çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

"NATO dağılır, Türkiyə çıxır" - Türkiyə-Səudiyyə-Pakistan sazişinin pərdəarxası...

Image


Xaqani Cəfərli: “Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə ittifaqı onu gücləndirmək əvəzinə daha çox düşmən qazandırır”

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müdafiə sazişi üç ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur və tərəflərdən birinə qarşı hərbi hücumu digərlərinə qarşı hücum kimi qiymətləndirir.

Türkiyə ilə Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan müdafiə ittifaqı fonunda Ankaranın belə bir təhlükəsizlik mexanizminə hansı strateji zərurətdən getdiyi sual doğurur. Türkiyə onsuz da NATO üzvüdür və alyansın 5-ci maddəsinə əsasən üzv ölkələrdən birinə silahlı hücum bütün alyansa qarşı hücum kimi qiymətləndirilə bilər. Bu baxımdan, yeni üçtərəfli müdafiə sazişi NATO-nun kollektiv müdafiə mexanizmini tamamlayan əlavə təminatdır, yoxsa Türkiyə NATO-nun gələcəkdə onun təhlükəsizlik ehtiyaclarını tam qarşılamaya biləcəyini düşünür? Daha geniş yanaşsaq, bu addım Ankaranın NATO daxilindəki mövqeyini yenidən nəzərdən keçirməsi və uzunmüddətli perspektivdə alyansdan mümkün çıxışa hazırlaşması kimi qiymətləndirilə bilərmi, yoxsa söhbət NATO-dan çıxmaqdan deyil, Türkiyənin müstəqil və çoxşaxəli təhlükəsizlik strategiyasını gücləndirməsindən gedir?

Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər” qəzetinə açıqlamasında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılan Birgə Müdafiə Sazişini şərh edib.

Politoloqun sözlərinə görə, tarix boyu yaradılan hərbi ittifaqların konkret hədəfi olub. Onun fikrincə, ilk dəfədir ki, Məkkədə imzalanan belə bir sazişin heç bir ölkəyə qarşı yönəlmədiyi açıqlanır.

Xaqani Cəfərli hesab edir ki, NATO üzvü olan Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə belə bir ittifaq yaratması ciddi suallar doğurur. O bildirib ki, Pakistanın Hindistan və Əfqanıstanla problemləri, eləcə də ölkə daxilində puştun və bəluç separatizmi ilə bağlı proseslər onun təhlükəsizlik vəziyyətini olduqca mürəkkəbləşdirir.

Politoloqun fikrincə, Pakistanın Səudiyyə Ərəbistanını İranın proksi qüvvələrinə qarşı müdafiə etməsi ölkə daxilində ciddi nəticələrə səbəb ola bilər. Belə bir vəziyyət Pakistanın şiə icmasında silahlı qarşıdurma riskini artırmaqla yanaşı, bəluçların öz müqəddəratını təyin etmək uğrunda hərəkatını da gücləndirə bilər.

Xaqani Cəfərli qeyd edib ki, Pakistanın İran məsələsində ehtiyatlı davranmasının səbəblərindən biri də məhz bu risklərdir. Onun sözlərinə görə, İranın zəifləməsi Pakistandakı bəluç separatizmini gücləndirə bilər və bu, ərazisinin böyük hissəsi bəluçların yaşadığı Pakistan üçün ciddi təhlükə yaradar.

Politoloq hesab edir ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığında iqtisadi amillər də mühüm rol oynayır. Onun fikrincə, Pakistan Ər-Riyadın maliyyə dəstəyindən asılı olduğu üçün Səudiyyə Ərəbistanının tələblərinə tam şəkildə qarşı çıxa bilmir.

Xaqani Cəfərli Türkiyənin də bu ittifaqa qoşulmasını Ankaranın müstəqil və çoxşaxəli təhlükəsizlik strategiyasının nəticəsi kimi qiymətləndirmir. O hesab edir ki, Türkiyənin NATO daxilindəki mövqeyi zəifləsə də, Pakistan və Səudiyyə Ərəbistanı ilə yaradılan ittifaq Ankaranın təhlükəsizliyini gücləndirmək əvəzinə əlavə risklər yarada bilər.

Politoloq bildirib ki, Türkiyə NATO-ya Sovet İttifaqından gələn təhlükə və Moskvanın ərazi iddiaları səbəbindən qoşulmuşdu. NATO üzvlüyü Türkiyəyə ABŞ-ın nüvə çətiri altında təhlükəsizlik təminatı ilə yanaşı, Qərbin sərmayə və texnologiya bazarlarına çıxış imkanı da yaradıb.

Onun sözlərinə görə, çoxsaylı daxili və regional problemlərlə üzləşən Pakistan və Səudiyyə Ərəbistanı ilə hərbi ittifaq Türkiyənin imkanlarını artırmaqdan daha çox, onun üçün yeni geosiyasi rəqiblər yarada bilər.

Xaqani Cəfərli ittifaqın yaradılmasında məzhəb amilinin də rol oynadığını düşünür. O qeyd edib ki, bir sıra təhlilçilərin Məkkədə yaradılan bu formatı “Sünni NATO-su” adlandırması təsadüfi deyil.

Politoloq hesab edir ki, üçtərəfli ittifaqın gələcək fəaliyyətində məzhəb amili özünü açıq şəkildə göstərərsə, bu, Yaxın Şərqdə və daha geniş regionda onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirə bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ