İran və Ermənistan yol tikintisi sahəsində əməkdaşlığı genişləndirmək üçün yeni razılığa gəlib.
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin sözlərinə görə, tərəflər ikinci Nurduz körpüsünün inşası, mövcud körpünün tamamlanması, terminalların idarə olunması və yük maşınları üçün ödənişlərin tənzimlənməsi barədə ilkin razılıq əldə ediblər.
Nazir bildirib ki, Fars körfəzi ilə Qara dənizi dəmir yolu vasitəsilə strateji şəkildə birləşdirəcək layihənin icrası da irəliləyir:
“Culfaya dəmir yolu xətti artıq mövcuddur və onun Naxçıvandan İrəvana qədər çəkilməsinə dair qərar qəbul olunub. Bu dəmir yolu İran, Azərbaycan, Ermənistan və Avropa arasında tranzit üçün mühüm rol oynaya bilər”, – deyə xanım Sadiq qeyd edib.