çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

Image


Qulamhüseyn Əlibəyli: “Zelenskinin fikirləri Qərbin strateji niyyətlərinə ünvanlanmış ciddi siyasi xəbərdarlıq kimi oxunmalıdır”

Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın 5 avqust gecəsində Kiyevə genişmiqyaslı ballistik raket hücumlarının qarşısını ala bilməməsinə görə Qərbdəki müttəfiqlərini ittiham edib. Zelenski Rusiyanın hücumlarının qarşısının alına bilməməsinin əsas səbəbini ABŞ da daxil olmaqla tərəfdaşlardan Ukraynaya raket əleyhinə sistemlərin tədarükünün kəskin azalması ilə izah edib.

Zelenski onu da bildirib ki, Qərb Kiyevi daha güzəştə meylli etmək üçün Ukraynanın hava hücumundan müdafiə sistemlərinə raket tədarükünü əhəmiyyətli dərəcədə azaldıb. Onun sözlərinə görə, ABŞ və Avropa bunu rəsmi şəkildə Yaxın Şərqdəki münaqişə ilə izah edir, lakin bunun yeganə səbəb olduğuna dair şübhələr var.

Maraqlıdır, axı niyə? Bəlkə Qərb ucuz Rusiya xammalını almaqdan ötrü Ukraynanı güzəştə çağırır?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Yaxın Şərqdə artan gərginlik, ABŞ-İsrail cütlüyünün İrana qarşı apardığı müharibə doğrudan da hava hücumundan müdafiə sistemlərinə və onların raketlərinə tələbatı yüksəldib: “Müasir raketlərin istehsalı uzun vaxt tələb edir və mövcud ehtiyatlar məhduddur. Bu mənada resursların müxtəlif böhran ocaqları arasında bölüşdürülməsi obyektiv zərurətdən irəli gələ bilər. Bu yaxınlarda “Petriot” sistemlərinin çatışmaması üzündən ABŞ-ın İrana növbəti raket zərbələri endirməsini bir neçə dəfə təxirə salındığı da nəzərə alınmalıdır. Ona görə də Ukraynaya silah tədarükünün azalması qismən bu amillərlə izah oluna bilər. Lakin Zelenskinin bu şübhəsinin təsadüfi olmadığını güman etmək də olar. Belə ki, müasir beynəlxalq siyasətdə silah sadəcə hərbi vasitə deyil, siyasi mesaj rolunu oynaya bilən amil hesab olunur. Hansı ölkəyə nə qədər silah verilməsi, hansı silahın nə vaxt göndərilməsi və ya göndərilməməsi çox vaxt diplomatik təzyiq mexanizminin tərkib hissəsinə çevrilir. Böyük dövlətlər tarix boyu hərbi yardımdan yalnız müttəfiqlərini müdafiə etmək üçün deyil, onların siyasi seçimlərinə təsir göstərmək üçün də istifadə ediblər.

Ümumiyyətlə, beynəlxalq siyasətdə təsadüflər az olur. Xüsusilə də söhbət milyardlarla dollar dəyərində silah proqramlarından gedirsə. Hər raketin, hər sursat partiyasının, hər gecikən tədarükün öz siyasi və diplomatik mənası var. Müharibənin ilk illərində Qərbin mesajı aydın idi: Ukrayna nə qədər döyüşəcəksə, o qədər də dəstək alacaq. İndi isə ritorika tədricən dəyişir. Yardımların tempi əvvəlki kimi deyil, siyasi bəyanatlarda "dayanıqlı sülh", "realist həll", "uzunmüddətli təhlükəsizlik modeli" kimi ifadələr daha çox səslənir ki, bunların da arxasında isə çox vaxt kompromis axtarışı dayanır.

Beş ilə yaxın müddətdə davam edən müharibə artıq Qərb üçün yorucu xarakter almaqdadır. Bu müharibə Avropa ölkələrinin iqtisadiyyatına milyardlarla dollara başa gəlib, Avropada müdafiə xərcləri rekord həddə çatıb. Enerji bazarındakı qeyri-müəyyənlik hələ də tam aradan qalxmayıb, ABŞ-da isə daxili siyasi gündəm xarici siyasət prioritetlərinə getdikcə daha çox təsir göstərir. Müharibənin uzanması artıq təkcə Ukraynanın deyil, onun müttəfiqlərinin də resurslarını tükəndirir. Məhz buna görə bəzi ekspertlər hesab edirlər ki, müharibənin uzanması Qərb iqtisadiyyatları üçün də bahalı yükə çevrilir və uzunmüddətli perspektivdə siyasi dairələrdə Rusiya ilə müəyyən sabit münasibətlərin bərpasına maraq yarana bilər. Bu baxımdan güman etmək olar ki, silah tədarükünün azaldılması ilə kollektiv Qərb artıq Ukraynanın tam qələbəsini deyil, müharibənin idarəolunan şəkildə başa çatmasını prioritet istiqamət hesab edir. Başqa sözlə, hərbi yardımın həcminin azalması ehtiyatların məhdudluğu ilə izah olunsa da Ukrayna üçün siyasi və diplomatik mesaj kimi də qiymətləndirilə bilər. Bu mesajın mahiyyəti sadədir: döyüş meydanında əldə edilə bilməyən nəticələr bəlkə də danışıqlar masasında axtarılmalıdır”.

Q. Əlibəylinin fikrincə, Ukraynaya silah tədarükünün azaldılmasında Rusiyanın ucuz xammal bazarından yararlanmaq kimi iqtisadi motivlərin dayanması ehtimalını da nəzərdən qaçırmaq olmaz: “Məlumdur ki, Rusiya hələ də qlobal iqtisadiyyat üçün əhəmiyyətli xammal təchizatçısıdır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu asılılığı azaltsa da, onu tam aradan qaldırmayıb. Bir çox hallarda Rusiya məhsulları dolayı ticarət marşrutları vasitəsilə yenə də dünya bazarına çıxır. Hazırda Qərbin Ukraynanı məhz Rusiyanın ucuz xammalına yenidən çıxış əldə etmək məqsədilə güzəştə məcbur etmək istədiyini təsdiqləyən açıq faktlar yoxdur. Bu, daha çox geosiyasi ehtimallardan biridir. Dövlətlərin qərarları adətən tək bir səbəblə deyil, təhlükəsizlik, iqtisadiyyat, daxili siyasət, ictimai rəy və strateji risklərin mürəkkəb kombinasiyası ilə formalaşır.

Bu gün əsas məsələ Ukraynaya silah tədarükünün hansı səbəbdən azalmasından daha çox kollektiv Qərbin müharibənin son mərhələsini necə görmək istəməsidir. Əgər məqsəd Ukraynanın qələbəsi olaraq qalırsa, hərbi dəstəyin davamlılığı bunun əsas şərtidir. Əgər məqsəd nəzarət olunan kompromisdirsə, Ukraynanı güzəştə getməyə məcbur etməkdirsə və Rusiyanın ucuz xammal bazarından yararlamaq istəyidirsə hərbi yardımın ritmi və həcmi istər-istəməz siyasi danışıqların alətinə çevriləcək. Təcrübə göstərir ki, böyük dövlətlər müharibələri təkcə silahla deyil, maraqlar balansı ilə də idarə edirlər. Məhz buna görə Zelenskinin söylədiyi fikirlər yalnız raket çatışmazlığından doğan narazılıq kimi deyil, Qərbin strateji niyyətlərinə ünvanlanmış ciddi siyasi xəbərdarlıq kimi də oxunmalıdır”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ