Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada sülhməramlı qüvvə kimi NATO əsgərlərini və bu cür təhlükəsizlik zəmanətini qəbul etməyəcəklərini bəyan edib. Medvedevin açıqlamasında xüsusilər Fransa prezidenti Makronla bağlı işlətdiyi ifadə diqqət çəkir.
Medvedev sosial mediada verdiyi açıqlamada Makronun Ukraynaya qoşun yeritmək fikrindən əl çəkmədiyini bildirib.
Buna qarşı olduqlarını açıq şəkildə ifadə etdiklərini bildirən Medvedev, "Sülhməramlı kimi NATO əsgərlərinə yox. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək" deyib.
Medvedev Makronu “qalli xoruzu”na bənzədib. “Yazıq, alçaq səsli quş toyuq hininin kralı olduğunu sübut etmək üçün banlamağa davam edir” deyə Medvedev bildirib.
TAHİR