Cümə axşamı günü, 13 avqust 2026
     

Krımın işğalda saxlanması Rusiyanın özü üçün yeni problemlərə yol açır...

Image


Rusiya-Ukrayna savaşının dic yolla həlli üçün ABŞ-ın vasitəçiliyi ilə aparılan son danışıqlarda maraq doğuran məqamlardan biri də Krımın gələcək taleyi ilə bağlıdır.

Bu günlərdə ABŞ prezidenti Donald Tramp bildirib ki, Volodimir Zelenski Krıma dair iddialarından və ölkənin NATO-ya daxil olması ideyasından əl çəkərək Ukraynadakı münaqişəni, demək olar ki, dərhal həll edə bilər. Amma Ukrayna belə düşünmür. Kiyev Krımı da geri qaytarmaqda israrlıdır.

Rusiyanın mərhum müxalifət lideri Aleksey Navalnı bir dəfə demişdi ki, Ukraynanın 2014-cü ildən Rusiyanın nəzarətində olan Krım yarımadası əldən-ələ ötürüləcək “sendviç” deyil. İndi Rusiyanın davam edən işğalçı müharibəsinə son qoymağa yönəlmiş gərgin diplomatik səylər fonunda Krımın taleyi yenidən sual altındadır. Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Donald Tramp yenə bildirib ki, Ukrayna üçün Krımı geri qaytarmaq mümkün deyil. Moskva da həmçinin yarımadanın statusunun artıq həll olunduğunu iddia edir və 2014-cü ildə keçirilmiş referendumun ardınca Krımın ilhaqının tanınmasına çalışır. Beynəlxalq ictimaiyyət həmin referendumun saxta olduğunu bəyan etmiş və qınamışdı. Yarımadanın tarixinə nəzər saldıqda aydın olur ki, onun kimə məxsus olması son bir neçə əsrdə dəfələrlə dəyişib. 1783-cü ildə, II Yekaterinanın dövründə Rusiya imperiyası Krım xanlığını rəsmi olaraq ilhaq edib. 1917-ci ildə Rusiya imperiyası dağıldıqdan sonra qısamüddətli Krım Xalq Respublikası elan edilib, lakin tezliklə, əsasən, bolşeviklərin nəzarətində olan Rusiyanın Qara dəniz donanmasının qüvvələri tərəfindən işğala məruz qalıb. Birinci Dünya müharibəsi, Rusiya vətəndaş müharibəsi və Ukraynanın müstəqillik uğrunda müharibəsi davam edərkən, növbəti bir neçə il ərzində Krım müxtəlif vaxtlarda Fransadan və Yunanıstandan olan müttəfiq qoşunlarının, həmçinin Qırmızı və Ağ Rusiya ordularının nəzarətində olub. Nəhayət, 1920-ci ilin noyabrında yarımada bolşevik qüvvələri tərəfindən ələ keçirilib. Alman işğalı istisna olmaqla, Krım SSRİ daxilində Rusiyanın bir hissəsi olaraq qalıb və yalnız 1954-cü ildə sovet lideri Nikita Xruşşov onu Ukrayna Sovet Sosialist Respublikasına verib. Etnik rusların da yaşadığı Krım 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ukrayna müstəqillik qazandığı zaman onun tərkibində qalıb. 1991-ci ilin dekabrında Ukraynanın müstəqillik referendumunda iştirak edən krımlıların cüzi çoxluğu - 54 faiz, o cümlədən xüsusi idarəetməsi olan Sevastopol şəhərində 57 faiz Ukraynanın SSRİ-dən ayrılmasının lehinə səs verib. 1994-cü ildə keçirilən referendumda krımlıların əksəriyyəti bir sıra tədbirlərin, o cümlədən yarımadaya Ukrayna daxilində daha geniş muxtariyyət verilməsi və sakinlər üçün ikili – Rusiya və Ukrayna vətəndaşlığının tətbiqinin lehinə səs verib. Lakin bu tədbirlər həyata keçirilməyib, çünki Ukrayna parlamentinin yuxarı palatası 1999-cu ildə qüvvəyə minən yeni konstitusiya ilə Krım Konstitusiyasını və Krım prezidenti vəzifəsini ləğv edib.

Ukraynanın tərkibində olduğu müddətdə Krım Rusiyanın Qara dəniz donanmasına ev sahibliyi etməyə davam edib. Donanmanın qərargahı Sevastopolda yerləşirdi və Rusiya obyektləri icarə əsasında istifadə edirdi. İcarə müqaviləsinin şərtlərinə görə, Rusiya Ukraynanın suverenliyinə hörmət etməyi, onun qanunvericiliyinə riayət etməyi və Ukraynanın daxili işlərinə qarışmamağı öhdəsinə götürmüşdü. Buna baxmayaraq, donanma qüvvələri 2014-cü ilin fevralında yarımadanın hərbi yolla ələ keçirilməsində ciddi rol oynayıb. Bunun ardınca Rusiya yarımadada BMT Baş Assambleyasının qanunsuz elan etdiyi referendumu keçirib. 2014-cü ilin martında isə Rusiya yarımadanın rəsmi ilhaqını bəyan edib ki, bu da beynəlxalq ictimaiyyətin qınaması və sanksiyalarla nəticələnib. İlhaqdan bəri Rusiya Krımın statusunun müzakirə mövzusu olmadığını bildirir. Son məlumatlara görə, Putin Alyaskada Trampla görüşündə deyib ki, Ukraynada işğalçı müharibəyə son qoyacaq sülh sazişi, digər tələblərlə yanaşı, yarımadanın ilhaqının tanınmasına əsaslanacaq. Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna yarımadanın Rusiya tərəfindən ilhaqının qanuni olduğunu qəbul etməyəcək və Ukrayna konstitusiyası yalnız ümumxalq referendum ilə ərazi verilməsinə imkan verir. Tramp isə bu ilin əvvəlində demişdi ki, heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir. Digər tərəfdən, ABŞ potensial sülh sazişi çərçivəsində bunu edən ilk və yaxın gələcəkdə, yəqin ki, yeganə Qərb ölkəsi ola bilər. Adı açıqlanmayan mənbələr bildirib ki, hazırkı Tramp administrasiyası bu addıma açıq ola bilər və hətta Tramp özü ilk prezidentlik dövründə, Rusiyanın genişmiqyaslı işğalından əvvəl bildirmişdi ki, bunu nəzərdən keçirə bilər. 2014-cü ildən Ukrayna Rusiya tərəfindən işğal olunmuş Krımı qaytarmaq variantlarını axtarır. İndi təkcə siyasi və diplomatik yollarla deyil, yarımadanın həm də hərbi yolla azadlığı haqqında Ukraynada müzakirələr gedir. Bununla belə, Ukrayna təkcə əraziləri deyil, insanları da qaytarmaq strategiyası üzərində işləyir. Ukrayna Rusiyanın Krımda ukraynalılara və Krım tatarlarına qarşı ayrıseçkilik etməsi ilə bağlı ittihamları vaxtaşırı gündəmə gətirir. Ekspertlər bildirir ki, Ukraynanın Qərb tərəfdaşları Rusiya tərəfindən işğal olunmuş Krımda insan hüquqlarının sistematik olaraq kobud şəkildə pozulmasının qarşısını almaq üçün işğaldan azad edilməsini sürətləndirməyə kömək edə bilər. Bunun üçün Ukrayna Müdafiə Qüvvələrinə lazımi vasitələrin vaxtında və kifayət qədər miqdarda verilməsi bəs edir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri "axmaq" adlandırdı

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdi?..

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya və Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:38
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda göndərir...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

12.08.2026 / 23:34
"Raket və dronlarımızın 75%-dən çoxunu istifadə etməmişik" - İranlı general ABŞ-a meydan oxudu...

12.08.2026 / 22:19
İran Məkkə sazişınə qoşula biıər?

12.08.2026 / 22:09
Zaxarova Zelenskinin İrəvandakı bəyanatından hələ də qıcıqlanır

12.08.2026 / 21:53
Fransa müstəmləkələri ilə bağlı Bakıdan önəmli təşəbbüs - BMT yenidən müdaxilə etməlidir...

12.08.2026 / 21:35
Rusiya ilə Britaniya arasında birbaşa toqquşma risqi - Gerasimov ingilis həmkarının zənglərinə cavab vermir...

12.08.2026 / 21:12
Naxçıvan möcüzəsi - blokadadan regional nəqliyyat-tranzit mərkəzinə qədər...

12.08.2026 / 20:34
Tramp bütün dünyaya elan etdi - ABŞ ordusu Hörmüz boğazında nəzarəti tam ələ keçirdi...

12.08.2026 / 20:20
Bugünkü Günəş tutulmasının hesablaması dəccalizmin tezliklə bitəcəyini xəbər verir

12.08.2026 / 19:25
Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər yaxalandı

12.08.2026 / 19:12
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər yaralandı...

12.08.2026 / 18:58
Putin orduya Qərb ölkələrinə cavab vermək əmri verdi - gəmiləri ələ keçirin!...

12.08.2026 / 18:44
Türkiyə parlamentinin "PKK qanunu" kağız üzərində qala bilər...

12.08.2026 / 18:24
Ukraynanın dron hücumundan sonra Novorossiyskdəki taxıl terminalı fəaliyyətini dayandırdı

12.08.2026 / 18:15
XIX əsr Qarabağ memarlığının nadir nümunələri - Ağdamın Abdal-Gülablı kəndində Kərbəlayi Səfixan Qarabağinin məscid və hamam kompleksi...

12.08.2026 / 17:58
Ukrayna Rusiyanın Novorossiyskdəki hərbi dəniz bazasını da vurdu...

12.08.2026 / 17:46
Türkiyədə F-16 qırıcısı qəzaya uğradı...

12.08.2026 / 17:35
İran Hörmüzün açılmasına görə ABŞ-a yeni tələblər qoydu...

12.08.2026 / 17:04
Süriyadakı rus bazaları barədə razılaşma ilə eyni vaxtda Əsədə ölüm hökmü çıxarıldı...

12.08.2026 / 16:53
Tramp NATO Zirvəsindən "İranı vurun" əmrini bu səbəbdən verdi - qurulmuş plan...

12.08.2026 / 16:46
Naxçıvan Zəngəzur dəhlizinin açılmasında ən vacib rollardan birini oynayır - Yunus Oğuz

12.08.2026 / 16:41
Ermənistan və İran arasında müəmmalı "TRIPP anlaşması"...

12.08.2026 / 16:25
Naxçıvanda ictimai nəqliyyat yeniləndi - 72 elektrikli avtobus...

12.08.2026 / 16:17
Prezident bölgənin gələcək siyasi-iqtisadi xəritəsini elan etdi!

12.08.2026 / 16:11
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ hərəkətə gəldi...

12.08.2026 / 15:42
Vergi hüquqpozmalarının sayı sürətlə artır...

12.08.2026 / 15:26
Naxçıvanın imkanları TRIPP marşrutunu bütövləşdirir...

12.08.2026 / 15:09
Ukrayna Qara dənizdə qazax nefti daşıyan tankerlərə hücumları dayandırdı - neft nəhəngindən Trampa zəng...

12.08.2026 / 14:54
Qars-İqdır-Naxçıvan dəmiryolu “dəhlizlər diplomatiyasında” önəmli yer tutur...

12.08.2026 / 14:40
TRIPP-ə qarşı sürətlənən Araz dəhlizi

12.08.2026 / 14:27
Azərbaycanda buğda istehsalı hələ də problem içində qalıb...

12.08.2026 / 14:10
Paşinyanın keşişlərlə son döyüşü...

12.08.2026 / 13:48
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

12.08.2026 / 13:35
Tehran Bakıya minnətdarlıq etdi - Pezeşkian Azərbaycanla əlaqələrə yeni yanaşma tətbiq edir...

12.08.2026 / 13:20
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin (DSD İB) “Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12.08.2026 / 13:14
Ukrayna Putinin iqamətgahındakı S-400 və elektron müharibə sistemlərini vurdu - 1,5 milyardlıq lüks saray müdafiəsiz qaldı…

12.08.2026 / 13:09
Köçlə bağlı mənfi paylaşımlar edən şəxslər ifşa edildi - Komitədən sərt açıqlama...

12.08.2026 / 12:55
Azərbaycan-Rusiya sərhədini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlandı

12.08.2026 / 12:41
Danimarkada Putinin büstü qoyuldu, altı saat sonra başını qoparıb apardılar…

12.08.2026 / 12:26
ABŞ Dövlət katibindən UNO-larla bağlı açıqlama – “hərbi bazalarımızın üzərindən uçan bəzi obyektlər var”...

12.08.2026 / 12:10
Tramp İrana etibar etmədiyini deyir - dəfələrlə yalan danışıblar…

12.08.2026 / 11:48
ABŞ ordusu Oman körfəzində bir gəmiyə hücum etdiyini rəsmən təsdiqlədi...

12.08.2026 / 11:31
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi

12.08.2026 / 11:26
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edildi

12.08.2026 / 11:11
Zakir Həsənov Naxçıvanda hərbi hissələrdə oldu - FOTO

12.08.2026 / 10:55
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - VİDEO

12.08.2026 / 10:47
Azərbaycan nefti bahalaşdı - 95,57 dollar...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ