Cümə axşamı günü, 12 noyabr 2026
     

Korona əleyhinə vaksinləşmənin təsirləri barədə xarakterik iki həkim rəyi... Abdulla Şıxlinski və...

Image


Bütün dünya COVID-19 pandemiyasından əziyyət çəkir. Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın əksər eksperti pandemiyadan xilas yolunu koronavirus əleyhinə vaksinlərdə görür.

Artıq dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda vaksinasiya prosesinə başlanıb və xeyli sayda insan virus əleyhinə peyvənd edilib.

Ümumiyyətlə, koronavirus əleyhinə tətbiq edilən peyvəndlərə münasibət birmənalı deyil, bəzi insanlar peyvənd vurdurmaqdan ehtiyat edir, hətta onun tərkibi ilə bağlı şübhələrini bildirirlər. Hətta bəziləri iddia edirlər ki, COVID-19 əleyhinə vaksin mövcud deyil, bunu qısa müddət ərzində hazırlamaq mümkünsüzdür. Belə bir iddianı həkim-psixiatr Abdulla Şıxlinski redaksiyamıza göndərdiyi yazıda irəli sürüb.

  • Abdulla Şıxlinski: “Koronavirus əleyhinə vaksinin mövcud olmamasının bir səbəbi də odur ki, koronavirus xəstəlik törətmək qabiliyyətinə malik deyil”

A.Şıxlinski yazır: “Koronavirusa qarşı vaksinin hazırlanması, prinsipcə, mümkün deyil. Nəyə görə?

Gəlin təbabət elmi tərəfindən yeni vaksinin hazırlanma prinsipləri ilə tanış olaq. Yeni insan vaksininin hazırlanması uzunmüddətli və bahalı prosesdir. Vaksin bioloji mənşəli tibbi preparatdır. İnsan vaksininin hazırlanması üçün 25-30 il, veterenariya vaksinlərinin hazırlanması üçün 10-15 il vaxt lazımdır. İnsan vaksininin hazırlanma müddəti aşağıdakı mərhələləri əhatə edir:

1.Baza tədqiqatları - Bu mərhələ özü də bölünür: A) törədicinin əsaslı laborator müayinəsi. B) Preparatın birincili konstruksiyasının seçimi.

2.Klinikaya qədərki tədqiqatlar - Bu mərhələ bölünür: A) Hüceyrə qruplarında sınaqlar (in vitro). B) Laboratoriya heyvanlarında sınaqlar (in vivo). V) Preparatın təhlükəsizliyinin və effektivliyinin qiymətləndirilməsi. Q) Ciddi yan təsirlərin öyrənilməsi. D) Maksimal qəbul dozasının təyini.

3.Kliniki sınaqlar - 1) Faza - İmmun cavabın öyrənilməsi. 2).Faza - Preparatın vurulma tezliyi və başqa zərərli yanaşı təsirlərin öyrənilməsi.

4.Dövlət nəzarəti və vaksinin vurulacaq ölkədə qeydiyyata alınması. 5.Vaksin istehsalının müntəzəm dövlət yoxlamaları mərhələsi, vaksinin vurulması prosesinə cari dövlət nəzarəti.

Dünyada pandemiya elan ediləndə (Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən) pandemiyanın planetdə heç bir elmi kriteriyaları yox idi. Pandemiya transnasional kompaniyaların sifarişi ilə, ÜST-ə 3 milyard dollar pul verildikdən sonra , ÜST-in assambleyası ilə məsləhət edilmədən elan olunmuşdu, halbuki, assambleyanın icazəsi olmadan, ÜST-in öz nizamnaməsinə görə, pandemiya şəxsən ÜST-in sədrinin iradəsi ilə elan edilə bilməz. Elan edilmiş yalançı pandemiyanın başlanmasından heç bir il də keçməyib, insan vaksini hazırlığına isə ən azı 25 il vaxt gedir, yuxarıda qeyd edilən hazırlıq proseslərinə real halda 30 il vaxt gedir. Vaksin hazırlığında müasir dövrdə 3 növ texnologiyadan istifadə edilir:1.Biotexnologiyalar. 2.Nanotexnologiyalar. 3.Kompyuter texnologiyaları. Bu texnologiyaların birlikdə tətbiqi nəticəsində vaksin hazırlanmasına ən azı 25 il vaxt gedir. Bəs hazırda guya bir il ərzində (heç bir il də keçməyib) hazırlanmış, vurulması insanlar üçün vacib hesab edilmiş “vaksin” adını daşıyan maddə həqiqətdə nədir? Vəzifəli çinovniklər bütün dünyada televiziya kameraları qarşısında qollarını açaraq “mən vaksin vurdururam” deyə qışqırırlar. Onların vurdurduğu doğrudanmı bir ilə hazırlanmış “vaksin” adını daşıyan o şübhəli  maddədir? Bəlkə onlar gözdən pərdə asmaq üçün özlərinə sadəcə fizioloji məhlul, distillə olunmuş su və ya sadəcə, vitamin vurdururlar? Axı biz o şprislərdə nə olduğunu bilmirik!

Artıq bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, hər gün dünyanın bütün qitələrində “vaksin” adı ilə insanlara yeridilən şübhəli maddədən yüzlərlə insan tələf olur, sağ qalanlarda isə mütləq hər hansı qəfləti ağir xəstəlik inkişaf edir - iflic, ruhi-əsəb pozğunluqları, anafilaktik şok, qəfləti ürək dayanması, qəflətən səbəbsiz olaraq bədən hərarətinin qalxması, və enməməsi, beyin və ağciyər ödemi, hamilə qadınlarda uşaqsalma. Bu siyahını aramsız olaraq uzatmaq olar!

Koronavirus əleyhinə vaksinin mövcüd olmamasının bir səbəbi də odur ki, koronavirus xəstəlik törətmək qabiliyyətinə malik deyil. Akademik Filatov yazır: “Koronavirus o qədər zəifdir ki, hətta laboratoriya şəraitində o davamlı yaşaya bilmir, zəif, virulentliyi 0-a bərabər olan virusa qarşı vaksin hazırlamaq mümkün deyil, koronavirus ən pis halda 3 günlük zökəm törədə bilir, ondan artığa qadir deyil” Akademik Filatov məhz vaksin hazırlanması ilə məşğul olan məşhur sovet və rus alimidir. Zəif törədicilərə qarşı vaksin hazırlamaq mümkün deyil. 2020-ci ilin martında akademik Onişenko koronavirusu “dobrəçok”, yəni xeyirxah virus adlandırıb.

Bunları oxuyan insanlarda belə bir sual yarana bilər: “Bəs bu insanları öldürən xəstəlik nədir”... Cavab verirəm: koronavirusu təsdiq edən müayinə metodu  mövcud deyil, test müayinəsi koronavirusu təsdiq etmir, bu, testləri satmaq üçün ÜST-in bir oyunudur, artıq dünya alimləri koronavirusu obyektiv göstərən müayinənin mövcud olmadığını təsdiq etmişlər, gözə görünməyən, laboratoriyada təyin oluna bilməyən virusa qarşı necə vaksin hazırlamaq olar? Bu mümkün deyil!  Hazırkı xəstəlik isə bütün dünyada qlobal oliqarxat - dünyəvi dövlət tərəfindən tətbiq olunan kimyəvi silahdır. Bu kimyəvi silahın tətbiqindən yaranan, hazırda insanlarda təsadüf olunan, dadbilmə, iybilmə hissinin itməsi, ağır pnevmoniya ilə keçən, bəzən ölümlə nəticələnən ağır xəstəliyin koronavirus adlı günahsız törədici ilə heç bir əlaqəsi yoxdur. İndi insanlarda təsadüf edilən xəstəliyin təsviri hələ SSRİ Müdafiə Nazirliyinin Baş tibb idarəsinin xüsusi metodik vəsaitlərində verilib. Kimyəvi silahın orqanizmdə törətdiyi dəhşətli fəsadlar uzun illər keçməsinə baxmayaraq, dəyişiksiz qalır - sanki indiki faciəvi günlər təsvir edilib. Dünyəvi dib dövləti özünə lazım olan halda kimyəvi silah tətbiq edib bu xəstəliyi çoxaldacaq, lazım olmayanda isə kimyəvi silahın tətbiqini dayandırıb xəstəliyi azaldacaq. “Vaksin”   adını daşıyan maddələrin vurulması isə dünyəvi dövlətə planetdəki insanların sayını 1milyarda qədər azaltmaq üçündür. Dünyəvi dövlətin üzvləri bunu açıq etiraf edirlər, onların planetdəki əhalinin sayını azaltmaq üzrə planları ilə tamamilə açıq, heç bir sirr olmadan müxtəlif resurslarda və məqalələrdə tanış olmaq olar. Onların dediklərindən bir neçə sitat: “Əgər biz vaksinasiyanı keyfiyyətli apara bilsək, dünya əhalisinin sayını 10 -15%  azalda biləcəyik. Planetdə karbon qazı durmadan artır, bununla mübarizə etmək üçün yeganə çıxış yolu insanları bir neçə dəfə dalbadal vaksinləşdirməklə onların sayını 1 milyarda qədər azaltmaqdır”.

“Mən öz uşaqlarıma vaksin vurdurmayacağam” - Dünyəvi dövlətin tanınmış bir üzvü ilə müsahibədən - “vaksin qara camaata lazımdır, mən və mənim uşaqlarım isə elitadır”. “Dünya əhalisinin sayının azaldılması prosesi keçmiş Sovetlər Birliyi ölkələrində daha keyfiyyətli aparılmalıdır. Bu tör-töküntüdən lap tez azad olmaq üçün vaksinasiya 2-3 dəfə son nəticə alınana qədər aparılmalıdır”. “Vaksin flakonlarında lazımsız millətləri, fərdləri sterilizasiya edən maddələr olacaq, bu universal maddələr yaşı 30-dan yuxarı insanları tədricən öldürəcək, uşaqlar və cavanlar bu maddələrin təsirindən sonsuz olacaqlar - reproduktiv orqanlar atrofiya olunacaq, nəsil artımı dayanacaq”. “Dünya əhalisi azaldıqda dünyəvi dövlətə xidmət edən insanlar - onların ailələrini qoruyan təhlükəsizlik işçiləri, aşpazlar, bərbərlər və başqa qulluqçular vaksinasiya olunmayacaq, bu qulluqçu personal “elita qulluqçuları” adlanacaq”.

Rusiya əhalisinin 75%-i, Avropa əhalisinin 89%-i vaksinasiyanın əleyhinə olduqlarını artıq bildirmişlər. Dünyanın bütün ölkələrində vurulan vaksinlər ancaq bir nöqtədən gəlir, bir məntəqədə hazırlanır - Amerika Birləşmiş Ştatlarının farmasevtik kompaniyaları, bu kompaniyalar istisnasız olaraq dünyəvi dövlətin nəzarəti altında fəaliyyət göstərir, dünyanın başqa heç bir ölkəsində “vaksin” adlı maddə hazırlanmır, elə buna görədir ki, vurulan maddələrin bütün əlavə təsirləri bütün ölkələrdə eynidir.

“Vaksinasiya” mütləq mənada könüllü xarakter daşımalıdır. Arzu edən bütün insanların “vaksin”lərdən bəhrələnmək imkanları olmalıdır. Lakin artıq dünya təcrübəsi göstərir ki, “könüllü” adı ilə başlayan vaksinasiyalar, əslində, məcburi olur: vaksinləşməyən insanlar işdən qovulur, bank hesabları bağlanır və s., nəticədə insana şərt qoyulur: “Ya vaksinləş, yaşa, ya da yenə vaksinləş, amma yaşama”.  Nəzərə çatdırmaq lazımdır ki, əhali arasında vaksinləşmək təbliğatı aparan həkimlər yalnız müəyyən beynəlxalq, qlobal dairələrə xidmət edən, pula satılmış, vicdanını itirmiş, Hippokrat andını tapdalayıb keçmiş insanlardır. Yenə də qeyd etmək istərdim: normal insan vaksininin hazırlanması üçün 25il - 30 il vaxt lazımdır, bu vaksinlərin təhlükəsizliyinin əsas şərtidir.

Qeyd: Məqalədə dünyanın tanınmış həkim-alimlərinin, politoloqlarının, bioloqlarının məqalələrindən, xüsusilə tarix elmləri doktoru, professor, “Dünyəvi dövlət” problemi üzrə tədqiqatçı Andrey İliç Fursovun “Koronavirus pandemiyası və transnasional kompaniyalar” mövzusunda Moskva Dövlət Universitetindəki çıxışlarından istifadə edilib.

A.Şıxlinskinin fikirləri kifayət qədər mübahisə doğurduğundan, məsələyə digər bir ekspertin də yanaşmasını sizə təqdim edirik.

  • Adil Qeybulla: “...onun qeyd etdikləri tamamilə yanlış məlumatlardır”

Tanınmış tibb mütəxəssisi, professor Adil Qeybulla hesab edir ki, A.Şıxlinskinin iddiaları tamamilə əsassızdır və cəmiyyəti çaşdırmağa xidmət edir. A.Qeybullanın fikrincə, hazırda tibb elmi, texnologiya o qədər inkişaf edib ki, bir sıra xəstəliklər əleyhinə yüksək keyfiyyətli vaksinlər hazırlanması tam mümkündür: “Bu adamın iddiaları, ortaya atdığı məsələlər tamamilə kökündən yanlışdır. Onun irəli sürdüyü fikirlər qətiyyən həqiqəti əks etdirmir. Belə informasiyalar cəmiyyəti, insanları çaşdırmağa xidmət edir. Vaksinin hazırlanması dedikdə hüceyrə kulturası yetişdirilir və insana vurulur. İnsanlara birinci dəfə deyil ki, vaksin vurulur, uşaqlıqdan başlayaraq müxtəlif xəstəliklər əleyhinə vaksin vurulur. Bundan başqa, bizim özümüzə xaricə gedəndə və sair vaksinlər vurulub. Hazırda o qədər qeyri-peşəkar adamlar var ki, onlar bu cür əsassız iddialar irəli sürürlər. Necə yəni vaksin vurulmamalıdır. Qətiyyən elə bir şey yoxdur ki, vaksin 25-30 ilə hazırlansın. Amma bəzi xəstəliklər, infeksiyalar var, hələlik onlara qarşı vaksinlər hazırlana bilmir, ona görə ki, bu, texniki baxımdan hələlik mümkün deyil. Məsələn, QİÇS, Hepatit B-nin vaksinini hazırlamaq hələlik mümkün olmayıb. Bu başqa məsələdir. Amma COVID-ə qarşı 30 ilə vaksin hazırlanması boş söhbətdir, vaksin hazırlanıb insanlar da vurdurur. Vaksinlər haqqında məlumatlar var, biz onların elmi əsaslarını bilirik, hansı necədir. Bu cür çoxsaylı vaksin var. COVID-19 əleyhinə olan vaksinlər haqqında iddiaları əsassızdır, mən özüm də bu vaksini vurdurmuşam. Mən bu adamın iddialarını qətiyyən qəbul etmirəm və onun qeyd etdikləri tamamilə yanlış məlumatlardır. Bunun heç bir elmi əsası yoxdur, tam dezinformasiyadır” - deyə A.Qeybulla bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ