çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

Image


Azər Həsrət: "Artıq Kremldə vəziyyətin gərginliyinin fərqindədirlər"

Serbiya Prezidenti Aleksandr Vuçiç hesab edir ki, Rusiya Ukraynadakı müharibəni dayandırmazdan əvvəl Donetsk və Luqansk üzərində tam nəzarəti ələ keçirməyə çalışa bilər.

Vuçiç Rusiyanın məğlub edilməsinin asan olmayacağını vurğulayır və Rusiyanın nüvə dövləti olduğunu xatırladır. Onun fikrincə, müharibədə tərəflərdən birinin tam məğlubiyyətinə deyil, kompromis əsaslı siyasi həllə ehtiyac var.

Serbiya lideri həmçinin mövcud vəziyyətin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyindən narahatlığını ifadə edir. O hesab edir ki, sülhün əldə olunması üçün beynəlxalq səviyyədə daha ciddi təşəbbüslər göstərilməlidir.

Vuçiçin açıqlamasının əsas mesajı ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsinin hərbi yolla tam həll edilməsi real və asan görünmür. Buna görə də tərəflərin güzəştlərə getdiyi siyasi-diplomatik kompromis ən mümkün çıxış yolu kimi təqdim olunur. Digər tərəfdən, onun “daha böyük müharibənin astanasındayıq” fikri münaqişənin regional və daha geniş beynəlxalq qarşıdurmaya çevrilməsi riskinin artdığı barədə xəbərdarlıqdır.

Aleksandr Vuçiçin “Putin Donetsk və Luqansk üzərində tam nəzarəti ələ keçirməlidir və yalnız bundan sonra müharibəni bitirməyə hazır ola bilər” fikri necə qiymətləndirilə bilər? Bu, Rusiyanın mümkün sülh şərtlərinin real təsviri kimi qəbul edilə bilərmi, yoxsa Vuçiç bununla faktiki olaraq Moskvanın mövqeyini legitimləşdirir və Putinin lobbiçiliyini aparır? Əgər Rusiya Donbasın tam nəzarətini əldə etsə, bu, həqiqətən müharibənin başa çatmasına gətirib çıxara bilər, yoxsa Moskvanın bundan sonra da başqa ərazi və siyasi tələblər irəli sürməsi ehtimalı yüksəkdir?

Azər Həsrət: Milli Şura adı altında fəaliyyət göstərən qruplaşma  ölkəmizdəki dayanıqlı sabitliyi pozmağa çalışır - AZƏRTAC

Siyasi şərhçi Azər Həsrət məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Serbiyanın Azərbaycanla münasibətləri yaxşı olsa da, Belqradın Rusiya ilə də sıx əlaqələri mövcuddur. Onun sözlərinə görə, Serbiya Rusiya-Ukrayna müharibəsinə münasibətdə Qərbin ümumi mövqeyindən fərqlənən və Moskva ilə münasibətlərini qoruyan Avropa ölkələrindən biridir.

“Serbiyanın Azərbaycanla münasibətləri yaxşıdır. Lakin təəssüflər olsun ki, onun Rusiya ilə də münasibətləri çox yaxındır. Serbiya, bütün dünya Rusiyaya qarşı olduğu halda Moskvanın mövqeyinə loyal yanaşan dövlətlərdən biridir. Bu baxımdan Serbiya Prezidenti Aleksandr Vuçiçin Rusiya-Ukrayna müharibəsinə münasibəti də diqqət çəkir. Mən onun səsləndirdiyi fikirləri oxuyanda belə təəssürat yaranır ki, Vuçiç faktiki olaraq Kremlin mövqeyini ifadə edir”, – deyə siyasi şərhçi vurğulayıb.

Ekspert hesab edir ki, Vuçiçin səsləndirdiyi təkliflərin arxasında Moskvanın öz mövqeyini birbaşa deyil, başqa siyasi aktorlar vasitəsilə gündəmə gətirmək cəhdi dayana bilər. Onun fikrincə, bu, həm beynəlxalq ictimaiyyətin, həm də Ukraynanın və onun tərəfdaşlarının mümkün reaksiyasını yoxlamaq məqsədi daşıya bilər.

“Görünür, Rusiya öz mövqeyini müxtəlif kanallarla çatdırmağa və bununla da ictimai rəyi yoxlamağa çalışır. Hesab edirlər ki, bəlkə Ukraynanın özü, yaxud Ukraynanı dəstəkləyən dövlətlər müharibənin başa çatması naminə müəyyən kompromislərə getməyə hazır olarlar. Bu baxımdan Vuçiçin açıqlamalarını Moskvanın nəbz yoxlaması kimi də qiymətləndirmək mümkündür”, – Azər Həsrət bildirib.

Siyasi şərhçinin fikrincə, bu cür çağırışların səsləndirilməsi müharibənin yaxın zamanda başa çatacağı anlamına gəlmir. O hesab edir ki, Ukraynanın öz ərazi bütövlüyündən imtina etməsi real görünmür və Kiyev üçün ərazi məsələsi danışıqların əsas və ən həssas mövzularından biri olaraq qalır.

Azər Həsrət Azərbaycan prezidentinin də dəfələrlə Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğuladığını xatırladıb. Onun sözlərinə görə, bu baxımdan üçüncü ölkələrin Ukraynanın əraziləri ilə bağlı hər hansı güzəşt modelini gündəmə gətirməsi müharibənin taleyini avtomatik şəkildə dəyişə bilməz.

Ekspert hesab edir ki, Vuçiçin açıqlamalarının başqa bir tərəfi də Rusiyanın müharibəni davam etdirmək imkanları ilə bağlı vəziyyətin müəyyən qədər mürəkkəbləşdiyini göstərməkdir. Onun fikrincə, Moskva üçün müharibənin iqtisadi, hərbi və siyasi yükü getdikcə artır.

“Əslində, Putinin mövqeyinin Vuçiçin dili ilə ifadə olunması Rusiyanın vəziyyətinin kifayət qədər mürəkkəb olduğunu da göstərir. Mən hesab edirəm ki, Kreml artıq müharibənin uzanmasının yaratdığı riskləri daha ciddi şəkildə qiymətləndirir. Burada söhbət yalnız cəbhədəki vəziyyətdən getmir. Rusiyanın daxilində də iqtisadi və sosial təzyiqlər artır”, – deyə siyasi şərhçi qeyd edib.

Azər Həsrət Rusiyanın hərbi resursları, iqtisadi imkanları və daxili sabitliyi ilə bağlı müxtəlif problemlərlə üzləşdiyini bildirib. O, Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi və strateji obyektlərə zərbələrinin Moskvanın təhlükəsizlik hesablamalarına təsir etdiyini də vurğulayıb.

“Artıq Kremldə vəziyyətin gərginliyinin fərqindədirlər. Ukrayna müharibəsinin təsirləri tədricən Rusiyanın öz ərazisində də daha çox hiss olunur. Bu, Moskvanın hərbi və siyasi hesablamalarını dəyişə biləcək amillərdən biridir. Rusiya üçün ən optimal variantlardan biri müəyyən şərtlər çərçivəsində müharibəni dayandırmaq ola bilər”, – deyə o bildirib.

Siyasi şərhçinin qənaətinə görə, Vuçiçin açıqlamalarını məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır. Onun fikrincə, Serbiya liderinin səsləndirdiyi fikirlər Moskvanın mümkün sülh şərtləri ilə bağlı beynəlxalq reaksiyanı ölçmək cəhdi ola bilər.

Bununla belə, ekspert hesab edir ki, bu cür açıqlamalar müharibənin taleyini müəyyənləşdirən əsas faktor deyil. Müharibənin başa çatması üçün Rusiya və Ukrayna arasında real danışıqlar mexanizminin formalaşması, tərəflərin qəbul edə biləcəyi şərtlərin müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri üzrə təminatların ortaya qoyulması lazımdır.

Bu baxımdan Vuçiçin açıqlamalarının əsas əhəmiyyəti müharibənin dərhal başa çatacağına dair siqnal verməsində deyil, Rusiyanın mümkün çıxış yollarını dolayı kanallarla beynəlxalq gündəmə gətirməsi ehtimalındadır. Əgər Moskva həqiqətən müharibənin davam etdirilməsinin əvvəlki qədər sərfəli olmadığını düşünürsə, yaxın perspektivdə müxtəlif vasitəçilər və tərəfdaşlar üzərindən sülh və danışıqlar mövzusunun daha intensiv şəkildə gündəmə gətirilməsi mümkündür.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ