çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

Image


Rusiyada hər kəsə açıq olan məhkəmə sənədləri komandirlərin yaralı əsgərləri qanuni şəkildə tələb olunan tibbi müayinələr olmadan təkrarən döyüşə qaytarmaları ilə bağlı iddiaları ortaya qoyur. Rusiya Federasiyasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununa əsasən, iki yararlılıq kateqoriyası – "yararsız" və "məhdud yararlı" – vaxtından əvvəl tərxis olunmağa əsas verə bilər.

Bu kateqoriyalar həkim-terapevt, cərrah, nevroloq, psixiatr, oftalmoloq, qulaq-burun-boğaz mütəxəssisi, stomatoloq və zərurət yarandıqda digər mütəxəssislərdən ibarət hərbi-tibbi komissiya tərəfindən müəyyən edilməlidir. Tam tibbi komissiya tərəfindən müayinə olunmayan belə şəxslərdən biri kimi Oleq Şikin kəllə sümüyündə qəlpə, üzündə və əlində yanıqlar, sol gözündə, döş qəfəsində, qollarında və qıçlarında yaralarla xəstəxanaya çatdırılıb. Kəllə sümüyünün bir hissəsi cərrahi əməliyyatla götürülməli olub. Şikin cəzaçəkmə müəssisəsindən azad olunması müqabilində müqavilə bağlamışdı. Son dörd il ərzində Rusiyanın Ukrayna ilə müharibəyə görə daha çox əsgər toplamağa çalışması fonunda on minlərlə məhbus eyni seçimi edib. Müalicədən sonra Şikin müharibə dövründə əsgərlərin tərxis olunmasına imkan verən "hərbi xidmətə yararsız" olub-olmadığını müəyyən etmək üçün hərbi-tibbi ekspertizaya yönləndirilib. Tövsiyə olunub ki, bir aylıq xəstəlik məzuniyyətindən sonra o, yenidən müayinə edilsin. Bunun əvəzinə, o, başında titan lövhə ilə cəbhə xəttinə qaytarılıb. Şikin Nijni Novqorod Qarnizon Hərbi Məhkəməsinə müraciət edərək, ona qarşı qanunsuz rəftar edildiyini bildirib. Məhkəmə görünür ki, onunla razılaşıb və komandirinə bu müayinənin təmin olunmasını tapşırıb. Lakin sənədləşmə elə buradaca bitir. İnternetdə Şikin haqqında başqa heç bir məlumat yoxdur – onun yenidən müayinə olunub-olunmadığı, hətta sağ və ya ölü olduğu məlum deyil. Hüquq müdafiəçisi "Vətəndaş, Ordu, Qanun" qrupunun direktoru Sergey Krivenkonun sözlərinə görə, bir çox keçmiş məhkum faktiki olaraq orduda tələyə düşüb və bu da onlardan müharibədə "sarsıdıcı dərəcədə insafsızcasına istifadə olunmasına" şərait yaradır. Məsələn, Cənub Dairə Hərbi Məhkəməsi Rüstəm Fərzəliyevin "sosial əhəmiyyətli xəstəlik" səbəbindən "məhdud yararlı" olmasına baxmayaraq, məhkumluğunun onun ordudan tərxis olunmasına mane olduğuna dair qərar çıxarıb. Keçmiş məhkum Vitali Kamenyuk isə öz ilkin xəsarət arayışında "ağır xəsarət" qeyd olunmasına baxmayaraq, daha rəsmi müayinədən imtina edildiyindən və yalnız bir nevroloqun rəyi əsasında xidmətə yararlı elan olunduğundan şikayətlənib. Barmaqlarını itirmiş, yaxud İnsanın İmmunçatışmazlığı Virusu (İİV), vərəm, xərçəng və ya psixi xəstəlik kimi halları olan sıravi könüllülər "məhdud yararlı" kimi tərxis olunublar. Lakin tibbi müayinələrdən narazı olanlar təkcə keçmiş məhkumlar deyil. 2022-ci ildə yüz minlərlə ehtiyatda olan hərbçi xidmətə çağırılarkən, Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi hissələrə gəldikləri zaman "yoluxucu xəstəlikləri, habelə səfərbərliyə mane olan xəsarət və xəstəlikləri istisna etmək məqsədilə" onların tibbi müayinədən keçirilməsini tələb edən müharibə dövrü təlimatı dərc etmişdi. Yalnız bu müayinə zamanı "yararsızlıq" aşkar edilərdisə, onlar tam tibbi komissiya tərəfindən müayinə olunmalı idilər. Məhkəmə sənədlərində ehtiyatda olan hərbçi Dmitri Yelkin bildirir ki, onun xidmətə yararlı olduğu yalnız 11 il əvvəlki tibbi sənədlərinə əsasən müəyyən edilib –hazırkı sağlamlıq vəziyyəti lazımi qaydada qiymətləndirilməyib.

2023-cü ilin iyun ayında həmin dövrdə müdafiə nazirinin müavini olan Timur İvanov tərəfindən imzalanmış digər bir təlimatda qeyd olunurdu ki, xəstəxanadan buraxılan və ya xəstəlik məzuniyyətindən qayıdan əsgərlərin yararlı, yararsız və ya məhdud yararlı olmasını tam tibbi komissiya deyil, hərbi hissənin növbətçi həkimi və ya hətta feldşeri qiymətləndirəcək. Bu gün məhkumlar, tələbələr arasında, o cümlədən xaricdə aparılan işə qəbul kampaniyalarına və təklif olunan yüksək əməkhaqqına baxmayaraq, bir neçə müstəqil Rusiya nəşri xidmətə qoşulmaq istəyənlərin sayının azaldığını bildirir. Həmçinin döyüş meydanında həlak olanların və yaralananların sayı artmaqda davam edir. BBC münaqişə zamanı həlak olmuş 233 200 əsgərin şəxsiyyətini müəyyənləşdirib və adlarını açıqlayıb. 2026-cı ilin may ayında isə Böyük Britaniyanın kəşfiyyat agentliyinin - Hökumət Rabitə Mərkəzinin rəhbəri bildirib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlamasından bəri ümumilikdə 500 000-ə yaxın rusiyalı əsgər həlak olub. İndi yaralı əsgərlərin hüquqi müraciətlərinin artması fonunda Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz müharibə dövrü təlimatlarını daimi qanuna çevirməyi təklif edib. Çağırışçılara, müqaviləli əsgərlərə və səfərbər olunmuş heyətə kömək edən "Vicdana Çağırış" koalisiyasının hüquqşünası bildirir: "Əslində onlar hərbi-tibbi komissiyanı sadə tibbi müayinə ilə əvəz etmək istəyirlər". Bu isə Rusiyanın öz ordusunu uzunmüddətli dövr üçün komplektləşdirməyə çalışdığını göstərir. Adının açıqlanmaması şərtilə BBC-yə danışan hüquqşünas qeyd edir: "Bu o deməkdir ki, onlar artıq müvəqqəti tədbirlər kimi nəzərdən keçirilmir. Onlar daha uzun illər bu şəkildə döyüşməyə hazırlaşırlar".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ