Cümə axşamı günü, 12 noyabr 2026
     

Hər birimiz şəhid Ehtiramı daim ehtiramla yad etməliyik... - FOTO

Image


Vətənimizin azadlığı uğrunda zəfər yürüşünə çıxan qəhrəman oğullarımız, gecə-gündüz bilmədən, dərə-təpə demədən, soyuq-şaxta hiss etmədən, qorxunu, ölüm xofunu xəyallarına belə gətirmədən, mərdi-mərdanə yağı düşmənin üzərinə yeridilər...

İllərdir ki, erməni dığalarının işğal altında saxladıqları torpaqlarımızın üzərində canlarını Vətənə sipər edərək, addım-addım, qarış-qarış irəli getdilər, yurdumuzu, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etdilər. Qarabağ uğrunda döyüşən əksəriyyəti sadə ailələrindən olan Vətən təşəbbüskeşlərinin, hünərli oğlanlarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək, bu yolda son damla qanınadək vuruşub, düşməni darmadağın etmək idi. Torpaqlarımızın uğrunda canından keçmiş, şəhid olmuş, qazı olmuş cəsur Vətən övladlarına dərin ehtiram nəticə etibarı ilə Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunun güclənməsinə təkan verdi...

Bəli, bu Vətən müharibəsində yüksək vətənpərvərlik ruhu ilə ordumuzun zəfər yürüşündə, ölüm-dirim mübarizəsində, döyüşlərdə igidlik göstərən, şəhidlik zirvəsinə ucalan igidlərdən biri də əslən Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan Ehtiram Teyyub oğlu Əhmədovdur. Mənfur düşmənlərin başlarına od ələyən, onları pərən-pərən salan Xüsusi Təyinatlıların cəsur döyüşçüsü olmuş – saxur balası Ehtiram. Son döyüşdə xain düşmənin qadağan olmuş gülləsinə tuş gələn və 24 gün hospitalda komada ölümlə mübarizə aparan, sevgi-qəhrəmanlıq dastanı yaratmış, ürəyi dolu, arzuları çin olmamış, əzizləri ilə birlikdə sevgilisinin gözünü yolda qoyan, Teyyub atanın, Sevdagül ananın son beşiyi, iki bacının bir qardaşı barədə sözüm var... Gələcəkdə möcüzələr, yeniliklər yaratmaq, Milli Ordu sıralarında təcrübəli hərbçi olmaq istəyən Ehtiram cəsurumuz barədə yazmaq istəyirəm. Boyu-buxunu, xoş xasiyyəti, sakit təbiəti ilə elin gözündə ucalan, yaşıdlarının etibarlı dostu, hətta bir çox qızların gizlincə məhəbbət bəslədiyi igidimizin qısa həyat hekayəsini söyləmək istərdim...

Atalar yaxşı deyiblər ki,

“Oğul düşmən çəpəridir...”

Nə yaxşı ki, mərd igidlər,

Yurdumuzun sipəridi...

Qəhrəmanımızın anası Sevdagül xanım həyatda kədərli günlər az görməmişdi. O, 3 cavan qardaşını itirmişdi... Həyat yoldaşı Teyyubla alnının təri, halal zəhməti ilə 2 qız, 1 oğul  – 1991 –ci il təvəllüdlü Təranə, 1994 –cü il təvəllüdlü Lalə və 2001 –ci il təvəllüdlü Ehtiramı böyütmüşdülər. Bu nümunəvi valideynlər el adəti ilə qızlarını köçürmüş və Ehtiramı da vaxtı yetəndə evləndirmək arzusunda idilər. Onlar nəvə sevincini də dadmışdılar: Təranənin 1 oğlan, 1 qızı, Lalə balasının isə 3 övladı (2 qız, 1 oğlu) var. Böyük bacısı Təranə həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Lalə bacısı isə Bakı şəhərində yaşayır...

...Bacılarının əzizi Ehtiram isə evin dayağı idi. Teyyub qardaş müxtəlif tikinti sahələrində çalışmaqla Sevdagül xanımla birlikdə Yeni Suvagil kəndinin “Günəşli” adlandırılan sahəsində, meşənin kənarında min bir əziyyətlə ev tikdilər...

Niyyətləri Ehtiram hərbidən dönəndən sonra isə gəlinlərini gətirmək idi...

2001-ci il mart ayının 26-da Əhmədovlar ailəsində dünyaya göz açan Ehtiram Əhmədov 2018-ci ildə Mina Nəzirova adına Yeni Suvagil kənd 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirmişdi. Məktəbin fəxri idi şəhid balamız. Məktəbin direktoru Abdurahman Soltanov Ehtiram barədə danışarkən qəhərdən boğulurdu: “Təsəvvür edin ki, on bir il biz müəllimlərin gözü qarşısında təhsil alan, böyüyən nümunəvi bir məzunumuzun vaxtsız ölümünü qəbul edə bilmirik. Ehtiram məktəb illərində çox tərbiyəli, mülayim, bütün dərs məşğələlərində, tədbirlərdə fəallığı ilə seçilən, şagird və pedaqoji kollektivimizin sevimlisi idi. O, tərbiyəsi, davranışı ilə özünə hörmət qazanmışdı. Hərbiyə və idmana çox meylli idi. Məktəbimizdə hərbi-vətənpərvərlik mövzusunda keçirilən yarışlarda fəallıq göstərirdi. Məktəbimizin “Şahin” komandasının kapitanı kimi rayon, respublika yarışlarında müvəffəqiyyətlə çıxışlar etmiş və Sərhəd Qoşunlarının Sərhəd zastavasında keçirilən yoxlama-sınaq yarışlarının komandanı, bütün hərbi tədbirlərdə böyük fəallıqla tapşırıqları yerinə yetirmiş və məktəbimizə böyük uğur gətirmişdi. Kəndimizin qəhrəman oğlu elə bunların nəticəsidir ki, hərbi xidmətə başladığı gündən özünü nümunəvi hərbçi kimi göstərmiş, taleyinə qismət olmuş İkinci Vətən savaşında da mərdlik, rəşadət göstərdi və bir daha vətənpərvərlik şücaəti göstərərək adını şanlı tariximizə qızıl hərflərlə yazdıraraq, torpaqlarımızın yağı düşməndən azad edilməsində şəhadətə qovuşdu. O, həmyaşıdlarına, məktəblilərə nümunə olacaq, daima xatırlanacaq, fəxr ediləcək igidlik göstərib. Ruhun şad olsun, hamımızın balası, məktəblilərin yaddaşlarına həkk olunacaq şücaət göstərən Ehtiram...”

Bu günlər adını ehtiramla çəkdiyimiz şəhid eloğlumuzun hərbiyə meylli olması gendən gəlir. Çünki onun hazırda təqaüdçü olan əmisi, polkovnik Mehralı Şamxalov 30 ilə yaxın Daxili Qoşunlarda xidmət keçib. O da Birinci Qarabağ savaşında hazırda Daxili Qoşunların rəisi olan general polkovnik Şahin Məmmədovla birlikdə iştirak edib. Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıbr. Əmisinin döyüş yolunu bu savaşda davam etdirən Ehtiram Əhmədov 2019 –cu ilin aprel ayında Milli Ordu sıralarında həqiqi hərbi xidmətə çağırılıb. Atası Teyyub Əhmədovun söylədiyinə görə, oğlu əvvəlcə Ağcabədi rayonunda 3 ay 40 gün “N” saylı hərbi hissədə hərbi xidmətini keçib. Sonra isə hərbi xidmətini Goranboy rayonunda, cəbhəboyu ərazilərdə bir müddət davam etdirdikdən sonra müharibə başlamazdan bir neçə ay əvvəl Cəlilabad rayonunun Göytəpə şəhərində hərbi hissədə xidmətə başlayıb. Seçilən hərbçilər kimi Xüsusi Təyinatlı Dəstənin tərkibinə qəbul olunub və onlar əvvəlcə dənizdə, müxtəlif dağlıq rayonların meşələrində, dağlarında və sıldırım qayalarda ardıcıl təlimlər, döyüş hazırlıqları keçiblər. Bu təlimlərdə Ehtiram xüsusilə seçilib.

Sevdagül xanım deyir ki, andiçmə mərasimində atası, bacısı Lalə ilə birlikdə hərbi hissəyə oğlunun yanında gediblər. Yaş tökməkdən gözləri qızarmış, beli əyilmiş şəhid anasını təsəlliverici kəlmələrlə ovundurmaq, əlbəttə ki, mümkünsüzdür.

O sonra deyir: “Oğlum xeyli dəyişilsə də, hərbçi kimi ciddiləşsə də, gülərüzlülük, xoş təbəssüm və münasibəti dəyişilməmişdi. Çox sevinmişdi bizim gəlişimizə. Hiss etmişdi ki, bu sonuncu görüşdür. Bizdən ayrılmaq istəmirdi... Xidməti barədə açıq danışmırdı, “Arxayn olun, hərbi xidmətimiz yaxşı keçir, komandirlərin tapşırıqlarına əməl edirik, sizin başınızı aşağı etməyəcəyəm. Hərbi xidmətdəki məsuliyyəti, sözübütöv olmağı çox yaxşı bilirəm. Biz hərbi and qəbul etmişik,əməl etmək isə hər birimizin borcudur. Axı, biz Vətənimizin keşikçiləriyik” deyirdi. Ehtiramla tez-tez telefonla danışırdıq, hal-əhvalından xəbər tuturduq. Təlimlər dövründə xeyli müddət əlaqə saxlaya bilmədik. Vəziyyətdən başa düşmək olurdu ki, müharibə qaçılmazdır. Məlumatlara görə, erməni dığaları tez-tez sərhəd boyu atəşkəs rejimini pozur, mülkü vətəndaşlara atəş açır, cəbhə boyu hücuma keçmək istəyirdilər... Oğlumuz isə bizə bu barədə heç nə demirdi.”

Şəhid Ehtiram Əhmədovun atası danışarkən hiss olunurdu ki, oğlunu vaxtsız itirmək necə ağır və acılı dərddir. Çünki 2 qız övladından sonra oğlu dünyaya gələndə valideynlər sevinc hisslərini aşkar şəkildə biruzə vermişdilər. Teyyub ata, Sevdagül ana Ehtiramı halal zəhmətlə böyüdüb ərsəyə çatdırmış və Vətənin keşiyinə sağ-salamat yola salmışdılar. O, dünyaya göz açanda hardan biləydi ki, illərlə işğal altında qalan torpaqlarımızın azad edilməsində döyüşəcək və əsl qəhrəmanlıq göstərərək əbədiyyətə qovuşacaq?.. Ana, ata və bacılarının, əzizlərinin, dostlarının, yaxın qohum-əqrabalarının gözlərini yaşlı qoyacaq...

Şəhidin atasının dediklərindən: “Oğlumu heç vaxt yaddan çıxara bilmərəm. Mərkəzi Hospitalda komada olarkən onun gözlərimin içinə baxa-baxa susqunluğu ürəyimi param-parça edirdi. Çünki oğlum nə danışa bilirdi, nə də suallarıma cavab verirdi. Yaşamaq istəyirdi amma... Düşmənin ona atdığı qadağan olunmuş güllə sol gözünün altından keçmiş, baş nahiyyəsini və beynini zədələyərək, gicgah hissəsində ilişib qalmışdı. Oğlum yaşamaq eşqi ilə, əziyyət çəkə-çəkə, arzuları çin olmayaraq gözlərini əbədi yumdu. Bu anları yaşamaq ata üçün çox ağırdır...”

Şəhid atası bildirir ki, Ehtiram hələ orta məktəbdə təhsil alanda, yəni hərbçi olmaq arzusuna düşəndə Daxili Qoşunlarda Xidmət etmiş əmisi, polkovnik Mehrlı Şamxalov onu özünün xidmət etdiyi Daxili Qoşunlara dəvət etmişdi. Amma Ehtiram əmisinin təklifindən imtina etmiş və Milli Ordu sıralarında, cəbhədə yerləşən hərbi hissələrdən birində xidmət edəcəyini bildirmişdi...

Məlum olduğu kimi, 2020-ci ilin sentyabr ayının 27-də mənfur erməni səhər saatlarında alman faşistləri kimi xaincəsinə Azərbaycana qarşı növbəti təxribat törətmişdi. Ali Baş Komandan İlham Əliyevin əmrindən sonra Şanlı ordumuz, rəşadətli, cəsur hərbiçilərimiz düşmənə qarşı ölüm-dirim mübarizəsinə başlamışdılar...

Müharibənin ilk günlərindən Ehtiram Əhmədovun xidmət etdiyi Xüsusi Təyinatlılardan ibarət tağımı ön xətdə döyüşlərə qatılmışdı. Vətənpərvər hərbçilərimiz azğın ermənilərin artilleriya “yağışı” altında onların həmlələrini dəf edə-edə irəliləyərək, torpaqlarımızı yağı düşməndən təmizləyirdilər. Ehtiramın döyüş yolu Tərtərdən, Talış kəndi istiqamətindən başlayaraq, Suqovuşanın azad edilməsi uğrunda gedən ağır döyüşlərdə, ən mürəkkəb və ən mühüm mövqelərimiz uğrunda şücaət göstərmişdir. Daha sonra Xüsusi Təyinatlıların tərkibində fədailər qorxmaz kəşfiyyatçı kimi düşmənin postlarını, istehkamlarını, hərbi obyektlərini tam dəqiqliklə müəyyənləşdirdikdən sonra, döyüşçülərimi həmin ərazilərimizi düşmən qüvvələrindən azad ediblər. İnadından dönməz kəşfiyyatçı, şəhidin tağım komandiri, leytenant, qazi Şahin Abbaslı isə döyüşçülərimizin şücaətindən, xüsusilə də Ehtiramın necə mərd, qorxmaz kəşfiyyatçı olmasından, onun  hərbi təlimlərdə, hərbi normativlərdə tapşırıqları necə yerinə yetirməsindən, bütün tapşırıqları böyük həvəslə yerinə yetirməsindən, döyüşlərdə yaşının az olmasına baxmayaraq tam hazırlıqlı olmasından, vəhşi düşməndən qorxu nədir bilmədən mübarizə aparmasından danışırdı. Komandir daha sonra dedi: “Halal olsun, onlara nə qədər alqışlar düşür. Belə tərbiyəli, hünərvər, döyüş tapşırıqlarını əla yerinə yetirərək, milliyyətindən asılı olmayaraq, Vətənə can deyən qəhrəman oğulların valideynlərinə. Bir komandir kimi böyük məsuliyyətlə deyə bilərəm ki, Ehtiram bizim tağımın fəxri, birincisi, əsil hərbiçi, kəşfiyyatçı kimi müsbət keyfiyyətlərə malik bir cəngavərimiz idi. O, Tərtərin,Cəbrayılın kəndlərinin, Hadrut qəsəbəsinin, Tuğ və digər kəndlərinin azad edilməsində sözlə ifadə olunmaz dastanlar yazılacaq və kinolar çəkiləcək, qəhrəmanlıq epizodları göstərmişdir. Dəfələrlə ölümündən qorxmayaraq, düşmənin mühasirəsində qalan bizim yaralı və digər döyüşçülərimizi çıxartmış və ölümdən xilas etmişdir. Məlum idi ki, düşmən bu müharibəyə çoxdan hazırlaşırmış. Özlərinin müdafiə istehkamlarını qurmuşdular. Amma döyüşçülərimizi, onların önündə gedən kəşfiyyatçı Ehtiramı bunlar çəkindirmirdi.

Hətta o, dəfələrlə erməni hərbiçiləri ilə üz-üzə gəlmiş, onları həm silahla, həm də əsl idmançı gücü ilə məhv etmişdir.  Onun şücaətindən çox-çox danışmaq olar. Ehtiram özünə qəhrəmanlıq heykəli ucaltmışdır.

Füzuli uğrunda gedən dvyüşlər, İkinci Qarabağ Savaşında müstəsna rol oynayıb. Düşmən bu ərazilərdə daha çox canlı qüvvə toplamış və həbi texnika yerləşdirmişdir. Onlar hətta qadağan olunmuş belə silahlardan istifadə edirdilər. Yenə də Ehtiram döyüşçülərimizlə öndə gedirdi. Oktyabr ayının 16 –da daha qızğın döyüşlər getdi. Xeyli sayda yaralımız oldu, ancaq hərbiçilərimiz ermənilərə aman vermirdilər. Mən də həmin döyüşdə ağır yaralandımş Bir neçə döyüşçümüz şəhid oldu, cəsur kəşfiyyatçımız Ehtiram da həmin döyüşdə namərd gülləsinə tuş gəldi. Məlum oldu ki,onu yaralılarımızı döyüş meydanından çıxararkən vurublar. Heyf belə oğuldan, fəxrimiz, Vətənimizin xilaskarı Ehtiramdan. O, unudulmayacaq bir qəhrəmandır”.

Şəhidin atası söylədi ki, oğlunu oktyabrın 17-də Bakı şəhərində Mərkəzi Hərbi Hospitala yerləşdiriblər. “Xeyli müddət idi ki, Ehtiramla danışa bilmirdik. Nigaran idik. Bilirdik ki, müharibə gedir. Bilmirdik ki, Ehtiram cəbhənin ən qaynar nöqtəsindədir. Bakıda tikintidə işləyirdim. Onun hospitalda olduğunu yaralı döyüşçü yoldaşından öyrəndim. Axırda Ehtiramı noyabr ayının 2-də Mərkəzi Hərbi Hospitalın Reanimasiya Şöbəsində tapdıq... Artıq gec idi... Düz 24 gün oğlum ölümlə çarpışdı... Noyabr ayının 9 –da... Ehtiram balamız ömrünün şirin vaxtı – gözlərini əbədi olaraq yumdu... O, canlı bir əfsanə, arxamız idi” dedi, Teyyub qardaşımız.

...Noyabr ayının 10-u Günü, yəni Qələbə günü Ehtiramın şəhid olması xəbəri bütöv Zaqatalanı, doğma Yeni Suvagil kəndini şoka saldı. Elə bil hər tərəf sükuta dalmışdı. Həmin gün Ehtiramın dünyaya göz açdığı evlərinin yaxınlığındakı sıx meşədəki quşların səsi də kəsilmişdi... Uşaq yaşlarında dostları ilə bu meşəyə Ehtiram tez-tez gedər, meşəni dolaşar, giləmeyvələr toplayar, moruq, böyürtkən yığardı... Ehtiramın artıq uşaqlıq illəri nağıla çevrildi...

Noyabr ayının 10-da Milli Ordumuzun qəhrəman kəşfiyyatçısı, saxur eloğlumuz Vətən sevgisini ürəyində yaşadan, məhəbbət sevgisini isə ağ göyərçinlərlə göylərə pərvazlandıran Ehtiram Teyyub oğlu Əhmədov Vətən Savaşında Yeni Suvagil kəndin 3 –cü şəhidi kimikənd qəbristanlığında, digər şəhidlərin sırasında son mənzilə yola salındı, elliklə, böyük ehtiramla...

Teyyub qardaş, Sevdagül bacı, Təranə və Lalə bacıları Siz təpər tapın, mərd Ehtiramla fəxr edin. Ona görə ki, o, bütöv Azərbaycanın cəfakeşi, fəxri, xilaskarıdır.

Prezidentin sərəncamı ilə Ehtiram Əhmədov göstərdiyi şücaətə, igidliyə görə (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olundu.

Həmçinin onun adı şəhid- idmançı kimi Azərbaycan Cüdo Federasiyasnının “Şərəf” kitabına yazılıb.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ