çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

Image


Abutalıb Səmədov: “Rusiyanın heç bir müdaxiləsi olmadan da NATO gərəksiz, işlək olmayan bir quruma çevrilə bilər”

ABŞ kəşfiyyatının yeni qiymətləndirməsinə görə, Rusiya yaxın illərdə NATO-nun reaksiyasını yoxlamaq məqsədilə alyans ölkələrindən birinə qarşı məhdudmiqyaslı təxribat və ya hücum həyata keçirə bilər.

“The Wall Street Journal”ın məlumatına görə, mümkün ssenarilər kiberhücumlar və digər hibrid fəaliyyətlərdən tutmuş kiçikmiqyaslı quru əməliyyatına qədər dəyişir. ABŞ kəşfiyyatı bu addımların əsas məqsədinin NATO daxilində parçalanma yaratmaq və alyansın kollektiv müdafiə mexanizminin nə dərəcədə işlək olduğunu yoxlamaq ola biləcəyini düşünür.

Bu cür hadisələrin cari ilin payızından 2029-cu ilə qədər baş verməsi ehtimalı nəzərdən keçirilir. ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın NATO-nu sınağa çəkməsi ilə bağlı qiymətləndirmə bu ilin əvvəlindən dəyişib. Buna səbəb Ukrayna müharibəsinin davam etməsi fonunda Rusiyanın həm cəbhədə, həm də daxildə artan təzyiqlərlə üzləşməsi və riskli addımlara meylinin arta biləcəyi ehtimalıdır.

Polşa ərazisinə Rusiya raketlərinin düşməsi və Rusiya dronlarının Rumıniyanın hava məkanına daxil olması kimi hadisələr Qərbdə Moskvanın NATO-nun reaksiyasını sınaqdan keçirə biləcəyi barədə narahatlığı artırıb.

Ən ciddi ssenari olan məhdud quru işğalının ehtimalı hazırda aşağı qiymətləndirilir. Bunun əsas səbəbi belə bir hücumun NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə salınması riskidir. Bununla belə, kiberhücumlar və hibrid fəaliyyətlərə NATO-nun 5-ci maddə çərçivəsində necə cavab verəcəyi daha az aydın olduğundan, məhz bu sahələrdə risklərin daha yüksək olduğu vurğulanır.

Əsas narahatlıq Rusiyanın NATO ilə birbaşa genişmiqyaslı müharibəyə başlamağından çox, alyansın birlik və siyasi iradəsini kiçikmiqyaslı, hibrid və ya məhdud xarakterli addımlarla sınağa çəkməsi ehtimalıdır.

ABŞ kəşfiyyatının Rusiyanın 2029-cu ilə qədər NATO ölkələrindən birinə qarşı məhdud və ya hibrid hücumla alyansın reaksiyasını sınağa çəkə biləcəyi barədə xəbərdarlığını nəzərə alsaq, Moskvanın əsas hədəfi NATO-nu parçalamaq ola bilərmi və belə bir ssenaridə 5-ci maddənin işləkliyi nə dərəcədə təmin olunur?

Abutalıb Səmədov: Altı siyasi partiyanın YAP-a qoşulması ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaradır

Politoloq Abutalıb Səmədov məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın 2029-cu ilə qədər hər hansı NATO ölkəsinə hücum ehtimalı, şübhəsiz ki, var. Ancaq onun sözlərinə görə, bu ehtimal o qədər də yüksək deyil.

“Artıq 2026-cı ilin səkkizinci ayı gedir. Rusiya Ukraynada ağır döyüşlər aparır və istədiyi şərtlər daxilində müharibəni yəqin ki, 2027-ci ilin sonlarında başa çatdıra bilər. O vaxta qədər Rusiya iqtisadiyyatı hansı duruma düşər, düşdüyü durumdan çıxmaq üçün ona nə qədər vaxt lazım olar – bu da təbii ki, başqa bir araşdırmanın mövzusudur. Lakin bir şey aydındır ki, Rusiya kifayət qədər yaralar alıb. Milyondan artıq gənc və orta yaşlı vətəndaşı ölüb və ya yaralanıb. İş o yerə gəlib çıxıb ki, ikinci dəfə Şimali Koreyaya əsgər verməsi üçün müraciət etmək məcburiyyətində qalıb. Yəni Rusiya əsgər çatışmazlığı hiss edir.

Digər tərəfdən, iqtisadiyyatı çox ağır vəziyyətdədir. Büdcə kəsiri az qala 50 faizə yaxınlaşır. Belə vəziyyətdə Rusiyanın müharibəni bir tərəfdən başa vurub, sonradan hansısa NATO ölkəsinə hücum etmək fikrinə düşməsi real görünmür. Amma bu Rusiyadır, Rusiyanın hakimiyyətinin hansı addımlar atacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Burada başqa bir məsələ də var: NATO-nun sınaqdan keçirilməsinə ehtiyac varmı? Yaxud Rusiyanın NATO-nu parçalamağa ehtiyacı varmı? Rusiya nə qədər çalışsa da, Trampın NATO-nu parçalamaq istiqamətində gördüyü işlərin heç beşdə birini də görə bilməz.

Artıq NATO bir hərbi blok kimi mövcud deyil. Hətta son sammit ərəfəsində Prezident Donald Tramp açıq şəkildə dedi ki, bu sammit Türkiyədə keçirilməsəydi, mən orada iştirak etməzdim. Yəni aparıcı NATO ölkəsinin prezidenti alyansın sammitlərini də artıq saymır və prezident Ərdoğanın xatirinə bu sammitdə iştirak etdiyini deyir.

Digər tərəfdən, İran müharibəsi NATO üzvü olan dövlətlərin münasibətlərində çox ciddi problemlərin olduğunu ortaya çıxardı. Tramp NATO-dakı müttəfiqləri ilə məsləhətləşmədən İrana qarşı hərbi əməliyyatlara başladı. Onlar da diplomatik müdriklik göstərmək əvəzinə, açıq şəkildə Tramp əleyhinə bəyanatlar səsləndirdilər. Onlar Trampa kömək etməyəcəklərini dedilər, bəziləri öz hərbi bazalarından istifadə etməyə imkan vermədi.

Belə vəziyyətdə istər-istəməz, baxmayaraq ki, günah özündədir, Tramp belə bir sual vermək məcburiyyətində qaldı: NATO mənə lazımdırmı?

Bundan əvvəl ABŞ prezidenti NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsini təftiş etməyə başladı. NATO-nun fəaliyyətinin əsası həmin 5-ci maddədir. Digər ölkələr üçün NATO-nu cəlbedici edən də məhz həmin maddədir. Dünyanın əksər ölkələri NATO-ya üzv olmağa cəhd göstərirlər ki, 5-ci maddədən yararlansınlar. Bir NATO üzvünə hücum bütün NATO üzvlərinə hücum sayılır - 5-ci maddənin mahiyyəti budur.

İndiyə qədər bu maddə belə yozulurdu ki, əgər NATO-nun bir üzvünə qarşı təcavüz olarsa, digər üzvləri bunu özünə qarşı təcavüz kimi sayaraq təcavüzkar dövlətlə döyüşəcəklər. Ancaq Tramp açıq şəkildə dedi ki, onun Avropanı müdafiə etmək fikri yoxdur və NATO nizamnaməsinin 5-ci maddəsində, hərbi əməliyyatlar da daxil olmaqla, yardım göstərmək nəzərdə tutulur.

Yəni Tramp haqlı olaraq belə yozdu ki, əgər NATO üzvlərindən birinə hücum olarsa, ABŞ həmin ölkəyə kiçik yardım göstərməklə kifayətlənə bilər və bu, alyansın nizamnaməsinin 5-ci maddəsinə uyğundur.

Rusiyanın yoxlayıb-yoxlamamasından asılı olmayaraq, artıq Tramp bunu elan edib ki, onun Avropanı müdafiə etmək fikri yoxdur. Avropa ölkələrinin hər hansı birinə hücum olarsa, ABŞ hərbi əməliyyatlarda iştirak etməyəcək.

Burada təcavüz məsələsi də çox maraqlıdır. Kiberhücumlar 5-ci maddənin pozulması sayılırmı? Çünki NATO sənədlərində təcavüzün necə anlaşılması müəyyənləşib. Lakin o dövrdə kiberhücumlar yox idi. Ola bilsin ki, kiberhücumlar və ya PUA hücumları 5-ci maddənin pozulması sayılmasın.

Məsələn, məlumdur ki, bir təyyarənin ölkənin sərhədini pozması hücum sayılmır. Mütləq hücum edən təyyarələrin sayı ikidən çox olmalıdır ki, bu, 5-ci maddənin tələblərinin pozulması hesab edilsin. Yəni burada da kifayət qədər ciddi məsələlər var. Ona görə də NATO sənədlərinin də yenilənməsinə ehtiyac var.

Amma aparıcı NATO ölkəsinin prezidenti bu məsələlərə çox soyuq yanaşır. Çox güman ki, bundan sonrakı sammitlərində Tramp iştirak etməyəcək. Hətta belə bir məsələ də qaldırıldı ki, hər il NATO sammitinin keçirilməsinə ehtiyac yoxdur.

NATO çox ciddi böhran keçirir və bu böhranın baş verməsində yalnız Tramp günahkar deyil. Avropa liderləri də səsləndirdikləri bəyanatlarla yanlış addımlar atdılar. Trampdan hər şey gözləmək olar, ancaq digərləri dərk etməli idilər ki, bu cür qarşılıqlı bəyanatlar son nəticədə onları hara apara bilər. Onlar Tramp səviyyəsinə düşməməli idilər, ancaq çox təəssüflər olsun ki, düşdülər.

Bu səbəbdən NATO-nun əvvəlki durumuna qayıtması üçün Trampın hakimiyyətdən getməsini gözləməkdən başqa çarə yoxdur. Güman edirəm ki, bundan sonra və baş verən hadisələrdən nəticə çıxararaq, 2029-cu ildən sonra NATO-nun yenidən qurulması barədə qərarlar verilməlidir.

Ən əsası, 5-ci maddə ilə bağlı məsələlər dəqiq şəkildə yenidən yazılmalıdır. Əgər NATO üzvünün birinə hücum olarsa, digər dövlətlərin necə davranmalı olduğu dəqiq göstərilməlidir. Burada qeyri-müəyyənlik olmamalıdır. Ancaq hazırda bu var.

Rusiya tərəfindən 5-ci maddənin işləkliyinin yoxlanılmasına ehtiyac yoxdur, 5-ci maddə onsuz da hazırda işlək deyil. Çünki hər kəs onu bir cür yozur. Trampın yozumu isə ən düzgün olanıdır. Müqavilədə bu cür də yazılıb: NATO üzvlərinin hamısı hərbi əməliyyatlara mütləq qoşulmamalıdır, yardım göstərməlidir, bunların içində hərbi əməliyyatlara qoşulmaq da ola bilər. Bu maddənin yenidən işlənilməsinə ciddi ehtiyac var. Ümumiyyətlə, NATO müqaviləsinin maddələrinin pozulması hallarının qarşısı qətiyyətlə alınmalıdır.

Bundan əvvəl Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi NATO müqaviləsinin maddələrinin kobud şəkildə pozulması idi. Çünki müttəfiq ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edilə bilməz. Lakin Tramp bu addımı da atdı.

4-cü maddədə məsləhətləşmələrin keçirilməsi tələbi var. Bu maddələrə bir də yenidən qayıtmaq vacibdir. Hesab edirəm ki, gələcəkdə baş verəcək hadisələrdə bütün halları nəzərdə tutan və atılacaq addımları dəqiqləşdirən bəndlər əlavə edilməlidir.

Əks halda, Rusiyanın heç bir müdaxiləsi olmadan da NATO gərəksiz, işlək olmayan bir quruma çevrilə bilər”.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ