Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

Reuters xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Vladimir Putinin müharibəni bitirmək istəyib-istəmədiyini deyə bilməyəcəyəm, lakin bunu təxminən iki həftə ərzində öyrənəcəyəm. Rusiya ilə bağlı danışarkən səsini qaldıran Tramp “yüksək səslə” deyib ki,Putinin ABŞ-ı “aldatdığını” görsə,bu dəfə cavab “fərqli” olacaq.
O, həmçinin Ukraynada baş verənlərdən də “məyus olduğunu” bildirib və həftə sonu Rusiyanın genişmiqyaslı hücumlarına dair son tənqidlərini bir daha təkrarlayıb. Rusiyaya qarşı niyə sanksiyalar tətbiq etmədiyi ilə bağlı suala cavab olaraq, Tramp sülh razılaşması şanslarını “korlamaq” istəmədiyini bildirib və lazım gələrsə, Vladimir Zelenski və Putinlə danışıqlar aparacağını deyib.
Surxay Əliyev