Bazar günü günü, 22 noyabr 2026
     

İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

Image


Xaqani Cəfərli: “Rusiya Cənubi Qafqazı tərk edir və bu, İranın siyasətinə sarsıdıcı zərbə vurur”

Erməni politoloq Ara Poqosyan hesab edir ki, İran Ermənistanı regionda əsas logistika tərəfdaşlarından birinə çevirmək niyyətindədir və Ermənistan-İran nəqliyyat dəhlizi TRIPP layihəsinə alternativ rol oynaya bilər.

Onun sözlərinə görə, İran Ermənistanla olan sərhədini özünün ən təhlükəsiz şimal sərhədi hesab edir. Buna görə də Tehran-İrəvan münasibətlərinin, xüsusilə logistika və tranzit sahəsində əməkdaşlığın daha da dərinləşməsi gözlənilir.

Poqosyan bildirir ki, İran regionda geosiyasi şəraitin dəyişməsi fonunda daha aktiv xarici siyasət yürüdür və Ermənistan üzərindən Fars körfəzi–Qara dəniz marşrutunun inkişafına maraq göstərir. Ekspertin fikrincə, bu layihə həm İranın logistika imkanlarını genişləndirə, həm də Ermənistanın regional tranzit ölkə kimi rolunu gücləndirə bilər.

O, həmçinin qeyd edir ki, Tehran əvvəllər Hindistanın iştirakı ilə Çabahar limanı üzərindən Ermənistan vasitəsilə Qara dənizə çıxışı nəzərdə tutan layihəni dəstəkləyib. Hazırda Hindistanın rolunun qeyri-müəyyənləşməsi fonunda bu layihəyə gələcəkdə Çinin qoşulması ehtimalı da istisna edilmir.

İran rəsmiləri və ekspertləri Ermənistanla sərhədi ölkənin ən təhlükəsiz şimal sərhədi kimi təqdim edirlər. Halbuki, Azərbaycan heç vaxt İrana qarşı hərbi təhdid və ya təcavüz siyasəti yürütməyib, əksinə, münasibətlərdə yaranan gərginliklərə əsasən diplomatik yollarla cavab verib. Belə olan halda, Tehran nəyə əsasən Ermənistan sərhədini Azərbaycandan daha təhlükəsiz hesab edir? Bu yanaşmanın arxasında real təhlükəsizlik narahatlıqları dayanır, yoxsa geosiyasi və siyasi motivlər üstünlük təşkil edir?

Generalların qiyamı - Xaqani Cəfərlinin siyasi şərhi

Politoloq Xaqani Cəfərli hesab edir ki, İranın son dövrlər Ermənistanla münasibətləri xüsusi olaraq ön plana çıxarması təsadüfi deyil və bu, Tehranın uzun illər formalaşdırdığı Cənubi Qafqaz siyasətindən qaynaqlanır. Onun fikrincə, İranın regional strategiyası mahiyyət etibarilə Rusiyanın Cənubi Qafqaz siyasəti ilə uzlaşır və uzun illər Moskvanın geosiyasi maraqlarına uyğun şəkildə formalaşıb.

Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Tehran Cənubi Qafqazı tarixi olaraq Rusiyanın təsir dairəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, nə 1917-ci ildə Rusiya İmperiyasının süqutu, nə də 1991-ci ildə Sovet İttifaqının dağılması İranın bu yanaşmasını dəyişib. Politoloq hesab edir ki, İran rəhbərliyi həmişə Moskvanın bölgəyə yenidən tam şəkildə qayıdacağına və əvvəlki nüfuzunu bərpa edəcəyinə inanıb.

Ekspertin fikrincə, Tehranda yaxşı anlayırlar ki, Rusiyanın Cənubi Qafqaz siyasətinin əsas dayaqlarından biri Ermənistan və erməni amilidir. Məhz buna görə İran da Ermənistanla münasibətləri xüsusi əhəmiyyət daşıyan strateji istiqamət kimi təqdim edir və İrəvanın regionda zəifləməsini öz maraqlarına uyğun hesab etmir.

Xaqani Cəfərli bildirib ki, İranın bu siyasətində Azərbaycanın son illərdə artan iqtisadi, hərbi və siyasi gücü də mühüm rol oynayır. Onun qənaətincə, Tehran Azərbaycanın regional çəkisinin daha da artmasını öz milli təhlükəsizliyi baxımından ciddi risk kimi qiymətləndirir və bu səbəbdən Ermənistanın balanslaşdırıcı rolunu qorumağa çalışır.

Politoloq hesab edir ki, İran daxilində etnik və siyasi kimlik məsələləri də bu siyasətin mühüm elementlərindən biridir. Onun fikrincə, Tehran hesab edir ki, ölkə üçün əsas təhlükə ayrı-ayrı etnik hərəkatlardan deyil, Güney Azərbaycanda azərbaycanlı siyasi kimliyinin güclənməsindən qaynaqlana bilər. Bu səbəbdən də İran rəhbərliyi Azərbaycan Respublikasının regional nüfuzunun və cəlbediciliyinin artmasını öz maraqlarına uyğun hesab etmir.

Ekspert qeyd edib ki, Prezident Məsud Pezeşkianın türk etnik kimliyini vurğulayan çıxışları İranın daxili siyasətinə ciddi təsir göstərməyib. Onun fikrincə, əsas məsələ etnik mənsubiyyət deyil, siyasi kimlik məsələsidir. Xaqani Cəfərli hesab edir ki, İranın siyasi elitasında təmsil olunan azərbaycanlıların iranlı siyasi kimliyi əvəzinə azərbaycanlı siyasi kimliyini ön plana çıxarması ölkənin siyasi gələcəyi baxımından tamamilə fərqli nəticələr doğura bilər.

Politoloqun qənaətincə, İranın Cənubi Qafqaz strategiyası təkbaşına uğur qazanacaq potensiala malik deyil və bu siyasət uzun illər Rusiyanın bölgədəki mövcudluğuna söykənib. O bildirib ki, Moskvanın regiondakı təsir imkanlarının zəifləməsi və Cənubi Qafqazdan tədricən geri çəkilməsi İranın geosiyasi planlarına ciddi zərbə vurur.

Xaqani Cəfərli sonda vurğulayıb ki, regionun gələcək siyasi mənzərəsinin formalaşmasında əsas amillərdən biri Azərbaycanın atacağı addımlar olacaq. Onun fikrincə, Azərbaycanın milli maraqlara söykənən düzgün strateji seçimləri həm Moskvanın, həm də Tehranın Cənubi Qafqazla bağlı uzunmüddətli geosiyasi planlarını nəticəsiz qoya bilər.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ