Cümə axşamı günü, 12 noyabr 2026
     

Dardoqqaz kəndinin cəsur oğlu... Doğma ana həsrəti ilə yaşamış şəhid Mahmud... - FOTO

Image


...Vətən məhəbbəti ən ülvü hissdir. Vətən bizim varlığımız, qürurumuzdur. Şair demişkən: “Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz...” Amma onun uğrunda canını qurban verən qəhrəmanlar ölümsüzlüyə qovuşurlar.

Bir daha Azərbaycanımızın bütün diyarlarından; kəndlərindən, qəsəbələrindən, şəhərlərindən, rayon mərkəzlərindən olan vicdanlı, qeyrətli, cəsur, sadə, lakin cəngavər, qorxubilməz əsgərlərimiz İkinci Vətən Savaşında Odlar yurdumuzu qəlbən sevdiklərini sübut etdilər. Ana Vətənimizdə yaşayan, bir-birilə möhkəm münasibətdə olan talış, saxur, avar, yengiloy, ləzgi, tat və digər xalqların vətənpərvər igidləri hətta döyüş meydanında düşmənə bir daha göstərdilər ki, doğma Vətənləri olan Azərbaycanımızı qorumağa necə qadirdirlər. Torpaqlarımızın azadlığı uğrunda ağır döyüşlərdə, mənfur xislətli ermənilərə qarşı gedən mübarizədə şücaət göstərən, xainlərə aman verməyən bu millətlərin igidləri arasında yüzlərlə şəhid, yüzlərlə qazi də oldu...

Azərbaycan xalqı yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan bütün övladlarının qəhrəmanlığı ilə bir daha təsdiqlədi. Bu igidlər eyni zamanda xalqda ruh yüksəkliyini qaldırdı, daha sıx birləşməyi, bütöv olmağı təşviq etdi. Azərbaycanımızın ən ünlü rəmzi olan üçrəngli bayrağı lap uşaqdan böyüyə kimi sevdirdi, lap yaxından tanıtdırdılar. Yeri gəlmişkən, Vətən oğullarımızın, şəhidlərimizin, qazilərimizin, digər hərbçilərimizin, itkinlərimizin qanı hesabına azad olunmuş Qarabağ bölgəsində tariximizin köklərinin simvolu olan bayrağımızı böyük fəxarətlə sancdılar.

Bildirdiyimiz kimi, bu Qarabağ Savaşında Zaqatalanın bütün kəndlərindən olduğu kimi,  Göyəm kənd icra nümayəndəliyinin Dardoqqaz kəndindən də onlarla avar el oğullarımız iştirak edib, şəhid və qazi olublar. Onlar, əsl igidlər kimi, ağır döyüşlərdə cəbhənin qaynar nöqtələrində iştirak edərək gələcək nəsillərə nümunə oldular.

Məhz Sumaylı kənd tam orta məktəbinin pedaqoji kollektivini Vətən Savaşı başlayan gündən məktəblilərə vətənpərvərlik ruhunda müharibədə gənc hərbçilərimizin göstərdiyi şücaətdən qorxu bilmədən torpaqlarımızın azğın düşməndən təmizlənməsini, bu məqamlarda xalqın birliyi, Ali Baş Komandanın əmrindən sonra Şanlı Ordumuzun 30 ilə yaxın müddət ərzində müharibəyə hazırlaşıb düşmənin üstünə necə hücuma keçməsini onlayn vasitəsilə təbliğ ediblər. Dardoqqaz kəndindəki şəhid ailələri ilə görüşməzdən əvvəl Sumaylı kənd məktəbinin direktoru, təcrübəli pedaqoq Rəsmiyyə Mustafayeva, tədris işləri üzrə dərs hissə müdiri Xuraman Əhmədova və hərbi rəhbər Qəzənfər Yahudovla söhbət zamanı məlum oldu ki, məktəbdə şəhidlərə həsr edilmiş xüsusi güşə yaradılıb, məktəbin pedaqoji və şagird kollektivi tez-tez Dardoqqaz kəndindən olan – Vətən müharibəsində qəhrəmanlıq göstərərək həlak olan şəhidləri, böyük təcrübəli zabit mayor Abakar Məhəmməd oğlu Hacıyev və cəsur əsgər şəhidimiz Mahmud Əhməd oğlu Xudaverdiyevin məzarlarını ehtiramla ziyarət edir və onların ailələri ilə əlaqədə olurlar. Şəhidlərin keçdiyi ömür yolları və müharibədə göstərdikləri şücaətlər barədə məktəbliləri məlumatlandırırlar. Əlbəttə ki, bu tədbirlər gələcək nəslin vətənpərvərlik ruhunda inkişafında xüsusi rol oynayır. Bu günlər Göyəm, Dardoqqaz, Sumaylı  və Çökək – bütün Zaqatalanın böyüklü, kiçikli sakinləri bu Vətən fədailəri fəxr edirlər, onları örnək sayırlar...

O mənə doğma balam kimi idi...

...Ananın gözlərindən yaş yağış kimi süzülürdü. Gilə-gilə axan yaşı silə-silə bir igidin uşaq yaşlarından başlanan keçməkeşli həyat hekayəsini danışdıqca, biz və ətrafdakılar üzüntülü, təsir bağışlayan bu söhbətə çox-çox həyəcanla qulaq asırdıq. Bu hekayəni dinlədikcə bu iradəli, cəsarətli, əsl analıq duyğulara malik qadına “əhsən”, “min alqış”, “halal olsun” deyə pıçıldayırdım. Yanımda oturan övladın doğma atası xəyallara dalaraq, çox fikirli, qüssəli görünürdü...

...”Bu ailənin yükünü üzərimə götürəndə Mahmud 2 yaş yarımlıq, çox zəif, cılız uşaq idi. Doğma anasını erkən itirdiyindən ana südündən yarımçıq qalmışdı. Tez-tez ağlayır, anasını axtarırdı. Uşağın nələr keçirdiyini çox yaxşı başa düşürdüm. İlk günlərdən bu körpəyə, ondan yaşca böyük qardaşlarına əsl analıq etməyə başladım. Bir müddət keçmiş bu zavallı körpə mənə sığınmağa başladı, onu öz doğma balam kimi əzizlədikcə, o mənim qucağıma sığınırdı. Körpə quş balası kimi dirçəlib, ayaq açdı və ona qayğı göstərdikcə məni doğma anası kimi əzizləməyə, istəməyə başladı. Mənə sıx bağlandı, yuxudan ayılan kimi məni axtarmağa başladı. Çünki onlara mən ögeylik hiss etdirmədim. Atası Əhmədlə birlikdə onları, ələlxüsus da Mahmudu böyütmək üçün çox əziyyətlərə, çətinliklərə qatlaşdıq. Çəkdiyimiz zəhmət hədər olmadı... Sonradan dünyaya gətirdiyim qardaş və bacı ilə də doğmalaşdılar... Mahmudun uşaqlığı yadıma düşəndə bilirsiz canımdan necə sızıltılar keçir? Böyüdü, yeniyetmə gənc oldu, hərbi xidmət yaşına çatdı. Sevindik, fərəhləndik... Lakin...”

Nailə ana bir anlıq susdu, selləmə göz yaşlarını saxlaya bilmədi, qəhər yenə onu boğdu. Amma çox çətinliklə olsa da “Axı, mən onu hərbiyə yola salandan onun yolunu səbrsizliklə gözləyirdim. Mən oğul dağını, belə sağalmaz yaranı heç bir anaya arzulamıram... Mahmudun vaxtsız ölüm xəbərinin məlhəmini mən tapa bilməyəcəyəm, bütöv dünyanı dolaşsam da” dedi – Ana.

Atası Əhməd kişi: “Ona halal olsun, mənim kiçik yaşlarından anasız qalan övladlarıma əsl analıq etdi. Mahmudu daha çox istəyirdi...” Əlavə etdi.... Atanın da gözləri yaşardı, ancaq özünü itirmədi...

...Yəqin ki, söhbətin Ana Vətənimizin fədailərindən biri, ömrünün lap gənc yaşlarında ouca zirvəni – şəhidlik zirvəsini fəth edənlərdən biri haqqında getdiyini hiss etdiniz...

Həyatdan tam doymamış, doğmaları ilə doyunca yaşamamış, dostları ilə yetərincə zarafatlaşmamış, qəlbində gəzdirdiyi sevgini o qıza bildirməmiş şəhid oldu Mahmud balamız...

Zaqatala rayonu, Göyəm İcra Nümayəndəliyinin Dardoqqaz kəndində 19 iyul 2001-ci il tarixdə dünyaya göz açan Mahmud Əhməd oğlu Xudaverdiyev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərin birində qəhrəmanlıqla həlak oldu. Ömrünün 19 yaşında milyonların qəlbində, həmişə parıldayan bir ulduz yandırdı, bizim igidimiz – Mahmud. Vətən Savaşında xain, faşist, qaniçən erməni dığalarının qənimlərindən biri – Mahmud Xudaverdiyev Ali Baş Komandanın əmrindən sonra ilk gündən xüsusi əhəmiyyətli mövqelərimizdə döyüşə başladı. O, düşmənin ardıcıl hücumlarının dəf edilməsində döyüşçü yoldaşlarına sipər oldu, cəsurluq etdi, ancaq irəli getdi...

Mahmudun atası söhbətin davamında bildirdi ki, birinci həyat yoldaşı 2004-cü ildə gənc yaşlarında dünyasını dəyişib. Onun birinci evlilikdən 3, ikinci evlilikdən 2 övladı vardı. 4 oğlan, 1 qız. Əhməd kişi həyat yoldaşı Nailə İslam qızı Qurbanova ilə birlikdə övladlarını, çox çətinliklərlə olsa da, psixoloji sarsıntılar keçirsələr də, çox tərbiyəli və sağlam, işgüzar mühütdə böyüdüb... Bu ailənin böyük övladı Elmirdir. O, ailəlidir, hazırda Zaqatala rayon Yaşıllaşdırma İdarəsində çalışır. Xudaverdiyevlər ailəsinin ikinci oğlu Eldənizdir. Mahaçqala şəhərində tikintidə çalışır. Bu sadə, zəhmətsevər ailənin hələ də Mahmudun yolunu səbrsizliklə gözləyən, gözləri yolda qalan sevimli qardaşı Elxanın 9 və bacısı Nərminin 7 yaşı var. Anası Nailə deyir ki, Mahmudun ailədə çox böyük hörməti var idi, xoş rəftarı, mehribançılığı və səmimiliyi, zəhmətsevərliyi ilə seçilərdi.

Əhməd Xudaverdiyev isə söylədi ki, oğlu Mahmud 2018-ci ildə Sumaylı kənd tam orta məktəbini bitirib. Bir müddət təsərrüfatda çalışan Mahmud 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə gedib. Əvvəlcə Tərtər rayonunun Əlibəyli kəndində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Həmin vaxt cəbhənin ən təhlükəli, düşmənlərimizin tez-tez atəşə tutduğu mövqelərimizi qoruyan cəsur eloğlumuz, hərbi xidmətini nümunəvi keçirməklə yanaşı, komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirir və keçirilən hərbi təlimlərdə seçilərdi. Bu zamanlar, yəni 2016-cı ilin aprel döyüşlərindən sonra xain qonşular ardıcıl təxribatlar törədirdilər. Düşmənin işğal etdiyi ərazilərdən müharibə qoxusu da gəlirdi. Əhməd Xudaverdiyev deyir ki, hərbi andiçmədən sonra oğlu Mahmud düşmənin daim hədəfə tutduğu “Ballı qaya”dakı postlarda hərbi xidmətini davam etdirib. Qeyd edək ki, Tərtər-Goranboy rayonlarının, Fərruz-Murovdağ dağ silsiləsində yerləşən yüksək əhəmiyyətli bu mövqe son döyüşlərdəki mənfur düşmənin “göz dağı” olub. Məhz Milli Ordumuzun hərbçiləri bu mövqeləri qorumaq və ətraf ərazilərimizi düşməndən təmizləmək üçün erməni hərbiçilərlə daima ölüm-dirim mübarizəsi aparıblar.

Cəsur oğlumuzun anası Nailə xanım qeyd etdi ki, hərbi andiçmə mərasimi günü, 14 avqust 2019-cu il tarixində ailə üzvüləri ilə birlikdə Mahmudla görüşüblər. “Bilirsiniz, həmin gün o bizim gəlişimizə necə sevinmişdi, elə bil ona dünyaları bağışlamışdılar. Oğlumuzla hərbi hissədə görüşümüz Mahmuda ruh yüksəkliyi verməklə yanaşı, həmin görüşümüz həyatımızda xoş xatirələrə çevrildi. Daha sonra ailə üzvəri və yaxınları əziz balamızla 4 dəfə görüşüblər. Nə yaxşı ki, biz onu gözü yolda qoymadıq. Amma Mahmud balamız bizi gözü yolda qoydu, hər birimizə xoş xatirələrlə yanaşı, acı xatirələr yaşatdı... göz yaşlarını bəxş etdi – deyə şəhid anası əlavə etdi.

Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarına dərin ehtiramın nəticə etibarı isə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun daha da güclənməsinə yol açdı. Ona görədir ki, böyük əksəriyyəti atəşkəs dövründə doğulub-böyüyən, 90-cı illərin əvvəllərində baş verənlərin şahidi olmayan və 44 günlük müharibədə Qələbəmizi təmin edən gənc nəsil yüksək vətənpərvərlik hisslərinə malikdir. Bu hissləri isə ən çox, sadə, zəhmətkeş, çətinliklə üzləşən, ailədə nümunəvi tərbiyə almış, haram çörək yeməyən gənclərə aid etmək olar. Bu günlər adı qəhrəmanlar sırasında çəkilən Mahmud Əhməd oğlu Xudaverdiyev kimi...

Mahmud Xudaverdiyev hərbi xidməti dövründə hərbi təlimlərdə fəal iştirak etmiş, hərbi texnikaya mükəmməl yiyələmiş, hərbi taktikanı, fəndləri hərbi qaydalaya uyğun öyrənmişdi. Atası söhbət zamanı bildirdi ki, “Mahmud tez-tez telefon əlaqəsi saxlayır, hərbi xidmətinin yaxşı getdiyini bildirərdi. Onun sonuncu zəngi 13 oktyabr 2020-ci il tarixdə olub, dedi ki, “ata siz narahat olmayın, mən Vətənimizin keşiyindəyəm, borcum torpaqlarımızı faşist ermənilərdən azad etmək, onları doğma yurdlarımızdan qovub çıxartmaqdır, çünki bu bizim həm də vətəndaşlıq borcumuzdur, narahat olmayın, tezliklə görüşəcəyik, Qələbə sədası ilə...”-dedi oğlum. Halbuki, cəbhədə həmin vaxt qızğın döyüşlər gedir, oğlum Tərtər- Goranboy- Xocavənd-Hadrut istiqamətində döyüşürdü, xain düşmənə qarşı” deyən şəhid atası vurğuladı ki, Mahmudun son döyüşü 14 oktyabr 2020-ci il tarixində olub. Mahmud Xudaverdiyev Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə... Əks hücum zamanı düşmən tərəfindən atılan mərmi qəlpələrindən ağır yaralanıb. Döyüş meydanında çoxlu qan itirməsi nəticəsində həlak olub. Qəhrəman, qorxmaz – Zaqatalanın fədakar oğlu müharibə başlayan gündən ön cəbhədə təcrübəli atıcı kimi döyüşlərə başlayıb. O, döyüş meydanında düşmənin çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etmişdi. Mahmud, gənc olmasına baxmayaraq, Vətənimizin azadlığı uğrunda azğın düşmənə qarşı mərdi-mərdanə vuruşaraq hünərvər kimi şəhadətə qovuşub...

Doğma anasını körpəlikdən itirmiş, onun həsrəti ilə yaşamış, halal çörəklə böyümüş, tərbiyə almış, ailənin ən sevimli övladı olmuş Mahmud Azərbaycanın yeni şanlı səhifəsinə qəhrəmantək ad qoydu. Zəfər qazanılmasında xüsusi xidmətləri, cəsur döyüşçü kimi azadlığı uğrunda həlak olan tarixi yurdların əzəli qəhrəmanı oldu... Dünyaya göz açdığın Zaqatala rayonunun Dardoqqaz kəndinə, and içdiyi üçrəngli bayrağımıza bükülü olsa da, üzüağ qayıtdı. Elin çiyinlərində 16 oktyabr 2020 -ci il tarixində çox möhtəşəmliklə son mənzilə yola salındı...

Bizimlə söhbət zamanı hönkür-hönkür ağlayan, Mahmuda əsil ana qayğısı göstərmiş Nailə xanım, atası Əhməd, qardaşları və bacısı Nərmin, onu sevənlər şəhid eloğlumuzla fəxr edirlər, edəcəklər də...  Çünki o, hamımızın uğrunda əbədiyyətə qovuşdu... Ruhun şad olsun, Mahmud!

Şəhid - Mahmud Əhməd oğlu Xudaverdiyev Prezidentin sərəncamı ilə (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ