Cümə axşamı günü, 13 avqust 2026
     

İsrail-Fransa münasibətləri düşmənçilik həddinə çatdı - Makronla Netanyahu atışdılar...

Image


Samir Hümbətov: “...İsraillə Fransa arasında münasibətlər qırılma nöqtəsinə qədər gəlib çata bilər”

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu, beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa çağırmaqla, Fransada antisemitizmin alovlanmasına səbəb olmaqda ittiham edib.

Bu barədə o, rəsmi məktubunda bildirib. Məktub AFP-yə təqdim olunub. Fransa isə bu ittihamlara sərt cavab verib: "Fransa antisemitizmlə mübarizədə heç kimdən dərs almağa ehtiyac duymur".

“Sizi zəifliyi fəaliyyətlə, sakitləşdirməni isə iradə ilə əvəz etməyə çağırıram. Bunu açıq şəkildə müəyyən olunmuş tarixədək – yəhudi yeni ili, 23 sentyabr 2025-dək etməyinizi istəyirəm”, - deyə Netanyahu Makrona yazdığı məktubda qeyd edib.

O, Fransada antisemitizmin artmasından və Fransa hökumətinin qərarlı tədbirlər görməməsindən dərin narahatlıq keçirdiyini bildirib. Netanyahu qeyd edir ki, Makronun İsrailə qarşı tənqidi çıxışları və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi Fransadakı antisemit əhvali-ruhiyyəni daha da alovlandırıb.

Netanyahu məktubda bildirir ki, Fransa şəhərlərində yəhudilərə qarşı qorxu, vandalizm və zorakılıq kampaniyası başladılıb.

O, son aylarda Fransada baş verən bir neçə hadisəni - El Al aviaşirkətinin Parisdəki ofisinin dağıdılması, Livry-Gargan şəhərində bir yəhudinin hücuma, eləcə də bir neçə ravvinin Paris küçələrində fiziki zorakılığa məruz qalması kimi hadisələri nümunə göstərib. Netanyahu bu hadisələri izolyasiya olunmuş yox, ümumi bir bəlanın əlaməti adlandırıb.

Məktubda Makronun Fələstin dövlətinə dəstəyinin antisemitizm odunu alovlandırdığı və Fransadakı yəhudilərə qarşı nifrəti təşviq etdiyi bildirilir.

Netanyahu məktubunda ABŞ Prezidenti Donald Trampı da nümunə kimi göstərərək, onun Amerikadakı yəhudiləri qorumaq və antisemit cinayətlərə qarşı mübarizə aparmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.

Fransa isə “iddialar yersiz və alçaldıcıdır”- deyə dərhal rəsmi cavab verib. “Antisemitizm Avropa cəmiyyətlərini zəhərləyən ciddi problemdir. Lakin bu məsələ siyasi məqsədlər üçün alətə çevrilməməlidir. Fransa hər zaman bu sahədə qətiyyətlə və prinsipial şəkildə hərəkət edib”, - deyə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad bildirib.

Yelisey Sarayı isə Netanyahu tərəfindən irəli sürülən ittihamları "səhv, qəbuledilməz və təhqiramiz" adlandırıb. “Fransa Respublikası öz yəhudi vətəndaşlarını hər zaman qoruyub və qorumağa davam edəcək. Hazırkı dövr ciddi və məsuliyyətli yanaşma tələb edir, manipulyasiya və yalan ittihamlar yox”, - deyə Yelisey Sarayı cavabında deyib.

Qeyd edək ki, Fransa 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı Fələstin dövlətini rəsmi tanıyacağını elan edib. Netanyahu bu qərarı terrorun mükafatlandırılması kimi dəyərləndirib. ABŞ bu addımı təhlükəli və məsuliyyətsiz adlandıraraq rədd edib.

İsrail-Fransa münasibətlərində bu gərginliyin sonu nə ilə bitə bilər?

“İki dövlət arasında diplomatik əlaqələrin kəsilməsi vəziyyəti yarana...”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, Fransa-İsrail qarşıdurması get-gedə daha da dərinləşəcək: “Düşünürəm, gərginlik daha da artacaq. Fransa Fələstini müstəqil dövlət kimi tanıyacaqsa, avtomatik olaraq bu gərginliyin daha da şiddətlənməsinə səbəb olacaq. Gərginlik artdıqca da İsraillə Fransa arasında münasibətlər qırılma nöqtəsinə qədər gəlib çata bilər. Nəzərə almaq lazımdır ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaqla yanaşı, Avropa İttifaqında əsas aparıcı dövlətlərdən də biridir. Belə olan halda da, əlbəttə, İsraillə Fransa arasındakı münasibətlər daha pis həddə gəlib çıxa bilər. Əgər Fransa Fələstinin müstəqilliyini tanısa, Fransanın harda zəif nöqtələri varsa İsrail onu daha da qabartmağa çalışacaq. Bu da, təbii ki, Fransanın xoşuna gəlməyəcək”.

S.Hümbətovun sözlərinə görə, münasibətlərin kəskinləşməsi hətta iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsinə qədər gedib çıxa bilər. “Yəni iki dövlət arasında diplomatik əlaqələrin kəsilməsi vəziyyəti yarana bilər. Fransa Fələstini müstəqil dövlət kimi tanıyacaqsa, artıq Fələstin əraziləri ki 1967-ci il sərhədləri ilə tanıyırlar, İsraildən tələb edəcəklər ki, həmin əraziləri boşaltsın və o ərazilərin Fələstinə verilməsini təşkil edəcəklər. Bu da iki ölkə arasında münasibətlərin heç də rəvan olacağını göstərmir, münasibətlər gərgin olacaq. Düşünürəm ki, belə olan halda qarşılıqlı şəkildə bir-birinin zəif nöqtələrini tutmağa və bundan bir-birinə təzyiq vasitəsi kimi istifadə etməyə çalışa bilərlər”-deyə S.Hümbətov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

12.08.2026 / 10:35
Zəngəzur dəhlizinin Naxçıvan hissəsində işlər davam edir - MR dəmir yolu şəbəkəsi yenidən qurulur...

12.08.2026 / 10:18
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi

12.08.2026 / 10:14
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrıldı - SƏRƏNCAM

12.08.2026 / 09:30
DİN uşaqlarla bağlı sürücülərə və valideynlərə müraciət etdi - kiçik səhlənkarlıq böyük faciələrə səbəb ola bilər...

12.08.2026 / 09:17
Bakıda 46 kiloqram narkotik vasitə aşkarlandı

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ