Kənd və qəsəbələrdə qeydiyyata alınmayan 1312 uşaq aşkarlanıb

img

Ötən il ölkədə 127 588 min doğumun dövlət qeydiyyatı aparılıb. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Onun sözlərinə görə, doğumun evlərində səyyar qaydada 1401 uşağın doğumu dövlət qeydiyyatına alınıb: "Təəssüf ki, hələ də kənd və qəsəbələrdə doğumu dövlət qeydiyyatına alınmayan uşaqlar var. 1312 belə uşaq aşkar olunub, onlardan 1205 nəfərinin qeydiyyatı təmin edilib, qalanlarına hüquqi yardım göstərilib”.

R.Kərimova həmçinin deyib ki, İraq xəstəxanlarından və uşaq evlərindən gətirilən 194 uşaqdan 83-nün doğumu dövlət qeydiyyatına alınıb.

Son xəbərlər