Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

Image


Əli Orucov: “Moskva-Ankara xətti əvvəlki kimi hamar və rəvan deyil”

Almaniyanın “Deutsche Welle” nəşrinin 14 avqust 2026-cı il tarixli məlumatına görə, Rusiya Türkiyənin Qara dənizdə atəşkəs və gəmilərə zərbələrin dayandırılması təklifini rədd edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva vəziyyətin yaxşılaşması üçün hər hansı əsas görmür və buna görə də Qara dənizdə zərbələrin dayandırılması ilə bağlı təkliflə razılaşmaq üçün səbəb olmadığını düşünür. O, həmçinin qeyd edib ki, Türkiyə bu təklifi mediada xarici işlər naziri Hakan Fidan tərəfindən səsləndirib, lakin Rusiya tərəfi Ankaradan rəsmi müraciət almayıb.

Türkiyə isə Qara dənizdə mülki və kommersiya gəmiçiliyinə təhlükənin artmasından narahatdır. Hakan Fidan avqustun 8-də bildirib ki, Ankara Rusiya və Ukraynaya gəmilərə hücumların dayandırılması üçün moratorium tətbiq etməyi və bununla bağlı xüsusi mexanizm yaratmağı təklif edib. Türkiyənin mövqeyinə görə, hərbi əməliyyatların Qara dənizdə genişlənməsi mülki gəmiçiliyə, kommersiya daşımalarına və ərzaq təhlükəsizliyinə ciddi risk yaradır.

Ankara, xüsusilə Türkiyə şirkətlərinə məxsus, Türkiyə vətəndaşlarının sahib olduğu və ya ekipajında türkiyəli şəxslərin olduğu gəmilərə hücumlarla bağlı narahatlığını ifadə edib. Türkiyə avqustun 4-də də tərəfləri Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün dərhal konkret addımlar atmağa çağırmışdı.

Rusiya isə Ukraynanı gəmilərə hücumlarda ittiham edib və 2022–2023-cü illərdə fəaliyyət göstərmiş Qara dəniz taxıl təşəbbüsünə qayıtmağın məqsədəuyğun olmadığını bildirib.

Məsələnin əsas əhəmiyyəti ondan ibarətdir ki, Türkiyə Qara dənizdə döyüşlərin müəyyən dərəcədə məhdudlaşdırılması üçün Moskva və Kiyev arasında ayrıca razılaşma yaratmağa çalışır. Rusiyanın hazırda bu təşəbbüsə müsbət yanaşmaması isə Qara dənizdə təhlükəsizliyin təmin olunması və mümkün danışıqlar prosesinin irəliləməsini çətinləşdirir.

Türkiyənin Qara dənizdə gəmilərə zərbələrin dayandırılması və atəşkəs mexanizminin yaradılması təklifini Rusiyanın rədd etməsi Moskva-Ankara münasibətlərinə və Rusiya-Ukrayna müharibəsində mümkün sülh danışıqlarına necə təsir göstərə bilər?

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü ...

Politoloq Əli Orucov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Ukrayna-Rusiya müharibəsində qarşılıqlı hücumların intensivləşməsi və döyüş əməliyyatlarının coğrafiyasının genişlənməsi artıq müharibənin birbaşa tərəfi olmayan dövlətlər üçün də ciddi təhlükələr yaradır.

Onun sözlərinə görə, döyüşlərin cəbhə xəttindən kənara çıxması, xüsusilə Qara və Xəzər dənizlərində müxtəlif obyektlərin və gəmilərin hədəfə alınması münaqişənin regional təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Müharibə zonasından uzaqda yerləşən Xəzərdə gəminin vurulması, Qara dənizdə isə mülki və ticarət daşımaları həyata keçirən gəmilərin hücumlara məruz qalması artıq yalnız Rusiya və Ukraynanın deyil, üçüncü dövlətlərin də maraqlarına və təhlükəsizliyinə toxunur.

Əli Orucov qeyd edib ki, Qara dənizin faktiki olaraq döyüş əməliyyatları zonasına çevrilməsi sahilyanı ölkələrdə ciddi narahatlıq doğurur. Xüsusilə Türkiyəyə məxsus gəmilərin bir neçə dəfə insidentlərə cəlb olunması Ankaranın bu məsələyə susqun yanaşmasını çətinləşdirir. Bu baxımdan Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qara dənizdə atəşkəs təklifini səsləndirməsi təsadüfi deyil. Bu təşəbbüs həm Türkiyənin öz təhlükəsizlik maraqlarından, həm də hadisələrin getdikcə daha təhlükəli istiqamət almasından irəli gəlir.

Politoloqun fikrincə, Moskvanın belə bir təklifə müsbət yanaşmaması Rusiyanın mövcud reallıqları nə dərəcədə düzgün qiymətləndirdiyi ilə bağlı suallar yaradır. Çünki Qara dənizdə atəşkəsin təmin olunması ilk növbədə mülki və ticarət gəmilərinin təhlükəsizliyinin qorunmasına, eyni zamanda Rusiyanın özünün də əlavə diplomatik təzyiqlərlə üzləşməsinin qarşısının alınmasına xidmət edə bilər.

Əli Orucov hesab edir ki, Türkiyə bu məsələdə xüsusi mövqeyə malikdir. Ankara həm Ukrayna, həm də Rusiya ilə münasibətləri qoruyub saxlayan azsaylı dövlətlərdən biridir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və siyasi suverenliyini dəstəkləsə də, müharibədə birbaşa tərəfə çevrilməməyə, Rusiya ilə açıq qarşıdurmadan yayınmağa və balanslı siyasət yürütməyə çalışır. Bu siyasət Türkiyəyə həm Kiyevlə, həm də Moskva ilə dialoq imkanlarını qorumağa şərait yaradır.

Politoloq vurğulayıb ki, Kreml isə Ankara ilə Kiyev arasında hərbi-siyasi və texnoloji əməkdaşlığın güclənməsindən narahatdır. Xüsusilə Türkiyənin Ukraynaya müdafiə sənayesi məhsulları tədarük etməsi və NATO çərçivəsində mövqeyini daha fəal şəkildə ortaya qoyması Moskvanın Ankara ilə münasibətlərə əvvəlki yanaşmasını müəyyən qədər dəyişdirə bilər.

“Görünür, NATO-nun Ankarada keçirilən sammitindən sonra yaranan yeni siyasi vəziyyət, eləcə də Türkiyənin Ukraynaya silah tədarükünü davam etdirməsi Kremlin Ərdoğana münasibətində müəyyən tərəddüdlər yaradıb”, – deyə Əli Orucov bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfinin açıqlamaları da Moskva-Ankara münasibətlərində əvvəlki rahatlığın olmadığını göstərməyə hesablanmış mesaj təsiri bağışlayır. Bu baxımdan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Türkiyənin Qara dənizdə atəşkəs təklifinə mənfi münasibət bildirməsi də diqqət çəkir.

Politoloq hesab edir ki, əslində Qara dənizdə atəşkəsin əldə olunması Rusiyanın da maraqlarına cavab verə bilər. Çünki münaqişənin yeni ərazilərə və dəniz kommunikasiyalarına yayılması Moskvanın üzərinə əlavə siyasi və iqtisadi təzyiqlər gətirir, eyni zamanda üçüncü ölkələrin, o cümlədən Türkiyənin təhlükəsizlik maraqlarına toxunur.

Əli Orucovun fikrincə, bu proses davam edərsə, Qara dənizdəki hər bir yeni insident Türkiyə-Rusiya münasibətlərinə əlavə gərginlik gətirə bilər. Ankara üçün əsas məsələ həm öz ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək, həm də Qara dənizin tammiqyaslı hərbi qarşıdurma zonasına çevrilməsinin qarşısını almaqdır. Buna görə Türkiyənin atəşkəs çağırışlarının davam etməsi və Moskva ilə diplomatik təmaslarını artırması istisna edilmir.

Nəticə etibarilə, Qara dənizdə baş verənlər yalnız Ukrayna-Rusiya müharibəsinin növbəti mərhələsi kimi qiymətləndirilə bilməz. Burada artıq regional təhlükəsizlik, beynəlxalq ticarət marşrutlarının qorunması və Türkiyə-Rusiya münasibətlərinin gələcək istiqaməti kimi daha geniş məsələlər də ön plana çıxır. Əgər Moskva və Kiyev arasında qarşılıqlı hücumların coğrafiyası daha da genişlənərsə, Türkiyənin balanslı mövqeyini qoruması getdikcə çətinləşə bilər. Bu isə Ankara-Moskva münasibətlərində yeni mərhələnin başlanmasına səbəb ola bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ