çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Paşinyan sülh üçün Qərbi Azərbaycan mövzusundan imtina istəyir...

Image


Bəhruz Quliyev: "Azərbaycanın mövqeyində əsas vurğu insanların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə qayıtması məsələsidir"

Nikol Paşinyan 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı iki ölkə arasında sülhün əsas dönüş nöqtəsi kimi qiymətləndirir. Onun fikrincə, həmin tarixdən sonra Ermənistan üçün yeni siyasi və iqtisadi perspektivlər açılıb.

Paşinyan bildirir ki, sülh sazişinin imzalanması və ratifikasiyası, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası hələ qarşıda duran məsələlərdir. O, həmçinin Azərbaycanda saxlanılan ermənilərin vəziyyətinin Ermənistan cəmiyyətini narahat etdiyini qeyd edir.

Paşinyanın fikrincə, Vaşinqton razılaşmasının mühüm nəticələrindən biri TRIPP layihəsidir. O hesab edir ki, bu layihə Ermənistanın blokadasına son qoyacaq, ölkə və region iqtisadiyyatının inkişafına təkan verəcək və Azərbaycanla Ermənistanın bir-birini rəqib və ya maneə deyil, qonşu və əlaqələndirici tərəf kimi görməsinə şərait yaradacaq.

Ermənistan baş naziri hesab edir ki, Azərbaycan-Ermənistan münaqişəsi artıq başa çatıb və sülh əldə olunub. Lakin onun fikrincə, sülhü qurmaqdan daha asan onu dağıtmaq mümkündür.

Mətnin ən mühüm siyasi mesajı isə qarşılıqlı “qayıdış” ritorikasının dayandırılması çağırışıdır. Paşinyan bildirir ki, Ermənistanda “Dağlıq Qarabağ ermənilərinin geri qayıtmaq hüququ” və “Azərbaycandan erməni qaçqınların qayıtması”, Azərbaycanda isə “Qərbi Azərbaycana və qərbi azərbaycanlıların geri qayıtması” barədə ritorika dayandırılmalıdır. O, bunun hər iki ölkədə sülhün geridönməz olması üçün vacib şərt olduğunu vurğulayır.

Paşinyanın yanaşmasına görə, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq keçmiş münaqişənin yaratdığı ərazi və köçkünlük məsələlərini siyasi qarşıdurmanın alətinə çevirməməli, gələcək nəsillərin dinc yanaşı yaşamaq hüququnu əsas prioritet kimi qəbul etməlidirlər.

Paşinyanın “Qərbi Azərbaycana və qərbi azərbaycanlıların qayıdışı” ilə bağlı ritorikanın dayandırılması çağırışını necə qiymətləndirmək olar? Bu açıqlama o deməkdirmi ki, Azərbaycan Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış hüququndan imtina etməsə, bu məsələ Ermənistan tərəfindən sülh prosesinə təhlükə kimi qiymətləndirilə bilər? Ümumiyyətlə, Paşinyanın bu yanaşması Azərbaycan-Ermənistan sülh gündəliyində yeni şərt formalaşdırmaq cəhdi kimi dəyərləndirilə bilərmi?

"Nikol Paşinyanın “Qərbi Azərbaycana qərbi azərbaycanlıların qayıdışı” ilə bağlı ritorikanın dayandırılması barədə çağırışı ilk baxışdan sülh gündəliyinin məntiqinə uyğun görünə bilər. Amma məsələyə daha dərindən yanaşdıqda burada ciddi siyasi suallar ortaya çıxır.

Əvvəla, Azərbaycan tərəfinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış hüququnu gündəmə gətirməsi heç də yeni ərazi iddiası anlamına gəlmir. Azərbaycanın mövqeyində əsas vurğu insanların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə qayıtması məsələsidir. Ona görə də bu məsələni avtomatik olaraq revanşizm və ya ərazi iddiası kimi təqdim etmək düzgün deyil."

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev "Bakı-Xəbər" qəzetinə açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Paşinyanın yanaşmasında diqqət çəkən məqam ondan ibarətdir ki, o, həm Ermənistan cəmiyyətində Qarabağ ermənilərinin qayıdışı, həm Azərbaycanda erməni qaçqınların qayıdışı, həm də Azərbaycanda Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ritorikanın dayandırılmasını paralel şəkildə gündəmə gətirir. Burada zahirən qarşılıqlılıq prinsipi var. Lakin siyasi baxımdan bütün məsələlərin eyni müstəviyə qoyulması mübahisəlidir.

Çünki sülh prosesinin əsas məqsədi tərəflərin legitim hüquq və maraqlarını susdurmaq deyil, onların hüquqi və siyasi çərçivədə həllinə mexanizm yaratmaqdır. Əgər “qayıdış” sözünün özü sülhə təhlükə kimi təqdim edilirsə, onda ortaya belə bir sual çıxır: məcburi köçkünlərin və qaçqınların öz doğma yurdlarına qayıtmaq hüququ hansı siyasi məntiq əsasında sülhə zidd hesab edilə bilər?

İkincisi, Paşinyanın bu açıqlaması Azərbaycan üçün yeni bir şərtin formalaşdırılması cəhdi kimi də qəbul oluna bilər. Əgər Ermənistan demək istəyirsə ki, Azərbaycan Qərbi azərbaycanlıların qayıdışı məsələsini gündəmdə saxladığı müddətdə sülh prosesinin irəliləməsi mümkün deyil, bu artıq sadəcə ritorik çağırış deyil, siyasi şərt mahiyyəti daşımağa başlayır.

Halbuki Vaşinqton razılaşmasının məntiqi ondan ibarət olmalıdır ki, tərəflər yeni qarşılıqlı şərtlər yaratmaq əvəzinə, əldə olunmuş razılaşmaların icrasına fokuslansınlar. Sülh prosesinin hər mərhələsində yeni şərtlərin ortaya çıxarılması isə prosesin özünü uzatmaq riski yaradır.

"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Qərbi azərbaycanlıların qayıdışı məsələsi beynəlxalq hüquq, təhlükəsizlik və qarşılıqlılıq prinsipləri əsasında həll olunmalıdır. Bu mövqedən imtina etmək isə Azərbaycan üçün sadəcə siyasi ritorikadan geri çəkilmək deyil, yüz minlərlə insanın tarixi yaddaşı və hüquqları ilə bağlı məsələnin gündəmdən çıxarılması demək olardı.

Burada daha bir mühüm məqam var: Ermənistan istəyirsə ki, Azərbaycan Qarabağ ermənilərinin qayıdışı məsələsini sülh gündəliyindən çıxarsın, Azərbaycan da eyni zamanda Qərbi azərbaycanlıların qayıdışının sülhə təhdid kimi təqdim edilməsini qəbul etməyə bilər. Deməli, məsələ “kim hansı ritorikadan imtina edir?” müstəvisində deyil, “bu məsələlərin gələcəkdə hansı hüquqi və humanitar mexanizmlərlə həll olunacağı” müstəvisində müzakirə edilməlidir.

Paşinyanın “münaqişə başa çatıb, sülh əldə olunub, amma sülhü qurmaq onu dağıtmaqdan daha çətindir” fikri özü əslində çox vacib mesajdır. Əgər belədirsə, o zaman sülhü möhkəmləndirmək üçün ilk növbədə qarşılıqlı etimad yaradılmalıdır. Etimad isə bir tərəfin digər tərəfə “bu məsələni gündəmdən çıxar” deməsi ilə formalaşmır.

Əksinə, əsl sülh o zaman mümkündür ki, hər iki tərəf digərinin legitim narahatlıqlarını qəbul etsin və bu məsələləri siyasi təzyiq vasitəsinə çevirmədən hüquqi mexanizmlərlə həll etməyə hazır olsun.

Hesab edirəm ki, Azərbaycan Qərbi azərbaycanlıların qayıdış hüququndan imtina etməməlidir. Amma eyni zamanda bu məsələ sülh prosesinin alternativi kimi də təqdim edilməməlidir. Yəni nə Azərbaycan bu hüquqdan imtina etməlidir, nə də Ermənistan bunu sülh sazişinin qarşısında yeni maneə kimi qoymalıdır.

Əgər Vaşinqtonda əldə edilmiş razılaşma həqiqətən tarixi dönüş nöqtəsidirsə, onda bundan sonrakı mərhələ yeni şərtlər irəli sürmək yox, mövcud razılaşmaların icrası mərhələsi olmalıdır. Ermənistanın qarşısında konstitusiya dəyişiklikləri, sülh sazişinin imzalanması və ratifikasiyası, sərhədlərin delimitasiyası kimi məsələlər dayanırsa, diqqət məhz bu istiqamətlərə yönəlməlidir.

Qərbi azərbaycanlıların qayıdışı məsələsinə gəlincə, bunu sülhə təhlükə kimi deyil, gələcəkdə hüquqi, humanitar və qarşılıqlı razılaşmalar əsasında həll edilə biləcək məsələ kimi qəbul etmək daha doğru yanaşmadır.

Çünki sülh o zaman dayanıqlı olur ki, tərəflər keçmişin ağrılı məsələlərini susdurmaqla deyil, onları hüquq və ədalət çərçivəsində həll etməklə gələcəyə gedirlər. Əks halda, bu gün “qayıdış ritorikasından imtina edin” tələbi ilə gündəmə gətirilən məsələ sabah sülh prosesinin özünə qarşı yeni siyasi alətə çevrilə bilər.

Ona görə də Paşinyanın son açıqlamasını sırf sülh çağırışı kimi deyil, həm də Ermənistanın sülh gündəliyinin gələcək çərçivəsini müəyyənləşdirmək cəhdi kimi qiymətləndirmək mümkündür. Azərbaycanın mövqeyi isə aydın olmalıdır ki, sülh mümkündür, hətta zəruridir, amma sülh heç bir tərəfin öz legitim hüquqlarından birtərəfli qaydada imtina etməsi hesabına qurula bilməz."- deyə, B.Quliyev əlavə edib.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ