Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənistanın məsuliyyətsizliyi yeni genişmiqyaslı savaşı qaçılmaz edir

Image


Azərbaycan və Ermənistanda seçkilərin başa çatmasından sonra tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımlar atacağı xüsusi maraq doğurur. Xatırladaq ki, ötən aydan bəyan edilirdi ki, seçki prosesindən sonra danışıqlar yeni intensiv mərhələyə daxil olacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu xüsusda bildirirdi: “Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik”.

Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün nəticəsi olan danışıqların həyata keçrilməsində maraqlı olduğunu bəyan edir. Eyni zamanda ölkədə yeni hökumətin yaxın tezlikdə formalaşdırılıb başa çatacağı gözlənir. Xalq mövcud iqtidara Qarabağ məsələsində tam etimad göstərir. Ermənistana gəlincə, burada vəziyyət fərqlidir. Hazırda bu ölkədə hakimiyyət əleyhinə aksiyalar davam edir və hətta baş nazir kürsüsünə yeni oturmuş Serj Sarksiyanın yaxın tezlikdə devrilməsi istisna olunmur. Bu vəziyyətdə qarşı tərəfin intensiv Qarabağ danışıqları apara biləcəyi ciddi sual altına düşmüş olur. Digər tərəfdən, məsələnin diqqət çəkən tərəflərindən biri də budur ki, intensiv danışıqlara hazırlıq yerinə erməni tərəfi cəbhədə təxribatları daha da artırır. Eyni zamanda  Serj Sarkisyanın “Şant” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bu şəxsin idarəçiliyi dövründə Qarabağ münaqişəsinin dinc müstəvidə həllinin mümkünlüyünü böyük sual altına alır. Çünki o, Qarabağ məsələsində yenə ərazi bütövlüyü məsələsini arxa plana atır: “Dağliq Qarabağ münaqişəsi yalnız danışıqlar və güzəştlər yolu ilə həll oluna bilər. Danışıqlar prosesi davam etməlidir. Məsələnin həllinə başqa yanaşma narahatlıq doğurur. “Başqa” nə deməkdir? Ermənistanda Qarabağı Azərbaycana verməyə razı olan adamlar ola bilər? Bu mənə o qədər də aydın deyil”.Baş nazir deyib ki, sülhə aparan əsas yol güzəştlərdir: “Razılığa gəlmək üçünsə hər iki tərəfin fikirlərini nəzərə almaq lazımdır”.

İndi hesab edilir ki, Serj Sarkisyan hakimiyyətdə qala bilsə, onda onunla aparılacaq danışıqlarda Qarabağ məsələsinin həllinə dair nəsə yenilik olacağını gözləmək sadəlövhlük olardı. Çünki Qarabağ kartı ilə hakimiyyəti qəsb edən bu şəzs iqtidarda qala bilmək üçün işğal amilindən daim istifadə etməyə çalışacaq. Nəticəsiz danışıqlar olacağı təqdirdə isə Azərbaycan güc tətbiqi ilə ərazi bütövlüyünü bərpa etmək məcburiyyətinlə qalacaq.

Digər tərəfdən erməni tərəfinin, yuxarıda qeyd olunduğu kimi, son günlərdə cəbhədə təxribatlarını artırması da hərbi əməliyyatların düşmən məsuliyyətsizliyi üzündən daha tez başlanmasına rəvac verə bilər. Cəbhə təxribatları isə İrəvana Ermənistan daxilindəki narazılıqları yatırmaq üçün lazımdır. Bunu rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də təsdiq edir. Ekspert vurğulayır ki, Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya risqi yüksəlir: “Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir”. Bu arada bir məqamı da xatırladaq ki, aprelin 13-dən Ermənistanda “Yelk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında baş nazir seçilən Serj Sarkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar bir çox dövlət orqanının binasını mühasirəyə alıb. Prosesi “məxməri inqilab” adlandıran Paşinyan və tərəfdarları geri çəkilmək niyyətində deyil. İrəvandakı hadisələr fonunda erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda təxribata əl atması diqqət çəkir. Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alması da buna sübutdur. Aydındır ki, Sarkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan ordusunu cavab atəşi açmağa vadar etmək, beləliklə Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirərək, diqqəti ölkədaxili proseslərdən yayındırmaq.

Elə Perenciyev də İrəvandakı qeyri-stabil vəziyyətdə Sarkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığnı bildirir. Hesab etmək olar ki, İrəvan küçələrində “məxməri inqilab” davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq eskalasiyanın yaranmasına çalışacaq. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Ümumiyyətlə, kütləvi etirazlar səngiməsə, Ermənistan hakimiyyəti yaxın günlər ərzində Qarabağda müharibəyə belə əl ata bilər. Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə isə bildirir ki, əslində, Ermənistan ordusunun bölmələri işğal olunmuş Azərbaycan torpaqlarından əhaliyə atəş açmağa adət edib: “Bu onların öncədən düşünülmüş planlarını bir daha təsdiqləyir və bizi bu halların qarşısını almağa, silahsız sakinlərə atəş açdıqları adsız yüksəklikləri azad etməyə vadar edirlər. Ermənilərin bu vəhşi əməlləri onlara baha başa gələcək və bu dəfə Silahlı Qüvvələrimiz heç bir güzəştə getməyəcək“. Həqiqətən də ekspertlər birmənalı şəkildə bildirir ki, erməni təxribatları cəbhədə yeni genişmiqyaslı hərbi toqquşmalara gətirib çıxarsa, ordumuz bu dəfə düşmənə 2016-cı ilin apreli ilə müqayisədə daha sarsıdıcı zərbələr endirəcək. Bu fikir politoloq Qabil Hüseynli tərəfindən də xüsusi olaraq vurğulanır o xatırladır ki, həqiqətən də Sarkisyan və onun tərəfdarları aksiya iştirakçılarını qorxutmaq üçün “etirazlar davam edərsə, Azərbaycan sərhədlərə hücum edib, torpaqlarını geri qaytaracaq” kimi təbliğata başlayıb. Hətta onlar Ermənistan torpaqlarına da Azərbaycanın hücum edəcəyini iddia edib. Ekspert bildirib ki, bunlar Sarkisyanın tərəfdarı olan erməni politoloqların və erməni mediasının istifadə etdiyi manipulyasiyadır: “Onlar bununla həm əhalini mitinqlərə qoşulmamağa, həm də etirazçıların içində ideyaca savadsız olanları prosesdən çəkindirməyə çalışır”.

Belə şəraitdə Azərbaycanın Ermənistana hücum etməyəcəyini bildirən politoloq aksiyaların davam etməsinin bizim üçün əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan belə bir vəziyyətdə müharibə başlatmaz. Çünki Azərbaycan əli Qarabağda məzlum insanların qanına batan Serj Sarkisyan kimi siyasətdən kənar bir şəxsin hakimiyyəti yenidən zəbt etməsini deyil, xalqın seçdiyi hökumətin formalaşmasını istəyər. Qarabağ üzərindən hakimiyyətə gələn indiki hakimiyyət Ermənistanı defolt həddinə çatdırmaq, vassala çevirmək, iflic etmək bahasına da Qarabağ danışıqlarında konstruktiv mövqe nümayiş etdirmir. Çünki bu, onların hakimiyyəti 20 ildən artıq müddətdə zəbt etmələrinin ideoloji bazasıdır. Qalib eyforiyası ilə hakimiyyəti sürdürən Qarabağ klanı hakimiyyətdən getməsə və iqtidara yerli ermənilər gəlməsə, Ermənistan indiki siyasətindən əl çəkməyəcək. İndiki siyasəti isə Ermənistanı iqtisadi faciəyə, ölkənin boşalmasına aparır. İş o yerə çatıb ki, Sarkisyan özü də bu vəziyyətin davam edəcəyi təqdirdə ölkəni qorumaq üçün əsgər tapa bilməyəcəklərini deyir”. Bu mənada hesab edilir ki, əslində, cəbhə təxribatları Ermənistana kifayət qədər baha başa gələ bilər. Çünki ermənilərə də yaxşı məlumdur ki, bu gün bütün Qafqaz respublikaları içində Qarabağ müharibəsinin mövcud olduğu Azərbaycan ən güclü orduya, ən güclü silahlara və ən güclü kadr potensialına malikdir. Şəxsi heyət və kadr baxımından da vəziyyət birmənalı şəkildə ölkəmizin lehinədir. Ermənistanda ciddi əsgər çatışmazılığı olduğu halda Azərbaycanda bunun tam əksidir. Bu sahədə Azərbaycan ordusunun vəziyyəti ildən-ilə yaxşılaşır. Yəni Ermənistanda olduğu kimi, hərbi qulluqçuların sayı azalmır, əksinə, müddətdən artıq hərbi xidmət keçənlərlərin sayı durmadan artır.  Onlar hərbi xidmətdən sonra zəruri ixtisaslar üzrə hazırlıq kursu keçib, sertifikat alıb, sonra peşəkar səviyyədə öz vəzifələrini yerinə yetirir. Bu da ordunun professionallığını artırır. Hazırda atəşkəsi gün ərzində dəfələrlə pozan Ermənistanın dağınıq ordusu yüksək mənəvi-psixoloji durumu, təchizatı və nizam-intizamı ilə fərqlənən Azərbaycan əsgərinin gücünə bələddir. Ölkəmizin son illərdə dinamik inkişafının silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Azərbaycanın əlavə hərbi üstünlüyüdür. Bu gün  qarşıda duran əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Qeyd olunan istiqamətdə də Azərbaycan düşmənlə müqayisədə mühüm üstünlüklərə malikdir. Ümumiyyətlə, bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. İndi belə bir vəziyyətdə erməni tərəfinin cəbhədə təxribat cəhdlərinə ordumuzun cavabının nə ilə nəticələnəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Hər halda, düşmən özü də bundan lazımi nəticə çıxarmalıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ