Vətən yolunda can qoyanlar unudulmur... - FOTO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində 30 il erməni əsarəti altında olan Qarabağ torpaqların azad edilməsində cənub bölgəsi Masallının igid oğulları da böyük hünər göstəriblər.
Rayondan vətən, torpaq yolunda şəhidlik zirvəsinə ucalanlar, qazi olanlar çoxdur. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilova başda olmaqla, Şura üzvləri vaxtaşırı şəhid ailələrinə, eləcə də qazilərə baş çəkir, onların problemləri ilə maraqlanır, qayğılarına qalırlar. Bu günlər isə Şura üzvləri rayonun Şərəfə kəndində komada yatan qazi Nurlan Fərrux oğlu Əbilov, Ərkivan qəsəbəsində şəhid mayor Anar Novruzov, şəhid əsgər Sənan Seyfullayev və Masallı şəhərində şəhid əsgər Vüsal Hadıyevin ailəsi ilə görüşmüşlər. Görüş zamanı bir sıra vacib işlər yerindəcə öz həllini tapıb. Həm də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri öz növbələrində qəhrəman övlad böyüdən şəhid və qazi valideynlərinə daim onların yanında olduqlarını bildiriblər.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə təşəkkür eddərək, övladlarını Vətən üçün böyütdüklərini söyləyiblər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü