Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

Image


“Kimin və necə səs verməsinin heç bir əhəmiyyəti yoxdur; son dərəcə vacib olan kimin və necə səsləri saymasıdır.” İ.Stalin (Mənbə:Stalinin keçmiş katibi Boris Bajanovun xatirələri “Vospominaniə bıvşeqo sekretarə Stalina” Moskva 1993)

Müxtəlif beynəlxalq təşkilatların seçki müşahidə missiyaları Azərbaycan tərəfinin dəvəti ilə Azərbaycan Respublikasında keçirilən seçkilərdə fəal iştirak edirlər. Azərbaycan 2000-ci ildə Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa Parlamenti(AP), Avropa Şurası (AŞ), ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun(ATƏT/DTIHB) seçkiləri müşahidə missiyaları bu prosesdə fəal iştirak etmiş, öz rəy və tövsiyələrini bildirmişlər. Bundan başqa, Avropa Şurasının Venesiya Komissiyası (VK) 2003-cü il Prezident, 2004-cü il Bələdiyyə və 2005-ci il Milli Məclisə seçkilər ərəfəsində Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müxtəlif tövsiyələr vermişlər.Müzakirələrin nəticəsi olaraq 2008-ci ilin may ayında Azərbaycan Respublikası Milli Məclisinə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunmuş və 02 iyun 2008-ci il tarixində Milli Məclis həmin əlavə və dəyişiklikləri qəbul etmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə Avropa Şurası Venesiya Komissiyası tərəfindən təklif olunmuş tövsiyələrin bəziləri nəzərə alınmış, bəziləri isə hələ də müzakirə predmeti olaraq qalır. Azərbaycan Respublikası Seçki Məcəlləsinə 15 dekabr 2017-ci ildə edilmiş dəyişiklik və əlavələr əsasən Seçki Məcəlləsini 2016-cı il Konstitusiya dəyişiklərinə uyğunlaşdırmaq məqsədi daşımışdır.

Avropa Şurası Venesiya Komissiyası (VK) Azərbaycan Respublikasında 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin həllini tapmamış təkliflərin həyata keçirilməsini yenidən tövsiyə etmişdir.Venesiya Komissiyası yerli özünüidarə məsələləri ilə məşğul olmadığına görə 2014-cü il və 2019-cu il bələdiyyə seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. Yuxarıda adları çəkilən qurumların əksəriyyəti 2013-cü il Prezident seçkilərini müşahidə edərək müsbət rəy və tövsiyələrini bildirmişdir. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTIHB) bu qurumlardan fərqli rəy bildirmişdir ki, bu da birmənalı qarşılanmamışdır.

ATƏT/ DTIHB 2015-ci il parlament seçkilərini və 2016-cı il ümumxalq səsverməsini (referendum) müşahidə etməmişdir. Bu qurum 11 aprel 2018-ci il prezident seçkilərini müşahidə etmiş və həmin seçkilərin nəticəslərinə dair rəyi reallığı əks etdirməmişdir.

Yuxarıda adları çəkilən qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, eyni zamanda bu rəylərlə bağlı müxtəlif yanaşmalar özünü büruzə verdiyindən onların müqayisəli təhlilinə ciddi ehtyac var. Fikrimicə Azərbaycan Respublikası 2029-cu ilin noyabrında parlament, 2030-cu ilin yanvar ayında bələdiyyə, 2031-ci ilin fevralında keçiriləcək növbəti prezident seçkilərində beynəlxalq qurumların mövqeyini aydın başa düşmək üçün də bu tövsiyyə və rəylər indidən yenidən ciddi təhlil olunmalıdır.

Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürmüşdü. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Avropa Şurası Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin qəbul olunmamış təkliflərin həyata keçirilməsini yenidən tövsiyə etmişdir. Bu qurum həmçinin 2015-ci il parlament və 2018-ci il prezident seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir.

Venesiya Komissiyası Azərbaycan Respublikası ilə əməkdaşlığı dövründə əsasən 16 tövsiyə irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Şurası Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən irəli sürülən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Secki Məcəlləsinin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) 2020-ci il fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyası 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi ilə birbaşa seçkiləri müşahidə etmişlər.

“Azərbaycanda hər seçkidən sonra ATƏT-in tövsiyələrinə əməl olunurmu?” sualının cavabında misiyanın rəhbəri, İsveçli diplomat, səfir Peter Tejleri deyib: “Biz tövsiyələri izləyirik, çoxlu tövsiyələr təqdim olunub, amma biz onların yerinə yetirilməsinə cavabdeh deyilik. Buna cavabdeh Azərbaycan cəmiyyətidir. Əvvəlki seçkilərlə müqayisədə seçki qanunvericiliyi çox da dəyişməyib. Bu, o deməkdir ki, tövsiyyələrin bir çoxu qəbul olunmayıb”.

AP, AŞ, Avropa Şurası Venesiya Komissiyası (VK), ATƏT PA, ATƏT/DTIHB-nin töfsiyələri və onlara necə əməl olunmasının vəziyyəti ilə bağlı geniş təhlil apardıqdan sonra bir sıra maraqlı faktların şahidi olduq. Bunların hamısını bir qəzet məqaləsində əhatə etmək mümkün olmadığından fikrimizcə tövsiyyələrdən birini, daha əhəmiyyətli hesab etdiyimiz “Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması” başlıqı tövsiyyəni oxucuların diqqətinə çatdırmağı lazım bilirik. Yalnız bu bir tövsiyyənin obyektiv təhlili bu qurumların əsil məqsədinin demokratiyaya dəstək vermək olmadığını üzə çıxarmağa imkan verir.

Seçki komissiyaları hər bir ölkədə seçkinin taleyini həll etdiyindən hər bir ölkədə olduğu kimi Azərbaycanda da bu məsələyə ciddi yanaşılır. Totalitar rejimlərdə seçki komissiyalarına münasibətini SSRİ-yə 31 il rəhbərlik etmiş İ.Stalinin “Seçkilərin taleyini səs verən yox, səs sayanlar həll edir” fikri aydın şəkildə başa düşməyə imkan verir. Buna görə də postsovet respublikalarında demokratik seçkilərin keçirilməsinə dəstək verən beynəlxalq qərb təşkilatlarının töfsiyyələrində seçki komissiyalarının təşkilinə xüsusi diqqət verirlər.

“Azərbaycan Respublikası Seçki Məcəlləsinə” görə Mərkəzi Seçki Komissiyası (MSK) ümumölkə üzrə yaradılır, 18 üzvdən ibarətdir və onun üzvləri Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvünün namizədliyini parlamentdə çoxluq təşkil edən siyasi partiyası, 6 üzvünün namizədliyini müstəqil deputatlar, 6 üzvünün namizədliyini isə parlamentdə azlıq təşkil edən siyasi partiyalar irəli sürür. Müstəqil deputatların bir namizədi çoxluq təşkil edən siyasi partiya, digər namizədi isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılır.

Dairə Seçki Komissiyası (DSK) 9 üzvdən, Məntəqə Seçki Komissiyası (MnSK) isə 6 üzvdən ibarətdir. Bu qurumların da üzvləri 1\3 prinsipi ilə MSK-nın formalaşdığı qaydada təşkil olunur. DSK üzvlərini MSK, MnSK üzvlərini isə DSK təyin edir. Seçki komissiyalarının sədrləri parlamentin çoxluq təşkil edən siyasi partiyasının üzvləri sırasından seçilirlər.

Seçki komissiyaları üzvlərinin 2/3-si təyin edildikdə və təyin edilmiş üzvlərin 2/3-si iştirak etdikdə səlahiyyətli sayılır. İştirak edən üzvlərin sayına uyğun olmaqla seçki komissiyalarının qərarları 2/3 səs çoxluğu ilə qəbul edilir.

Beynəlxalq qərb təşkilatlarının “Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması” tövsiyyəsi ilk baxışdan normal, demokratik görünə bilər. Lakin bu töfsiyyəni irəli sürənlər bunun reallaşmasının mümkün olmadığını qabaqcadan yaxşı bilir və buna görə də uzun müddətdi ki, bundan israr edirlər. Burada fikrimizcə onların əsas məqsədi həyata keçirilməsi mümkün olmayan tövsiyyə irəli sürməklə Azərbaycan Respublikasına təzyiq etmək və hansısa istəklərini həyata keçirməkdən ibarətdir.

İndi məsələnin əsil mahiyyətinə baxaq. Beynəlxalq qərb qurumları MSK-nın 18 nəfər üzvünün 50-nin 50-yə prinsipi ilə formalaşdırılmasını istəyirlər. Yəni 9 nəfərin hakim partiya, 9 nəfərin isə müxalifət partiyalarının təqdim etdiyi nümayəndələrdən ibarət MSK-nın formalaşdırılması. Milli Məclisdə çoxluğu təşkil edən “Yeni Azərbaycan” partiyasının 9 nəfər namizədi irəli sürməsində problem yoxdur. Bu təklifdə paritetin digər tərəfi hesab olunan 9 nəfər namizədi hansı partyaların irəli sürəcəyi mücərrəd,mqeyri-müəyyəndir.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müxalifət hakim partiya kimi vahid bir güc mərkəzi deyil. Müxalifət müxtəlif ideoloji baxışları olan və bir-biri ilə rəqabət aparan partiyalardan ibarətdir. Müxalifət partiyaları arasında “əsl müxalifət kimdir?” məsələsi üstündə mübahisənin davam etdiyi bir zamanda komissiyaların qərb təşkilatlarının tövsiyyə etdiyi paritet əsasda formalaşdırılması qeyri mümkündür. Parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə parlamentdə təmsil olunan müxalifət partiyaları arasında münasibətlərdə ciddi problemlər olduğundan bunun reallaşdırılması mümkün olmur. Bunu qərb institutları bizdən də yaxşı bildiklərindən bu cür üzdə demokratik görünən, lakin həyata keçirilməsi mümkün olmayan tövsiyyələr irəli sürürlər.

Avropa ölkələrində seçkiləri müxtəlif formada təşkil olunan seçki komissiyaları, hətta bəzilərində daxili işlər nazirliyi keçirir. Məsələn, Fransada Daxili İşlər Nazirliyi seçkilərin təşkilində mühüm rol oynayır, seçki prosesinin inzibati hazırlığını və nəticələrin açıqlanmasını həyata keçirir. Nazirliyin rəsmi saytında ayrıca “Seçkilər” bölməsi var. Niderlanda Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyi seçkilər üzrə dövlət siyasətinə və seçki idarəçiliyinə cavabdeh qurumlardan biridir.

Belə olan halda Azərbaycan Respublikasında seçki komissiyalarının təşkili ilə bağlı bu cür qeyr real təkliflərin irəli sürülməsində məqsəd nədir? Fikrimizcə məqsəd bu məsələdən hansısa öz dövlət maraqlarını həyata keçirmək üçün Azərbaycan Respublikasına təzyiq etməkdən ibarətdir. Deməli bu qurumları demokratik seçkilərə dəstəkdən daha çox öz dövlət maraqları maraqlandırır. Buradan belə nəticə çıxarmaq olar ki, beynəlxalq qərb təşkilatlarının seçkilərlə bağlı töfsiyyələrinin arxasında demokratik seçkilərə dəstəkdən daha çox riyakarlıq dayanır.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor
ABŞ Respublikaçılar İnstitutu Seçki Kompaniyası Akademiyasının məzunu



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ