Bazar günü günü, 22 noyabr 2026
     

Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

Image


Ermənistan və ABŞ hakimiyyəti "Tramp Yolu" layihəsini həyata keçirməyə davam edir. İyulun ortalarında Vaşinqton marşrutun inkişafına maliyyə yatırımını ikiqat artırıb və indi irəliləyişlərə nəzarət etmək üçün İrəvana diplomat göndərib. Bu arada, Azərbaycan marşrutun əhəmiyyətli bir hissəsinin tikintisini artıq başa çatdırdığını bəyan edir və Ermənistanın da eyni şeyi etməsini gözləyir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun ilə görüşüb. Tərəflər Cənubi Qafqazın inkişaf potensialını tam şəkildə açmaq üçün Ermənistan və Azərbaycan arasında sülhün vacibliyini vurğulayıblar. Həmçinin süni intellekt sahəsində əməkdaşlıq və “Firebird” süni intellekt meqalayihəsinin birinci mərhələsi çərçivəsində hazırda tikilməkdə olan məlumat emalı mərkəzi olan “AB Factory”nin istifadəyə verilməsi məsələlərini müzakirə ediblər. Mirzoyan və Laytstoun ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını və proqramlarını, eləcə də Ermənistanın iqtisadi və enerji dayanıqlığının gücləndirilməsini müzakirə ediblər. Görüşdə regional əlaqələrin inkişaf etdirilməsi və bu sahədə mövcud rəqabət üstünlüklərindən istifadə edilməsi məsələləri də ətraflı müzakirə edilib. TRIPP proqramının həyata keçirilməsi üzrə işlər də nəzərdən keçirilib.

Qeyd edək ki, Trans-Xəzər Sahibkarlıq Fondunun (TRIPP+Enterprise) rəhbəri Konstantin Sokolov iclasda iştirak edib. Daha əvvəl ABŞ hökumətinin bu təşkilata investisiyasını ikiqat artırdığı açıqlanmışdı. Yanvar ayının sonunda Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu təşkilata 2036-cı ilin sonuna qədər "Tramp Yolu"nun inkişafına xərclənəcək 201 milyon dollar ayırıb. İndi isə Vaşinqton bu məbləği 402 milyon dollara çatdırmaq qərarına gəlib.

Xatırladaq ki, "Tramp Yolu" ilə əlaqəli iki şirkət 2026-cı ilin əvvəlində yaradılıb. Birincisi, “TRIPP Development” adlanır və marşrutun infrastrukturunun inkişafına cavabdehdir. Təşkilatın səhmlərinin 26%-i Ermənistana, 74%-i isə ABŞ-a məxsusdur. “TRIPP Development” ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının himayəsi altında fəaliyyət göstərir. İkinci şirkət, “TRIPP+Enterprise”, infrastruktur layihəsini hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulub. Fond ayrıca investisiya qurumu kimi fəaliyyət göstərir. Ona rəhbərlik edən Sokolov 1975-ci ildə Sankt-Peterburqda anadan olub, lakin SSRİ-nin dağılmasından sonra ABŞ-a köçüb. O, Ermənistanın telekommunikasiya operatoru “Viva Armenia”nın əsas səhmdarıdır, “Northern Pillar” və “Pelagos Data Centers” enerji konsorsiumuna rəhbərlik edir, “IJS Investments” və “Gotthard Investment AG” investisiya şirkətlərini təsis edib. Sokolov həmçinin Respublikaçılar Partiyasının əsas donorlarından biri kimi tanınır. Donald Trampın ikinci prezidentlik müddəti ərzində o, respublikaçılara ən azı 12 milyon dollar ianə edib.

Ermənistanda "Tramp Yolu"nun tikintisinə hələ başlanmayıb. Baş nazir Nikol Paşinyan hökumətinin 2026-cı ilin birinci yarısında təməl işləri üçün sənədləri hazırlayacağını və ikinci yarısında tikintiyə başlayacağını vəd etmişdi. Lakin Azərbaycan hakimiyyəti layihə çərçivəsində öhdəliklərinin əhəmiyyətli bir hissəsini artıq yerinə yetirdiklərini bəyan edir. Xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Bakı indi İrəvanın da eyni şeyi etməsini gözləyir. O bildirib ki, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin bir hissəsi olaraq nəqliyyat əlaqələrinin bərpasına böyük diqqət yetirilir və TRIPP bu prosesin əsas elementidir: "Bu layihələr təkcə Azərbaycan və Naxçıvan arasında əlaqəni təmin etməklə yanaşı, həm də Azərbaycan, Ermənistan və bütün region üçün yeni iqtisadi imkanlar yaradacaq". TASS-a verdiyi müsahibədə Bayramov həmçinin Bakının İrəvana tədarük etdiyi malların çeşidini genişləndirə biləcəyi ehtimalını da istisna etməyib. O qeyd edib ki, bir ildən az müddətdə Azərbaycan vasitəsilə Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıb. Bundan əlavə, diplomat Azərbaycanın Ermənistana satdığı neft məhsullarının həcminin təxminən 20 min ton təşkil etdiyini də açıqlayıb.

Öz növbəsində, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Zəngəzur dəhlizinin açılışının Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat imkanları yaradacağını bildirib. O əlavə edib ki, Bakı nəqliyyat infrastrukturunun tikintisini, demək olar ki, başa çatdırıb. Bakıdan Zəngilana və Ermənistan sərhədinə gedən yol və dəmir yolu xətti tikintinin son mərhələsindədir. Bundan əlavə, Naxçıvandakı dəmir yolu xətti bərpa edilib. Eyni zamanda, Hikmət Hacıyev xatırladıb ki, Türkiyə Qars və İğdır arasında yeni dəmir yolu xətti çəkir və bu, regionun yeni nəqliyyat şəbəkəsinin bir hissəsi olacaq: "Zəngəzur dəhlizi açılsa, İstanbuldan Bakıya avtomobil və ya qatarla getmək mümkün olacaq. Bu, uzaq perspektiv deyil. İntensiv diplomatik işlər və infrastruktur tikintisi davam edir". Dəhliz ilk növbədə Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə nəqliyyat əlaqəsini təmin edəcək və bunun da mühüm geosiyasi əhəmiyyəti var. Naxçıvan uzun illərin blokadasından çıxaraq nəinki Azərbaycana, eləcə də dünya iqtisadiyyatına inteqrasiya olunmaq imkanı qazanacaq. Azərbaycanın iqtisadi imkanları öz ərazisində nəzərdə tutulan işləri yekunlaşdırmaq imkanı verir. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsünün inşası yekunlaşmaq üzrədir. Bu istiqamətdə həyata keçirilən işlərin 95 faizi tamamlanıb. Zəngəzur dəhlizi həm Azərbaycan və qonşu dövlətlər, həm də daha böyük coğrafiya üçün strateji layihə hesab edilir. Bu yol tranzit marşrutu qısaltmaqla şərqdən qərbə yükdaşıma xərclərini azaldacaq. Amma Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Miqran Şahzadeyan iddia edir ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan təkcə İranla əlaqələrindən məhrum olmaq təhlükəsi ilə üzləşməyəcək. Onun fikrincə, ölkə eyni zamanda, demək olar ki, Rusiyadan da təcrid oluna və İran hərbçilərinin potensial hədəfinə çevrilə bilər. Şahzadeyan qeyd edib ki, tərəflər öz istəklərinə uyğun hərəkət edə və layihəyə istənilən dəyişiklikləri daxil edə bilərlər. Bu isə Ermənistan tərəfi üçün potensial risklər yaradır. Ekspertin fikrincə, Ermənistan nümayəndələri təzyiq altında və ya müəyyən şəraitin təsiri ilə ölkənin maraqlarına uyğun olmayan razılaşmaları imzalamaq məcburiyyətində qala bilərlər: “Bunu anlamaq lazımdır. Azərbaycanda bu marşrutu artıq Zəngəzur dəhlizi, Türkiyədə isə Turan dəhlizi adlandırırlar”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ