Cümə axşamı günü, 12 noyabr 2026
     

Dost qisasını alan qəhrəman - Musayev Sədi Süleyman oğlu... - FOTO

Image


Əsarət - torpağın dili olsaydı, Qarabağ torpaqları bu sözün izahını verərdi. Yağı tapdağında tapdalanmaqdan, yağmalanmaqdan, parçalanmaqdan yorulmuşdu Qarabağ torpaqları. 30 illik həsrətin ağrı-acısını çəkən bir xalqın hər bir nümayəndəsi Qarabağı əsarətdən qurtarmağın xəyalı ilə yaşadı.

Kimi bunu xəyal etdi, kimi isə ömrünü o əsarəti sona çatdırmaq üçün fəda etdi. Xəyal edən bizlər, canından, qanından keçənlər isə qazilər və şəhidlər oldu. Onlar müqəddəs sevgilərindən azadlıq dastanı yazdılar. O dastanı yazan qəhrəmanlardan biri  Musayev Sədi Süleyman oğlu. Kimdir bu qəhrəman? Onun canından keçərcəsinə vətən sevgisinə nəzər salaq.

Musayev Sədi Süleyman oğlu 1978-ci il 1 aprel tarixində Naxçıvan MR Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Ailədə 3 qardaş 1 bacı olmuşdular. Atası Süleyman Musayev və anası Nəsibə Musayeva bütün valideynlər kimi öz ömürlərini övladlarına həsr etmişdilər. Sədi həyatın sərt sınağına erkən yaşlarında tuş gəlmişdi. O, məktəbə başladığı zaman atasını itirmişdi. İlk dəfə elmə yiyələnməyə 1985-ci ildə başlayan Sədi Qıvraq qəsəbəsi Sirac Əsədov adına 2 nömrəli orta məktəbə getmişdi. 1993-cü ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. 1996–2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdi. 2000-ci ildə leytenant hərbi rütbəsi almışdı. Mingəçevir şəhərində N saylı hərbi hissəyə motoatıcı alayın tağım komandiri vəzifəsinə təyin edilmişdi. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin edilmiş və baş leytenant rütbəsinə layiq görülmüşdü. Müxtəlif zamanlarda motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdu.

Ruhən vətənə bağlı olan Sədi könlünü də Gülşad xanıma vermişdi. Sevənlər 2004-cü ildə ailə həyatı qurmuş və bundan sonra hərbçi xanımı Gülşad xanım da bir hərbçiyə çevrilmişdi. Sədini heç zaman tək buraxmayan xanımı onunla bərabər həyatın bütün çətinliyini çiyinlərinə yığmışdı. Sədi evliliklərinin ilk ilində - 2005-ci ildə kapitan hərbi rütbəsinə layiq görülmüşdü. Üç il Tərtərdə yaşayan ailənin evliliklərinin üçüncü ilində qızları Arzu dünyaya göz açmış və daha sonra 2009-cu ildə oğul övladları Süleyman dünyaya gəlmişdi. Bir-birini bir baxışdan başa düşən sevənlərin sevgisi bütün çətinliklərin körpüsü idi. Həyatını vətənə həsr edən hərbçi 2014-cü ildə mayor hərbi rütbəsinə layiq görülmüşdü. Ailəsindən çox əsgərlərinə zaman ayıran Sədi xanımı ilə hər zaman qürur duyurdu. Necə ki, Gülşad onunla qürur duyurdu. Ancaq Sədinin bir arzusu xanımının ürəyin sızladırdı. O arzu şəhidlik arzusu idi. Bir dəfə Sədi xanımına “Namazda əlini göyə aç dilə ki, mənə də şəhidlik qismət olsun” demiş, Gülşad isə cavabında “sən öldüyün gün mən özümü öldürərəm” cavabını vermişdi. Ancaq Gülşad nə biləydi ki, bir vaxt gələcək, cənnətdə Sədisinə qovuşsun deyə Sədisiz yaşamağa məcbur qalacaq...

2016 – cı ilin aprel döyüşlərində Sədi ön cəbhədə vuruşan qəhrəmanlardan biri olur. Aprelin 1-i doğum günündə Gülşad Sədinin gəlməyəcəyini bilsə də onun ad günü üçün tədarük görür. Özü gəlməyən Sədinin zəngi Gülşadı məyus edir. Sədi ona səs-küy gələrsə qorxmamağı tapşırır. Həmin gecənin səssizliyini atəş səsləri pozur. Dan yeri söküləndə Füzuli sakinləri təhlükəsiz yerlərə getsələr də, Gülşad və iki övladı evlərini tərk etmirlər. Sədinin zənglərə cavab verməməsi Gülşadın ürəyin qovurur, elə bu zaman Sədidən zəng gəlir. Sədi təcili evi tərk edib Bakıya getmələrini tapşırır. Ancaq o tək öz ailəsini, övladlarını düşünmür. İllərinin dostu, “can qardaşım” dediyi, həmin döyüşlər zamanı bir səngərdə vuruşduğu mayor Rasim Məmmədovun əmanətlərinin də təhlükəsizliyini düşünür. Gülşada dostunun ailəsi ilə birlikdə Bakıya getmələrini tapşırır. Sədinin bir sözünü iki etməyən xanımı ürəyi parçalana-parçalana Sədinin dediklərini edir. (O günləri dinlədikcə və o anları təsəvvür etdikcə ruhum cismimi tərk edəcək sandım) İki dostun əmanətləri ürəklərini Füzulidə qoyub Bakıya yola düşürlər. Uzanan yollar, dilə gələn dualar... Ancaq dualar qəbul olmur. İki gün sonra Sədi həyatının ən böyük acı xəbərini Gülşada verir. O, dostu, sirdaşı, silahdaşı, can qardaşı mayor Məmmədov Rasim Əbdül oğlunun şəhid olduğu xəbərini verir. Rasimin itkisi həm dost üçün, həm də vətən üçün ağır itki olur. Dostunu itirən bir hərbçinin intiqam hissi daha da böyüyür.

Düşmənlə son gülləsi bitənə qədər mübarizə aparır, gülləsi bitdikdən sonra əlbəyaxa döyüş aparır. Rəzil düşmən onun əllərini gəmirsə də, o ermənini qanına qəltan edir. Aprel döyüşlərində xüsusi şücaətlər göstərən Sədi yanan tankın içindən 5 hərbçini çıxarır. O əsgərlərdən ikisi onun gözlərinə baxa-baxa canını tapşırır. Günlərlə Sədidən heç bir xəbər çıxmır. Döyüş bitir, ancaq Sədinin qəlbindəki dost itkisi ilə apardığı savaş bitmir. O gündən sonra Sədi heç zaman Rasimin yoldaşının üzünə baxa bilmir. “Mən Rasimin qisasın almadığım günə qədər Rasimin əmanətlərinin üzünə baxa bilmərəm” deyir və o amalla yaşayır.

Bir hərbçi vətəni işğalda olduğu müddətdə heç zaman rahatlıq tapmır. Hərbidə qazandığı nailiyyətlərdən azadlığa yetişmək üçün istifadə etsin deyə o günün arzusu ilə yaşayır. Sədi Musayevin də  o arzusu 2020-ci ilin sentyabrında gerçək olur. Sentyabrın 25-i gecə evə gəldiyində övladlarını doya-doya öpüb qoxlayır. Sonra yoldaşından hamamı istməsini xahiş edir. Gecənin o saatında Sədinin istəyini təəccüblə qarşılayan Gülşadın aldığı cavab Sədinin hər zaman dilə gətirdiyi “Yuyunum, birdən şəhidlik qismət olar, pak olum” cavabı olur. Sədi “Biz Qarabağ adlı savaşı gələcək nəsillərə saxlamayacağıq. Biz bu savaşı bitirəcəyik ki, daha analar övladlarını əsgərliyə yola salanda onları itirmək qorxusu ilə yaşamasınlar” sözlərini deyərkən əslində olacaqlara işarə edirmiş. 26 sentyabrda evdən çıxarkən uşaqlarını bağrına basıb, Gülşada “Səni Allaha, uşaqları sənə əmanət edirəm. Mən Rasimin qisasın alacam” sözlərini deyir. Bir qədər uzaqlaşdıqdan sonra təkrar qayıdır və Gülşadını bağrına basır. Son dəfə sevdiyinin qoxusunu içinə çəkir və dönüşü olmayan bir yola çıxır.

27 sentyabrda müharibə başladığını eşidən Gülşad Sədiyə zəng edir. Sədi hər şeyin qaydasında olduğunu deyir və telefonu söndürür. O susan telefona bir daha Sədi cavab vermir. Gülşad dayanmadan namaz qılıb dua edir. Ancaq bu dəfə onun yox, Sədinin etdiyi dualar qəbul olur...

Gecənin sükutun qapı döyüntüsü pozur. Sədinin gəldiyini düşünən Gülşad qapıda qaynı Səbuhini gördüyündə təəccüblənir. Qardaş qardaşın əmanətlərinə acı gerçəyi deyə bilmir. Qaynı Sədinin ona zəng edib onları Bakıya aparmağını istədiyi yalanını uydurur. Ürəyində şüphələr yaranan Gülşad çox təkiddən sonra Bakıya yola düşür. Ünvana çatdığında isə Sədinin yaralandığını eşidir. Hər kəs Gülşad-Sədi sevgisindən agah idi. Onun üçün heç kim Sədinin şəhid olduğu xəbərini deməyə cürət etmirdi. Gələn insanların artan sayı ilə Gülşad məsələdən agah olur. O gerçəklə Gülşadın sevinci, xoşbəxtliyi məhv olur. Ruhunu yar məzarında dəfn edən qadının cismi Sədinin əmanətlərinə sahib çıxmaq üçün və əbədiyyətdə yarına qovuşmaq üçün yaşayır.

Sədi Musayev hələ sağlığında orduda göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” lll dərəcəli medalı, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, Azərbaycan Ordusunun 100 illiyi “yubiley medalı ilə təltif olunmuşdu. Şəhadətə ucaldığından sonra isə “Vətən Uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Sədi Musayevin Vətən müharibəsində döyüş yolu qısa oldu. Onun kimi bir qəhrəmanı döyüşün ilk günlərində itirmək Ordu üçün böyük itki oldu. Sədi Qarabağın azadlığını, o torpaqlarda dalğalanan bayrağı görmək arzusunda idi. O həmin azadlığa yol acan qəhrəman kimi tarixin yaddaşında qaldı. Həm də dost qisasın alan bir qəhrəman şəhid kimi...

Polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu sentyabrın 28-də II Fəxri Xiyabanda dəfn olunub.

Gülşad xanımla söhbətimiz əsnasında onun Sədidən sağmış kimi danışmağı mənə çox təsir etdi. “Mən Sədinin həyatda olmadığı gerçəyini qəbul etməmişəm, etmərəm də. O gerçəyi qəbul etdiyim gün ölərəm”. Yarımçıq qalan daha bir həyat, nakam qalan arzular...

Manya SƏXAVƏTQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ