Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli formatı həm də bəzi gələcək risqlərə qarşı əla gedişdir...

Image


Azərbaycan prezidenti İlham Əliyev tarixi İpək Yolunun üstündə növbəti üçtərəfli əməkdaşlıq formatının yaradılması prosesində aparıcı rol oynadı. Azərbaycan, Türkmənistan və Özbəkistan prezidentlərinin Türkmənbaşı görüşündə əməkdaşlığın yeni istiqamətlərini əks etdirən yol xəritəsinin ilk konturları çəkildi. Bundan öncə Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Qazaxıstan-Özbəkistan formatlarında əməkdaşlıq modellərinin formalaşdırılması yönümündə addımlar atılmışdı. Artıq bu formatlar uğurla işləyir.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

İlk növbədə bu yeni formatı türk dövlətlərinin inteqrasiya prosesinin uğurlu təzahürlərindən biri kimi dəyərləndirmək lazımdır.

Digər tərəfdən, 3 ölkə Çindən Avropayadək uzun bir əməkdaşlıq xətti boyunca çox mühüm tranzit üçbucaq məntəqə yaradırlar. Çinin və Avropanın bu 3 ölkəyə ehtiyacları zaman-zaman artacaq ki, bu da hər 3 ölkəyə əlavə dividentlər gətirəcək.

Maraqlıdır ki, bu 3 ölkə İpək Yolu boyunca həm də bir-biriləri üçün tranzit körpü rolu oynaya biləcəklər. Özbəkistan Azərbaycan və Türkmənistan üçün Çinə, Azərbaycan isə Türkmənistan və Özbəkistan üçün Avropaya çıxış qapısıdır. Bir vaxtlar Türkmənistan öz qazını Rusiya üzərindən Avropaya çıxardığı dövrlərdə Azərbaycanın tranzit-nəqliyyat və logistika imkanları onun üçün çox da cəlbedici deyildi. Doğrudur, Rusiya Türkmənistan qazının hər min kubuna cəmi 159 dollar verərək Avropaya 500 dollara satırdı. Türkmənlər bu vəhşi biznesin nə qədər ədalətsiz olduğunu başa düşsələr də, başqa çarələri yox idi. Dünyada Qatardan, İrandan və Rusiyadan sonra 4-cü ən böyük qaz ehtiyatına malik bir ölkə olaraq Türkmənistan illik hasil etdiyi 90-100 milyard kub metr qazı başqa hara, kimə sata bilərdi?! Beləcə, illər boyu Rusiya Türkmənistan qazını su qiymətinə sadəcə qamarladı. Ukrayna müharibəsi başlayandan sonra Avropa ölkələri rus qazından imtina etdilər və bu dəfə Rusiya Türkmənistan qazının üzərində öz talançı biznesini dayandırmaq zorunda qaldı. Lakin türkmənlər qazlarını kiməsə satmalıdırlar axı... Burada Azərbaycan prezidentinin illər öncə yaratdığı enerji marşrutları köməyə gələ bilər. Əvvəlcə türkmən qazının İran üzərindən Azərbaycana svop edilməsi üçün 2021-ci ilin dekabrında imzalanmış sazişin imkanları önə çıxdı... İlk mərhələdə ildə 2 milyard kuba yaxın tütkmən qazı İran üzərindən Azərbaycana svop üsulu ilə nəql edilsə də, bu o qədər də böyük həcm deyildi və əsas məqsəd Azərbaycan üzərindən türkmən qazının Avropaya yeni nəql marşrutunu test etmək idi. Sonradan bu marşrut İranla Türkmənistan arasında müəyyən tarif qalmaqalları üzündən dayansa da, bu marşrut hələ də potensial şans olaraq qalır. Əgər Xəzərin dibi ilə Beynəlxalq Transxəzər qaz boru kəmərinin çəkilişi uzun çəkən problemə çevrilsə, türkmən qazının Avropaya nəqli İran və Azərbaycan üzərindən svop qaydasında həyata keçirilə bilər. Türkmənistan artıq 3 ilə yaxındır ki, Avropanın qaz bazarına müstəqil oyunçu kimi daxil olmaqda Azərbaycanın nə qədər önəmli tranzit ola biləcəyinin fərqinə varmağa başlayıb. Hələ 2023- cü ilin sonlarında Berlində Almaniya-Türkmənistan enerji zirvəsinin keçirilməsi bunu bir daha sübut etdi. Demək, Türkmənistan öz qazını Avropa bazarlarına çıxarmaq üzərində çox ciddi işləməyə başlayıb ki, bu yöndə Azərbaycan prezidentinin daha öncələrdən yaratdığı enerji infrastrukturlarına güvənli elementlər kimi baxır. Türkmənistan öz qazını Azərbaycanın üzərindən Türkiyəyə, oradan Avropaya nəql etmək imkanları qazanır.

Bu gün Türkmənistan öz qazının illik 40 milyard kuba qədər hissəsini Özbəkistan və Qazaxıstan üzərindən Çinə nəql etsə də, onun əlavə satış bazarlarına ehtiyacı hələ böyük olaraq qalır.

Məlumdur ki, Türkmənistan öz qazını həm də TAPİ xətti ilə Əfqanıstan, Pakistan və Hindistana nəql etmək üzərində ciddi çalışır. Kim bilir, bəlkə bir zamanlar Azərbaycanın özü də Əfqanıstandan Hindistana və Çinə kimi qaz ixrac etmək marağında və ya məcburiyyətində qala bilər. Bu variantda Türkmənistan Azərbaycan qazının nəqli üçün əla tranzit məntəqəyə çevriləcək.

İstisna etməyək ki, bu gün Avropa rus qazından imtina etdiyi kimi, nə vaxtsa Azərbaycan qazını da Azərbaycanın özünə qarşı təzyiq silahına çevirməyə çalışa bilər. O zaman Türkmənistan üzərindən Azərbaycan qazının Çinə və Hindistana ixracı vəziyyətdən əla çıxış yoluna çevrilə bilər.

Beləliklə, İlham Əliyevin bu gün Türkmənbaşı şəhərində "yeni üçtərəfli əməkdaşlıq formatının formalaşdırılması üçün tapşırıqlar verdik" bəyanatı bu günkü real imkanlarla bərabər çox uzaq perspektivlərdə yarana biləcək risqlərin qarşısına çıxarılmış çox ağıllı gediş kimi də xarakterizə oluna bilər.

Rusiyanın hələ çoxdan bəri Türkmənistanı Rusiya-Qazaxıstan-Özbəkistan qaz üçlüyünə qoşmaq səylərinə soyuq yanaşan Türkmənistan bu gün məhz Azərbaycan prezidentinin kombinasiyaları sayəsində Avropa bazarlarına bağlanmaq imkanını daha da gücləndirir. 2023-cü ilin dekabrında birgə Türkmənistan-AB komissiyasının Brüsseldə iclası bir daha təsdiqlədi ki, Avopa Transxəzər kəmərinə türkmən qazını Avropaya çıxaracaq prioritet layihə kimi baxır.

Beləliklə, Türkmənbaşıda yaradılmış Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli formatı Avrasiyanın enerji xəritəsini dəyişəcək strateji layihə kimi də nəzərdən keçirilə bilər.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ