Rusiya lideri Putinin Alyaska danışıqlarının əvvəlində maksimalist tələbləri danışıqları dayandırmaq həddin gətirib. ABŞ prezidenti Donald Tramp isə Putinin beş regionun gələcəyi ilə bağlı “maksimalist tələblərinə” cavab olaraq danışıqları dayandıra biləcəyini bildirib.
“Axios”un etibarlı mənbələrə istinadən verdiyi məlumata görə, Tramp “Donetsk məsələsində heç bir güzəştə gedilməsə, danışıqları davam etdirməməliyik” deyərək Putinin qarşısında sərt mövqe ortaya qoyub. Bu açıqlamadan sonra Putinin sözügedən tələbdən imtina etdiyi bildirilir.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Vitkoffun açıqlamalarına görə, Rusiya tərəfi sammit zamanı ərazi məsələsində geri addım atmağa məcbur olub. Rusiyanın artıq Donetsk, Luqansk, Zaporojye, Xerson və Krımın gələcəyi ilə bağlı “inzibati sərhədlər deyil, mövcud cəbhə xəttinə görə ərazi mübadiləsinə” açıq olduğu bildirilir. Bu hadisə Rusiyanın müharibə başlayandan bəri ilk dəfə rəsmən ərazi güzəştlərinə getmək istədiyini ortaya qoyur.
Qeyd edilir ki, danışıqların kritik bir məqamda dayanması və Trampın masanı tərk etməklə hədələməsi Alyaska sammitində incə güc balansını ortaya qoyub. Diplomatik mənbələr Putinin son anda geri çəkilməsini beynəlxalq təzyiqlər və Rusiya iqtisadiyyatının ağır vəziyyətdə olmasından qaynaqlandığını bildirirlər.
Ekspertlər vurğulayırlar ki, Alyaska danışıqlarındakı bu hadisələr Ukrayna müharibəsinin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirmək potensialına malikdir.
TAHİR