Fevralın 1-dən aşağı siniflərdə oxuyan şagirdlər məktəbə gedəcək, iki həftədən sonra isə...

img

Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblər açılandan iki həftə sonra isə növbəti qərarlar veriləcək. 1 fevraldan iki həftə sonra digər ərazilərdə 5-9-cu siniflərdə, peşə məktəblərlərində tədrisin qismən bərpası nəzərdə tutulur.

Bölgələrdə daha tez açılmalara gedəcəyimizi düşünürəm.

Son xəbərlər