Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

Image


Abutalıb Səmədov: “Mən bunu Lavrovun çarəsizlik bəyanatı hesab edirəm”

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyə Qara dənizdə sabitliklə həqiqətən maraqlanır. "Türkiyə blokun ən böyük ordusu olaraq NATO üzvü olmaq və Avropa Birliyi ilə münasibətlər qurmaq istəyir, baxmayaraq ki, dərindən başa düşür ki, heç vaxt AB-yə qəbul edilməyəcək. Rusiya ilə yaxşı münasibətlər istəyir, çünki bizim bir çox iqtisadi layihələrimiz və bir çox ortaq tariximiz var: Qafqaz, Qara dəniz. Türkiyə həqiqətən də sabit Qara dənizlə maraqlanır", - deyə o, VGTRK televiziyasına verdiyi müsahibədə bildirib.

Lavrov qeyd edib: "İndi türk həmkarlarımız yenidən gəmiçiliyin hücumların hədəfi olmasının qarşısını almaq üçün birtəhər razılığa gəlməyin vacibliyindən danışırlar. Amma bunu biz başlamamışıq".

"Ukrayna silahlı qüvvələrinin pilotsuz təyyarəsi Türkiyənin quru yük gəmisinə, tankerinə və ya mülki gəmisinə dəyəndə, eyni dronlar Xəzər dənizindəki Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna dəfələrlə hücum edəndə, Amerikanın Chevron və ExxonMobil şirkətləri ilə əlaqəli gəmilərə birbaşa dəyəndə nə Türkiyə, nə də ABŞ cavab olaraq Ukrayna terrorçularının bu hərəkətlərinin qəbuledilməz olduğunu açıq şəkildə bəyan etmir", - Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Konqresi tərəfindən Ukraynaya Amerika silahlarının mümkün ötürülməsi ilə bağlı dərc edilmiş məlumatlarla bağlı ABŞ və Türkiyədən açıqlama tələb edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, dərc olunmuş sənədlərdə Kiyevə 12 ədəd M270 MLRS çoxməqsədli raket buraxılış qurğusu, 2500-dən çox idarə olunmayan kasetli sursat, 47 min ədəd 203 mm-lik kasetli artilleriya mərmisi və 70 ədəd ATACMS əməliyyat-taktiki raketinin təhvil verilməsi planlarından bəhs olunur.

Zaxarova qeyd edib ki, Moskvanın ABŞ istehsalı olan silahların Türkiyə vasitəsilə Ukraynaya genişmiqyaslı tədarükünün şərtləri və şəraiti barədə dəqiq məlumatı yoxdur. Xüsusilə, silahların çatdırılmasını kimin başlatdığı, müddət və Ukraynaya necə çatdırıla biləcəyi məlum deyil.

Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, tədarük mexanizmləri barədə dəqiq məlumatların olmaması fərziyyələr üçün əsas yaradır və bu Rusiya tərəfində narahatlıq doğurur.

Zaxarova həmçinin bildirib ki, münaqişənin siyasi və diplomatik yolla həllinə sadiq olduğunu bəyan edən dövlətlərin bu cür hərəkətləri qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə vermir. Zaxarova xəbərdarlıq edib ki, Ukraynaya yeni silah tədarükü Rusiyanın həm ABŞ, həm də Türkiyə ilə münasibətlərinə ciddi ziyan vuracaq.

O xatırladıb ki, Türkiyə əvvəllər Ukraynaya ölümcül silahların verilməsindən imtina edib.

Lavrov Türkiyə haqqında deyir ki, Türkiyə həm NATO-nun güclü ölkələrindən biri kimi qalmaq, həm də Avropa İttifaqının üzvü olmaq istəyir. Özü də bilir ki, onu Aİ-yə qəbul etməyəcəklər, həm də Rusiya ilə yaxşı münasibətlərdə olmaq istəyir. Lavrovun sözlərinə görə, heç vaxt Türkiyə Ukraynanın Aralıq dənizinə, Xəzər boru kəməri konsersumuna, gəmilərə zərbə endiriləndə demədi ki, bu düzgün hərəkət deyil. Yəni buna münasibət bildirmədi. Lavrov ümumiyyətlə Türkiyəyə nə mesaj verir? Yəni NATO-nun üzvü kimi qalmaq, həm Avropa İttifaqının üzvü olmaq, həm də Rusiya ilə yaxşı münasibətdə olmaq istəyir. O Türkiyəyə mesaj vermək istəyir ki, eyni zamanda üç kresloda oturmaq olmaz?

Lavrov nə mesaj verir?

Son günlər Rusiya ilə Türkiyə arasında belə bir məsələ də var. ABŞ Konqresi bəyanat verib ki, Türkiyə vasitəsilə Amerika raketləri, kasetli bombaları Ukraynaya göndəriləcək. Rusiyanın xarici işlər nazirliyi də o texnikalarla münasibət bildirib. Buna görə Ankaradan və Vaşinqtondan izahat istəyib ki, sizin danışıqlarda vasitəçi olmaq istəyiniz hara, Ukraynanı silahlandırmaq hara?

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, ABŞ Konqresinin Türkiyə vasitəsilə Amerika raketlərinin, kasetli bombaların Ukraynaya göndəriləcəyi barədə verdiyi bəyanat həqiqətəuyğun deyil. “ABŞ Türkiyə vasitəsilə Ukrayanaya silah və hərbi sursat göndərmir...

Bu addım Türkiyənin və ABŞ-ın vasitəçilik səylərinə mane ola bilərmi? Güman edirəm ki, olmamalıdır. Çünki bu birinci hadisə deyil. Müharibənin ilk dövrlərində Türkiyə Ukraynaya pilotsuz uçuş apartları verib və o dövrdə bu Ukraynanın müdafiəsində mühüm rol oynayıb. ABŞ Tramp hakimiyyətə gələnə qədər Ukrayanya ən çox silah verən dövlət olub. Ancaq bu sonda Trampın vasitəçi kimi orataya çıxmasına mane olmayıb, eyni zamanda məlumdur ki, Türkiyə də ən uğurlu vasitəçilik edən dövlət olub. 2022-ci ilin mart ayında Türkiyədə indiyə qədər müzakirə olunan ən uğurlu razılaşma paraflanıb. Güman edirəm ki, bu silah və sursatların verilməsi hadisəsi də Türkiyənin və ABŞ-ın vasitəçilik missiyasına mane olmayacaq. Əgər dilgər silah verən dövlət, yaxud müharibə edən tərəflərdən birinə yardım edən ölkə vasitəçilik imkanlarından məhrum edilsə onda yəqin Rusiya-Ukrayna müharibəsinə nüfuzlu vasitəçi tapmaq mümkünsüz olar”.

A.Səmədov qeyd etdi ki, çünki dünyanın nüfuzlu dövlətlərinin böyük əksəriyyəti Ukraynanın yanındadır, Çin Rusiyaya kifayət qədər ciddi yardımlar göstərir. “Eyni hərəkətləri İran da edirş Hesab edirəm ki, bu addım da vasitəçilik səylərinə mane olmayacaq. Artıq hər iki tərəf kifayət qədər yorulub, tükənib. Ümid edək ki, bu yaxınlarda ABŞ-İran müharibəsinin sona çatmasından sonra baş verəcək. Sülh danışıqlarını sürətləndirmək və Rusiya-Ukrayna arasında sülhə nail olmaq imkanı yaranacaq.

Əslinə qalsa Lavrovun açıqlaması çarəsizlikdən verilən bir bəyanatdır. Yəni Rusiya hakimiyyət dairələri yaxşı anlayır ki, artıq iş-işdən keçib, bu addımın geriyə dönüşü yoxdur, ancaq hansısa reaksiya verilməlidir. Onlar da bu növbətçi addımı atırlar. Bilə-bilə ki, bunun heç bir nəticəsi olmayacaq. Mən bunu Lavrovun çarəsizlik bəyanatı hesab edirəm”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ