Cümə axşamı günü, 12 noyabr 2026
     

Qazi və şəhid ailələrinə psixoloji yardım işinə qardaş ölkənin psixoloqları da qoşuldu, öz psixoloqlarımızdan səs yoxdur...

Image


Məlum olduğu kimi, Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər yanvarın 20-də ölkəmizə gəlib.

Fövqəladə Hallar Nazirliyinin saytında gedən məlumata görə, FHN-nin dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar. Eyni zamanda, qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” “qaynar xətt”inə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə Türkiyədən ölkəmizə mütəxəssislərin gəlməsi müsət hadisədir və bu bizə qardaş ölkənin göstərdiyi növbəti dəstəyin nümunəsidir.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Türkiyədən böyük bir həkim briqadası, dəstələri gəlmişdi, onlar yaralı hərbçilərimizə kifayət qədər kömək göstərdilər. Əlbəttə, bütün bunlar təqdir olunur, onlara təşəkkür edirik. Bu özlüyündə çox müsbətdir və qardaş ölkənin dəstəyi bizə böyük güc, stimul verir.

Burada diqqətçəkən başqa bir məsələ var. Azərbaycanda kifayət qədər özünü psixoterapevt, psixoloq-həkim elan edən şəxslər var ki, gecə-gündüz reklam olunan bu adamların səsləri eşidilmir.  Halbuki, onlar özlərini bütün resurslarda reklam etməkdən yorulub usanmırlar. Ölkəmizdə bu qədər  psixoterapevt, psixoloq-mütəxəssis var, onlar nə üçün Vətən müharibəsi iştirakçılarına könüllü yardım göstərmirlər?

Ekspertlər deyirlər ki, əslində, Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza ilk olaraq ölkəmizdəki bu sahənin mütəxəssisləri dəstək göstərməli, yardım etməlidirlər. Onlar belə adamları axtarıb tapmaq üçün təşəbbüslər göstərməli və bu cür ailələrə hər cür mənəvi-psixoloji dəstək verməlidirlər.

  • Adil Qeybulla: “Özlərini psixoloq adlandıran həmin adamları da Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza yardım etməyə...”

Professor Adil Qeybullanın fikrincə, belə adamlar hər gün özlərini yerli telekanallarda, internet resurslarında, sosial şəbəkələrdə reklam edir, psixoterapevt, psixoloq olduqlarını iddia edirlər, amma Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza yardım etməyə təşəbbüs göstərmirlər. “Gecə-gündüz telekanallarda, internetdə özlərini reklam edən kifayət qədər adam var ki, psixoloq, psixoterapevt olduqlarını deyir, sertifikatlarını göstərir. Amma indiyə kimi heç kəs onların harada təhsil aldıqlarını, bu sertifikatları haradan əldə etdiklərini araşdırmayıb. Hesab edirəm ki, özlərini psixoloq adlandıran həmin adamları da

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza yardım etməyə cəlb etmək lazımdır. Çünki belə bir vaxtda heç bir mütəxəssis kənarda qalmamalı, həmin şəxslərə əlindən gələn dəstəyi, mənəvi-psixoloji yardımı göstərməlidir” - deyə mütəxəssis bildirdi.

  • Rafis Bağırov: “Yerli mütəxəssislərə əməkhaqqı verməklə bu prosesə cəlb etmək olar, yoxsa heç kəs bu işə könüllü qoşulmayacaq”

Tanınmış həkim-terapevt Rafis Bağırov bizimlə söhbətində bildirdi ki, məsələyə bir qədər fərqli yanaşmaq lazımdır. Türkiyəli mütəxəssislərin vətəndaşlarımıza göstərdiyi dəstəyi müsbət qiymətləndirən R.Bağırov hesab edir ki, onlarla bərabər bizim mütəxəssislər də prosesdə iştirak etməlidirlər. Psixoterapevtlərimizin, psixoloq-mütəxəssislərimizin Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji-mənəvi yardıma könüllü təşəbbüs göstərməməsinə gəlincə, R.Bağırovun sözlərinə görə, onları bu işə cəlb etmək və onların əməyini stimullaşdırmaq lazımdır. Bütün hallarda, psixoloji yardım məsələsinin çox ciddi və ağır, eyni zamanda da uzun çəkən proses olduğunu deyən həkim hesab edir ki, bizim bu sahə üzrə mütəxəssislərimizə hər hansı bir çağırış edilərsə, onlar buna heç zaman laqeyd qalmaz. “Türkiyədən Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji-mənəvi dəstək üçün gələn mütəxəssislərin addımlarını yüksək dəyərləndirirəm. Bu bizə növbəti qardaş dəstəyidir. Bizim mütəxəssislərə gəlincə, bizdə kifayət qədər bu sahədə ixtisaslı kadr var, sadəcə, onları bu prosesə cəlb etmək lazımdır. Mənə elə gəlir ki, dövlət tərəfindən xaricdən dəvət edilən mütəxəssislərə maliyyə vəsaiti ayrılır...

Hesab edirəm ki, yerli mütəxəssislərin də bu işə cəlb edilməsi lazımdır və onların əməyi stimullaşdırılmalıdır. Çünki hər bir xəstə ilə işləmək bir gün, iki gün tələb etmir, buna bəzən aylar kifayət etmir. Biz müharibədən çıxmışıq və müharibənin təsiri ilə psixoloji travma alan insanlarımız çoxdur, onlar arasında hərbçilər, qazilər də, sadə vətəndaşlar da var. Yerli mütəxəssislərin əməyi stimullaşdırılmasa, onlar uzaqbaşı bir neçə dəfə ödənişsiz olaraq xəstəyə baxa bilərlər. Bir insanın psixologiyasını bərpa etmək çətin prosesdir və burada da xəstələr bir deyil, beş deyil, çoxdur.  Bu mütəmadi olaraq müəyyən edilmiş qrafik üzrə qruplar şəklində insanların psixoloji durumunun yaxşılaşdırılması üçün aparılan seanslardır. Özü də çox ağır prosesdir. Ona görə də yerli mütəxəssislərə əməkhaqqı verməklə bu prosesə cəlb etmək olar, yoxsa heç kəs bu işə könüllü qoşulmayacaq. Doğrudur, burada vətənpərvərlik amili də var, o insanlar bizə görə bu problemi qazanıblar, dövlətimizin ərazi bütövlüyü uğrunda sağlamlıqlarından keçiblər. Bütün bunlar faktdır. Amma reallıq ondan ibarətdir ki, bizim mütəxəssislərin bu işə qoşulması üçün onlara maaş verilməlidir ki, onlar öz işlərini canla-başla görsünlər” - deyə R.Bağırov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ