Cümə axşamı günü, 01 oktyabr 2026
     

Rusiyada azərbaycanlıların diaspor quruculuğu heç bir ölkədə olmayan problemlərdən keçir...

Image


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan azərbaycanlılarla, diaspor və lobbi təşkilatları ilə əlaqələr qurulmağa başladı. Bu prosesə, xüsusilə mərhum prezident Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə start verildi.

Dünyanın müxtəlif ölkələrində, o cümlədən də Rusiyada Azərbaycan diasor təşkilatları fəaliyyət göstərib. Əvvəlki dövrlərdə Azərbaycan diasporunun fəaliyyətinə heç bir maneə olmasa da, son dövrlər diasporumuz çox ağır problemlərlə üzləşib. Rusiyanın yürütdüyü antiazərbaycan siyasəti nəticəsində bu ölkə ilə Azərbaycan dövləti arasında münasibətlər kəskinləşib. Bu gün Rusiyada Azərbaycana, azərbaycanlılara qarşı xoşagəlməz münasibətlər fonunda diasporumuz da ciddi çətinliklər içindədir. Mətbuatda gedən məlumatlara diqqət yetirsək, Rusiyadakı antiazərbaycan qüvvələrinin çıxışlarına diqqət kəsilsək görərik ki, Rusiya dövlətinin əsas hədəfi diasporumuzu iflic vəziyyətə salmaqdır. Bilirik ki, Yekaterinburqda baş verən faciə zamanı diasporumuzun aktivliyi Rusiya dövlətinin acığına gəlib və bundan sonra diaspor təşkilatlarımıza və onların rəhbərlərinə basqılar artıb. Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və onun oğluna qarşı Rusiyanın əlaqədar qurumlarının həyata keçirdiyi “cəza tədbirləri”, onların həbsi, eyni zamanda digər diaspor lideri Elşən İbrahimovun Rusiyadan deportasiya edilməsi çox ciddi mətləblərdən xəbər verir. Bu gün Rusiyadakı diasporumuzun fəaliyyətinin tamamilə dayandırılması üçün Rusiya qurumları əllərindən gələni edir.

Yeri gəlmişkən, bir müddət əvvəl Rusiyadan deportasiya edilən E.İbrahimov bildirib ki, Moskva vilayətindəki Azərbaycan diasporu dağılacaq, çünki indiki şəraitdə heç kim orada işləmək istəmir: “Bu, milli təhlükəsizliyə təhdiddir. Diaspora çox güman ki, dağılacaq, çünki indiki vəziyyətdə heç kim işləmək istəmir”-deyə o, mətbuata açıqlamasında bildirib.

Rusiyada ağır təqib altında yaşayan Azərbaycan diasporunun yeni şəraitdə təşkilatlanma problemləri aktualdır. Bizim Rusiyadakı diasporumuzun yenidən təşkilatlanması prosesi necə başlamalıdır? Rusiya diasporunun bugunu aydındı, bəs gələcəyini necə görmək olar?

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, diaspor hər bir müstəqil dövlətin xarici ölkələrdə imicini artıran, onun problemlərinin həllinə dəstək verən qurumlardır, Azərbaycan xalqı da vətənpərvər xalq olduğuna görə başqa ölkələrdə yaşayan azərbaycanlılar Vətənə bağlıdırlar: “Vətənə bağlı olduqları üçün də bu cür qurumlar yaradırlar. Mən xarici ölkələrdə - İsveçdə, Almaniyada və digər səfərlərdə olarkən Azərbaycan diasporunun fəaliyyətini görmüşəm, tanış olmuşam. Qərb ölkələrində Azərbaycan diasporu əsasən qardaş Türkiyə diasporu ilə əməkdaşlıq edir, hətta tədbirlərini də bir yerdə keçirirdilər.

Qaldı Rusiyadakı Azərbaycan diasporuna, burda vəziyyət başqadır. Çünki qanunlar işləməyən, avtoritar, totalitar rejimlərdə başqa ölkələrin diasporunun işləməsi çox çətindir, bir çox hallarda müşküldür. Həmin ölkələr o dövlətə münasibət yaxşı olduğu vaxtlarda diaspor təşkilatlarına dəyib-toxunmurlar, fəaliyyətinə şərait yaradırlar, maneçilik törətmirlər. Münasibətlər pisləşəndə isə diasporların nümayəndələrinə qarşı saxta ittihamlar irəli sürülür, təzyiq siyasəti yeridilir. İndiki dövrdə Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasət həm də diaspora təzyiqlərlə özünü göstərir. Yekaterinburqdakı hadisə, ordakı diaspor rəhbərinin şərlənərək həbsi və sair bunun göstəricisidir. Mənə belə gəlir ki, yaxın gələcəkdə Rusiyada rejim dəyişərsə, qanunlara söykənən bir hakimiyyət qurularsa orada olan Azərbaycan diasporunun da, digər ölkələrin də diasporunun fəaliyyətində çox müsbət irəliləyişlər ola bilər.

Baxmayaraq ki, təzyiqlər, təqiblər, saxta ittihamlar var, bu ağır şəraitdə fəaliyyət göstərən bizim diaspor təşkilatlarımızın fəaliyyətini təqdir etmək, onlara ruh vermək lazımdır. Onlara lazım gəldikcə səfirlik vasitəsilə də dəstəyi əsirgəməməliyik. Çünki diaspor elə bir qurumdur ki, onun fəaliyyəti vacibdir. O diaspor qurumlarının rəhbərləri və təmsilçiləri orda yaşayır, fəaliyyət göstərirlər, hətta bir çoxları Rusiya vətəndaşıdır, onların orda iş yerləri var. Gələcəkdə onların işdən çıxarılmasının, hüquqlarının tapdanmasının qarşısının alınması üçün biz beynəlxalq qurumlarla və səfirlik vasitəsilə diplomatik səylərimizi artırmalıyıq”.

Rusiyadakı diaspor təşkilatlarımıza qarşı qanunsuz hərəkətlərin əsas səbəblərinin birinin Rusiya-Ukrayna müharibəsi olduğunu deyən M.Zülfüqarlı qeyd etdi ki, Rusiyanın canlı qüvvəsi tükəndiyindən, Şimali Koreyadan muzdlu əsgərlər gətirməklə yanaşı, başqa ölkələrdən, qonşu dövlətlərdən gəlib orda yaşayıb işləyən insanları da bu müharibəyə cəlb etmək istəyir. “Yəni bu təzyiqlərin kökündə olan səbəblərdən biri budur ki, Rusiya orda yaşayan azərbaycanlıları da bu çirkin müharibəyə cəlb etmək və öz çirkin, məkrli niyyətlərinə qurban vermək istəyir. Əlbəttə, buna qarşı bizim diasporumuz mübarizə aparır. ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinton görüşündə aparıdıqları söhbətin, gəldikləri razılaşmanın əsas səbəbi müharibəyə son qoymaqdır. Əgər yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoyularsa artıq bu qorxunun, yəni azərbaycanlıların rus ordusuna cəlb edilməsi, müharibədə ölümə göndərilməsinin də qarşısı alınar. Bu, münasibətlərin normallaşmasında, diasporun fəaliyyətində öz təsirini göstərir.

Hələ bütün hallarda müharibə bütün sahələrə təsir etdiyi kimi, diasporun da fəaliyyətini iflic edir. Bütün bu hadisələrin baş verməsinin, münasibətlərin korlanmasının günahını biz Ukrayna-Rusiya müharibəsində görməliyik. Müharibə qurtararsa, digər sahələrdə olduğu kimi diasporun da fəaliyyətində normallaşmanı görə bilərik. Özü də bu tək Azərbaycana qarşı deyil, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər ölkələrin diasporuna da Rusiyada mənfi münasibət var”.

M.Zülfüqarlı hesab edir ki, Rusiyadakı Azərbaycan diasporunun qarşılaşdığı bu ağır vəziyyət keçib gedəcək, bu daimi hökm sürməyəcək, yaxın gələcəkdə münasibətlərin normallaşmasının şahidi olacağıq. “Azərbaycan diasporu öz fəaliyyətini normal şəkildə bərpa edəcək”-deyə professor Zülfüqarlı bildirdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ