də az deyil.

- Erkən nikahlar gələcəkdə hansı fəsadlara yol açır?

- Bəzi hallarda azyaşlı qızlar könüllü şəkildə ailə qurmağa can atırlar. Yəni bunu könüllülük kimi ifadə etmək də müəyyən qədər doğru olmazdı. Xüsusən bölgələrdə avtoritar ailələrin qızları ata-ana, böyük qardaş basqısı altında yaşamaqdan bezir. Yorucu və cansıxıcı həyatdan can qurtarmaq üçün nəticənin nə olacağını düşünmədən “səni sevirəm” deyən biri ilə izdivaca girir. Burada artıq "yağışdan çıxıb yağmura düşmək" faciəsi başlanır. Oğlanın ailəsi qızı evlərinə qəbul etmir, qızın valideynləri onları ayaqlayıb keçən qızlarından üz döndərirlər. Heç bir işi-gücü olmayan, hələ maddi cəhətdən valideynindən asılı olan, tüfeyli həyat sürən “ər” və üzləşdiyi vəziyyət qarşısında qalan “qadın”. Nəticə dəhşət saçır. Əli hər yerdən üzülən yeniyetmə qızın bir yolu qalır, həyatına qəsd etmək. Erkən nikahların yaratdığı faciələr barədə saysız misallar çəkə bilərik.

- Bəzən valideynlər qızlarını erkən nikaha, özlərindən çox böyük şəxslərlə evliliyə məcbur edirlər. Bu barədə fikirləriniz necədir?

- Problemin mənəvi-psixoloji tərəfi ilə yanaşı tibbi-bioloji tərəfli də var. 13-15 yaş arası yeniyetmə qızın orqanizmi dünyaya uşaq gətirməyə, beyin analıq duyğusuna hazırdırmı? Əlbəttə ki, cavab müsbət ola bilməz. Ailə həyatına fizioloji, bioloji, mənəvi-psixoloji hazırlıq olmadığı halda mütləq şəkildə stress və travmalar yaşanacaq. Hər birimiz həyatımızda, hansı yaşda olmağımızdan asılı olmayaraq, streslə üzləşirik, psixoloji- mənəvi zədələr alırıq. Yaşadığımız müasir dünyada bunlar qaçılmazdır. Belə hallarda əsas məsələ həyəcan və emosiyaları, duyğuları tənzimləyə bilmək, yəni psixoloji dayanıqlılıqdır. Hələ yetkinlik yaşına çatmayan, ailə, övlad qayğısı çəkməyə məcbur olan yeniyetmə həyata tutunmaq, yaşama gücü tapmaq üçün buna hazırdırmı? Təbii ki, yox. Nəticədə nə baş verir? Üst-üstə yığılan gərginliklər, ailə münaqişələri, anlaşılmazlıqlar psixoloji problemlərə yol açır. Zamanında qarşısı alınmayan, dərinləşən psixoloji travmalar isə bir çox halda qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yeniyetmə qızların hətta öz ataları yaşda olan kişilərlə ailə qurması yaxın çevrə, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, belə evliliklərə can atanlar var. Azyaşlı qız təbii olaraq ata-ananın basqısı ilə bu həyatı qəbul edir.

- Azərbaycan qanunlarında yeniyetmələri erkən nikaha cəlb edən valideyn və digər şəxslər barəsində cinayət məsuliyyəti varmı?

- Məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var. Qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin qeyd edim ki, cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib. 18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ