Fransada bazar günü ikinci turu keçiriləcək prezident seçkilərinin əsas favoriti Emmanuel Makron Avropa Birliyinə (AB) xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, namizəd, qurumun islahatlara getməyəcəyi halda “Frexit”lə (Fransanın AB-dən ayrılması) üzləşəcəyini deyib.
O, qurumun hələ də funksiyasız bir mövqedə olduğunu, bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyini deyib və ölkəsinin Böyük Britaniyanın yolunu (Brexit) tuta biləcəyinə işarə edib.
Makron, Fransa prezidenti olacağı halda AB və Avropa layihəsində əhatəli islahatlara çalışacağını ifadə edib. Fransız seçicilərinin narahat olduğunu deyən Makron, ölkəsindəki seçkilərin Fransanın birlikdəki yerini sağlamlaşdırmaq üçün "son fürsət" olduğunu vurğulayıb.
"Mən Avropa tərəfdarıyam. Seçki zamanı mən Avropa ideayasını və Avropa siyasətini dəfələrlə müdafiə etmişən, çünki mən Avropanın fransızlar üçün və ölkəmizin qloballaşmasında mühüm rol oynadığını düşünürəm" - En Marche! hərəkatının lideri cənab Makron BBC-ə deyib.
"Lakin eyni zamanda biz reallığı qəbul etməliyik, xalqımızı dinləməliyik və onların bu gün çox qəzəbli və hövsələsiz olduğunu anlamalıyıq... Ona görə də mən Avropa İttifaqında və Avropa layihəmizdə dərindən islahatlar keçirmək olduğunu düşünürəm", o, bildirib.
Makron AB-nin olduğu kimi fəaliyyət göstərməsinə imkan verməyin satqınlıq olacağını deyib: "...mən bunu istəmirəm, çünki növbəti gün bizdə “Frexit” olacaq ya da ki, bir daha Milli Cəbhə olacaq".
Onun ikinci turdakı rəqibi ifrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen isə Fransanın Avro bölgəsindən çıxmasını və AB üzvlüyü ilə bağlı ölkədə referendum keçirilməsinin ideyasını irəli sürüb.