Cümə axşamı günü, 12 noyabr 2026
     

Dünya yer quruluşu elmində inqilab - Azərbaycanlı alimlərin yeni nəzəriyyəsi

Image


AMEA-nın həqiqi üzvü, akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü, professor Rəşid Cavanşir uzun müddətdir ki, geofizikanın dərinliklərinin araşdırılması, yaşadığımz yer kürəsinin və kainatın geofizik strukturlarının proqnozlaşdırılması, qanunauyğunluqların aşkarlanması sahəsində elmi araşdırmalar aparır, müştərək tədqiqatların müəllifi kimi elmi məqalələrlə çıxış edirlər.

Onlardan biri də son vaxtlar Yerin qeyri-xətti xüsusiyyətlərini hesablamaq üçün Yer elmlərinin klassik mexanika sahəsi ilə inteqrasiyasına əsaslanan Qeyri-Klassik Xətti yanaşma nəzəriyyəsidir. Bu yeni model nəzəriyyə Yerin İlkin Etalon modelində lazımsız riyazi hesablamaları və köhnə metodologiyaları inkar etməklə dünya elm cameəsində ciddi müzakirələrə səbəb olmuşdur. Fundamental araşdırmaları və təhlilləri əks etdirən nəzəri konsepsiya Böyük Britaniyanın məşhur “Elm” jurnalında dərc edilməklə dünyaya təqdim edilmişdir. Böyük Britaniyanın “Elm” jurnalı dünyanın əsas elmi nəşrlərindən biridir. Jurnalda hər gün 3000 -dən yuxarı elmi məqalə dərc olunur. 200-dən yuxarı araşdırmaçı alimi öz şəbəkəsində birləşdirən “Elm” jurnalı bilogiya, ətraf mühit və yer elmləri, sağlamlıq, təbiət elmləri, sosial elmlər və digər sahələr üzrə ixtisaslaşmış beynəlxalq elmi dərgidir. XXI əsrin elmi araşdırma dərgisi olan “Elm” siyasətçilər və tədqiqatçılar, elm adamları və təhsil işçiləri, dövlət və özəl sektor, geniş tədqiqatçı auditoriyası üçün yüksək keyfiyyətli, texniki cəhətdən etibarlı məlumatlar təqdim edir. EDNews dərgidə nəşr olunmuş elmi nəzəriyyənin əhəmiyyətini nəzərə alıb, onu Azərbaycan oxucularına təqdim edir :

Dr. Hətəm Quliyev | Dr. Rəşid Cavanşir - Qeyri-xətti Yer kürəsi: Geridə qalmış nəzəriyyəyə düzəliş

Tədqiqatçılar tərəfindən yerin daxili hissələrinin struktur xüsusiyyətlərini təsvir etmək üçün artıq on illərdir ki, istifadə olunan nəzəriyyələrin mövcudluğuna baxmayaraq, irəli sürülən fərziyyələr həqiqətdən bir xeyli uzaqdır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Dr.Hətəm Quliyev və Dr.Rəşid Cavanşir öz araşdırmalarında mexanikaya və yer elmlərinə aid konsepsiyaları birləşdirərək Yerin 'qeyri-xətti' xüsusiyyətləri ilə bağlı yeni nəzəriyyələr yaradıblar. Onların kəşfi hələ ki, elmi ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edilməmişdir, lakin birgə əməkdaşlıq səyləri nəticəsində ‘klassik olmayan xətti’ yanaşmalarının tezliklə geofiziki tədqiqatların əsas aspektinə çevriləcəyini ümid edirlər.

Yerin daxili quruluşunu müşahidə etmək

Bir neçə əsrdir ki, çoxsaylı müxtəlif istiqamətlər üzrə araşdırma aparan tədqiqatçılar Yerin daxili quruluşunun struktur xüsusiyyətlərini müəyyənləşdirmək üçün yeni üsullardan istifadə ediblər. Görülən işlər sayəsində, indi bizə doğma planetimizin təbəqəli quruluşa malik olduğu məlumdur: o, möhkəm daxili və maye xassəli nüvədən ibarətdir, möhkəm mantiya və xarici qabıq qatına sahibdir. Bizim bu quruluş haqqında biliklərimiz dalğaların Yerin daxilindən keçərək müxtəlif növ maddələrlə dəyişikliyə uğramasının ölçülməsinə əsaslanır.

Tədqiqatçılar bu təhlili zəlzələ və vulkan püskürmələri də daxil olmaqla irimiqyaslı geoloji hadisələr nəticəsində yaranan seysmik dalğaların aşkarlanması yolu ilə apara bilərlər. Bu tədqiqatçılar Yer səthinin müxtəlif nöqtələrində ayrı-ayrı hadisələr nəticəsində yaranan dalğaların xüsusiyyətlərini ölçərək, onların planetin daxili hissəsində müxtəlif təbəqələrdən keçərkən necə dəyişdiklərini müəyyən edə bilirlər.

20-ci əsrin əvvəllərindən etibarən geofiziklər bu üsullardan Yerin daxili quruluşu və onun zamanla necə inkişaf etdiyi barədə nəzəriyyələri işləyib hazırlamaq üçün istifadə ediblər. Sonrakı onilliklərdə bu fikirlər Yer kürəsi haqqında elmin çoxsaylı sahələrində müxtəlif nəzəriyyələrlə birləşdirildi və bu barədə anlayışımızın daha da artmasına imkan verdi.

YİEM-in güclü və zəif tərəfləri

1976-cı ildə göstərilən səylər əvvəlcə ABŞ geofizikləri Adam Dzievonski və Don Anderson tərəfindən təklif olunan ‘Yerin ilkin etalon modeli” (YİEM) adlı nəzəriyyənin yaranmasına gətirib çıxardı. O dövrdə böyük ixtira hesab edilən bu modelə görə, Yerin hər bir daxili qatı fərqli, dəyişməz xüsusiyyətlərə sahib idi. Ən əsası, sıxlıq, təzyiq və cazibə daxil olmaqla maddənin xüsusiyyətlərinin Yerin mərkəzindən fərqli məsafələrdə necə dəyişdiyini və hər təbəqənin təsirini nəzərə alaraq xətti formula təqdim edirdi.

YİEM konsepsiyası yarandığı gündən bəri on illər ərzində çox az dəyişikliyə məruz qalıb və indi Yer haqqında elmlərin bir çox sahələrində geniş yayılmış elementə çevrilib. Modelin çoxsaylı uğurları arasında Yerin daxili hissələrinin müxtəlif təbəqələri arasındakı sərhədlərin vəziyyətini təyin etmək qabiliyyəti, eləcə də Yerin cazibə qüvvəsinin müxtəlif dərinliklərdə necə dəyişməsinə dair proqnozlar yer alır. Ancaq bu müvəffəqiyyətə baxmayaraq, model davamlı olmadı. Dzievonskinin sonralar yazdığı kimi, ‘ilkin’ sözünün özü də YİEM-in daha yaxşı model yaranana qədər Yerin daxili hissəsi barədə təxmini proqnozlar verməli olduğunu nəzərdə tuturdu.

Modelin kəşf edilməsi Yer haqqında baxışlarımıza əsaslı şəkildə təsir etsə də, onun özünün də çox sayda çatışmazlığı on illərdir ki, qalmaqdadır. Bu gün  daha dəqiq avadanlıqdan istifadə edən seysmoloqlar və geofiziklər müşahidələrinin YİEM-in köməyi ilə verilən proqnozlarla artıq uyğun gəlmədiyini aşkar edirlər ki, bu da onun dəqiqliyi ilə bağlı ciddi şübhələr doğurur. Baxmayaraq ki, bugünədək Yer elminin geniş ictimaiyyəti bu məsələlərə düzəlişlər etsələr də, görülən işlərin nəticəsi ortada deyildir. 

Qeyri-xətti xassələrin hesablanması

Bir çox təbiət sistemlərində dalğalar fərqli maddələrdən keçərkən ‘qeyri-xətti’ yayılır. Ümumiyyətlə, bu o deməkdir ki, sistemlərdən keçən dalğaların xüsusiyyətləri ilə daxil olanların xüsusiyyətləri arasında aydın əlaqə yoxdur. Bu səbəbdən, əslində ciddi fiziki qanunlara tabe olsalar da, qeyri-xətti dalğalar Nyutonun təsvir etdiyi təmiz mexaniki qanunlardan tam fərqli olaraq xaotik, gözlənilməz davranışlar sərgiləyə bilər. Bu səbəbdən həmin dalğalar 'qeyri-klassik' mexanikanı nümayiş etdirir.Tədqiqatçılar qeyri-xətti sistemlər haqqında proqnoz verərkən bu xüsusiyyətləri nəzərə almasalar, əldə edilən nəticələrdə ciddi səhvlər ola bilər. 

Doktor Hətəm Quliyev və Dr Rəşid Cavanşirin dediyinə görə, YİEM bu xüsusiyyətləri nəzərə almadığı üçün qüsurları çoxdur. Onlar ilk dəfə 1980-ci illərdə Sovet İttifaqının tərkibində olan Azərbaycan Milli Elmlər Akademiyasında tanış olub. Onların əməkdaşlığı qeyri-adi idi: Dr Quliyev mexanika sahəsində apardığı tədqiqatları ilə məşhur olsa da, Yer elmləri ilə onu ilk dəfə geofizika sahəsində təcrübəyə malik doktor Cavanşir tanış etdi. İlk birgə araşdırmalarında onlar, aparılan tədqiqatların böyük əksəriyyətində irəli sürülən fərziyyələrin əksinə olaraq Yerin daxilindən keçən dalğaların sadə mexaniki qanunlara tabe ola bilmədiyi fikrini irəli sürdülər.

Alternativ kimi, tədqiqatçılar bu dalğaların qeyri-xətti yayılmalı olduğunu iddia etdilər, bu da YİEM-in proqnozlarının reallıqdan xeyli uzaq olduğunu göstərir. Növbəti illərdə Dr Quliyev və Dr Cavanşir YİEM-in çatışmazlıqlarını müəyyənləşdirməyə başladılar və onların düzəlişi üçün təkliflər irəli sürdülər. Bu işin sayəsində, Yerin qeyri-xətti xüsusiyyətlərini hesablamaq üçün Yer elmlərinin klassik mexanika sahəsi ilə inteqrasiyasına əsaslanan yeni yanaşmalar təklif etdilər.

Yeni modelin təqdim edilməsi

Bu iki tədqiqatçı, nəzəriyyələrini ərsəyə gətirmək üçün, diqqəti deformasiyaya uğraya bilən sərt cisimlərin qeyri-klassik mexaniki xüsusiyyətlərini təyin etməyə yönəldir. Onların fikirləri qeyri-xətti elastikliyin təməl prinsiplərinə əsaslanır - bu, qeyri-xətti maddələrin dalğaların yayılması ilə müvəqqəti deformasiyaya uğramasına aiddir. YİEM-də, Yerin mərkəzindən müəyyən məsafələrdə olan maddənin xüsusiyyətlərinin, bütün dünyada harada ölçülmələrindən asılı olmayaraq, eyni  olduğu qəbul edilir.

QKXY (Qeyri-klassik xətti yanaşma) adlandırılan yenilənmiş modeli sayəsində Dr H.Quliyev və Dr R.Cavanşir problemə üç ölçülü yanaşırlar. Eyni dərinlikdə fərqli mexaniki xüsusiyyətlərə malik maddələrlə Yerin davranışını bütövlükdə nəzərə alsaq, bu model sayəsində lazımsız riyazi hesablamalara ehtiyac qalmır.

YİEM ilə əlaqəli qüsurları və qeyri-dəqiqlikləri aradan qaldırarkən, QKXY tərəfindən verilmiş proqnozlar, seysmik dalğaların yayılması da daxil olmaqla, geoloji proseslərin keçmiş proqnozlarından əhəmiyyətli dərəcədə kənara çıxa bilər. Dr H.Quliyev və Dr R.Cavanşir artıq QKXY və YİEM-in Yer səthinin altındakı ilk 10 kilometrə aid proqnozlarının 30 %-ə qədər fərqlənə biləcəyini göstəriblər. Yerin dərinliklərində bu fərq daha böyük ola bilər - bu isə artıq gələcək tədqiqatların predmetidir. Nəticədə, bu dərinliklərdə Yerin struktur xüsusiyyətlərinin miqdarının müəyyənləşdirilməsi geniş araşdırma tələb edəcək.

Yerin daxili barədə anlayışımızı təkmilləşdirmək

Doktor H.Quliyev və Dr R.Cavanşir bir az da irəliyə gedərək, QKXY ətrafında aparılacaq gələcək tədqiqatlarda üç əsas elementin nəzərə alınmasını təklif edirlər. Birincisi, bu modeli Yer səthindəki okeanların və qitələrin təsirlərini nəzərə alaraq, Yerin struktur elementlərini qabıqdan nüvəyə qədər tam analiz etmək üçün istifadə olunmasını təklif edirlər. İkincisi, tədqiqatçılar məlumatları şərh edərkən klassik nəzəriyyələrin istifadəsindən vaz keçməyə çağırırlar; bunun əvəzinə, elastik dalğaların Yerin daxilində yayılması zamanı qeyri-xətti dinamika nümayiş etdirdiyini güman edirlər.

Nəhayət, Dr H.Quliyev və Dr R.Cavanşir geoloji və seysmoloji məlumatların toplanması və şərh edilməsi üçün istifadə olunan metodologiyaları və avadanlıqları təkmilləşdirməyi ümid edirlər. Əvvəldən müşahidələrinin qeyri-xətti xüsusiyyətlərin nəticəsi olduğunu fərz edərək, proqnozlarını xeyli yaxşılaşdırmaq üçün texnikalarını uyğunlaşdıra bilərlər. Bu səylər nəticəsində onlar, Yerin daxili hissəsinin və davam edən təkamülünün daha real şəkildə başa düşüləcəyinə ümid edir. Lakin bu hədəflərə geniş şəkildə nail olmaq üçün, qarşıda hələ də aradan qaldırılası ciddi maneələr var.

Bu günə qədər əməkdaşlığın olmaması

Doktor Quliyev və Dr Cavanşir onilliklər boyu apardıqları tədqiqatlar ərzində yüzlərlə kitab və bülletendə nəşr olunan və çoxsaylı konfranslarda təqdim olunan ciddi nəticələr əldə ediblər. Ancaq bu müvəffəqiyyətə baxmayaraq, nəzəriyyələri hələ də Yer elmlərinin daha geniş ictimaiyyətinin tədqiqatçıları tərəfindən geniş müzakirə olunmamışdır. Nəticədə, onlar, nəzəriyyələrinin qəbul edilməsinə əngəl kimi müxtəlif mədəniyyətləri təmsil edən tədqiqatçılar arasında davamlı əməkdaşlığın olmamasını görür. Bu müzakirələrin olmaması, Şərq və Qərb arasındakı maneələrdə dərin kök salmış və tədqiqatçıların işbirliyinə başladığı zaman qlobal siyasi mənzərəni müəyyən etmişdir.

Hətta dünya tədqiqatçılarına əvvəlkindən daha asan əməkdaşlıq etməyə imkan yaradan siyasi dəyişikliklərdən və internetin yaranmasından on illər sonra belə, keçmişdən qalan qərəzli fikirlər davam etməkdədir. Bu sərhədlərin elmi araşdırmalara vurduğu ziyanı azaltmaq üçün YİEM kimi çoxdan köhnəlmiş nəzəriyyələr lazımi səyləri göstərmədən, hətta günümüzdə də geniş istifadə olunur. Dr Quliyev və Dr Cavanşirin fikrincə, bu amil elmi tərəqqi üçün ciddi maneə olmuşdur. Ancaq vəziyyət uzun müddət belə qala bilməz.

Geniş müzakirə ümidi

Keçmişdəki çoxsaylı uğursuzluqlara baxmayaraq, Dr Quliyev və Dr Cavanşir indi araşdırmalarına münasibətin doğru istiqamətdə dəyişəcəyinə ümid edirlər və indi onlar getdikcə daha çox müzakirə olunur. 2019-cu ildə nəzəriyyələri nəhayət, mötəbər akademik jurnal olan Earth və Space Science-da yayımlandı - ilk dəfə QKXY modelləri geniş beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Gələcəkdə artan məşhurluğun, tezliklə QKXY-ni layiq olduğu dərinlikdə öyrənmək üçün çoxsaylı təlimlərdə və qlobal qurumlar arasında yeni əməkdaşlıqları təşviq edəcəyinə ümid edirlər.

Bu nəticələr əldə olunarsa, nəhayət, köhnəlmiş YİEM-i arxivə göndərə bilərlər və bu yeni nəsil tədqiqatçılara Yerin daxili xüsusiyyətlərinin həqiqi təbiətini araşdırmağa imkan verəcək. Nəticə etibarı ilə bu səylər günlərin birində on illər boyu sürən geniş miqyaslı tədqiqat proqramlarına gətirib çıxara bilər ki, bu da nəhayət doğma planetimizin müxtəlif qeyri-xətti xüsusiyyətlərini üzə çıxaracaq. 

"Elm" jurnalı haqda

Böyük Britaniyanın “Elm” jurnalı dünyanın əsas elmi nəşrlərindən biridir. Jurnalda hər gün 3000 -dən yuxarı elmi məqalə dərc olunur. 200-dən yuxarı araşdırmaçı alimi öz şəbəkəsində birləşdirən “Elm” jurnalı bilogiya, ətraf mühit və yer elmləri, sağlamlıq, təbiət elmləri, sosial elmlər və digər sahələr üzrə ixtisaslaşmış beynəlxalq elmi dərgidir. “Elm” tədqiqatçılara kəşf etdiklərini daha geniş dünyaya çatdırmaqda kömək edir. XXI əsrin elmi araşdırma dərgisi olan “Elm” siyasətçilər və tədqiqatçılar, elm adamları və təhsil işçiləri, dövlət və özəl sektor, geniş mütəfəkkir və tədqiqatçı auditoriyası üçün yüksək keyfiyyətli, texniki cəhətdən etibarlı məlumatlar təqdim edir. Jurnalın baş redaktoru kimya üzrə fəlsəfə doktoru Nelli Berqdir. O, ekologiya, ətraf mühit məsələləri və dayanıqlı kənd təsərrüfatı üzrə dünyanın tanınmış elm adamlarındandır.  Jurnal 2014-cü ildən nəşr olunur.

Tədqiqatçılarımızı tanıyın

Dr Hətəm Hidayət oğlu Quliyev
Geologiya və Geofizika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
Bakı
Azərbaycan

Dr Hətəm Quliyev, Ukrayna Milli Elmlər Akademiyası nəzdindəki S.P.Timoşenko adına Mexanika İnstitutunun dünya tərəfindən tanınmış bir nümayəndəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Əvvəlki tədqiqatlarında deformasiya oluna bilən sərt maddələrin qırılması və kəsilməsində qeyri-sabitlik mexanikası ilə bağlı yeni nəzəriyyələrə öncülük edib. Bu günə qədər 400-dən çox kitab və elmi məqaləsi nəşr edilən akademik H.Quliyev beynəlxalq konfranslarda əsərlərini təqdim etməklə yanaşı, gənc alimlərin ilk araşdırmalarına rəhbərlik edib. Dr H.Quliyev 1988-ci ildən bəri, Yerin daxili hissələrinin üçölçülü və qeyri-xətti problemlərinin araşdırılmasında klassik olmayan xətti yanaşmalarla bağlı ilk nəzəriyyənin əsasını qoyacaq fikirlərini Yer Elmlərinə daxil etmək üçün Dr R.Cavanşir ilə sıx əməkdaşlıq etməkdədir.

Əlaqə: [email protected]

Dr Rəşid Cəmil oğlu Cavanşir
Geologiya və Geofizika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası
Bakı
Azərbaycan

Dr Rəşid Cavanşir, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, eləcə də keçmiş Sovet İttifaqında Qərbin yerşünast alimləri ilə sıx əməkdaşlığın əsasını qoyan ilklərdən biridir. O, 1988-ci ildə AMEA-in Dərin Neft və Qaz İnstitutunun Elmi direktoru olub və burada Kanada, ABŞ və İngiltərədəki çoxsaylı şirkətlərlə ortaq tədqiqat razılaşmaları ilə bağlı danışıqlar aparıb. 1995-ci ildən bəri Dr R.Cavanşir BP-də rəhbərlik vəzifələrində, o cümlədən 2009–2012-ci illərdə Azərbaycan - Gürcüstan - Türkiyə üzrə regional prezident, daha sonra 2012–2015-ci illərdə Strateji və İnteqrasiya üzrə Baş vitse-prezident vəzifələrində çalışıb. Onun yalnız 35-i Dr H.Qulivelə birgə olmaqla, 200-dən çox məqaləsi çap edilib.

Əlaqə: [email protected]



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ