Bazar ertəsi günü, 14 sentyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür
Tarix: 14.09.2026 / 13:36
Bölmə: Siyasət
1918-ci il mayın 28-də yaradılmş Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazıldı. Cumhuriyyətin qurulması ilə Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.
Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı. İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq və qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunan gündən başlayaraq xarici qüvvələr onun devrilməsinə çalışırdılar. Həmin ərəfədə S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Bakıda hakimiyyəti ələ keçirmişdi və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.
Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycan xalqı üçün həyati əhəmiyyətə malik olan bu sənəd Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq, Beşinci Qafqaz firqəsi (diviziyası) Mürsəl paşanın komandanlığı altında Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.
Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi türk hərbi birləşməsinə yerli əhalidən toplanmış könüllülər də daxil oldu. Beləliklə, Qafqaz İslam Ordusunun şəxsi heyəti birgə qüvvələrdən formalaşdı.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti soyqırım taleyini yaşamaqda olan xalqı bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Azərbaycan hökuməti xarici müdaxilənin qarşısının alınması və dövlət müstəqilliyinin qorunub saxlanması məqsədilə əsas fəaliyyətini ordu quruculuğuna yönəltmişdi.
İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırım cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etmək məqsədilə Fövqəladə Təhqiqat komissiyasının yaradılması barədə qərar qəbul olundu.
Qafqaz İslam Ordusunun hissə və bölmələri yarandığı gündən Azərbaycanın istiqlaliyyətini məhv etməyə çalışan bolşevik-daşnak qüvvələrinə qarşı ağır döyüşlərə başladı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusu Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi və s. ərazilərdə baş vermiş döyüşlərdə misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.
Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı. Bunların 8 mini osmanlı, 6 mini isə Azərbaycan türkləri idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunmuş Bakının azad edilməsi ilə nəticələndi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.
Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı təxminən 4000 nəfər olmuşdu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirilmiş birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı oldu. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora yollandı. Qafqaz İslam Ordusunun digər bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdiyi bütün dövrdə Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə rus müdaxiləsindən azad etdi.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımların dayandırılmasında, Bakının işğaldan azad edilməsində və milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynadı.
1918-ci ildə müstəqilliyimizin təməlininin qoyulmasında Osmanlı dövlətinin göstərdiyi hərbi və siyasi dəstək milli dövlətçilik tariximizin sonrakı mərhələlərində də çox mühüm rol oynadı. 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, 2020-ci ildə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi və bütün ərazilərimizdə suverenliyimizin bərpası da Türkiyə Respublikasının mənəvi-siyasi və hərbi dəstəyi nəticəsində baş verdi. Bütün bu tarixi hadisələr Azərbaycanla Türkiyə arasında bugünkü birlik və qardaşlıq münasibətlərimizin əbədi və sarsılmaz olduğunu bütün dünyaya göstərir. Gücümüz birlikdədir!
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı
15 sentyabr 2026
DİGƏR XƏBƏRLƏR
Tarix: 14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
- FOTO
Tarix: 14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....
Tarix: 14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi
Tarix: 14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib
Tarix: 14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
- FOTO
Tarix: 14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...
Tarix: 14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi
- YENİLƏNDİ
Tarix: 13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir
– paylaşım etdi…
Tarix: 13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada
- Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...
Tarix: 13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi
Tarix: 13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi...
Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…
Tarix: 13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir...
Siz "Matı-Patıya" fikir verməyin...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...
Tarix: 10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...
Tarix: 10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...
SON XƏBƏRLƏR
14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür
- Əliyusif Məmmədov – 70
14.09.2026 / 13:36
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür
14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü
– cəmi 16 faiz…
14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü
14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı
– Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…
14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi
– razılaşmanın elan edilməsi təxirə salındı…
14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
- FOTO
14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı
– işin arxasından ABŞ çıxdı…
14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi
14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....
14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi
14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib
14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....
14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
- FOTO
14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…
14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…
14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi
14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...
14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...
14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi
- YENİLƏNDİ
13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya
- vecimə də deyil...
13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir
– paylaşım etdi…
13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb
13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı
- bu, bütün dünyaya zərər verir...
13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada
- Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...
13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi
13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf
- ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…
13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır
- qlobal neft tədarükü təhlükə altında…
13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi...
Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…
13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir...
Siz "Matı-Patıya" fikir verməyin...
13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…
13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu
– ölən və yaralananlar var…
13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı
– 140 nəfər itkin düşdü…
13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…
13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...
13.09.2026 / 10:25
Husilər dayanmır
- Səudiyyə bazasını bombaladılar…
13.09.2026 / 09:26
Səadət Əliyeva
- Onuncu mərtəbənin 40-cı zirvəsində...
13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq -
Lavrov
13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı -
pişiklərin sığınacağına çevrilmışdı…
13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil
13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"
12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi
12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı
- yekun bəyannamədə razılığa gələ bilmədilər…
12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...
12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür
- 10 həftədə 285 gəmi vurulub…
12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!”
- Emil Rasimoğlu yazır..
12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır"
- Hikmət Hacıyev
12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb
12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı
12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…
12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya
- Moskvaya gələ bilər…
12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar
- FOTO
12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı
- 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...
12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…
12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...
12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…
12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir
- Rusiyanın başına gətirilənlər…
12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...
12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi
- gəlin öz gözlərinizlə görün... VİDEO
12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi
– Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…
12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...
12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...
12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi
- FOTO
12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi
12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi
- Bu, Rusiya ilə müharibə deməkdir…
12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür
– Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…
12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…
12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar
12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi -
oğul İmamoğlu nələr danışır…
11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır
- Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…
11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…
11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi
- gündə 1 milyon barel…
11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi
- Trampdan rədd cavabı gəldi…
11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi
- hədəfdə olacaqsız…
11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır
- iddia...
11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...
11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı...
hərəyə 5 min...
11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı
- o tarixi unutmayacağıq...
11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...
11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı -
Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...
Populyar xəbərlər
Tarix: 02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var -
neftin qiyməti və... Sanksiyalar iflas etdi...
Tarix: 11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"
Tarix: 07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb
- VİDEO
XƏBƏR ARXİVİ